299
olunur. Qırılmaların hidrogeoloji rolu, onlara iri yeraltı su çıxışlarının, yüksək
su sərfli quyuların meyl etməsi və yeraltı sularla qidalanan yerüstü axımların
olması ilə təyin edilir. Həndəsi (uzanması, eni, uzanma azimutu), struktur
(kinematika, amplitud), landşaft (bitki örtüyünün paylanması və hidroşəbəkənin
şəkli ) və deşifrələmə (foto rəng ahəng) əlamətlərinin kompleks analizi
hidrogeoloji məqsədlər üçün məlumatların alınmasına imkan yaradır.
Bir çox hallarda distansion zondlama materiallarının məlumatları əsasında
qırılmaların qarşısını kəsən və onları başqa istiqamətə yönəldən sahələri aşkar
etməyə və dərində yerləşən sulu komplekslərin (artezian hövzələri) yayılma
sərhədlərini dəqiqləşdirməyə imkan verir.
Dizyunktiv pozulmaların hidrogeoloji rolunun qiymətləndirilməsi müasir
geologiyanın əhəmiyyətli, ümumi nəzəri problemi və praktiki məsələsidir. Bu
məsələnin həllində müasir geologiyanın bir çox sahələri üçün effektivliyi təsdiq
olunmuş lineament yanaşmasının tətbiqi böyük rol oynamalıdır.
Distansion zondlama materiallarının mövcud geoloji, geofiziki və digər
məlumatlarla kompleks istifadəsi qırılmaların sululuğunun qiymətləndirilməsi
metodikasının təkmilləşdirilməsinə kömək etməlidir.
12.5. Şelf zonasının öyrənilməsi
Dəniz və okean akvatoriyasının şelf zonasında ən yeni və müasir geoloji
proseslər haqqında kosmik informasiyanı idarə olunan kosmik gəmilərdən
(İKK) vizual müşahidə yolu ilə və ya müxtəlif kosmik planalma materialların-
dan (skaner, televiziya, infraqırmızı, radiolakasiya və s.) dəniz dibinin və su
səthi təsvirlərinin təhlili nəticələrinə görə almaq olur.
Dəniz akvatoriyasının kosmovizual müşahidəsi İKK-nın uçuşu zamanı
müntəzəm aparılır. Onlar ilin müxtəlif zaman və işıqlanma şəraitində dəniz
səthini və meteoroloji şəraiti müşahidə etməyə imkan yaradır.
Kosmik fəzadan aparılan fotoplanalmada dəniz dibinin aerofoto-planal-
maya nisbətən daha çox dərinliklərinin təsvirini almağın mümkün olduğu fərz
edilir. Kosmik şəkillərdə dəniz dibinin bu və ya digər dərəcədə dəqiq təsvirinin
alınması 90-m dərinlikdən artıq mümkün olmur.
Televiziya planalması (TV- planalma) müxtəlif təbii şəraitlərdə və dəniz
səthinin müxtəlif vəziyyətlərində, zəruri zaman müddətindən bir, çoxsaylı
təkrar şəkillər almağa, onları öz aralarında müqayisə etməyə və beləliklə,
dənizin səthində baş verən dinamik proseslər haqqında informasiya əldə etməyə
imkan yaradır. İnformasiyanın telekameradan rəqəm formasında təqdimi,
onların EVM-n köməyi ilə işlənməsini yüngülləşdirir.
Müxtəlif spektral zonalarda təsvirləri qeyd etməyə kömək edən skaner
planalmasının imkanları dəniz dibinin 20-25 m-dən böyük dərinliklərinin
təsvirlərinin alınması, müxtəlif spektral zonalarda çəkilmiş sualtı geoloji
obyektlərin deşifrələnmə dəqiqliyinin artırılması üçün geniş istifadə edilir.
300
Bundan əlavə, skaner şəkilləri qurunun sahil hissələrinin tədqiqatında da
kömək göstərir. Şelf akvatoriyasının geoloji quruluşunun öyrənilməsi zamanı,
skaner şəkilləri olmadan keçinmək mümkün deyildir. Geniş ərazilərin nisbətən
qısa müddətdə (bir neçə saat, gün, həftə) və müəyyən (verilmiş) təbii şəraitdə
təkrar planalmasının imkanları isə proseslərin dinamikasının öyrənilməsinə və
buludsuz, əlverişli şəraitdə alınmış şəkillərin seçilməsinə imkan yaradır.
Dəniz şelfi akvatoriyasının geoloji, geomorfoloji öyrənilməsi üçün infra-
qırmızı (İQ) planalmanın istifadə təcrübəsi çox məhduddur. Belə tədqiqatlar İQ-
üsulun imkanlarının aşkarı və uyğun informasiyanın alınması üsulunun işlənilib
hazırlanması mərhələsindədir.
Akvatoriyanın öyrənilməsi üçün radiolokasiya (RL) planalması material-
larının istifadəsi də məhduddur. Dəniz dibinin geoloji xüsusiyyətləri haqqında
informasiyanı yalnız deşifrələnmənin dolayı əlamətlərinə görə, yəni dəniz
səthindəki obyektlərin və əmələgəlmələrin təsvirinə görə almaq mümkündür.
Bunlar isə dibin quruluşu və ya dərinliklərdə gedən proseslərlə əlaqədardır.
İşlənilib hazırlanma və ya sınaq mərhələsində olan perspektiv distansion
planalmaya lazer, lyuminessent, ultrabənövşəyi, aerogeokimyəvi və qoloqrafiya
planalmaları aiddir.
Yekunda qeyd etmək lazımdır ki, fotoqrafik TV və skaner planalmaları
kartoqrafik əsasa xidmət edən materiallar verir, İQ və RL- planalmaları isə bu
məqsədlər üçün nisbətən az yararlıdır; çünki bu planalmaların materiallarında
yalnız dənizin səthi və onun quruluş xüsusiyyətləri təsvir olunur.
Aşağıda Y.F.Knicnikov, V.İ.Kravtsova və s. tərəfindən təklif olunmuş
sahilyanı akvatoriyanın çoxzonalı kosmik şəkillərinin deşifrələnməsinin
səmərəli texnoloji sxemi verilmişdir.
1. Qarşıya qoyulmuş məsələnin həlli üçün bütün kanalların təsvirinə
baxmaqla daha informativ kanalın təyini.
2. Seçilmiş səviyyəyə görə kvantlaşdırma ilə daha informativ şəkillərin
deşifrələnməsi hesabına maksimum məlumatların toplanması.
3. Bütün zonalarda – uzundalğalıdan qısadalğalıya qədər – şəkillərin
müntəzəm deşifrələnməsi nəticəsində əlavə informasiyaların əldə edilməsi.
4. Sintez variantının seçilməsi üçün neqativlərə baxılması gedişində
əlavə məlumatların alnıması.
5. Rəngli sintez olunmuş şəkillərin deşifrələnməsi.
6. Kosmik şəkillərin deşifrələnməsinin ümumi (cəmlənmiş) sxeminin tərtibi.
Kosmik planalmanın köməyi ilə dəniz dibi təsvirlərinin o qədər də dərin
olmayan sahələrində alınmasının öyrənilməsinə baxmayaraq, şelfin geoloji
öyrənilməsində böyük elmi və praktiki əhəmiy-yətə malikdir. Çünki kosmik
şəkillərdə, dəniz-geoloji tədqiqatları aparan gəmilər üçün əlçatmaz olan
(kosmik üsulun tətbiqinə qədər «ölü zona»hesab edilən), dayaz sahil dibləri
(daxili şelfin) əks olunur. Eyni zamanda bu zonanın geoloji quruluşunu
bilmədən, xarici şelf haqqında olan məlumatlarla qurunun quruluşu haqqında
məlumatları uzlaşdırmaq mümkün deyildir.
Dostları ilə paylaş: |