Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə8/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   4   5   6   7   8   9   10   11   ...   128

26 
 
1961-ci ilin avqust ayından İKG-dən yer səthinin şəklini çəkməyə başla-
mışlar. Bu zaman təyyarəçi kosmonavt Q.S.Titov ilk dəfə kosmik fəzadan 
planetimizin səthinin fotoşəklini çəkmişdir. 
Kosmik şəkillərin əsas fərqləndirici cəhəti bir fotoşəkillə səthin böyük bir 
hissəsini əhatəetməsi qabiliyyətinin olmasıdır. İstifadə edilən fotolentlərdən və 
şəkilçəkən cihazlardan asılı olaraq, elektromaqnit spektrinin bütün diapazon-
larında, onun müxtəlif zonalarında və  hətta infraqırmızıya (İQ) yaxın diapa-
zonda da şəkil çəkmək mümkündür. Şəkillərin miqyası iki əsas parametrdən-
şəkilçəkmənin yüksəkliyi və obyektivin fokus məsafəsindən asılıdır. 
Kosmik fotoaparatlar optik oxun meylliyindən asılı olaraq, yer səthinin 
planını və perspektiv şəkillərini almağa imkan yaradır. 
Hazırda  kosmik şəkilləri 60% və daha böyük örtmə ilə    almağa imkan 
verən,  yüksək həlletməyə malik fotoaparatlardan istifadə edilir. 
Fotoplanalmanın spektral diapazonu infraqırmızıya yaxın zonanın 
görünən hissəsini (0,86 mkm-ə qədər) əhatə edir. 
İKG-dən yer səthinin şəklini çəkmək üçün KATE-140, MKF-6, FMS və 
s. markalı  şəkilçəkən sistemlərdən istifadə edilir. Bunlardan keçmiş SSRİ  və 
Almaniya mütəxəssisləri tərəfindən “İnterkosmos” proqramına əsasən hazırlan-
mış MKF-6M markalı çoxzonallı kosmik fotokamera gövdədən, obyektivləri 
olan 6 kasetdən, elektron blokdan və idarəetmə sistemindən ibarətdir. Bu 
sistemin parametrləri aşağıdakılardır: 
 
Kanalların sayı……………………………… ……………………………..............6 
Şəkilçəkmənin yüksəkliyi…………………………………………....…200-400 km 
Cəftə………………………………………............... fırlanan disklərlə mərkəzi tipli  
Örtmə qabiliyyəti …………………………………………………………20 – 80 % 
Lentin eni ………………………………………………………....…70 mm-ə qədər 
«Pinatar»obyektivi …………………………………………………….......  4/125 
 
MKF-6M fotokamerası altı spektral kanala malikdir ki, bunlar da aşağı-
dakı spektr zonalarında işləyir: 0,45 – 0,50; 0,52 – 0,56; 0,58 – 0,62; 0,64-0,68; 
0,70-0,74; 0,78- 0,86. 
Alınan təsvirin ölçüləri 55x81mm-dir. Bu şəkillər yüksək həlletmə imkan-
larına malikdir və onlar bir neçə  dəfə böyüdüldükdə belə, informativliyini 
itirmir. Şəklin kənarında sensitometrik paz, şəklin çəkilmə vaxtını göstərən saat, 
lentin aydınlıqsaxlama kodu və kadrın nömrəsi yerləşir. 265 km yüksəklikdən 
çəkilmiş  şəkillərin miqyası  təxminən 1: 2 000 000–ə yaxın-dır. 1-4-cü 
kanalların zonal şəkillərini 60 dəfə böyütmək olar. Belə böyüdülmüş    halda 
onlar geoloji deşifrələmə  məqsədləri üçün öz informativliyini itirmir. 5-6 -cı 
kanallarla alınmış şəkillər isə yalnız 10 dəfə böyüdülə bilər. 
Qeyd etmək lazımdır ki, indiki fotoqrafik planalma kosmik fəzadan 
alınmış planalmanın ən məlumatlı növüdür. Təcrübə göstərir ki, insan gözünün 


27 
 
fiziologiyasına uyğun gələn, yəni bütün sahəni eyni zamanda görməyə imkan 
verən şəkillərin optimal ölçüləri 18 x 18 sm-dir. 
Əlverişli istifadə üçün biri-birini örtmə qabiliyyətinə malik ayrı-ayrı 
kosmik  şəkillərdən: fotosxemlər (fotomozaika) və ya istinad nöqtələrinin 0,1 
mm və daha çox dəqiqliklə topoqrafik bağlanması olan fotoxəritələr qurulur. 
Fotosxemləri qurmaq üçün yalnız planlı kosmik şəkillərdən istifadə edilir. 
Müxtəlif miqyaslı perspektiv kosmik şəkilləri planlı  şəkillərə çevirmək üçün, 
«trasformasiya» adlanan xüsüsi proses tətbiq olunur. Kosmik şəkillərin trans-
formasiya edilməsi kosmosxemlərin və kosmofotoxəritələrin tərtibində müvəf-
fəqiyyətlə istifadə edilir ki, onlar da adətən koordinatın coğrafi şəbəkəsinə çox 
asan bağlanır. Kosmik şəkillərin transformasiyası və kosmofotoşəkillərin hazır-
lanması geodezistlər tərəfindən xüsusi cihazlarla – transformatorlarla həyata 
keçirilir. 
 
3.3. Televiziya  kosmik  planalması 
 
 Televiziya kosmik planalması fotoqrafik planalmadan özünün az həlletmə 
qabiliyyətli təsvirlər verməsi ilə  fərqlənir (şəkil 2). Onlar meteoroloji xidmət-
lərdə çox geniş istifadə edilməklə yanaşı, geoloji işlərdə də öz tətbiqini tapır. 
Televiziya kosmik planalmasında  şəkil «vidiokon» qəbuledici qurğuya 
proyeksiyalanır ki, onun da köməyi ilə fototeleqraf rejimdə elektromaqnit 
siqnalları radiokanallarla Yerin qəbuledici stansiyalarına verilir və ya maqnit 
lentinə yazılır. 
Yerdəki qəbuledici stansiyalara daxil olan telesiqnallar gücləndirilir və 
teleekrandan xüsusi qurğu vasitəsilə  çəkilən görünən televiziya təsvirlərinə 
çevrilir. Təbii ki, teleşəkillərin belə çoxpilləli və mürəkkəb ötürülməsi onların 
informativliyinin itməsinə  gətirib çıxarır. Bu itkini özünəməxsus tərzdə kom-
pensə etmək məqsədilə, YSP sırasında çoxzonalı  rəngli  şəkillər almaq üçün 
xüsusi işıq süzgəclərinin köməyi ilə müxtəlif rejimlərdə işləyən bir neçə  tele-
kameralar quraşdırılır. 
Telekameranın  əsas hissəsi -  vidikon-ötürücü borudur. Televiziya plan-
alması zamanı borunun işləmə dövrü on saniyələrlə ölçülməklə, aşağıdakı 
əməliyyatları yerinə yetirir: ekspozisiya, elektron təsvirin hesablanması, növbəti 
ekspozisiyaya hazırlıq. Kadrlı televiziya təsvirləri yüksək geometrik dəqiqliyi 
və bir-birini xeyli örtmək hesabına stereoskopik cütlərin alınması imkanlarına 
görə fərqlənir.  


28 
 
 
Şəkil 2. Kosmik -  foto  (a)  və  televiziya  (b) şəkilləri (Cənub-qərbi  İranda  
Zaqros  dağlarının). 
 
Bir çox YSP, o cümlədən “Meteor” (keçmiş SSRİ) və “Nimbus” (ABŞ) 
televiziya sistemləri ilə təmin edilmişdir. Bu növ YSP-dən alınmış materiallar 
geoloji tədqiqatlarda geniş istifadə edilir və onların müqayisəli xarakteristikası 
aşağıdakı kimidir. 
 
YSP                                                                   “Meteor”                          “Nimbus” 
Uçuşun yüksəkliyi, km    ………….…………….  620-890                      1070-1180 
Əhatə etdiyi zolaq, km    …….……………..…..  100-1400                     2700-3800 
Kadrların ölçüləri, sm…..………………………...    11x11                     25,4 x 25,4 
Yerdəki həlletmə imkanları, km  ….………...…. 1,25-1,70                         3,2 – 3,3 
Spektrin zonası, mkm…………………….……..  0,4 – 0,7                         0,4 – 0,7 
 
Kosmik televiziya planalmasının üstünlüyü böyük tezliyə və operativliyə, 
çatışmayan cəhətləri isə - onların natamam keyfiyyətli və  zəif (fotoşəkillərlə 
müqayisədə bir neçə dəfə az) həlletmə imkanlarına malik olmasıdır. 
 
 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə