Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə12/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   8   9   10   11   12   13   14   15   ...   128

38 
 
Reqional kosmik şəkillər yüz min kvadrat kilometrlərlə sahəni əhatə edir. 
Onlar iri platforma qurumlarını  və  qırışıq sahələri sərhədləndirməyə, iri 
lineament sistemlərini, müxtəlif mənşəli və diametrli dairəvi strukturları 
deşifrələməyə imkan verir və ifrat dərəcədə yüksək həlletmə qabiliyyətinin 
olması ilə fərqlənir. 
 
Şəkil 8. Mərkəzi  Avropanın ərazisini  əhatə  edən kontinental  səviyyəli 
generalizasiyaya  malik  kosmik  şəkil (KŞ). 
 
Regional kosmik şəkillər tektonik və geomorfoloji rayonlaşdırmada, geo-
loji məzmunlu ortamiqyaslı xəritələrin tərtibində müvəffəqiyyətlə istifadə edilir. 
Onlarda  ənənəvi üsullardan fərqli olaraq, dərinlik strukturlarını öyrənməyə 
imkan yaradan “işıqlandırma” (nüfuzetmə) effekti aşkar edilir. Regional kosmik 
şəkillərlə müxtəlif strukturformasion kompleksləri, deşifrələmək və  bəzi qırıl-
ma, pozulmalırının kinematik səciyyəsini təyin etmək mümkün olur. Bu kate-
qoriyalı kosmik şəkillər xalq təsərrüfatında istifadə edilən planalma materialla-
rının  əksər hissəsinə aiddir. Bu şəkillər  İKG-lər, yerin “Salyut” tipli USS-lar 
(şəkil 9), “Meteor” seriyalı meteoroloji peykləri və s. ilə çəkilir. Onların çatış-
mayan cəhəti şəkillərin yer səthinin sferikliyindən irəli gələn təhrifi və bununla 
əlaqədar olaraq, müxtəlif miqyaslı olmasıdır. Bu tip şəkillərin üstünlüyü görü-
nüş sahəsinin genişliyi, kiçik detalların ümumiləşdirilməsi və yüksək informa-
siya qabiliyyətinin olmasıdır. 
Lokal kosmik şəkillər də, regional kosmik şəkillər kimi çox geniş yayıl-
mış materiallardır. Onlar xalq təsərrüfatında, o cümlədən geologiyada işlədilən 
şəkillərin 90%-dən çoxunu təşkil edir. Bu şəkillərin çəkilmə yüksəkliyi 150-300 
km,  əhatə sahəsi 100 min km
2
, həlletmə imkanları on metrlərlədir. Planalma 
(şəkilçəkmə)  İKG-dən və ya avtomatik fotokameralarla, YSP-dən isə  teleka-
mera və skanerlərlə aparılır. Lokal kosmik şəkillər, strukturformasion və maddi 
kompleksləri ayırma və sərhədləndirməyə, geoloji formaların daxili strukturunu 
açmağa, müasir geoloji prosesləri, qırılma, pozulmalarının kinematikasını, 


39 
 
qırışıqlıq və qırılma strukturları arasındakı əlaqəni, vulkanik və intruziv fəaliy-
yəti öyrənməyə imkan verir. Onlar geoloji məzmunlu irimiqyaslı  xəritələrin 
tərtibi və dəqiqləşdirilməsində istifadə edilir. Regional və lokal səviyyəli gene-
ralizasiya olan şəkillərlə aparılan birgə iş daha çox məlumat verir. Birincilər - 
geniş əhatə, ikincilər isə yüksək fotoinformativliyə malikdir. 
Dəqiq kosmik şəkillər uzun fokuslu obyektivlərin köməyi ilə alınır. Onlar 
məlumatlılığına görə yüksəklik aerofotoşəkillərlə çox yaxındırlar və belə 
şəkillərdən istifadə etməklə, lokal kosmik şəkillərdə  aşkar edilmiş geoloji 
sərhədlər, intruziv massivlərin hüdudları və s. dəqiqləşdirilir, bəzən isə dərinlik 
strukturları aydınlaşdırılır. 
 
Şəkil  9. Regional səviyyəli generalizasiyaya  malik kosmik  şəkil (KŞ). Krım  
yarımadası.  “Salyut-4”. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


40 
 
V. BAŞLANĞIC MƏLUMATLARIN İLKİN İŞLƏNİLMƏSİ VƏ 
ŞƏKİLLƏRİN GEOLOJİ MƏQSƏDLƏRLƏ ÇEVRİLMƏSİ 
 
5.1. İlkin işlənilmə məsələləri 
 
Distansion cihazlarla alınmış məlumatların əksəriyyətinin sürətlivizual və 
ya avtomatik deşifrələnməsi mümkün deyildir. Yüksəklikdəki daşıyıcılarda 
quraşdırılmış ötürücülər ilkin məlumatı aşağıdakı formalarda qeydə alır: 
a) maqnit lentinə yazılmış siqnallar (işarələr); b) rəqəmli formaya 
çevrilmiş maqnit lentinə yazılmış analoq siqnallar; c) neqativlər.  
Bu məlumatlardan sonrakı istifadə  aşağıdakı formalardan birinə çevril-
məklə həyata keçirilir: a) pozitiv şəkillər və ya fotodiapozitivlər; b)
 
Kompyüter 
proqramlarında işləmək üçün yararlı, maqnit lentinə yazılmış rəqəmli məlumat-
lar; c) Kompyüter proqramlarında qurulmuş diaqramlar və qrafiklər; d)maqnit 
lentindəki analoq yazılar. 
Beləliklə, məlumatların ilkin işlənilməsində üç əsas  əməliyyat mövcud-
dur: 1) fotoqrafik işlənilmə; 2) maqnit lentinə yazılmış siqnalların analoqdan 
rəqəmli formaya çevrilməsi və kompyüter proqramlarında işləmək üçün yararlı 
yazının alınması; 3) şəklin rəqəmli formada göstərilməsi və  əksinə, rəqəmli 
formada yazılmış məlumatlardan şəklin alınması. 
 Məlumatların ilkin işlənilməsinin davamı - Şəkil formalaşarkən miqyas 
təhrifini dəf etmək üçün onların korreksiyası, məlumatı verərkən və qeyd edər-
kən yaranmış maneənin aradan qaldırılması, şəkillərin sıxlığına görə düzülməsi, 
ziddiyyətin azaldılması  və ya artırılması  və s. ibarətdir. Bu əməliyyatlar, 
praktiki olaraq, avtomatik rejimdə aparılır. Ona görə də, hesablayıcı kompleks 
daxil olmaqla, mürəkkəb cihazlar tələb olunur. 
 
5.2. Geoloji məqsədlər üçün şəkillərin çevrilməsi 
Yer səthinin geoloji deşifrələmədə tətbiq edilən ilkin işlənmiş və korrektə 
olunmuş  şəkillərinin, o cümlədən digər qrafik materiallarının çevrilməsi, dis-
tansion zondlamanın qarşısında qoyulmuş geoloji problemlərin həllinə xidmət 
edən müəyyən xüsusiyyətləri daha əyaniləşdirmək və ya gücləndirmək məqsədi 
daşıyır. Bu zaman müxtəlif məsələlər həll olunur ki, onlardan daha geniş 
yayılanlar aşağıdakılardır: l) rəng çalarına görə təsvir elementlərinin ayrılması; 
2) həndəsi səciyyələrinə görə obyektlərin ayrılması; 3) spektrin müxtəlif 
hissələrində onun parlaqlıq xassəsinə görə ümumiləşdirilmiş (sintez edilmiş) 
şəkillərin alınması  və geoloji obyektlərin ayrılması; 4) şəkillərdə elementlərin 
statistik xüsusiyyətlərinə görə obyektlərin ayrılması (bir və ya bir neçə  şəklin 
təhlili nəticəsində); 5) digər məlumatlarla müqayisəni asanlaşdırmaq məqsədilə 
şəkillərin uyğun formaya çevrilməsi; 6) əlavə  səsləri dəf etmək və lazımı 
siqnalların miqdarını artırmaqla şəkillərin çevrilməsi (şəkil 10). 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə