Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə123/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   120   121   122   123   124   125   126   127   128

337 
 
normal tərkibli maqma ilə müqayisədə daha böyük dərinliklərdə formalaşması 
ilə izah oluna bilər.  
Əgər geoloji xəritədə hər hansı rayon ərazisi əhatəsində biz planda dairəvi 
formada intruziya və düzgün olmayan sərhədli intruziya görürüksə, onlar 
yaşlarına və  tərkiblərinə görə yaxın olsalar da, metallik xüsusiyyətlərinə görə 
fərqlənəcəyini gözləmək olar. Digər tərəfdən tez-tez kosmik şəkillərdəki 
halqavarı formalar maqmatik süxurların yer səthində  çıxışları olmayan rayon-
larda deşifrə olunurlar. Belə sahələr bir sıra rayonlarda, məsələn, Şimali Verxo-
yanda öyrənilmişdir. Məlum olmuşdur ki, bu halda halqavarı strukturlar nisbə-
tən böyük olmayan dərinlikdə yatan açılmamış intruziv massivlərin indikatoru 
ola bilər. Bu geofiziki məlumatlarla təsdiq olunmuşdur. Belə ki, qravimetrik və 
maqnitometrik xəritələrdə intruziv cisimlər xarakter anomaliyalar göstərir. 
Çöl tədqiqatları zamanı filizləşmənin əsas əlaməti olan qalay filizləşməsi 
intruziyanın təsirindən dəyişmiş süxurlarda aşkar olunur. Filiz təzahürünün 
dəqiq öyrənilməsi belə nəticəyə gətirir ki, geokimyəvi məlumatlar əsasında bu-
rada səthdən dərinliyə doğru gedən filiz cisminin ən uc hissəsi açılmışdır. İlkin 
olaraq kosmik şəkillər üzrə halqavarı strukturların öyrənilməsinə əsaslanan belə 
proqnoz dərinliyə doğru filizləşmənin axtarışı üçün mühümdür. 
Vulkan-tektonik strukturlarla əlaqədar alçaq tempraturlu filizləşmənin 
axtarışı  və proqnozlaşdırılmasında halqavarı strukturların öyrənilməsi xüsusi 
əhəmiyyət kəsb edir. Vulkanik qurşaqlarda qızıl, gümüş, qalay, polimetal 
yataqları məlumdur. Onların axtarışı üçün mərkəzi tipli vulkanların vəziyyətini 
qeyd edən iri halqavarı strukturlar, onların altında yatan periferik maqma 
ocaqları, qövsü və radial çatların vəziyyəti mühümdür. Əgər 1960-70-cı illərin 
geoloji xəritələrinə (məsələn min km-lərlə uzanan Oxot-Çukot qovşağına) nəzər 
salsaq, orada praktiki olaraq halqavarı strukturları görə bilmərik. Geoloji işlərin 
təcrübəsinə kosmosdan çəkilmiş  şəkillərin daxil edilməsilə, ixtisaslaşmış 
kosmogeoloji xəritələrdə çoxlu müxtəlif tərtibli halqavarı strukturlar göründü. 
Çöl işlərində belə strukturların aşkarlanması  və öyrənilməsi, onların vulkanit-
lərin boğaz fasiyalarının, hirotermal dəyişilmiş süxurların, filiz təzahürlərinin 
yerləşməsinə nəzarət etdiyini göstərdi.  
Filiz sahəsi daxilində  məxsusi vulkan boğazı  və  səthdə filiz daşıyan 
flüidlərin təzahürü kimi qeyd olunan kiçik halqavarı struktur formaların aşkar 
olunması xüsusi əhəmiyət kəsb edir. Oxşar halqavarı strukturların aşkar olun-
ması üçün yeni xüsusiləşmiş aeroplanalma üsullarından, xüsusən də çoxzonallı 
və infraqırmızı üsullardan istifadə olunur. 
 
 


338 
 
 
Şəkil 130. Zeysk halqavarı strukturunun quruluş sxemi 
(Moralyev, Qluxovsk, 1984): 
1-xarici zona; 2- Stanov qırılma zonası; 3- piroksenli şistlər; 4- Stanov qırılmasının cənub 
qanadı; 5- kosmik şəkillərin deşifrə  məlumatları üzrə qövs elementləri; 6- xarici zonanın 
sərhəddi; 7-9-filiz minerallaşması təzahürü; 7- Ni; 8- Pb-Zn-Cu; 9-Mo. 
 
Tektonogen halqavarı strukturların mineragenik əhəmiyyəti.  Tektono-
gen halqavarı strukturların əhəmiyyəti əsas etibarilə, onların müxtəlif yaşlı plat-
formaların örtüklərindəki vəziyyətilə  təyin edilir. Metallik faydalı qazıntı 
yataqları, bir qayda olaraq, bu strukturlarla əlaqədar deyildir. Lakin bu, analoji 
genezisə malik halqavarı strukturların, onların praktiki istifadəsi nöqteyi-nəzə-
rindən təhlil edilməməsinə əsas vermir. Yer kürəsinin əsas məşhur kömür, neft 
və qaz yataqları onlara aid edilir. Bu yataqlar dünyanın müxtəlif rayonlarında 
aşkar edilmişdir. Onlar səpinti yataqlarının axtarış obyekti ola bilər. Bu struk-
turlar həmçinin axtarış amili kimi istifadə oluna bilər, çünki onlar özünü əhə-
miyyətli praktik rol oynaya biləcək gizli obyektlər kimi  əks etdirir. 
İri geoloji regionların neft, kömür, qara, əlvan və  nəcib metallar, nadir 
torpaq elementlərinə görə perspektivliyinin qiymətləndirilməsində halqavarı 
strukturlar böyük rol oynayır. Bununla yanaşı, müxtəlif genezisli dairəvi struk-
turların mineragenetik xüsusiyyətlərinin fərqli olduğu müəyyənləşdirilmişdir. 
Neft, qaz və kömürün yeni yataqlarının axtarışı üçün tektonik mənşəli dairəvi 
strukturların mövcudluğu vacibdir. Onların arasında metallogenik xammalın 
axtarışı üçün daha qənaətbəxş, əmələ gəlməsi bu və ya digər dərəcədə dünyanın 
ən nəhəng və  qədim halqavarı strukturları-nuklearların formalaşması ilə 
əlaqədar olan maqmotogen və metamorfogen strukturlar hesab olunur. Buna 
görə  də sonuncuların dəqiq tədqiqatı qitələrin mineragenetik perspektivlərinin 


339 
 
kifayət qədər genişləndirilməsini şərtləndirə bilər. Gələcək tədqiqatların istiqa-
məti yeni nuklearların aşkarlanması və onların quruluşunun öyrənilməsinə doğ-
ru yönəldilməlidir. 
Şübhəsiz, nuklearların sərhədləri daha çox keçiricilik qabiliyyətinə malik 
zonalar olduğu üçün, bütün geoloji tarix boyu onların vasitəsilə planet nüvə-
sinin maddə və enerjisinin paylanması baş verir. Müxtəlif genetik tipli halqavarı 
strukturların metallogenik qiymətləndirilməsində xatırlamaq lazımdır ki, qədim 
və cavan platformaların örtüyündə  təzahür edən tektonik mənşəli strukturlar 
daha zəif perspektivlidir. Lakin onların metallogenik rolu hələ  də axıra kimi 
aydınlaşdırılmamış qalır. Yer səthində bünövrə strukturunu əks etdirən bu 
əmələgəlmələr dolayı axtarış əlaməti kimi mühüm əhəmiyyətə malik ola bilər. 
Astroblemlərin tədqiqatı daha böyük diqqət tələb edir. Naməlum genezisli 
strukturların mənşəyinin aydınlaşdırılması üçün daha dəqiq tədqiqatlar aparıl-
malıdır. Ümumiyyətlə, Yerin bütün halqavarı strukturları, dərəcə və genezisin-
dən asılı olmayaraq, metallogenik təhlildə əhəmiyyətli rol oynayır. 
 
14.1.7. Lineamentlər və halqavarı strukturlarla əlaqədar olan faydalı 
qazıntılar 
 
 Faydalı qazıntıların kosmik şəkillərin köməkliyilə axtarışında lineament-
lər və  xətti strukturların geoloji səciyyələndirilməsi  əsas meyarlardan hesab 
olunur. Onlarla bu və ya digər faydalı qazıntı yataqlarının məkanca  əlaqədar 
olması, onlara proqnoz maraqlarını daha da artırmışdır. 
 Lineamentlərə yer qabığının bir neçə yüksək keçiricilik zonası kimi və 
dərinlik flüidlərin açılması kimi baxaraq belə fikrə  gəlmək olar ki, həqiqətən 
onlarla filiz yataqlarının  əlaqədar olması mümkündür. Əgər belə  əlaqə linea-
mentin hər hansı bir sahəsində müəyyən olunarsa, bu zaman belə ehtimal etmək 
olar ki, oxşar filizləşmə  və ya geokimyəvi xüsusiləşmə onun bütün uzanması 
boyunca qeyd oluna bilər. Belə tip xətti metallogenik zona və zolaq böyük 
uzanmaya malikdir (birbaşa filiznəzarətedici və filizyerləşdirici strukturlar) və 
əvvəllər kompleks geoloji əlamətlərə görə ayrılmışdır. Lineamentlər metallo-
genik rayonlaşdırma və proqnoz əlamətləri üçün yaxşı əsas hesab olunur. 
  Eyni zamanda qeyd etmək lazımdır ki, bir sıra məlum filiz təzahürlə-
rinin lineamentlər və ya lineament zonaları ilə məkanca üst-üstə düşməsi bütün 
zonada uyğun filiz xüsusiləşməsinə dair kifayət qədər  əsas hesab olunur. Bu, 
xüsusən eni bir neçə on və hətta yüz km-lərlə ölçülən və daxilində çoxsaylı filiz 
təzahürləri mövcud olan nəhəng lineament zonalarına aiddir. 
Yuxarıda göstərilənləri eynilə müxtəlif  əmələgəlmələrin və hadisələrin 
izahatı üçün əlverişli hesab olunan lineament zonalarına da aid etmək olar. 
Lineament zonaları ilə faydalı qazıntı yataqları və seysmik hadisələr əlaqədar-
dır. Lakin çoxsaylı oxşar qovşaqlar arasında seysmoaktiv və filiznəzarətedici 
strukturların ayrılması xüsusi əhəmiyyətli məsələlər hesab olunur. Tədqiqatın 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə