Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə11/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   7   8   9   10   11   12   13   14   ...   128

35 
 
alınmışdır ki,bu da aşağıdakı prinsip əsasında həyata keçirilmişdir. Su səthinin 
eyni də  şüalanması zamanı  qızmaya sərf olunan enerji dayaz hissələrdə az, 
dərin qatlarda isə daha çox sərf olunduğundan, dərin hissələr üzərində su 
səthinin temperaturu dayaz hissələrə nisbətən az olur. Bu prinsip İQ şəkillərdə 
müsbət və  mənfi relyef formalarını, sualtı  dərələri, silsilələri və s. ayırmağa 
imkan yaradır. 
Hazırda  İQ planalmadan, xüsusilə yeraltı suların axtarışında, mühəndisi 
geologiyada geniş istifadə olunur. 
 
3.9. Spektrometrik planalma (SM) 
 
SM planalma süxurların  əksetdirmə qabiliyyətini ölçmək məqsədilə 
aparılır. Belə ki, süxurların spektral parlaqlıq qiymətini bilməklə, geoloji 
deşifrələmənin diapazonunu genişləndirmək mümkündür. Süxurlar müxtəlif 
əksetdirmə qabiliyyətinə malik olduğundan, spektral parlaqlıq  əmsalının 
qiymətlərinə görə fərqlənirlər.  
SM planalma üç növə ayrılır: 1)atmosferin təsirini istisna edən və  univer-
sal hesab olunan – mikrodalğalı (0,3 sm- 1,0 m); 2)öyrənilən obyektlərin enerji 
parlaqlığına görə temperaturlar fərqini müəyyən edən infraqırmızı və ya istilik 
(0,30 – 1000 mkm); 3)əks olunan radiasiya şüalanmasının spektral paylanma-
sını qeyd edən, şüalanmanın görünən və yaxın (0,30 – 1,40 mkm) İQ spektrinin 
spektrometriyası.  
Geoloji obyektlər spektral xüsusiyyətlərindən asılı  olaraq, müxtəlif 
ziddiyyətlilik dərəcəsi ilə kosmik şəkillərdə  əks olunur. Süxurların spektral 
xassələrinə görə  məlumat bankının tərtibi olduqca çətindir. Bu məqsədlə
müxtəlif məsafələrdə, ilin müxtəlif fəsillərində və fərqli açılış dərəcəsinə malik 
sahələrdə süxurların spektrometrik ölçüsünü aparmaq lazımdır. Hazırda 
spektrin ensiz zonalarından alınmış çox zonallı  şəkillərdən istifadə etməklə, 
sərhəd ziddiyyətini artırmaq mümkündür. 
 
3.10. Maqnit planalması (MP) 
 
Kosmik maqnit planalması 1985-ci ildən aparılır. Kompyüter proqramla-
rında işləmək üçün maqnit məlumatları avtomatik surətdə yerə verilir. Bu 
işləmənin nəticələri dövri- aləm profilləri və yaxud yerin maqnit sahəsinin 
xəritəsidir. YSP-nin qeyd etdiyi maqnit anomaliyalarının mənbəyi böyük 
dərinliklərdə, bəlkə də nüvə ilə mantiyanın sərhədində yerləşir. 
PAS-da qurulmuş maqnitometrlər günəş sistemi planetlərinin maqnit 
sahəsini öyrənməyə imkan yaradır. 
Kosmosdan alınmış maqnitometrik planalmanın nəticələri planetlərin 
geologiyasının tədqiqatında böyük maraq kəsb edir. 
 


36 
 
3.11. Lazer  planalması (LP) 
 
Lazer planalması qeydə alınmış dalğa uzunluğu ilə monoxromatik 
şüalanmanın istifadəsinə əsaslanır. Lazerin dalğa uzunluğunun sabitliyi yer və 
başqa planetlərin orbital parametrlərini dəqiqləşdirməyə, yer qabığının müxtəlif 
bloklarının dəyişməsini təyin etməyə imkan yaradır. 
Lidar spektrometriyasından geoloji məqsədlər üçün istifadə edilir ki, bu da 
impulsun şüalanma mənbəyindən (lazer) qidalanan fəal planalma qrupuna daxildir. 
Lidar spektrometriyası – Müasir geoloji fəal obyektlərin üzərində 
konsentrasiya yaratmış mikroelementləri və ya onların birləşmələrini aşkar 
etmək məqsədilə, atmosferin üst qatlarında aparılan geokimyəvi planalmadır. 
Üsulun mahiyyəti - Atmosferin üst qatlarını  fəal zondlamaq və distansion 
spektral analizin nəticələrini qeyd etməkdən ibarətdir. 
Lazer texnikasının təkmilləşdirilməsi onun geoloji məqsədlərlə istifadəsi 
üçün yeni imkanlar açır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


37 
 
IV. GENERALİZASİYA SƏVİYYƏSİNƏ GÖRƏ 
 KOSMİK PLANALMA MATERİALLARININ NÖVLƏRİ 
 
Kosmik planalma materiallarını generalizasiya səviyyəsi, müşahidə dərə-
cəsi və həlletmə imkanlarına görə - Qlobal, kontinental, reqional, lokal və dəqiq 
növlərə ayırmaq olar. 
Qlobal kosmik şəkillər APS-ləri başqa planetlərə uçarkən böyük, yüksək-
likdən əldə edilir. Qlobal kosmik şəkillərdə Yerin yarımkürələri və ya yer səthinin 
böyük bir sahəsi  əks olunur (şəkil 7). Qlobal kosmik şəkillər 1:50 000. 000 
miqyasdan kiçik neqativlərdən alınır ki, onların da həlletmə imkanları bir çox 
kilometrlədir. Qlobal şəkillər, yer kürəsinin sferikliyi, atmosfer dumanının və bulud 
örtüyünün təsirindən təhrif olması hesabına təsvirin nəzərə çarpacaq deformasiyası 
və perspektivliyi ilə fərqlənir. Geologiyada qlobal kosmik şəkillər iri geotektonik 
strukturların qırışlıq qurşaqların, qədim və cavan platformaların qalxan və 
plitələrinin qarşılıqlı  əlaqələrinin öyrənilməsi, ayrı-ayrı qitələrin sərhədlərinin 
təyini,yer kürəsinin ümumi geoloji xəritəsinin tərtibi və  dəqiqləşdirilməsi üçün 
istifadə edilir. Bü şəkillərlə uzunluğu minlərlə kilometr olan xətti strukturların və 
diametri bir neçə yüz kilometrə  bərabər kontinental əhəmiyyətli dairəvi 
əmələgəlmələrin tam dəqiqliklə aşkarı mümkündür. 
Kontinental kosmik şəkillər bir neçə min km yüksəklikdən, YSP-dən və 
İKG-dən aparılan televiziya, şəkilçəkmə və radiolokasiya (RL) planalmalarının 
köməyi ilə əldə olunur. 
Adətən, böyük təhrifli, kontinental səviyyəli generalizasiyaya malik şəkil-
lərin həlletmə imkanları bir neçə km-ə bərabər olduğundan, onlar böyük sahələ-
rin tədqiqatında yararlıdır (şəkil;8) və ayrı-ayrı qitələrin geoloji xəritəsinin 
tərtibində və dəqiqləşdirilməsində istifadə edilə bilər. 
 
Şəkil 7. Yerin AMC  “Zond-7” ilə  70  km-ə yaxın məsafədən  alınmış , qlobal 
səviyyəli generalizasiyaya  malik kosmik  şəkli (KŞ). 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə