Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə13/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   9   10   11   12   13   14   15   16   ...   128

41 
 
 
Şəkil  10. Optik  filtrasiya üsulu  ilə  verilmiş  uzunluğun lineamentlərinin  
ayrılması (V.B.Komarova  görə). 
Lineamentlərin sxemi (a) və onun filtrasiya olunmuş  təsvirləri: lineamentlərin  şimal- 
şimali-qərb 355
0
 (b) , şərq- şimali-şərq 85
0
 (c) və şimal-qərb 300
0
 (d) diapazonlarda  
uzunluqla.  
 
5.3. Kosmik şəkillərin vizual geoloji 
deşifrələnməsində zəruri texniki vasitələr 
 
Orta  və dəqiqmiqyaslı kosmik şəkillər böyük (60-70 %) əhatəyə malikdir 
ki, bu da stereoeffekt yaratmaq üçün lazım olan sterocütün tərtibinə imkan 
yaradır. Qlobal miqyaslı  şəkillər təcrübi olaraq, stereoeffekt vermir. Kosmik 
şəkillərin deşifrələnməsində, aeroşəkillərlə  işlərkən, müəyyən cihazlardan 
istifadə edilir ki, bunlar da əsasən stereoskop, interpretoskop və stereometr-
lərdir. Lakin kosmik şəkillərin vizual alət üsulu ilə deşifrələnməsində  nəzərə 
almaq lazımdır ki, onlar obyektin əhəmiyyətli optik generalizasiyasına və 
böyük görüş sahəsinə malikdir.  
Stereoskoplar. Kosmik şəkillərin geoloji deşifrələnməsində aşağıdakı tip 
stereoskoplardan istifadə edilir: - Linzalı, güzgülü və güzgülü-linzalı. 
Linzalı stereoskop - Sadə optik sistem olub, xüsusi dayağa bərkidilmiş 
eynək və ya lornet şəkilli iki linzadan ibarətdir. Linzaların mərkəzləri arasın-
dakı məsafə 60-70 mm olur. Stereoskopun obyektləri 7 dəfə böyütmə qabiliy-
yətinə malikdir. Linzalı stereoskoplar çöl şəraitində işləmək üçün çox əlveriş-
lidir. Lakin stereoeynək və lornetlər kiçik bir sahənin stereoşəklini göstərir və 
müşahidəçinin görmə orqanlarını tez yorur. 
Güzgülü stereoskoplar sadə optik cihaz olub, çöl şəraiti üçün çox əlveriş-
lidir. Onlar, xüsusən şəkillərin quraşdırılması və fotosxemlərlə iş zamanı daha 
yararlıdır. “Siklop” güzgülü stereoskop şaquli dayaq üzərində bir-birinə nisbə-
tən 15
0
 bucaq altında  yerləşmiş iki güzgüdən ibarətdir.  Şaquli dayağın alt his-


42 
 
səsi iki müstəvidən ibarətdir. Sağ müstəviyə sağ şəkil bərkidilir, stola nisbətən 
30
0
 bucaq altında yerləşən tərpənən sol müstəvidə isə  şəklin sol stereocütü 
yerləşdirilir. Sol şəklə  güzgülərlə, sağ şəklə isə adi gözlə baxılır.    
Kosmik  şəkilləri deşifrələmək üçün istifadə edilən güzgülü-linzalı ste-
reoskoplar hərəkət edən dörd ayaqla təmin olunmuş, ümumi lövhəyə  bərki-
dilmiş  və horizontal müstəviyə nisbətən 45
0
 bucaq təşkil edən iki cüt paralel 
yerləşmiş güzgülərdən ibarətdir. Hazırda “ZDS – 1”güzgülü – linzalı stereoskop  
hərəkətsiz və ya səyyar fotolaboratoriyalarda kəsilmiş və kəsilməmiş aerofilm-
lərə, onlardan ölçüsü 53 sm olan, izi alınmış stereocüt təşkil edən  şəkillərə 
stereoskopik baxmaq üçün nəzərdə tutulmuşdur.   
“ZLS – 1” stereoskopu baxış cihaz stolunun və yaxud eni 510 min-dən az 
olmayan hər hansı bir hamar stolun üzərində qurulur. Cihaz fotoşəkilləri deşifrə 
etmək üçün əks olunan işıqda işləyən sərbəst işıqlandırıcı ilə təchiz edilmişdir 
və binokulyarla və ya binokulyarsız işləyə bilir. Belə ki, binokulyarsız işləyər-
kən, sahəni az böyütməklə əhatə sahəsi genişlənir, binokulyarla iş zamanı  isə 
əhatə sahəsi kiçilir, lakin böyütmə 5 dəfə artır. 
İnterpretoskop birinci dərəcəli hərəkətsiz optik cihaz olmaqla, stereocüt 
şəkillərə əks olunan işıqda, neqativlərə isə keçən işıqda baxmaq üçündür;   şə-
killəri 15 dəfə böyüdə bilir və stereomodellərlə eyni zamanda iki müşahidəçinin 
baxmasına imkan yaradır (məşvərət variantı).   
Süxurların yarım elementlərini, formasiyaların qalınlığını və digər kəmiy-
yət ölçülərini təyin etmək üçün geoloji stereometrdən istifadə edilir.  Kosmik 
şəkillərdəki sərhədləri topoqrafik xəritəyə köçürmək üçün “Lyuts” adlı cihaz-
dan istifadə olunur. Bu cihaz topoqrafik xəritə və şəkli eyni zamanda görməyə 
imkan verir. Bu cür cihazlardan biri də radialpantoqrafdır (RP-3). Cihazın əsas 
hissələrindən biri üzərinə kosmik şəkil bərkidilən prizmadır. Stolun üzərində 
yerləşən xəritə  və kosmik şəkildəki eyni nöqtələr prizmanı  əyməklə üst-üstə 
salınır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


43 
 
İ k i n c i    h i s s ə 
 
KOSMİK İNFORMASİYANIN GEOLOJİ TƏHLİLİ 
 
VI. GEOLOJİ DEŞİFRLƏNMƏNİN ƏSAS ANLAYIŞLARI   
VƏ ÜSULLARI 
 
Distansion zondlama materialları  məlumatların toplanması, işlənməsi və 
onların qeydiyyatından ibarət böyük bir sistemin tərkib hissəsidir. Düzgün təş-
kil edilmiş sistemkosmik daşıyıcıların orbitləri və  məlumatvericilərinin seçil-
məsinə, ilkin materialların toplanması, yerüstü komplekslərə verilməsi, işlənil-
məsi və  təqdim olunan materialların tipinin xarakterini əsaslandıran müəyyən  
geoloji məsələlərin həllinə doğru yönəldilməlidir. 
 
6.1. Distansion geoloji zondlamanın prinsipial sxemi 
 
11-ci şəkildə distansion zondlama sisteminin sadələşdirilmiş sxemi təsvir 
edilmişdir. Sistem bir neçə qarşılıqlı  əlaqəli elementlərdən və ya bloklardan 
təşkil olunmuşdur. 
Səhnə - Vericilərin qarşısında olan sahədir və ümumiyyətlə, sistemin ya-
radılmasında səhnənin geoloji modelinin qurulmasına xidmət edir. Səhnənin 
məsafədən öyrənilməsi onun fiziki sahə mahiyyətindən irəli gəlir.  Əksər hal-
larda işıqlandırma və ya elektromaqnit dalğalarının  əks olunmasından istifadə 
edilir. Bu zaman passiv (Günəş) və ya fəal (lazerlər, radiolakatorlar) işıqlandır-
ma mənbəyi lazım olur. 
Fiziki sahələr, yüksəklik kompleksinin daxilindəki vericilərlə ölçülür. Bu 
vericilər ölçməkdən  əlavə, məlumatları ilkin işləmə  və yerəötürmə rolunu da 
oynayır. Elektromaqnit siqnallarında kodlaşdırılmış  və ya bərk kütlə daşıyıcı-
larına, (fotolent, maqnit lenti və s.) yazılmış məlumatlar yerüstü komplekslərə 
göndərilir ki, burada da onlar qəbul olunur, işlənilir və saxlanılır. 
 
Şəkil  11. Distansion  geoloji  sxem. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə