Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə122/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   118   119   120   121   122   123   124   125   ...   128

335 
 
və nadir torpaq elementlərinin nəhəng Mauntin-Pas yataqları yerləşir. Bütün bu 
yataqlar metamorfogen tipli halqavarı strukturlarla əlaqədardır. 
Avstraliyada Broken-Xill qneysli qırışqılıq ovalı dünyanın  ən nəhəng 
qurğuşunlu sink yatağıdır. O, aşağı proterozoy yaşlı qneyslərə aid edilir. 
Dairəvi maqnit anomaliyalarının təhlili göstərir ki, onların müəyyən his-
səsi metamorfogen halqavarı strukturlara uyğundur. 
Mövcud materiallar bir daha təsdiq edir ki, kosmik və yerüstü təd-qiqat-
ların kompleksləşdirilməsi, mineragenik cəhətdən mühüm obyektlərin-gizli me-
tamorfogen halqavarı strukturların axtarışının perspektivliyini əhəmiyyətli 
dərəcədə yüksəldir. 
Maqmatogen halqavarı strukturların mineragenik əhəmiyyəti.    Bu tip 
halqavarı strukturlar əmələgəlmə mexanizminin müxtəlifliliyinə görə iki gene-
tik qrupa ayrılır: plutonogen və vulkanogen. Bu hər iki qrup mühüm minero-
genik əhəmiyyət kəsb edir. Onların əmələ gəlməsilə tərkibində uran, berillium, 
alüminium, qızıl, gümüş, nadir elementlər və digər metallar saxlayan mühüm fi-
lizlər  əlaqədardır. Plutonogen halqavarı strukturlar müxtəlif tərkibli intruziv 
süxurlardan, (qranitoidlər, nefelinli siyenitlər, karbonatitlər) təşkil olunmuşdur. 
Metallik filizlərin intruziv massivlərlə - plutonlarla sıx genetik əlaqəsi məlum-
dur. Onlara yer kürəsinin bütün regionlarında rast gəlinir və bütün qitənin mine-
rageniyasında aparıcı mövqe tutur. Onlar arasında qranitoidlərdən təşkil olun-
muş plutonogen halqavarı strukturlar daha geniş yayılmışdır. 
Qranitlərin halqavarı massivləri Afrikada İ.V.Davidenko tərəfindən hər-
tərəfli öyrənilmişdir. Bu qitədə Cos (Nigeriya) yaylasının halqavarı intruziyası 
tantal, niobium və qalayın qranitli yataqlarının etalonu kimi qəbul oluna bilər. 
Appalaçda halqavarı intruzivlərlə mis-sink, polimetal və digər metal yataqları 
əlaqədardır. Bu yataqlar hersin və daha cavan yaşlı intruziv komplekslərdə for-
malaşmışdır. Xüsusən mineragenik baxımdan, plutonogen halqavarı struk-
turların lineamentlərlə kəsişmə zonaları daha maraqlıdır. D.Soul Koloroda yay-
lasında mis, sink, qızıl, gümüş və digər yataqların plutonogen halqavarı struk-
turlarla  əlaqəsini göstərmişdir. Müəyyən olunmuşdur ki, diametri 150 km-dən 
artıq olan halqavarı strukturlar metalların iri yataqlarını saxlamır. 
Nefelinli siyenitlərin halqavarı massivləri də, həmçinin mineragenik ba-
xımdan mühüm əhəmiyyət kəsb edir. Apatitlərin yüksək konsentraiyası  aşağı-
dakı metalların mineragenik əhəmiyyətini artırır: tantal, niobium, stronsium, se-
zium, titan, vanadium, kalium, sirkonium, aluminium və s. Buna misal olaraq, 
Zovozersk massivinin loparitli filizlərini göstərmək olar. Ayrı-ayrı hallarda 
apatit-nefelin filizlərinin ehtiyatı mlrd tonlarla hesablanır. 
Qələvi ultraəsasi tərkibli (karbonatitlər) halqavarı massivlər bütün 
qitələrdə, o cümlədən MDB-də, Kanadada, Brazilyada, Afrikada və s. məlum-
dur. Yaxşı öyrənilmiş Kovdor karbonatit massivi (MDB) sənaye  əhəmiyyətli 
maqnetit, baddeleyit, apatit, floqopit, vermikulit, kalsit və diopsid saxlayır. 
Sokli massivi (Finlandiya) yüksək miqdarda uran daşıması ilə fərqlənir. Kanada 


336 
 
ərazisində tərkibində yüksək miqdarda niobium saxlayan karbonatit massivləri 
öyrənilmişdir (Sent-Onore, Oka və s.). 
Əsasi tərkibli plutonogen halqavarı strukturlar mineragenik xüsusiyyət-
lərinə görə böyük maraq kəsb edir. Onlar arasında CAR-dakı Buşveld halqavarı 
intruziv kompleksi (65000 km²) daha əhəmiyyətli hesab olunur. Bu kompleksin 
tərkibində noritlər, lavalar və piroklastlar, felzitlər, qranitlər və qələvi süxurlar 
iştirak edir. Kompleksin strukturunun mürəkkəbliyi onun kompleks 
minerageniyası ilə qeyd olunur. Kompleksin tərkibindəki mis, nikel, kobalt, 
dəmir, titan, vanadium, xrom, platin qrupu metalları, qızıl, molibden, qalay, 
flüorit və s. metallar sənaye əhəmiyyəti kəsb edir. 
Kontinental vulkanik zolağın müasir metallogenik tədqiqi halqavarı struk-
turların dəqiq təhlili aparılmadan mümkün deyildir. M.İ.Filatov və b. Oxot-
Çukotka vulkanik zolağında apardıqları  tədqiqatlarla göstərmişlər ki, iri maq-
matogen halqavarı strukturlar əsasən bu regionun metallogenik xüsusiyyətlərini 
müəyyən edir. Burada əlverişli filiz toplayıcı meyarlar qismində konsentrik və 
ya qövsvarı  qırılmaların radial lineamentlər və kiçik halqavarı strukturlarla 
kəsişmə zonaları  iştirak edir. Müxtəlif qitələrin vulkanik və vulkan-plutonik 
halqavarı strukturları ilə mühüm təcrübi  əhəmiyyət kəsb edən mis-porfir 
filizləri  əlaqədardır. Cənubi Amerikanın məlum mis yataqları bu genetik tip 
halqavarı strukturlarla əlaqədardır. Burada And zolağında və Karib regionunda 
mis-porfir yataqları qabıqaltı  mənşəli  əhəngli qələvi maqmatik süxur kom-
plekslərilə assosiasiya təşkil edir. Bir çox hallarda yataqlar kvarslı monsonitlər, 
dasit porfiritlər, kvarslı dioritlər və diorit porfiritlərin halqavarı subvulkanik 
kütlələrinə uyğunlaşmışdır və güman ki, genetik olaraq onlarla əlaqədardır. 
Həm  ştokverk tip, həm də brekçiyalı boru tip mis-porfir yataqları üzrə  məlu-
matlar göstərir ki, onların formalaşması genişlənmə  şəraitində baş vermişdir. 
Misin And zolağının halqavarı subvulkanik kütlələrilə  əlaqədar olan bir çox 
yataqları Cənubi Amerikanın qərb sahili boyunca yerləşmişdir. 
Şimali və Cənubi Kordilyerdə lineamntlərin vulkan-plutonik mənşəli hal-
qavarı strukturlarla kəsişmə zonasında həmçinin çoxsaylı mis yataqları forma-
laşmışdır. Nyu-Meksika zolağı ilə Syerra-Madre, Qərbi Meksika zolağı ilə isə 
Qərbi Ciyaya yatağı əlaqədardır. Bu zonalarla həmçinin bir sıra gümüş yataqları 
əlaqədardır. Oxot-Çukotka zolağı, Afrika, Şimali və  Cənubi-Amerika üzrə 
göstərilən misallar bir çox yataqların maqmatogen təbiətli halqavarı struk-tur-
larla sıx əlaqədar olmasını göstərir. Oxşar misalları Avstraliya və Avroasiyada 
maqmatogen halqavarı strukturlarla əlaqədar olan əlvan, nadir və  nəcib metal 
yataqlarına da aid etmək olar (şəkil 130). 
Maqmatogen halqavarı strukturların öyrənilməsi faydalı qazıntı yataqla-
rının proqnozlaşdırılması üçün iki aspektdə maraq kəsb edir. Turş, eləcə  də 
ultraəsasi sıra, yalnız bir qayda olaraq yüksək qələviliyə  malik və  məxsusi 
metallogeniyalı intruziyalar dairəvi massivlər əmələ gətirmək ənənəsinə malik-
dir. Çox ehtimal ki, bu,  yüksək qələviliyə malik  maqmanın, belə demək olarsa


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə