Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə121/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   117   118   119   120   121   122   123   124   ...   128

332 
 
laşdırılması aparılır. Halqavarı strukturların endogen mənşəli olmasını  təsdiq 
etmək məqsədilə alınmış  məlumatlar geofiziki materiallarla müqayisə edilir
strukturların yaranma dövrünü təyin etmək üçün isə paleotektonik təhlil aparılır. 
Tədqiqatların son mərhələsində ayrılmış strukturlar bütün əldə olan məlumatlar 
kompleksi ilə (geoloji, geokimyəvi, geofiziki, seysmoloji və s.)  təsdiq 
olunmalıdır. 
Ayrılan halqavarı strukturların uzun müddət mövcudluğu sübut olunduğu 
halda, onlardan proqnoz-metallogenik xəritələrin tərtibində struktur əsas kimi 
istifadə etmək olar. 
Müxtəlif taksonometrik dərəcəli halqavarı strukturlar fərqli metallogenik 
əhəmiyyətə malikdir. Onlardan ən nəhəngi – nuklearlar iri mineragenik almazlı, 
qızıl-filizli, polimetallik və s. əyalətləri nəzarətləndirir. 
Fərqanə  və yaxud Sırdərya meqatağ tipli regional səviyyəli halqavarı 
strukturlar – sürməlicivə, floritli və s. minerallaşmaya malik metallogenik 
zonaları nəzarətləndirir (şəkil 129a).  
Çatkalo-Kuramin tağı kimi tabeli dərəcəli halqavarı strukturlar əksər 
əlvan, nəcib və nadir metalların minerallaşmasının paylanmasında konsentrik 
metallogenik zonallığı müəyyən  edir. 
Orta Asiyadakı Laşkerek tipli lokal ojaq strukturları filiz rayonları, 
qovşaqları sahələrinə uyğun gələn lokal filiz sahələrinin mövqeyini təyin edir 
(şəkil 129 b). Bu strukturlar nəinki məhsuldar filizləşməni nəzarətləndirir, 
həmçinin filizləşmə zonallığına təsir edir. 
 
 
 
Şəkil 129. Müxtəli dərəcəli nəzarətedici halqavarı strukturlara misal 
(N.T.Koşneva  və  İ.N.Tamsona  görə). 
a – meqahalqavarı strukturların  Orta  Asiyanın  filiz  (və  neftli-qazlı) qurşaqları  ilə əlaqəsinin  
sxemi: 1 – 3  - qurşaqlar:  1 – flyuorit,  2  - sürmə - civə,  3 – neftli-qazlı; 4 – 5 – konturlar:  4 – 
tağ  (Q – T – Qərbi  Tyan – Şan,  K – Kurama,  Ç – Çatkalsk,  5 – Meqatağ  (I – Fərqanə, II–


333 
 
Sırdərya)); b–Laşkerek ocaq halqavarı strukturunun metallotektonik  rayonlaşdırma  sxemi: 
Filiz  zonaları: 1 -  qurğuşun-sink,  2 – mis – vismut.  3 – flyuorit,  4 – kvars-filiz,  5 – zonaların  
sərhədləri,  6 - əsas  qırılma  pozulmaları. 
 
Nuklearların mineragenik əhəmiyyətiBu halqavarı strukturların minera-
genik  əhəmiyyəti onların aşağıdakı quruluş xüsusiyyətlərilə  təyin edilir: 1) 
xarici hissələrinin yüksək nüfuzetmə  və mobilliyinə görə; 2) nuklearların 
mərkəz hissələrində, həmçinin qövsvari və radial lineamentlərin, radial qırılma-
ların kəsişmə məntəqələrində halqavarı struktur-satellitlərin, radial qırılmaların 
və tektonik inteqrasiya düyünlərinin olması; 3) dərinlik quruluşunun səciyyəvi 
xüsusiyyətləri (internuklear vilayətlərlə müqayisədə yer qabığı və litosfer qalın-
lığının böyüməsi); 4) ilkin kembriyəqədərki dövrdən fanerozaya kimi nuk-
learların inkişafının uzunmüddətliliyi və irsiliyi. 
Nuklearların  əksəriyyətinin xarici hissələrində erkən kembriyəqədərki 
yaşlı yaşıldaş qurşaqları yerləşir ki, onların da hüdudları daxilində dəmir, nikel, 
kobalt və s. nəhəng metal yataqları mövcuddur. Bunlara misal olaraq, xarici 
hissəsində Aldan qalxanının troq (buzlağın fəaliyyəti nəticəsində  əmələ  gələn 
təknəyəoxşar dərə) kompleksi əmələgəlmələrində  dəmirli kvarsit yataqları 
lokallaşan Aldan-Stanvoy nuklearını; xarici hissəsində  əsas və ultraəsas sü-
xurlarla genetik əlaqəli yataqlar (absest, polimetallik filizlər) yerləşən Vitim-
Oleklin nuklearı ola bilər. 
Nuklearların haşiyələnmə qurşaqlarında nadir və əlvan metalların yataq-
ları ilə genetik əlaqədə olan erkən proterozoyun orogen maqmatik kompleks 
süxurları yerləşir. Məsələn, Anqar nuklearı hüdudlarındakı Akitkan qurşağının 
filizli vulkano-plutonik assosiasiyasının inkişaf rayonu; Aldan-Stanvoy nuklear-
larının xarici hissənin hüdudlarındakı nadir və polimetal filiz, mis, nikel və s. 
yataqları ilə sahəvi və genetik əlaqədə olan ayrı-ayrı qovşaqlar bunlara aiddir. 
Nuklearların xarici hissələrində iri halqavarı strukturlar - satellitlər 
yerləşir. Müəyyən edilmişdir ki, satellitlərin kənarları boyunca dəmir, titan, 
apatit və floqopitin yataqları formalaşır. Nuklearlar üçün inkişafın davamlılığı 
və irsiliyi səciyyəvidir. Məhz bunun nəticəsində onlarda fəzavi əlaqəli dərinlik 
maqmatik komplekslər – ultraəsasi və qələvi süxurlar, karbonatitlər və kimber-
litlər yerləşir. Bu, kimberlit sahələrinin və    qələvi- və ultraəsas massivlərin 
nuklearların xarici hissələrinin qövsvari və radial lineamentlərlə  kəsişmə 
düyünlərindəki  əlaqəsi təyin olunan Sibir platformasında xüsusilə yaxşı ifadə 
olunur. Həmin düyünlərdə adətən qalay, volfram və digər əlvan metal yataqları 
yerləşir. 
Nuklearların xarici hissəsində yalnız kembriyəqədərki yataqlar lokallaşır. 
Burada uyğun filişləşməyə malik olan daha cavan qələvi və ultraəsas süxur 
inturizivləri və kemberlitlər məlumdur. Hüdudlarında çoxlu kimberlit sahələri 
və ultraəsas, qələvi süxurlar yerləşən Xeta-Olenek nuklearları buna misal ola 
bilər. 


334 
 
Nuklearlarla kimberlit sahələri arasında aşağıdakı qaqunauyğunluq qeyd 
olunmuşdur: kimberlit sahələri yalnız astonosfer qatının ən böyük qalınlığı və 
dərinliyi ilə  səciyyələnən yer qabığı sahələrində – nuklearların hüdudlarında 
lokallaşır; kimberlit sahələri nuklearların  ən mütəhərrik xarici hissələrində  və 
yaxud onların mərkəzində yerləşir. 
Astroblemlərin mineragenik əhəmiyyəti. Qeyd etdiyimiz kimi, partlayış 
mexanizmi süxurların temperatur və təzyiqinin kəskin və bir anda dəyişməsilə 
şərtlənmişdir. Partlayış yerlərində fiziki-kimyəvi vəziyyətin dəyişilməsi minera-
genik əhəmiyyət kəsb edən yeni süxurların təzahür etməsinə gətirib çıxarır. Bu 
baxımdan astroblemlərin axtarışı  və  aşkar olunması metal və qeyri-metal 
faydalı qazıntıların ehtiyatının öyrənilməsində  əhəmiyyət kəsb edir. Məsələn, 
Almaniyada Nordlinqen- Ris kraterində zyüvitlər tikinti materalları qismində 
istifadə olunur. 
 Kanadada iri miqyaslı Sadberi mis-nikel yatağının formalaşmasını da 
böyük həcmli meteoritlərin düşməsilə  əlaqələndirirlər. Sadberi astroblemi 
Ontario  əyalətində yerləşir. Burada nikel daşıyan struktur - norit mikroqranit 
intruziyası kraterin dibi boyunca səthə təzahür edərək onun ölçüsünü müəyyən 
edir (60 km-ə  qədər). Zərbə deformasiyası zonası (zərbə metamorfizminin 
nişanələri; parçalanma konusu və s.) genişdir (74 km-ə qədər). Astroblemlərin 
bazasında intruziya örtüyü altında deformasiyaya uğramış arxey və erkən 
proterozoy yaşlı qranitlər, qranit-qneyslər, maqmatitlər və digər metamorfitlər 
yatır. İntruziyanın qabığı kvarslı allogen brekçiyalar, şistlər və zərbə metamor-
fizmi nişanəli qumdaşlarına malikdir. Nikeldaşıyan noritlərin təzahürü krater 
əmələgəlmədən sonra baş vermişdir.  İntruzivlərin tərkibində mikroqranitlərin 
nisbətən böyük rolu, çatları boyunca dərinlikdən qalxan əsas tərkibli maqmanın 
turş impakt ərintilə əvəz olunması izah olunur. Bu hadisə sulfidlərin likvasiyası 
ilə  şərtlənmişdir. Sadberi astrobleminin formalaşma müddəti ilk proterozoya 
aiddir (1840 mln. il).   
Metamorfogen halqavarı strukturların mineragenik əhəmiyyəti. Bunlara 
qneysli qırışıqlıq ovallar və qranit-qneys gümbəzləri aiddir. Adətən hər iki tip 
dairəvi  əmələgəlmələr nuklearların inkişafı ilə  fəzavi və genetik əlaqədədir. 
Lakin onlar kifayət qədər bir-birindən ayrılmış müəyyən geoloji xüsusiyyətlər 
və morfoloji əlamətlərlə səciyyələnir və qədim platforma qalxanlarında qabarıq 
təzahür edirlər. Məsələn, onlar Afrika kratonunun Mozambik blokunun aero-
kosmik şəkillərində diametri 100-160 km olan Nyasa, Kabu-Delqadu, Monatso, 
Mokuba, Alto-Liqoniya (Zambezi) halqavarı strukturlarla aydın deşifrə olunur. 
Daha yaxşı öyrənilmiş Alto-Liqoniya günbəzi məşhur peqmatitli rayona uyğun 
gəlir. Bu günbəzin nüvə hissəsində nadir metal peqmatitləri, periferiyasında isə 
muskovitli və nadir torpaqlı kutlə zonaları yerləşir. 
Şimali Amerikanın hüdudlarında iri qızıl və gümüş, molibden, qurğuşun 
və sink, volfram, sürmə, civə, həmçinin barit, bor, kobalt, kiçik dəmir yataqları 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə