Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.

səhifə1/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   128



 
V.M.Babazadə,  E.A.Məmmədova,   
B.H.Qələndərov,  M.İ.Mansurov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KOSMİK GEOLOGİYANIN 
ƏSASLARI 
 
Ali  məktəblər üçün  dərslik 
 
Aзярбайcан 
Республикасы 
Тящсил 
Назиринин 06.07.15 
тарихли 726 сайлы  ямриня  ясасян 
дярслик 
кими 
тясдиг 
олунмушдур. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2015 



 
Elmi redaktoru: geologiya-mineralogiya elmləri doktoru, professor 
N.Ə.İmamverdiyev (Bakı Dövlət Universiteti) 
 
Rəyçilər: 
-geologiya-mineralogiya elmləri doktoru, professor 
M.N.Məmmədov (Bakı Dövlət Universiteti); 
 
 
-geologiya-mineralogiya elmləri doktoru, professor 
A.A.Xələfli (AMEA, Geologiya və Gofizika İnstitutu); 
 
 
- geologiya-mineralogiya elmləri doktoru, professor 
N.İ.Babayev (Azərbaycan Dövlət Neft Akademiyası); 
 
 
- coğrafiya elmləri doktoru, professor M.N.Qocamanov 
(Bakı Dövlət Universiteti). 
 
 
V.M.Babazadə,  E.A.Məmmədova,  B.H.Qələndərov,  M.İ.Mansurov. Kos-
mik geologiyanın əsasları. Ali məktəblər üçün dərslik. Bakı, “ISBN” mərkəzi, 
2015. 354 səh. 
 
ISBN 978-9952-8287-4-0 
Dərslik ali məktəblərdə geologiyanın müxtəlif sahələri üzrə təhsil alan tələbələr, magis-
trantlar və doktorantlar, həmçinin mühəndis  geoloqlar üçün nəzərdə tutulmuşdur. 
Mövcud ədəbiyyatlardan və müəlliflərin öz tədqiqatlarının nəticələrindən istifadə etmək-
lə  tərtib olunmuş bu dərslikdə geoloji, hidrogeoloji və mühəndisi–geoloji işlərdə aerokosmik 
şəkillərin deşifrələnməsi metodikası və geofiziki üsulların tətbiqi imkanları haqqında məlumat 
verilir. Müxtəlif tektonik şəraitlərdə geoloji, hidrogeoloji və mühəndisi-geoloji məsələlərin həlli 
zamanı geofiziki və aerokosmik üsulların tətbiqi konkret misallarla göstərilir. Dərslikdə
həmçinin aerokosmik təsvirlərin tətbiqinin proqnoz aspektləri də işıqlandırılır. 
 
 
                  
 V.M.Babazadə,  E.A.Məmmədova,   
B.H.Qələndərov,  M.İ.Mansurov, 2015. 
 “Xəzər” Universiteti, 2015. 



 
 
 
 
ÖN  SÖZ 
 
Hazırda kosmik tədqiqat üsullar geologiyanın müxtəlif sahələrində geniş 
tətbiq olunur. Bu üsullardan filiz və qeyri-filiz faydalı qazıntılarının axtarışında, 
Yerin daxili quruluşunun öyrənilməsində, xəritəalma sahəsində, hidrogeoloji və 
mühəndisi – geoloji işlərdə istifadə edilir. 
Tələbələrə təqdim edilən bu dərsliyin  hazırlanması  kosmik  geologiyaya  
həsr olunmuş dərslik və dərs vəsaitlərinin hazırlanması sahəsində ikinci cəhd-
dir. 2008-ci  ildə  Azərbaycanda  aerokosmos sahəsində uzun  illər  tədqiqatlar 
aparmış görkəmli alim Aydın  Əli oğlu Məsimovun  təşəbbüsü və  həmmüəl-
lifliyi ilə “Hidrogeoloji və mühəndisi-geoloji tədqiqatlarda geofiziki və  aero-
kosmik üsullar” (Məsimov A.Ə., Məmmədova  E.A., 2008)  adlı  dərs vəsaiti  
nəşr olunaraq, tələbə və  mütəxəssislərin  istifadəsinə  verilmişdir. 
2008-ci ildə “Faydalı qazıntılar” kafedrası və “Yer ehtiyatlarının aerokos-
mik
 
tədqiqatları”
 
ETL-nin
 
əməkdaşları
 
Azərbaycan
 
Milli
 
Aerokosmik
 
Agent-
liyilə birlikdə kosmofotogeoloji-geofiziki materialların kompleks interpretasi-
yası və yerüstü geoloji məlumatların nəticələrinin analizi əsasında 1:600 000 miq-
yasında “Azərbaycanın kosmotektonik xəritəsi” və “Filiz yataqlarının  proqno-
zu ilə Azərbaycanın regional çatlılıq xəritəsi”ni tərtib etmişlər (Babazadə V.M., 
Mehdiyev A.Ş., Paşayev A.M., Bağırov H.S., Məmmədov Q.Ş.,  Əhmədov 
D.M., Məsimov A.Ə., İmamverdiyev N.A., Məmmədov Z.İ., 2008). Daha  son-
ra 2009-cu ildə müəlliflərin səyilə həmin xəritələrin izahlı lüğəti hesab olunan 
“Aralıq dənizi qurşağı Qafqaz seqmentinin tektonik inkişafı, formalaşmasının 
geodinamik  şəraiti və faydalı qazıntı yataqlarının  yerləşmə qanunauyğunluğu  
(Azərbaycan)” adlı elmi əsəri nəşr olunmuşdur. 



 
Tələbə və mütəxəssislərin istifadəsinə verilən hazırkı yeni dərslik üç his-
sədən və on  dörd fəsildən ibarətdir. 
Yerin kosmosdan distansion zondlanmasının texniki təminatına həsr  
olunmuş birinci  hissədə orbital daşıyıcı vasitələr, kosmik daşıyıciların və işçi 
orbitlərin  əsas tipləri, kosmosdan müşahidə  və ölçü texnikası,  generalizasiya 
səviyyəsinə görə kosmik planalma materiallarının növləri, başlanğic məlumat-
ların ilkin işlənilməsi və  şəkillərin geoloji məqsədlərlə çevrilməsi; kosmik in-
formasiyanın geoloji təhlilinə  həsr olunmuş  ikinci hissədə geoloji deşifrlən-
mənin  əsas anlayışları  və üsulları, geoloji xəritələmədə  və struktur–geoloji 
tədqiqatlarda distansion zondlama materiallarının istifadəsi, struktur-geomor-
foloji tədqiqatlarda kosmik informasiyanin tətbiqi, kosmik zondlama materialla-
rının köməyi ilə xətti (linamentlərin) və halqavari strukturların deşifrə olunma 
xüsusiyyətləri və  təhlili, distansion zondlama materiallarının tektonik tədqi-
qatlarda istifadə edilməsi, müasir geoloji proseslərin tədqiqatında kosmik infor-
masiyanın tətbiqi; mineral ehtiyatların tədqiqində kosmik informasiyanın tətbi-
qinə həsr olunmuş üçüncü hissədə neft-qaz-geoloji tədqiqatlar, faydalı qazıntı 
yataqlarının axtarışı və proqnozlaşdırılmasında distansion zondlama materialla-
rının istifadəsi  kimi  mühüm  məsələlər  işıqlandırılır. 
Burada tələbə  və mütəxəssislərin diqqəti, həmçinin  ətraf mühitin qorun-
ması zamanı kosmik informasiyanın vacibliyinə yönəldilir. 
Sonda qeyd etmək lazımdır ki, tərtib olunan bu dərsliyin nəşri, geologi-
yanın müxtəlif sahələri üzrə təhsil alan tələbələrə, magistrantlara, doktorantlara 
o cümlədən mühəndis-geoloqlara   yardımçı  olacaqdır. 
Dərsliyin hazırlanmasında verdikləri dəyərli məsləhətlərə  və köməkliyə 
görə müəlliflər professor V.G.Ramazanova, dos. Z.A.Vəliyevə və X.S. Mirzə-
bəyova dərin minnətdarlığını bildirirlər. 
Dərsliyin keyfiyyətinin gələcəkdə daha da yaxşılaşdırılması üçün rəylər, 
tənqidi iradlar və təkliflər müəlliflər tərəfindən minnətdarlıqla qəbul olunacaq-
dır. 
                   
Müəlliflər  
 
 
 
 
 
 
 
 
 
 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   128


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə