Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə6/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   2   3   4   5   6   7   8   9   ...   128

21 
 
15 iyul 1972 Asteroid 
qurşağına çatmış ilk aparat 
ABŞ 
“Pioner-10” 
3 dekabr 1973 Yupiterin yaxınlığından ilk uçuş 
ABŞ 
“Pioner-10” 
29 mart 1974
 
Merkurinin yaxınlığından ilk uçuş
ABŞ 
“Mariner-10” 
15 iyul 1975
 
İlk beynəlxalq idarəolunan uçuş
 
SSRİ 
ABŞ 
“Soyuz-Apollon” 
8 fevral 2012
 
Azərbaycanın ilk telekommunikasiya peykinin 
orbitə çıxışı 
 Azərb.  “Azerspace-1” 
 
2.2. Planetlərarası avtomatik  stansiyalar (PAS) 
 
PAS - planetləri  və ya günəş sisteminin başqa fəza cisimlərini   öyrənmək   
üçün   göndərilmiş   cihazlardır. 
İlk dəfə 1959-cu il 12 sentyabrda  “Luna-2” PAS keçmiş  SSRİ-nin   gerbi  
olan vımpeli Ay səthinə çatdırdı. Həmin vaxtdan başlayaraq, PAS - Ayı, Marsı, 
Merkurini, Veneranı, Qalley kometasını öyrənmək üçün göndərilmişdir. Ay sət-
hinin, PAS-da qoyulmuş xüsusi cihazlarla alınmış  şəkilləri onun görünməyən 
hissəsinin  öyrənilməsinə imkan yaratmışdır. Beləliklə, Ay səthinin geoloji və 
tektonik xəritələri tərtib edilmişdir. 
1966-cı il 3 fevralda “Luna – 9” PAS ilk dəfə olaraq, Bur oke-anının  kə-
narında enərək, Ay səthinin dairəvi mənzərəsini yerə  çatdırdı. Aydan alınmış 
şəkillərin dəqiq təhlili onun səthində elmi tədqiqatlar aparmaq məqsədilə gön-
dərilən avtomatik  idarəolunan  «Lunaxod – 1,2»və  «Apollon» ay modullarının  
enməsi üçün əlverişli yer  seçilməsinə imkan yaratdı. 
Mars planetinin PAS köməyilə öyrənilməsi 1962-ci il noyabrın əvvəlində 
“Mars-1” vasitəsilə başlanmışdır. Yerə planetin ilk şəkilləri 1965-ci ildə “Mari-
ner-4” vasitəsilə verilmişdir. Sonrakı illərdə “Mars”, “Mariner”, “Vikinq” seri-
yalı PAS-larla planet səthinin epizodik şəkilləri, 1976-cı ildə isə planetin mən-
zərə şəkli alındı. Həmçinin, Marsın təbii peykləri olan Fobos və Deymosun  da   
şəkilləri çəkildi. 
“Mariner” kosmik gəmisi 1974-75-ci illər ərzində Merkuri planeti ətrafın-
da üç dəfə dövrə vuraraq, onun səthinin 30 %-nin televiziya şəklini yerə   gön-
dərmiş  və  nəticədə planet səthinin strukturu və relyefi haqqında məlumatlar 
alınmışdır. Qalın bulud təbəqəsi ilə örtülmüş Venera planetinin öyrənilməsi  
daha böyük maraq kəsb etdiyinə görə, 1970-ci ildən başlayaraq, planet səthinə 
artıq 10-dan artıq Rusiya və Amerika cihazları endirilmişdir. Onların və radio-
lokasiya planalmasının  (RL) köməyi ilə Veneranın bir çox xüsusiyyətlərini 
(səthinin temperaturu, bulud örtüyünün tərkibi, fırlanma sürəti, səthinin  relyefi 
və s.) təyin etmək mümkün oldu. «Venera» seriyalı PAS-dan alınmış RL-
şəkillər planetin əksər hissəsinin xəritəsini tərtib etməyə imkan yaratdı. 1979-cu 
ildə PAS-ın köməyi ilə amerikan mütəxəsislər Yupiter planetinin  peyklərinin  
(Hanimed, Kallisto, Avropa və s.)  şəklini çəkmişlər. Peyklərin birində (İoda) 


22 
 
müasir vulkan fəaliyyəti qeydə alınmışdır. Həmçinin Saturn planetinin Titan, 
Reya, Diona, Taoriya peykləri də öyrənilmişdir. 
Keçmiş Sovet və Avropa PAS-ları Qalley kometasını, onun  yerə 
yaxınlaşması  anında  dəqiq öyrənilməsinə imkan verdi. 
Qeyd etmək lazımdır ki, Günəş sistemi planetlərinin quruluşu  haqqında 
olan bütün yeni məlumatlar PAS-ın köməyilə alınmışdır. 
 
2.3. İdarə olunan kosmik gəmilər (İKG) 
 
İKG 1961-ci ildən təyyarəçi-kosmonavt Y.A.Qaqarinin “Vostok” kosmik 
gəmisindəki ilk tarixi uçuşu dövründən məlumdur. Sonrakı illərdə “Vostok”, 
“Soyuz”, “Soyuz-T” (keçmiş SSRİ), “Merkuri”, “Jemini”, “Apollon” (ABŞ) 
tipli İKG-dən Yerin küllü miqdarda rəngli və ağ-qara şəkilləri çəkilmiş, vizual  
müşahidələr aparılmışdır. Bu gəmilərdə həmçinin müxtəlif tibbi, bioloji və tex-
noloji təcrübələr də aparılmışdır. 
Yerətrafı uçuşlar geologiya elminə qlobal miqyasda yerin quruluşunun 
öyrənilməsinə, nəzəri geologiyanın bir sıra məsələlərinin həll edilməsinə  və 
faydalı qazıntıların yerləşmə qanunauyğunluqlarının aşkar edilməsinə imkan 
yaradan yüksək keyfiyyətli   materiallar   vermişdir. 
1975-ci  il 15 iyunda  yerətrafı orbitdə “Soyuz” və “Apollon” kosmik   
kompleksinin uçuşu gələcəkdə uzunmüddətli orbital stansiyaların yaradılmasına 
gətirib çıxardı.  İKG-dən Yer, o cümlədən, digər fəza cisimlərinin  ətrafında 
uçmaq üçün də istifadə etmək olar. Məsələn, Amerika astronavtları 1969-cu 
ildə “Apollon” proqramı üzrə ilk dəfə Aya endilər.  İKG-dən alınmış kosmik 
materialların müsbət nəticələri, mütəxəssis-geoloqun eksperimentdə iştirakı şə-
raitində onların rolunu daha da artıra bilər. 
 
2.4. Uzunmüddətli orbital  stansiyalar (UOS
 
Dünyada ilk orbital stansiya 1969-cu ilin  yanvarında «Soyuz-4» və 
“Soyuz-5” kosmik gəmilərinin birgə uçuşu zamanı yaradılmışdır. 
Cihazların enerji təminatını  və elmi-tədqiqat fəaliyyətlərinin imkanlarını 
artırmaq üçün 1971-ci ildən “Salyut” tipli xüsusi orbital stansiyalardan istifadə 
edilir. Uzunluğu 16 m, çəkisi 19 t olan bu stansiya aşağıdakı hissələrdən ibarət-
dir: stansiyalararası keçid, işçi, aralıq, aqreqat və elmi cihazlar yerləşən hissələr. 
Vizual müşahidələr və yer səthinin  şəklinin çəkilməsi  üçün gəmidə 20 
illüminator (pəncərə) vardır. “Salyut” stansiyasında 10 nəfərə qədər heyət   üz-
vü işləyə bilər. Bu - tədqiqatçılara, elmin  müxtəlif  sahələri üzrə növbə ilə 
müşahidələr aparmağa imkan yaradır. “Salyut-6”UOS-n işlədiyi müddətdə  bö-
yük həcmdə elmi-texniki işlər görülmüşdür. Bu UOS-a 30-dan artıq idarəedilən 
və idarəedilməyən yük gəmiləri birləşdirilmiş  və ümumi davamiyyəti 2 ildən 
çox olan ekspedisiyalar təşkil edilmişdir. “Salyut-6”UOS-n uçuşu zamanı    el-


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə