Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə5/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   2   3   4   5   6   7   8   9   ...   128

18 
 
ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 
80%-i isə kommersiya məqsədilə istifadə ediləcəkdir (Foto 4).  
Azerspace-1 peykinin orbitə buraxılması ilə Naxçıvan MR-in ərazisi də daxil 
olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o 
cümlədən sürətli İP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara 
daha yaxşı  nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər 
proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi 
hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu 
olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcəkdir.  
Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə 
çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə  çıxarılması 
isə 2016-cı ilə planlaşdırılmışdır. Azərbaycan növbəti illərdə ilk olaraq aşağıor-
bitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar 
peyklərin orbitə çıxarıl-masını planlaşdırır. 
BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul 
olunmuş, Azərbaycan kosmik fəzanın sülh məqsədilə istifadəsi üzrə öhdəliklər 
götürmüşdür.  
Milli peykin ehtiyatlarından daxili təlabat və beynəlxalq bazarda xidmət 
üçün istifadə ediləcəkdir. 
Azərbaycanın orbitə çıxaracağı növbəti rabitə peykləri ölkənin özünəməxsus 
orbital mövqelərdə  fəaliyyət göstərəcəkdir. Azərbaycanda kosmik sənayenin 
yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması və Azərbaycanda 
kosmik sənayenin yaradıl-ması  və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya 
peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə peyk texnologiyalarının istehsalı  və 
tətbiqi üçün geniş imkanlar açmışdır. Milli peykin ehtiyatlarından daxili təlabat və 
beynəlxalq bazarda xidmətlər üçün istifadə planlaşdırılır. Peyk istifadəyə verildik-
dən sonra kosmik texnologiyalarla teleradio yayımı, diplomatik nümayəndəliklərlə 
birbaşa və etibarlı rabitənin yaradılması, ölkənin informasiya təhlükəsizliyinin mü-
hafizəsinin gücləndirilməsi, yüksəksürətli peyk internet xidmətinin təşkili, kosmik 
sahə üzrə kadr hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni 
imkanların yaradılması təmin ediləcəkdir. Kosmik texnika yeni elmi-texniki tədqi-
qatlara rəvac verəcək və bu da öz növbəsində innovasiyalara yol açacaqdır.  
 
Foto 4. Azərbaycanın ilk suni peyki  “Azerspace-1” 


19 
 
Kosmosun fəthi sahəsində xronika (1957—2012) 
Tarix Hadisə Ölkə 
 
Layihə 
 
21 avqust 1957 
İlk qitələrarası ballistik raket SSRİ R-7 
4 oktyabr 1957 
Yerin ilk süni peyki 
Kosmosdan ilk siqnal 
SSRİ "Sputnik-1" 
3 noyabr 1957 Yerin 
orbitində ilk canlı, Layka adlı it 
SSRİ “Sputnik-2” 
31 yanvar 1958 Yerin 
radiasiya 
qütblərinin aşkarlanması 
ABŞ 
“Eksplorer-1” 
17 mart 1958 Günəş batareyasından qidalanan ilk süni peyk 
ABŞ 
“Avanqard-1” 
18 dekabr 1958 
İlk rabitə peyki 
ABŞ 
Project SCORE 
2 yanvar 1959 Yerin 
orbitindən ilk çıxış "Günəş küləyi"nin ilk dəfə 
aşkar olunması Ayın yanından ilk uçuş 
SSRİ “Luna-1” 
4 yanvar 1959 Heliosentrik 
orbitdə ilk obyekt 
SSRİ “Luna-1” 
17 fevral 1959 
İlk meteoroloji peyk 
ABŞ 
“Avanqard-2” 
28 fevral 1959 Qütb 
orbitində ilk süni peyk 
ABŞ 
“Diskaverer-1” 
7 avqust 1959 Yerin 
orbitdən çəkilmiş ilk şəkli 
ABŞ 
“Eksplorer-6” 
13 sentyabr 1959 Başqa göy cisminə, Aya enən ilk aparat 
SSRİ “Luna-2” 
4 oktyabr 1959 
Ayın görünməyən tərəfinin ilk şəkli 
Qravitasiya menvrindən ilk istifadə 
SSRİ “Luna-3” 
1 aprel 1960 
İlk telekameralı meteoroloji peyk 
ABŞ 
TIROS-1 
5 iyul 1960 
İlk kəşfiyyat peyki 
ABŞ 
GRAB-1 
11 avqust 1960 
Orbitdən faydalı məlumatlarla (Yer səthinin 
şəkilləri) qayıdan ilk aparat 
ABŞ 
“Diskaverer-14” 
12 avqust 1960 
İlk passiv rabitə peyki 
ABŞ 
“Echo-1A” 
18 avqust 1960 
İlk fotokameralı kəşfiyyat peyki 
ABŞ 
KH-1 9009 
1961 Orbitdən ilk uçuş Uçuş istiqamətinin uçuş vaxtı  
ilk korreksiyası İlk fırlanma vasitəsilə stabil- 
ləşdirmə Veneranın 100 000 km yaxınlığından  
ilk idarəolunmayan uçuş 
SSRİ “Venera-1” 
12 aprel 1961 
İlk idarəolunan kosmik uçuş (ilk kosmonavt Yuri 
Qaqarin)  İlk idarəolunan orbital uçuş 
SSRİ “Vostok-1” 
5 may 1961 
İlk suborbital idarəolunan kosmik uçuş 
(İdarəolunan ikinci kosmik uçuş) 
ABŞ 
“Merkuri-3” 
7 mart 1962 
İlk orbital Günəş observatoriyası 
ABŞ 
OSO-1 
12-15 avqust 1962 
İdarəolunan kosmik gəmilərin ilk qrup halında 
uçuşu (birləşməsiz) 
SSRİ 
“Vostok-3” və 
“Vostok-4” 
14 dekabr 1962 
Veneranın 33800 km yaxınlığından ilk idarəolunan 
uçuş 
ABŞ 
“Mariner-2” 
16 iyun 1963 
Kosmosda ilk qadın (Valentina Tereşkova) SSRİ “Vostok-6” 
19 iyun 1963 
Marsın 197000 km yaxınlığından ilk idarə 
olunmayan uçuş 
SSRİ “Mars-1” 
19 iyul 1963 
İlk çoxdəfəlik suborbital təyyarə 
ABŞ 
X-15 Flight 90 
26 iyul 1963 Geosinxron 
orbitdə ilk süni peyk 
ABŞ 
“Syncom-2” 
5 dekabr 1963 
İlk peyk naviqasiya sistemi 
ABŞ 
"Transit" 


20 
 
19 avqust 1964 Geostasionar 
orbitdə ilk süni peyk 
ABŞ 
“Syncom-3” 
12 oktyabr 1964 
İlk çoxyerli kosmik gəmi SSRİ “Vosxod-1” 
18 mart 1965 Kosmonavtın açıq kosmosa ilk çıxışı SSRİ “Vosxod-2” 
14 iyul 1965 Mars ətrafında ilk idarəolunan uçuş 
ABŞ 
“Mariner-4” 
2 noyabr 1965 
İlk ağır süni peyk (avtomatik stansiya) və ilk ağır 
daşıyıcı raketin uçuşu 
SSRİ 
"Proton (KA)" və 
"Proton (RN)" 
15 dekabr 1965 
İdarəolunan kosmik gəmilərin qrup halında uçuşu 
zamanı birgə manevrlər (birləşməsiz) 
ABŞ 
"Gemini-6" / 
"Gemini-7" 
3 fevral 1966 Başqa göy cisminə (Aya) ilk yumşaq eniş 
Başqa göy cisminin səthindən ilk şəkillər 
SSRİ "Luna-9" 
1 mart 1966 Veneraya 
çatmış ilk aparat 
SSRİ "Venera-3" 
16 mart 1966 
İlk orbital birləşmə (idarəolunan gəmi və pilotsuz 
aparat) 
ABŞ 
"Gemini-8" / "Agena" 
3 aprel 1966 Başqa göy cisminin (Ayın) orbitində ilk süni peyk 
SSRİ “Luna-10” 
2 iyun 1966 
Aya ikinci yumşaq eniş (raket dartı qüvvəsi ilə eniş) 
Aydan şəkillər 
ABŞ 
Sörveyor-1 
23 aprel 1967 
Kosmik uçuş zamanı kosmonavtın ölümü ilə 
nəticələnən ilk qəza 
SSRİ “Soyuz-1” 
30 oktyabr 1967 
İki pilotsuz kosmik aparatın birləşməsi SSRİ 
“Kosmos-186” / 
“Kosmos-188” 
9 noyabr 1967 Çox 
ağır daşıyıcı raketin ilk uçuşu 
ABŞ 
“Saturn-5” 
15-21 sentyabr 
1968 
Ay ətrafında Yerə qayıdışla nəticələnən ilk uçuş 
Ay ətrafında canlı varlıq tərəfindən ilk uçuş 
SSRİ “Zond-5” 
21-27 dekabr 1968 
İdarəolunan gəmini daşıyan çox ağır daşıyıcı raketin 
ilk uçuşu və başqa göy cisminin (Ayın) orbitində ilk 
idarəolunan uçuş 
ABŞ 
“Saturn-5” və 
“Apollon-8” 
16 yanvar 1969 
İlk idarəolunan birləşmə və ekipajın yerdəyişməsi SSRİ 
“Soyuz-4” / 
“Soyuz-5” 
18-26 may 1969 
Başqa göy cisminin (Ayın) orbitində ilk ayrılma, 
manevr və təkrar birləşmə 
ABŞ 
“Apollon-10” 
21 iyul 1969 
Ayda ilk insan və başqa göy cismindən ilk uçuş 
ABŞ 
“Apollon-11” 
13-16 oktyabr 
1969 
İdarə olunan üç kosmik gəminin qrup şəklində ilk 
uçuşu (birləşməsiz) 
SSRİ 
“Soyuz-6”, “Soyuz-
7”, “Soyuz-8” 
19 noyabr 1969 
Kosmonavtlarla daha əvvəl enmiş avtomatik 
stansiyanın Ay səthində görüşü 
ABŞ 
“Apollon-12” / 
“Sörveyor-3” 
24 sentyabr 1970 
Ay qruntunun nümunələrinin avtomatik götürülməsi 
və Yerə çatdırılması 
SSRİ “Luna-16” 
23 noyabr 1970 Ayda 
hərəkət edən aparat 
SSRİ “Lunoxod-1” 
12 dekabr 1970 
İlk orbital rentgen teleskopu 
ABŞ 
Uhuru 
15 dekabr 1970 Veneranın səthinə ilk yumşaq eniş SSRİ “Venera-7” 
23 aprel 1971 
İlk orbital stansiya SSRİ “Salyut-1” 
iyun 1971 
İlk orbital observatoriya 
SSRİ “Orion-1” 
14 noyabr 1971 Marsın ilk süni peyki 
ABŞ 
“Mariner-9” 
27 noyabr 1971 Mars səthində ilk aparat 
SSRİ “Mars-2” 
2 dekabr 1971 Avtomatik 
stansiyanın Mars səthinə ilk yumşaq 
enişi 
SSRİ “Mars-3” 
3 mart 1972 Günəşin cazibə dairəsindən çıxmış ilk aparat 
ABŞ 
“Pioner-10” 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə