Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə22/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   18   19   20   21   22   23   24   25   ...   128

66 
 
obyektin konkret geolojilandşaft xüsusiyyətlərini  əks etdirir və ona görə  də
geologiyanın və coğrafiyanın  uyğun kateqoriyaları ilə təsvir edilir. 
Analizin üsulundan asılı olaraq, xüsusi əlamətlər induktiv və deduktiv ola 
bilər. Bunlardan birincisi obyektin təyinatından və geoloji məzmunundan irəli 
gələn xüsusiyyətdir. Məsələn, çökmə və vulkanogen-çökmə süxurların induktiv 
əlaməti - şəkillərdə görünən laylanma; antiklinalın induktiv əlaməti - onun 
mərkəzində daha qədim çöküntülərin və  əyilmələrin qabarıq formada olması; 
qırılmaların – geoloji kütlələrin və ya relyef formalarının deşifrələnən yerdəyiş-
məsidir. Özünəməxsus üsullarla öyrənilən obyektlərin siniflərdə toplanmasını 
nəzərə alaraq, induktiv əlamətləri bir neçə  əsas qrupda birləşdirmək olar: 
stratiqrafik, struktur-geoloji,  geomorfoloji və s. 
İnduktiv əlamətlər geoloji obyektlərin birdəfəlik diaqnostikası üçün zəruri 
və  əsasdır. Lakin onların tətbiq sahəsi məhduddur. Buna səbəb geoloji 
əmələgəlmələrin bütün xüsusiyyətlərinin fotoqrafiya  üsulu ilə verilməsinin 
qeyri-mümkünlüyüdür. Belə halda, yəni müxtəlif dərəcəli və tipli obyektlərdə 
genetik və paragenetik qarşılıqlı münasibət yarandıqda, deduktiv əlamətləri 
tətbiq etmək lazım gəlir. Məsələn, karbonatsulfatlı layların relyefinin karst 
formaları ilə müşayiəti mütləq deyildir, lakin karstların mövcudluğu həmin 
layları aşkar etmək üçün, sadəcə olaraq, etibarlı əlamətdir. 
Deduktiv deşifrələmə  əlamətlərinə elə xüsusiyyətləri aid etmək lazımdır 
ki, onlar geoloji obyektlərin öz aralarındakı qarşılıqlı münasibətində,  yerləşmə 
xüsusiyyətlərində, müəyyən strukturlara aid olmasında özünü büruzə verir. 
Məsələn, kinematik tipli qırılmaları, onların qırışıqlıq sisteminin ümumi 
istiqamətə yönəlməsi və bununla əlaqədar olaraq, digər struktur formaların 
səciyyəsi ilə tanımaq olur; intruziyaların və vulkanların xətti düzülüşü  gizli 
dərinlik qırılmalarının olmasına sübutdur: çöküntülərin tərkibini, bəzən tektonik 
deformasiyanın tipinə görə  təyin etmək olur (plastik fliş  və gilli laylar eyni 
şəraitdə karbonat layına nisbətən xırda qırışıqlar  əmələ  gətirir); gətirmə 
konuslarını, özlərinin ümumi səciyyəvi formalarından  əlavə, həm də çay 
dərələrinin mənsəb hissəsindəki yerləşmə əlaməti ilə təyin edirlər. 
Beləliklə, bu və ya digər obyektləri kosmik təsvirlərdə ayırmağı  təmin 
edən başlıca deşifrələmə amiliobrazlar haqqında təsəvvürdür, yəni obyektlərin 
kosmik  şəkillərdə necə göründüyünü bilməkdir. Bu bilik ya tədqiqatçının 
yaddaşında saxlanılır və əvvəlki təcrübələrə əsaslanır, ya da  obraz banklarında 
(məsələn, bu və ya digər geoloji əmələgəlmələrin kosmik şəkillərinin katalo-
qunda) saxlanılır. 
 
 
 
 
 


67 
 
6.4.4. Süxurların stratiqrafiyasının və  litoloji-petroqrafik tərkibinin  
öyrənilməsi  üçün  deşifrələmə 
 
Yüksək səviyyəli generalizasiya ilə  əlaqədar olaraq, KFŞ-ə görə yalnız  
ayrı-ayrı hallarda stratiqrafik məsələlərin həlli və səthə çıxan süxurların maddi  
tərkibinin təyini mümkün olur. Yüksək səviyyəli generalizasiyalı  (əsasən  
qlobal və regional) və  zəif  həlletmə  qabiliyyətinə  malik  KFŞ-də  bir-birindən  
fərqlənən  süxurların  fototəsvirlərindəki  fərq  itir,  onlar  şəkillərdə  aşkarlana  
(ayrıla) və  sərhədlənə  bilər, lakin onların müəyyən  bir  kateqoriyaya  aid  
edilməsi çətinlik  törədir. Bu halda geoloji məlumatlar və  ya  çöl    işlərindən  
istifadə etmək  lazımdır  ki,  bu  da  ayrılmış  konturları  interpretasiya  etməyə  
imkan  verir. 
Fototəsvirlərin yüksək olmayan həlletmə qabiliyyəti və inteqrasiyası ilə 
əlaqədar olaraq, kiçik sahələrdə  səthə  çıxan və ya yüksək parçalanmış relyef  
şəraitində inkişaf edən və  nəticədə kiçik çıxışlarla  əks olunan süxurların ayrı-
ayrı tiplərini, xüsusilə dağlıq vilayətlərdə, çox nadir hallarda ayırmaq imkanı  
vardır. Ona görə  də KFŞ-də  əksər hallarda çoxkomponentli, lakin qrupların  
tərkibinin uyğunluğunu və ya əsas komponentin üstünlük təşkil edən tərkibini  
əks etdirən bir və ya bir neçə deşifrələmə  əlaməti ilə birləşmiş süxur qrupları  
deşifrələnir.  Belə  qruplar  yerli  stratiqrafik  bölgülərin  xarakterini  daşıyır  və  
daha çox böyük inkişaf sahəsi və  kəskin fotogenik deşifrələmə  əlamətləri ilə  
xarakterizə olunan müəyyən genetik komplekslərə, fasiya və ya formasiyalara  
uyğun  gəlir. 
Litoloji-stratiqrafik deşifrələmə qlobal və regional KŞ-də  süxurların əsas  
genetik tipini (çökmə, maqmatik, vulkanogen, metamorfik) ayırmağa və onla-
rın, həmçinin bir sıra formasion komplekslərin qarşılıqlı əlaqəsinin xarakterini  
fərqləndirməyə imkan verir (şəkil 24). 
 
Şəkil 24. Şimali Afrika ərazisində “Zond-5” planetlərarası avtomatik stansiya  
ilə alınmış KFŞ-n litoloji-stratiqrafik deşifrələnmə sxemi: 
1 – metamorfik  və  püskürmə  süxurları ilə  mürəkkəbləşmiş  kembriyəqədərki  massivlər;  2 – Anti – Atlas  
və  Uqart  Hersinki  qırışıqlıq  kompleksi;  3 -  alt-  və  orta  paleozoy terrigen  çöküntülər;  4 – postorta 
daş  kömür terrigen-karbonat   çöküntüləri;  5 – Atlas  qurşağının  alp  qırışıqlıq  əmələgəlmələri;  6 – 
püskürmə  süxurlarının  çıxışları;  7 -  vulkanogen  süxurların  çıxışları. 


68 
 
Çökmə süxurlar. Çökmə süxurların əsas deşifrələmə əlaməti- fototəsvirin  
müxtəlif tərkibə və möhkəmliyə malik lay və qatların növbələşməsi ilə şərtlə-
nən zolaqlı  şəklidir. Bu əlamət bir qədər püskürülmüş, xüsusilə metamorfik  
süxurlara aid ola bilər, lakin onlarda tünd fotoçalar daha çox üstünlük təşkil  
edir. Çökmə  süxurların  onları  bir-birindən  fərqləndirməyə  inkan  verən  əsas  
deşifrələmə  əlamətləri onların müxtəlif mezo və meqarelyefdə (xüsusilə  plat-
forma regionları üçün) özünü büruzə verməsinə, erozion şəbəkənin  xarakterinə  
və ya süxurların özlərinin rənginə  və ya fotoçalarına  əsaslanır. Rolu KFŞ-də  
çökmə süxurların deşifrələnməsində AFŞ-n deşifrələnməsinə nisbətən çox olan  
struktur əlamətləri (geosinklinal vilayətlər üçün) xüsusi qeyd etmək lazımdır. 
Şəkillərdə təsvirin xüsusiyyətlərinə görə bir tərəfdən ana (köklü) süxurları 
və dördüncü dövr çöküntülərini ayırmaq, digər tərəfdən isə müəyyən litoloji  
növləri: karbonatlı-sulfatlı, gilli, qırıntı sementləşmiş  və  qırıntı  sementləşmə-
miş aşkar etmək olur (şəkil 25). 
Karbonatlı-sulfatlı süxurlar  (əhəngdaşı, dolomit, mergel, gips) əsasən  
nisbətən açıq rənginə, kifayət qədər möhkəmliyinə, aydın görünən çatlılığına  
və  bəzən  relyefdə  müəyyən  təzahürünə  görə  tanınır  (şəkil 25 a, b).  Yüksək  
rütubətli rayonlarda karbonatlı-sulfatlı çöküntülərin çıxışlarının sahələrinə  
karst  relyefi  aiddir. Gillərə keçid vəziyyəti tutan mergellər  əhəngdaşları ilə  
müqayisədə daha  az  möhkəmliyi və demək olar ki, karstın iştirakının qəti  
olmaması,  lakin  relyefin  daha  çox  hamarlanmış  formaları  ilə  fərqlənir. 
Gilli  süxurlar (argillit, gillər  və öz keyfiyyətinə görə onlara yaxın  olan  
alevrolitlər) kifayət qədər  möhkəmliyə  malik  olmaması  səbəbindən asanlıqla  
yuyulur və buna görə  də onlara tez-tez relyefin mənfi formaları cavab verir. 
Onlar əsas etibarilə, kaolinitlər istisna olmaqla,  karbonatlı-sulfatlı  süxurlardan  
daha tünd fotoçalarla fərqlənir. Gilli çöküntülərin yayılma zonaları üçün  
dendritli erozion şəbəkəli bedlend (bəzən asan həll olan duzlar (halit, kalium 
duzu və s.) gilli süxurlar  içərisində  linzalar,  qatlar  şəklində  iştirak etdikdə  
sular vasitəsilə  həll olunaraq daşınır ki, yaranmış boşluqların tavanı sonralar  
uçaraq,  “adacıqlar”  şəklində  karsta  oxşar  qıf  əmələ  gətirir  və  bu  zaman  
yer səthində əmələ gələn relyef  forması  bedlend (ingiliscədən  tərcümədə  “pis  
torpaq”) adlandırılır) xüsusilə xarakterdir (şəkil 25 c), argillit qatları  və fliş  
çıxışları hüdudlarında isə erozion şəbəkə dendritşəkilliiynəli və  lələklidendrit 
şəkilli  rəsmə  (şəklə)  malik  olur. 
Sementləşmiş qırıntı süxurları - (qumdaşı və konqlomeratlar)  möhkəm-
liyinə görə karbonatlı-sulfatlı süxurlara yaxındır, lakin relyefin nisbətən kəskin  
məhdudiyyətli müsbət formalarını  əmələ  gətirir. Onları  əhəngdaşlarından  
karstın olmaması, relyefin kəskin parçalanmaya məruz qalması  və tez-tez  
təzahür edən çatlılıq fərqləndirir.  Bu  süxurların  fotoçaları  böyük  hüdudlarda  
dəyişir:  açıq  rəngdən   xüsusilə  arid  zonalar  üçün  xarakter  olan  tünd  rəngə  
qədər  dəyişir   (şəkil 25 d, e). 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə