Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə10/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   6   7   8   9   10   11   12   13   ...   128

32 
 
dən 200 minə  qədərdir. Adətən təyyarədə iki: sağ  və sol lakator qurulur. 
Təyyarənin altında yerləşən sahə radiosiqnalların təsir sahəsinə düşmür və 
“ölü” zona əmələ gətirir ki, onun da ölçüsü uçuşun yüksəkliyindən və lokasiya-
nın bucağından asılıdır. RL şəkillərini deşifrə edərkən, radar şəkillərinin fo-
totonunu, ahəngini və teksturunu nəzərə almaq lazımdır. Rəngçalarları qaradan 
ağımtıla qədər dəyişə bilər. Təcrübə göstərir ki, RL şəkillərilə işləyərkən, qara 
rəngçaları hamar səthi əks etdirir ki, bu da göndərilən radiosiqnalların tam əks 
olunması ilə əlaqədardır. Adətən iri çaylar qara rəngdə görünür. RL şəkillərdə 
tekstur formalar relyefin girintili – çıxıntılı olmasından asılı olaraq, nazik 
şəbəkə, zolaqvarı, massiv ola bilər. Məsələn, RL şəkillərində zolaqlı tekstur - 
metomarfik və çökmə süxur laylarının növbələşməsindən təşkil tapmış dağlıq 
sahələr, massiv tekstur isə intruziv əmələgəlmələrin yayıldığı sahələr üçün 
səciyyəvidir. RL şəkillərində hidroşəbəkə daha yaxşı əks olunur və fotoşəkillərə 
nisbətən bu əkslərdə daha yaxşı deşifrə olunur. Sıx bitki örtüyü olan rayonlarda 
RL şəkillərinin yüksək həlletmə qabiliyyəti onlardan yerin bir çox ərazilərində, 
o cümlədən Sibirin tayqa rayonlarında, Amazon çayı dərəsində və s. sahələrdə 
istifadə etməyə imkanlar açır (şəkil 4). 
 
 
 
Şəkil 4.  Aerofoto - (a)  və  radiolokasiya - (b) planalması təsvirlərinin  
müqayisəli  informativliyi (Oreqon  ştatının  Sivayd rayonu). 
 
Okean proseslərinin dinamikasının öyrənilməsi üçün nəzərdə tutulmuş 
“Sisat” radiolokatoru 1970-ci ildə amerkan peykində quraşdırılmış, sonralar 
yeni, daha mükəmməl radar “Şatl 4” kosmik gəmisinin uçuşu zamanı təcrübə-
dən keçirilmişdir. Bu radarla alınmış informasiya ağ-qara və sintez edilmiş 
fototeletəsvir formasında olur və ya maqnit lentinə yazılır. Bu şəkillərin 
həlletmə imkanları 40 mindir. İnformasiya rəqəmli və analoq işlənilməsi 
formasında “Lendsat” sisteminin skaner şəkillərində olduğu kimi verilir. Bu 
deşifrələmədə yüksək nəticələr almağa xeyli kömək edir. Çox zaman RL 
şəkilləri, geoloji baxımdan, “Lendsat”dan alınmış  şəkillərə nisbətən daha 
məlumatlı  olur. Bu iki növün kompleks deşifrələnməsinin materiallarından 
daha yaxşı  nəticələr  almaq mümkündür. RL şəkilləri yerin çətin və yaxud 


33 
 
əlçatmaz sahələrinin (səhralar və yüksək dairələrində olan sahələr) öyrənilmə-
sində müvəfəqiyyətlə istifadə edilir. 
Məsələn,keçmiş Sovet geoloqları  tərəfindən, planetin qütb zonalarının 
(Arktika və Antarktika) YSP-dən alınmış    RL  şəkilləri təhlil edilmiş  və yaxşı 
nəticələr əldə olunmuşdur. 
RL planalması qalın bulud qatı ilə örtülmüş Venera planetinin 
öyrənilməsində də müvəffəqiyyətlə istifadə edilmişdir (şəkil5).  
 
 
 
Şəkil 5. Veneranın səthinin radiolokasiya şəkli. Xətti qırışıq deformasiyaları  
görünür. 
 
Şübhəsiz ki, RL cihazlarının təkmilləşməsi gələcəkdə Yerin distansion 
tədqiqində, xüsusilə onun geoloji quruluşunun öyrənilməsində radiolokasiyanın 
rolunu artıracaqdır. 
 
3.8.  İnfraqirmizi planalma (İQ) 
 
İQ  və ya istilik planalması yer obyektlərinin şüalanması əsasında istilik 
anomaliyalarının ayrılması ilə  həyata keçirilir. İstilik anomaliyaları günəş 
şüalanması  və ya endogen mənşəli istilikdən  əmələ  gəlir. Bu planalma 
geologiyada geniş tətbiq edilir. 
Yer səthinin temperatur qeyri-bircinsliliyi onun müxtəlif yerlərinin eyni 
dərəcədə isinməməsindən  irəli gəlir.  
Yerin təbii ehtiyatlarının öyrənilməsi zamanı V.B. Şili və başqaları 
tərəfindən istilik aeroplanalma üsulu işlənib hazırlanmışdır. Elektromaqnit 
rəqsləri spektrinin infraqırmızı diapazonu şərti olaraq, üç hissəyə ayrılır: yaxın 
(0,74 – 1, 35 mkm), orta (1,35 – 3,50 mkm) və uzun (3,50 – 1000 mkm). Günəş 
(xarici) və endogen (daxili) istilik geoloji obyektləri, süxurların litoloji 
tərkibindən, istilik əlamətindən, nəmliyindən, albedo və digər səbəblərdən asılı 
olaraq, müxtəlif dərəcədə qızdırır. İQ şüalanma atmosferdən keçərkən, seçimlə 
udulur. Ona görə  də istilik planalmasını yalnız “Şəffaflıq dəliyi” adlanan, 
infraqırmızı  şüaları buraxan zonalarda aparmaq olar. Eksperimental olaraq


34 
 
dörd əsas şəffaflıq dəliyi ayrılmışdır ( mkm):  0,74 – 2,40 ; 3,40 – 4,20 ; 8,0 – 
13,0; 30 – 80,0). Bəzi tədqiqatçılar daha çox sayda şəffaflıq dəliyi ayırırlar. 
Birinci dəlikdə (0,84 mkm-ə qədər) əks olunmuş günəş şüalanmasından istifadə 
edilir. Burada xüsusi fotolent tətbiq etmək və qırmızı süzgəclə işləmək lazımdır. 
Bu diapazonda aparılan planalma infraqırmızı fotoplanalma adlanır. Digər 
şəffaflıq dəliklərində ölçü cihazları-televizorlar istilik anomaliyalarını qeyd 
edərək, görünməyən infraqırmızı  şüanı elektron şüa borularının köməyi ilə 
görünən  şüalara çevirir. İnfraqırmızı  şəkillərdə açıq rəngçalarları alçaq 
temperaturlu sahələri, tünd çalarlar isə nisbətən yuksək temperaturlu sahələri 
əks etdirir (şəkil 6). İnfraqırmızı planalmanı gecə saatlarında da aparmaq 
mümkündür. YSP-dən alınmış  İQ  şəkillərdə sahil xətti, hidroqrafik şəbəkə
buzlaq  şəraiti, su mühitinin müxtəlif sahələri, vulkan fəaliyyəti və s. dəqiq 
izlənilir.  

 
Şəkil 6.  Xəzər dənizi rayonunun infraqırmızı (İQ) təsviri  (“Meteor”):   
 a – gündüz təsviri,               b - gecə təsviri. 
 
İQ şəkillər yerin istilik xəritələrinin tərtibatında istifadə edilir. İQ planal-
ması vasitəsi ilə alınmış xətti zolaqlı istilik anomaliyaları qırılma zolaqları, sa-
həvi və konsentrik istilik anomaliyaları isə tektonik və ya oroqrafik strukturlar 
kimi interpretasiya olunur. Məsələn, Orta Asiyanın kaynozoy yaşlı çöküntü-
lərindən ibarət törəmə çökəlikləri, infraqırmızı  şəkillərdə yüksək intensivliyə 
malik anomaliya kimi deşifrə olunur. Fəal vulkanik fəaliyyətli regionlardan 
alınmış məlumatlar xüsusilə qiymətlidir. Hazırda şelf dibinin tədqiqatlarında İQ 
şəkillərin istifadəsi geniş yayılmışdır. Bu usulla su səthinin anomal temperatur-
lar fərqinə görə, dəniz və okean dibinin relyef quruluşu haqqında məlumat 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə