Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə3/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   2   3   4   5   6   7   8   9   ...   128

13 
 
kənarlarına tərəf kifayət qədər dəyişəcəkdir.  Şəkillərin miqyasının dəyişməsi 
orbitin xarakterindən asılıdır. Yer səthinin  ən sabitmiqyaslı  şəkilləri dairəvi 
orbitdə alınır. Beləliklə, şəkillərin miqyasının sabitliyi planalma orbitinin səciy-
yəsi və yüksəkliyindən, YSP-də qoyulmuş cihazların tipindən, planalmanın op-
tik oxunun meyl bucağından və s.  amillərdən  asılıdır. 
Rusiyada orbitə müxtəlif konstruksiyalı YSP çıxarılmışdır: “Kosmos”,  
“Elektron”, “Proton”, “Molniya”, “Meteor”, “Raduqa” və s. Müxtəlif məqsədli 
YSP-ni digər dövlətlər də orbitə çıxarır (ABŞ, Böyük Britaniya, Kanada, Fran-
sa, Hindistan, İtaliya, Yaponiya, ÇXR, Türkiyə, Braziliya). Hazırda kosmik 
fəzada 2 mindən  artıq  YSP  vardır. 
“Meteor” (Rusiya) və “Lendsat” (ABŞ) texnoloji YSP köməyi ilə alınmış  
kosmik zondlama materialları bir çox geoloji məsələlərin həllində geniş  
istifadə edilir. Bu tipli YSP yer səthinin böyük hissəsinin keyfiyyətli  şəkilləri-
nin alınmasına imkan yaradan cihazlarla təchiz olunmuşdur. Hazırkı dövrə  
kimi, YSP-də yerləşdirilmiş  xüsusi  cihazların köməyi ilə yer  kürəsinin  bütün  
səthinin  kosmofotoşəkilləri çəkilmişdir. 
Bu  şəkillərin  tədqiqi bir çox geoloji problemlərin həllinə yeni aspektdən 
yanaşmağa imkan vermişdir. Bununla əlaqədar olaraq, meteoroloji YSP ilə 
alınmış kosmik planalmanın materiallarına  əhəmiyyətli geoloji informasiya  
mənbəyi   kimi   baxmaq  lazımdır. 
Hazırda tədqiqatçılar minlərlə ağ-qara, rəngli və çoxzonalı kosmik  şəkil-
lərlə  təmin olunmuşlar. Bundan əlavə, YSP vasitəsilə radiolokasiya, spektro-
metrik planalma və müxtəlif geofiziki  işlər də aparılır. Son zamanlar kosmik 
texniki vasitələrin inkişafında böyük nailiyyətlər əldə edilmişdir. İndi orbitə  bir 
raketlə müxtəlif elmi-texniki məsələləri həll edə biləcək bir neçə YSP burax-
maq mümkündür. Məsələn, 1987-ci il 16 iyunda Rusiyada bir ballistik raket 
vasitəsilə orbitə 8 YSP (Kosmos -1852-1859)  buraxılmışdır. 
Kosmik yarış - keçmiş SSRİ və ABŞ arasında 1957-1975-ci illərdə kos-
mosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxıl-
ması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların 
Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakte-
rizə olunur. Terminin adı “Silahlanma yarışı”nın adına uyğunlaşdırılmışdır. 
Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texno-
loji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli 
idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşı-
maqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradır. “Yarış” 4 oktyabr 1957-ci 
ildə Sovet İttifaqında Yerin ilk süni peyki “Sputnik-1”in kosmosa göndərilməsi 
ilə başlamışdır. Kosmik yarış dövründə SSRİ  və ABŞ peyklərini orbitə öz 
daşıyıcı raketləri ilə  çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş 
sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas “kosmik gücünə” 
çevrildilər. Kosmosa insan göndərilməsi  ətrafında gedən yarış SSRİ-nin qələ-
bəsi ilə başa çatdı. Belə ki, 1961-ci il, aprelin 12-də SSRİ-də “Vostok” gəmisi 


14 
 
ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa 
ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-a texniki və ideoloji zərbə 
endirdi. Amerika buna 23 gündən sonra cavab verə bildi. ABŞ astronavtı Alan 
Şepard “Free-dom-7” kosmik gəmisi ilə yerətrafı orbitə göndərildi. Beləliklə, 
Şepard kosmosa göndərilən ikinci insan oldu. SSRİ buna növbəti kosmonavt-
larını yerətrafı orbitə göndərməklə cavab verdi. SSRİ 1962-ci il avqustun 12-
15-də kosmosa iki nəfər göndərdi və bununla Amerikanı yenə  də qabaqlamış 
oldu. Kosmos uğrunda gedən savaşa qadınlar da cəlb edildilər. Belə ki, 1963-cü 
il iyunun 16-da “Vostok-5” gəmisi ilə SSRİ ilk qadın kosmonavtı, Valentina 
Tereşkovanı kosmosa göndərdi. Bu isə ideoloji baxımdan ABŞ-a vurulan daha 
bir zərbə oldu. 1966-68-ci illərdə SSRİ-nin kosmosa göndərdiyi kosmik 
gəmilərin bəziləri qəzaya uğradı. Bundan sonra kosmosda ağalıq etmək uğrunda 
mübarizədə ABŞ tədricən üstünlüyü ələ almağa başladı. 1969-cu il iyulun 21-də 
ABŞ-ın Ay proqramı  çərçivəsində “Apollon-11” kosmik gəmisi uğurla Ay 
səthinə ilk astronavtları, Nil Armstronq və Edvin Oldrini çıxardı. 
Apollon Proqramı və ya Layihəsi – Milli Kosmik Aeronavtika İdarəsi 
(NASA)  tərəfindən reallaşdırılmış Aya uçuş layihəsidir. Gemini Layihəsindən 
sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış  və soyuq 
müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn 
V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış  və  həyata keçi-
rilmişdir. Apollon Layihəsi adını  qədim yunan mifologiyasının tanrılarından 
olan Apollondan almışdır. 
Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsula-
dan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə 
Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi 
göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya 
keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini 
tamamla-dıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə 
geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə 
olunan OrbiterRanger və Surveyor gəmilərini göndərmişdi. Bunların köməyi 
ilə Ayın səthində Apollonun enişi üçün uyğun yer müəyyənləşdirilmişdi. 
Ay səthinə enmək məqsədilə 4 ayrı plan düşünülmüşdü: 
1)Birbaşa qalxma: bu plana görə kosmik gəmi birbaşa Aya uçmalı və Aya 
enib qalxmalı idi. Bu əməliyyat üçün həmin dövrün ən güclü raketi olan Nova 
raketindən daha güclü bir vasitəyə ehtiyac vardı; 
2)Yerin orbitində görüşmə: bu plan biri kosmik gəmini, o biri isə 
yanacağı daşıyan 2 Saturn V raketinin kosmosa qalxmasını  nəzərdə tuturdu. 
Kosmik gəmi Yerin orbitinə yerləşməli və lazımı qədər yanacaq doldurulduq-
dan sonra Aya gedib qayıtmalı idi. Yenə də kosmik gəmi tam halda Ay səthinə 
oturmalı idi; 
3)Ay səthində görüşmə: bu plan biri yanacaq daşıyan və Aya enməli olan 
insansız kosmik vasitənin və bir müddət sonra onu izləməli olan insanlı kosmik 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə