Microsoft Word KÜLTÜr evreni 24. sayı. doc



Yüklə 77,32 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü77,32 Kb.
#37432


Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 24 

 

39 

 

                                                    



 

    

NAZIM HİKMƏTİN ƏSƏRLƏRİ NAXÇIVAN DÖVLƏT 

MUSİQİLİ DRAM TEATRININ SƏHNƏSİNDƏ 

 

NAZIM HİKMET’İN ESERLERİ NAHÇIVAN DEVLET 

MÜZİKLİ DRAM TİYATROSUNUN SAHNESİNDE 

 

NAZIM HIKMET’S WORKS ARE IN THE NAKHCHIVAN STATE MUSIC 

DRAM THEATRE STAGE 

 

ПРОИЗВЕДЕНИЯ НАЗИМА ХИКМЕТА В РЕПЕРТУРЕ 

НАХИЧЕВАНСКОГО ГОСУДАРСТВЕННОГО ТЕАТРА 

 

 

Doç. Dr. Elekber QASIMOV

*

 

 

 

Hülasa 

Makalede dünyaca meşhur türk şairi, dramaturgu Nazım Hikmetin pyesaları esasında 

Nahçıvan Devlet Musikili Dram Tiyatrosunda çeşitli yıllarda düzenlenmiş gösterilerden 

bahs ediliyor. Burada adı geçen gösteriler incelenmekle, onları sahneye koyan yönetmenler, 

ressamlar, besteciler hakkında malümat veriliyor, çeşitli rölleri canlandıran aktörlerin güzel 

oyunlarından söz açılıyor.  

Açar Kelimeler: Nazım Hikmet, dramaturg, tiyatro, gösteri, sahne, aktör.  

 

Öz 

Makalede dünyaca ünlü Türk şairi ve oyun yazarı Nazım Hikmet’in piyeslerinin 

Nahçıvan Devlet Müzikli Dram Tiyatrosu’nda çeşitli yıllarda sahnelenmiş gösterilerden söz 

ediliyor. 

Bu yazıda, sergilenen bu gösteriler incelenmektedir. Onları sahneye koyan 

yönetmenler, ressamlar, besteciler hakkında bilgiler veriliyor. Çeşitli rolleri canlandıran 

aktörlerin güzel oyunlarından söz açılıyor. 



Anahtar Kelimeler: Nazin Hikmet, oyun yazarı, tiyatro, gösteri, sahne, aktör 

 

Abstract 

The article deals with the well-known poet and dramatist, public figure Nazim 

Hikmat`s traces which have been dramatized on the stage of Nakhchivan State Musical 

Dramatic Theatre in diffrent years. The same work of pinters, composers and actors in these 

                                                 

*

 



Azerbaycan Milli Bilimler Akademisi Nahçıvan Bölümü. Nahçıvan/AZERBAYCAN 

(e-mail: elekberqasimov@mail.ru)

 



Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 24 

 

40 

spectacleshas been analyzed by the author. 

Keywords: Nazim Hikmet, dramatist, theatre, spectacle, stage, actor. 

 

 



Azərbaycan teatr mədəniyyəti sahəsində öz mövqeyi və yeri olan 132 yaşlı Naxçıvan 

Teatrının ümumi yaradıcılıq inkişafında, ayrı-ayrı rejissor və aktyorların sənətkarlıq yük-

səlişində  tərcümə  əsərlərinin böyük təsiri olmuşdur. Istər Rusiyanın, istərsə  də  Qərbi 

Avropanın, Şərqin ən qüdrətli dramaturqlarının seçmə əsərlərinə quruluş verən rejissorlar, 

rəssamlar, eləcə  də  həmin tamaşalarda çıxış edən aktyorlar yaradıcılıq potensiallarını 

genişləndirmək dünyagörüşlərini artırmaq imkanı  əldə edə bilirdilər. Beləliklə  də, sənət 

üfüqlərini genişləndirir, sənətkarlıq imkanlarını pərvəris etdirirdilər.  

1925-ci ildən başlayaraq Azərbaycan teatrlarının repertuarlarından  Şərq 

dramaturqlarının əsərləri, xüsusən də Türkiyə dramaturgiyası götürülmüşdü. Qərbi Avropa 

dramaturqlarının – Şekspirin,  Şillerin, Molyerin, Lope de Veqanın, rus yazıçılarının – 

Qoqolun, Fonfizinin, Puşkinin, Ostrovskinin, Çexovun, Qorkinin pyeslərinə üstünlük 

verilirdi. AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor İnqilab Kərimovun 

yazdığı kimi  «Əlbəttə biz Qərbi Avropa və rus dramaturqlarının pyeslərinin Azərbaycan 

teatrlarında tamaşaya qoyulmasını pisləmirik.  Əksinə, bu çox müsbət bir keyfiyyət kimi 

təqdir olunmalıdır. Çünki bunlar həm repertuarın zənginləşməsinə, həm də teatrın ümumi 

yaradıcılıq inkişafına, sənətkarlıq yüksəlişinə xidmət göstərən cəhətlərdir. Söhbət  Şərq 

dramaturgiyasına, xüsusilə Türkiyə pyeslərinə ögey münasibətdən gedir. Doğrudur, 1920-ci 

ildən sonra da Azərbaycan teatrında Türkiyə dramaturqu Şəmşəddin  Şaminin «Dəmirçi 

Gavə»,  Əbdülhəqq Hamidin «Hind qızı» pyesləri oynanılırdı. Çünki bu əsərlər sovet 

ideologiyasına uyğun idilər.» (3, 95) 

Keçmiş SSRİ hökumətinin  Şərqə, xüsusən də Türkiyəyə  məkrli münasibət buzu 

Stalinin ölümündən, «şəxsiyyətə  pərəstiş»in ləğvindən sonra sınıb dağıldı.  Şəxsiyyətə 

pərəstiş dövrünün sona çatması, Nikita Xrüşşovun mülayimləşmə siyasəti həyatın bütün 

sahələrində olduğu kimi teatr sənəti sahəsində də müəyyən dəyişikliklər yaratdı.  

Beləliklə, 1960-cı illərdən başlayaraq Azərbaycan teatrlarında Türkiyə 

dramaturgiyasını tamaşaya qoymaq imkanı yarandı. Doğrudur, hələ  əllinci illərdən baş-

layaraq Türkiyə dramaturqu Nazim Hikmətin (Mehmet oğlu, 1902-1963) pyesləri, o vaxtkı 

siyasi münasibətlər baxımından sovet teatrlarına, o cümlədən Azərbaycan teatrına yol 

açmışdı. Kommunist kimi həbs olunan Nazim Hikmət Sovet hökumətinin köməyilə 

həbsdən azad edildikdən sonra keçmiş sovetlər ölkəsində siyasi sığınacaq tapmışdı. Onun 

«Türkiyədə» (1953), «Qəribə adam» (1956), «Unudulan adam» (1960) pyesləri Azərbaycan 

Dövlət Akademik Dram Teatrında, «Kəllə» pyesi (1957) Gəncə Dövlət Dram Teatrında 

tamaşaya qoyulmuşdu. Sonralar həmin  əsərlər respublikamızın ayrı-ayrı teatrlarında da 

tamaşaya qoyuldu (2, 93).  

1968-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrı sovet dövründə ilk dəfə olaraq 

Türkiyə dramaturgiyasına müraciət etdi. Bu əsər Nazim Hikmətin Vera Tulyakova ilə 

birlikdə qələmə aldığı «Kor padşah» pyesi idi. Bu pyes barədə Nazim Hikmət belə demişdi: 

«Hesab edirəm ki, ən yaxşı pyesim «Türkiyədə»dir, ancaq Vera Tulyakova ilə birlikdə 

yazdığımız «Kor padişah»ı daha çox sevirəm.» (2, 101) Tamaşanın quruluşçu rejissoru Vəli 

Babayev, quruluşçu rəssamı  Məmməd Qasımov, bəstəkarı  Şəfiqə Axundova idi. Pyesi 

dilimizə teatrşünas Cabir Səfərov çevirmişdi. 

 



Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 24 

 

41 

Rejissor tamaşanı bəzi əlavə və dəyişikliklərlə işləmişdi. Belə ki, pyesdə olmayan bir 

səhnə – vaxtsız ölənlərin kor padşahla danışıqlıqları çox maraqlı alınmışdı. Pyesin sonunda 

cadugərlər tərəfindən kor padşahın gözləri açılır. Bu cür finalla müəlliflər belə bir fikri 

çatdırmaq istəmişlər ki: «Ey insanlar, ayıq olun, hələ yer üzündə cinayət, qəddarlıq, 

anaların ağlar, balaların yetim qalmaq təhlükəsi mövcuddur.» Lakin tamaşanın sonunda 

səhnədən aparılan padşahın gözləri kor olaraq qalır. Rejissor isə belə bir yozumla demək 

istəmişdir ki, hər bir qəsbkarın və zülmkarın sonu qaranlıq dünyadır, onun yenidən işıqlı 

dünya ilə qovuşması qeyri-mümkündür. 

Kor padşah rolunda Aydın Şahsuvarov çıxış edirdi. Onun oyunu barədə «Şərq qapısı» 

qəzetinin 1969-cu il 28 yanvar tarixli nömrəsində  dərc olunmuş resenziyada oxuyuruq: 

«Biz Aydın  Şahsuvarovu yaxşı  gələcəyi olan bir artist kimi tanıyırıq. Aydın kor padşah 

surətində bu inamı daha da doğrultmuşdur. O, ətrafındakı yaltaqlarla danışarkən, göz yaşı 

axıdarkən və ya oğlundan şikayətlənərkən çox təbii və realdır. Onun hərəkətlərində artıqlıq, 

səsində sünilik yoxdur» (4). 

Əsərin qəhrəmanı isə padşahın kiçik oğludur. Bu obraz qaranlıq bir dünyada nur 

simvolu kimi verilmişdir. Azərbaycan Dövlət  İncəsənət  İnstitutunun dram və kino 

aktyorluğu fakültəsini yenicə bitirib doğma teatrına qayıtmış Nizami Həmzəyev bu rolunun 

öhdəsindən məharətlə gəlmişdi. 

Padşahın böyük oğlunu muxtar respublikanın  əməkdar artisti Əkbər Qardaşbəyov, 

ortancıl oğlunu isə  gənc aktyor Xəlil Hüseynov oynamışdı. Dərviş rolunda xalq artisti 

İbrahim Həmzəyevin və Aişə rolunda muxtar respublikanın  əməkdar artisti Sofya 

Hüseynovanın ifaları yaxşı  təsir bağışlamışdı. Tamaşada həmçinin xalq aristi Əyyub 

Haqverdiyev, respublikanın  əməkdar artistləri Mirhəsən Mirişli və  Xədicə Qazıyeva, 

aktyorlardan Tofiq Mövləvi və Müzəffər Səfərov özlərinəməxsus ifaları ilə maraqlı 

obrazlar yaratmağa nail olmuşdular. Rejissor Vəli Babayev özü bu tamaşada Əmir rolunda 

çıxış etmişdi.  

İstedadlı rejissor Vəli Babayev sonrakı illərdə Türkiyə yazıçılarının əsərlərinə tez-tez 

müraciət edəcək bir rejissor kimi «Kor padşah» tamaşası ilə bu sahədə ilk addımını uğurla 

atmışdı. Tamaşanın premyerası 1968-ci il dekabr ayının 29-da olmuşdur.  

1980-ci ilin may ayında isə Naxçıvan Teatrı yenidən Nazim Hikmət dramaturgiyasına 

müraciət etdi. Bu dəfə teatrda onun «Bayramın birinci günü» əsəri üzərində yaradıcılıq 

işinə başlandı. Pyesin yaranma tarixçəsini müəllif belə xatırlayırdı: «...1932-ci ildə 

«Bayramın birinci günü» pyesini yazdım. Pyesin adı o zaman «Bir ölü evi, yaxud 

mərhumun xanəsi» idi. Pyes Istanbul «Darülbədai» Teatrında 1932-ci ildə oynanıldı. 1953-

cü ildə bu pyesi yenidən işlədim. Rejissoru və baş rolun ifaçısı  Ərtoğrul Mühsin idi. 

«Kəllə» pyesinin qadağan olunmasından sonra biz ehtiyat edərək, pyesi («Bayramın birinci 

günü»nü – Ə.Q.) mənim adımla deyil, bir başqa təxəllüslə səhnəyə qoymağı qərara aldıq. 

Lakin görünür biz lazım olduğundan artıq ehtiyat etmişdik. Teatrın daimi tamaşaçısı olan 

işçilər  və mütərəqqi ziyalılar pyesi naməlum bir müəllifin yazdığını güman edərək, 

tamaşaya gəlmədilər. Gələn tamaşaçıların zövqü isə bizim zövqümüzə uyğun gəl-

mədiyindən pyes müvəffəqiyyət qazanmadı və bir neçə gündən sonra səhnədən götürüldü. 

Bəlkə də səbəb bu deyildi. Lakin mən, o zaman gənc və özünübəyənən bir dramaturq kimi 

səbəbi bunda görürdüm. 1932-ci ildə pyes ayrıca kitabça halında çapdan çıxdı. Dediyim 

kimi, 1953-cü ildə pyesi yenidən işlədim,  İstanbuldakı müvəffəqiyyətsizliyi nəzərə alıb 

pyesin üstündə öz adımı yazdım və rus dilində nəşr etdirdim. Bir il ərzində pyes Moskva

Leninqrad, Kiyev, Praqa, Berlin, Varşava və başqa şəhərlərin teatrlarında səhnəyə qoyuldu» 

(3, 96). 



Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 24 

 

42 

Beləliklə, «Bayramın birinci günü» pyesi Naxçıvan Teatrında da öz səhnə təcəssümünü 

tapdı.  Əsər 1953-cü ildə yenidən işləndiyinə görə hadisələr də elə bu dövrdə baş verirdi. 

Tamaşaçı  əsərdə tez-tez adı  çəkilən, özü yox, sadəcə portreti görünən Seyfulla əfəndinin 

evində, onun ailə üzvləri arasında gedən, dedi-qodu və nifaqın şahidi olurdu. Bütün bunlar 

bayram günü, səhərdən gecəyədək cərəyan edirdi. Seyfulla əfəndi vəfat edən gün evdə onun 

xanımı  Fərxundə, oğlu Rüstəm, qızı Aytən, kürəkəni Firuz və birinci nikahdan olan oğlu 

Şadi miras qalmış qızıl və cəvahirat üstündə artıq gizli nifrət və kinlərini bir-birinə büruzə 

verərək, əsl davaya başlayırdılar. Nəticədə Şadi Fərxundənin əlindəki şamdan zərbəsindən 

qətlə yetirilir.  

Bu pyesdə Nazim Hikmətin daha bir spesifik xüsisiyyəti nəzərə çarpır. Müəllif 

iştirakçıları  təqdim edərkən onların yaşını  və xarici görkəmini, hətta geyimini belə  təsvir 

etmişdi.  Ən maraqlısı budur ki, dramaturq bu pyesinin məkanını, onun formasını, 

dekorlarını da aydın  şəkildə göstərmişdi. Qeyd etmək lazımdır ki, digər pyeslərində rast 

gəlmədiyimiz belə bir təsviretmə yalnız «Bayramın birinci günü» pyesində verilmişdi. Bu 

da ən əvvəl rejissorun rol bölgüsünə və mizanları qurmasına, xüsusən də rəssam işinə xeyli 

dərəcədə köməklik edirdi. Quruluşçu rejissor Vəli Babayev həqiqətən də çox maraqlı 

aktyor ansamblı ilə məzmunlu bir tamaşa yarada bilmişdi.  

Quruluşçu rəssam Məmməd Qasımov isə ikimərtəbəli malikanənin otaqlarını ayrı-

ayrılıqda göstərmək üçün səhnə dairəsindən yerli-yerində istifadə etmişdi. Teatr 

ictimaiyyəti aşağıdan yuxarı, vestibülə qalxan pillələrin üst-üstə qalanmış  qızıl pulları 

xatırlatmasını rəssamın nadir tapıntısı hesab etmişdi. Ramiz Mirişlinin orijinal musiqisi də 

əsərin ideyasının açılmasına xidmət edirdi. 

«Əsərin ideyası» dedikdə biz nəyi nəzərdə tuturuq? Məlumdur ki, Nazim Hikmət əksər 

dram  əsərlərinin mərkəzində bir nəfərin – onun ailəsinin taleyini qoymuş  və bunun 

vasitəsilə öz ictimai-siyasi, etik və estetik mülahizələrini, həyata, insanlara, ətraf mühitə, 

yaşadığı  cəmiyyətə münasibətini göstərmişdi. Bütün hallarda Nazim Hikmət iqtisadi 

siyasətdə Merkentelist nöqteyi tutan, kobud heyvani xüdbinliyə söykənən burjuaziya 

mühitinə düşmən münasibətini bildirmişdi. Bütün əsərlərində olduğu kimi «Bayramın 

birinci günü» əsərində  də bu özünü büruzə verir, nazim Hikmət, digər pyesləri kimi, bu 

pyesini də orijinal bir üslubda yazmışdı. Hadisələr olduqca aydın bir süjet xətti ətrafında, 

müəyyən məkan və zaman daxilində baş verirdi.  

Yaxşı  cəhət burası idi ki, əsas fikrini əsərin ideyası  məzmununun dəqiq açılmasına 

yönəldən quruluşçu rejissor tamaşanın yığcam, dinamik və  təsirli olmasına çalışmışdı. O, 

həm də  əsərdə  təsvir edilən hadisələrin tamaşada dəqiq açılmasında düşünülmüş aktyor 

ifasına bel bağlamışdı. Bu baxımdan Fərxundə rolunda çıxış edən Zəroş  Həmzəyevanın 

ifası güclü təsirə malik idi.  

 Naxçıvan Teatrının səhnəsində onlarla mükəmməl obrazlara səhnə  həyatı vermiş 

Zəroş xanımın Fərxundə rolundakı  çıxışı da tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. 

Zəroş xanım obrazı müstəqil yolla geyil, ziqzaqlarla, mürəkkəb keçidlərlə ifa edirdi. 

Obrazın xarakter cizgilərini, fikir aləmini və bunlarla bağlı  hərəkətlərini, davranışlarını, 

baxışlarını, rəftarını düzgün təyin etmişdi.  Əri ölmüş  Fərxundə – Z.Həmzəyeva qara 

geyinib xaricən «ah-uf» etsə də, ərinin var-dövlətinə sahib olmaq fikri onu bir an belə tərk 

etmirdi. Zəroş xanım Fərxundənin analıq hissini, övladlarına münasibətini dəqiq 

açıqlamaqla yanaşı, onun dəlilik səhnəsini də düzgün əsaslandırırdı. Qozbel, sifətcə  də 

eybəcər olan doğma oğlu Rüstəmin acizliyi onda güclü təəssüf hissi doğururdu, çalışırdı ki, 

ərindən qalan var-dövlət Rüstəmə çatsın. Bunun üçün ərinin əvvəlki arvadından olan oğlu 

Şadi ilə açıq, cəsarətli, düşüncəli mübarizəyə girirdi. Əri ölməmişdən bir neçə gün əvvəl öz 



Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 24 

 

43 

pullarını bankdan götürüb qızıla, brilyanta dəyişdiyini və onların da yoxa çıxdığını eşidən 

Fərxundə – Zəroş xanım daxili üzüntülər keçirsə də, xarici təmkinini itirmədən çıxış yolu 

arayırdı. Qızıllar, brilyantlar tapıldıqdan sonra varislər arasındakı mübarizə qüvvətlənirdi; 

heyvani hala gəlirdi, ögey qardaşlar bir-birini didib parçalamağa hazır idilər. Şadi Rüstəmi 

boğmaq istəyərkən Fərxundə – Zəroş xanım doğma oğlu Rüstəmi müdafiəyə qalxır, ağır ev 

əşyası ilə  Şadinin başından vurub öldürürdü. Polis idarəsindən gələnlərin qorxusundan 

Rüstəmin doğma anasını göstərib: - «Mən yox, o öldürdü» - sözləri Fərxundənin – Zəroş 

xanımın  əsəbləri tab etmir, o hər  şeyi, oğlunu da, qızını da unudurdu. Özünü qızılların 

üstünə atıb vəhşi bir ehtirasla onları sinəsinə basıb: «Hamısı  mənimdir» - deyə aramsız 

qəhqəhələrlə  səhnəni dolaşırdı. Fərxundə  Zəroş  Həmzəyevanın ifasında olduqca təbii, 

həyəcanlı və qüvvətli səslənirdi. Vaxtilə Fransa şairi Nikola Bualo (1636-1711) yazmışdı: 

«Teatrda ciddi məntiq gözləyirlər. Səhnədə hər şey möhkəm və ciddi qanunlara tabedir» (1, 

39). 

Naxçıvan Teatrının «Bayramın birinci günü» tamaşası  və  Zəroş  Həmzəyevanın 



Fərxundə rolundakı ifası bu baxımdan da dəyərli idi.  

Digər rollarda Sona Mirzəyeva, Ramiz Cəlilov, Vaqif Əsədov,  Əkbər Qardaşbəyov, 

Zemfira  Əliyeva, Rövşən Hüseynov, Elxan Şeyxov və başqaları  iştirak etdikləri bu 

tamaşanin premyerası 1980-ci il sentyabr ayının 18-də olmuşdu.  

 

 

“Bayramın birinci günü” tamaşasına quruluşçu rəssam 



Məmməd Qasımovun hazırladığı maket 

1989-cu ildə Naxçıvan Teatrı Nazim Hikmət dramaturgiyasına yenidən müraciət etdi. 

Rejissor  Əsgər  Əsgərovun quruluşunda burada «Qəribə adam» tamaşası hazırlandı. 

Quruluşçu rəssam  Əbülfəz Axundov, musiqi tərtibçisi Yusif Əsgərov, rejissor assistenti 

Elxan Şeyxov olmuşdur. Rollarda Rza Xuduyev (Əhməd Rza), Əkbər Qardaşbəyov (Rəcəb 

bəy). Yasəmən Ramazanova (Nihal), Zöhrab Imanquluyev (Əbdurrəhman), Həsən Ağasoy 

(Nəcmi) iştirak edirdilər. Digər rolları  Xəlil Hüseynov, İbrahim Bənəniyarlı, Tofiq 

Mövləvi, Iskəndər Abdullayev, Elxan Şeyxov, Tamara Məmmədova, Nəzakət Xuduyeva, 




Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 24 

 

44 

Bəhruz Haqverdiyev ifa etdilər, «Qəribə adam»ın ilk tamaşası 1989-cu il may ayının 28-də 

keçirildi. 

Naşir, dramaturq Ənvər Məmmədxanlının (1913-1990) tərcüməsi əsasında hazırlanmış 

bu tamaşada da Nazim Hikmətin digər  əsərlərində irəli sürülən fikir və ideya burada 

müəyyən janr və üslub xüsusiyyətlərində aşkarlanırdı. Bu fikir və ideya aktyorların ifasında 

da aydın hiss olunurdu. Burada ifşa ruhu qüvvətli idi. Tamaşa ibrətamiz bir proloqlu 

başlayırdı. Göstərilirdi ki, insanlığın tərəqqisi, xoşbəxtliyi və səadəti üçün hər kəs qarşısına 

çıxan maneəni, daşı yoldan təmizləməlidir. Təbii ki, taleyin faciəviliyi insanda mübarizlik, 

müqavimət gücü oyadır. Vəkil Əhməd Rza da məhz belə bir yol keçir. Əvvəl intihar etmək 

istəyən  Əhməd Rza bu fikrindən daşınır. Onda öz gücünə, insanlara inam yaranır. Rza 

Xudiyev obrazın daxili təbəddülatını  təbii  şəkildə açıb göstərə bilirdi. O göstərirdi ki, 

Əhməd Rza insanların xoşbəxtliyi, səadəti uğrunda mülahizənin zəruriliyini dərk etdikcə 

onun varlığında,  əvvəlkindən fərqli, yeni «qəribə adam» oyanır və o, özü kimi «qəribə 

adamlar»ın artmasına səbəb olur.  

Təqribən 19 illik bir fasilədən sonra, müstəqillik dövründə - 2007-ci ildə Naxçıvan 

Dövlət Musiqili Dram Teatrı yenidən Nazim Hikmət dramaturgiyasına müraciət edərək V. 

Tulyakovanın da həmmüəllifi olduğu “Kor padşah” nağıl-pyesini yeni quruluşda tamaşaya 

hazırladı. Quruluşçu rejissor Rövşən Hüseynov əsərə yeni bir aspektdən yanaşaraq ilk 

quruluşdan fərqli bir tamaşa yaratmağa çalışsa da son nəticədə buna nail olmamış, məhz bu 

səbəbdən həmin il dekabrın 27-də premyerası olan ikinci “Kor padşah” 2008-ci ilin 

dekabrınadək repertuarda davam gətirə bilməmişdir. Həmin tamaşanın quruluşçu rəssamı 

Səyyad Bayramov, musiqi tərtibçisi Elçin Axundov olmuş,  əsas rollarda Bəhruz 

Haqverdiyev (kiçik oğul), Günay Qurbanova (Aişə), Həsən Ağasoy (padşah), Xəlil 

Hüseynov (qoca), Cəbrayıl Nəbiyev (boyük oğul), Vüsal Rzayev (ortancıl oğul),  Şirzad 

Abutalıbov (I cadugər), Nazlı Hüseynquluyeva (varlı qadın), Yusif Allahverdiyev (dərviş) 

və başqaları çıxış etmişlər. 

Naxçıvan Dövlət Musiqili Dram Teatrı 4 ildən sonra yenidən Nazin Hikmət 

dramaturgiyasından bəhrələndi. Bu dəfə yaradıcı heyət görkəmli dramaturqun “Kəllə” 

faciəsini hazırlayaraq 2012-2013-cu il mövsümünü həmin tamaşa ilə açdı.  

Müəllif özü 3 pərdə 14 şəkildən ibarət olan əsəri barədə belə yazmışdır: “Kəllə” 

pyesini 1932-ci ildə,  İstanbulda yazmışam. Yanılmıramsa, bu, mənim onuncu səhnə 

əsərimdir. İlk pyeslərimi 20-ci illərdə Boluda, Ankarada və Moskvada yazmışdım. Onların 

içərisində oynanılanlar da olmuşdur. Bir dramaturq kimi mən, demək olar ki. Moskvada 

yetişmişəm. İyirminci illərdə Moskvanın teatr mühiti, Stanislavski, Tairov, Meyerhold kimi 

görkəmli sənətkarlar mənə böyük təsir etmişlər. Moskvada yazdığım ilk pyeslərdə bu təsir 

xüsusilə böyükdür. “Kəllə” pyesi də bunlardan biridir.  

 “Kəllə”nin birinci variantını  mən 1927-ci ildə Moskvada düzəltdiyimiz “Süpürgə” 

Teatrı üçün yazmışdım. Pyes o zaman “Hər şey maldır” adını daşıyırdı... 1932-ci ildə pyesi 

yenidən işləyib, “Kəllə” adı altında  İistanbul “Darülbədan” Teatrına gətirdim. Teatrın 

rejissoru, bədii rəhbəri və baş aktyoru bizim görkəmli səhnə xadimimiz, Stanislavski və 

Vaxtanqovun tələbəsi  Ərtoğrul Mühsin idi. Əsəri o səhnəyə qoydu və baş rolu da özü 

oynadı. O zaman Türkiyə  qəzetlərinin də yazdığına görə tamaşa böyük müvəffəqiyyətlə 

keçdi. Tamaşa qurtardıqdan sonra, küçəyə  yığılan izdiham bizi əlləri üstündə atıb-tutdu. 

Tamaşaçıların belə böyük hüsn-rəğbətindən təşvişə düşən hökumət  əsəri qadağan etmək 

üçün bəhanə axtarmağa başladı və çox keçmədən belə bir bəhanə tapıldı. Bir neçə baytar-

həkim  əsərdə “Baytarlar və baytarlıq elmi təhqir edilir!” deyə bizi məhkəməyə verdilər. 

Əsəri oxuyanlar bu ittihamın nə  qədər gülünc və  əsassız olduğunu aydın bilər. Lakin bu 



Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 24 

 

45 

gülünc ittiham pyesin qadağan rdilməsi üçün kifayət oldu və  əsər Türkiyədə bir daha 

oynanmadı. 

Həmin il “Kəllə” İstanbulda kitab şəklində nəşr olundu. 1951-1960-cı illər ərzində əsər 

rus, alman, rumın, çex, polyak. ərəb, italyan, və ingilisdillərində çıxdı. Moskvada rejissor 

Diki onu radio-təmsili  şəklində tamaşaya qoydu. Mən teatr səhnəsində onu İstanbuldan 

sonra yalnız Kirovabad (Gəncə, 1957-ci il - Ə.Q.) Dram Teatrında görə bildim. Həm 

quruluş, həm də aktyorların oyunu xoşuma gəldi.”  

Beləliklə, “Kəllə” Naxçıvan Dövlət Musiqili Dram Teatrının uğurlu bir tamaşası kimi 

milli teatr salnaməmizə yeni səhifə yazdı. Tamaşaya xalq artisti Kamran Quluyev quruluş 

vermişdir. Naxçıvan səhnəsində hazırlanan tamaşada pyesin birinci pərdəsindəki 3-cü və 5-

ci şəkillər, ikinci pərdəsindəki 1-ci (qismən) və 3-cü şəkillər, həmçinin 15-ə qədər əsas və 

epizodik obraz ixtisar edilmişdir. Qeyd etmək lazımdır ki, əsərlə tanış olmayan tamaşaçı 

bunu qətiyyən hiss etmir, pyesi oxumuş tamaşaçı isə bugünkü tamaşaların vaxt ölçüsü 

baxımından aparılmış bu ixtisarların yerində edildiyinə haqq qazandırır.  

Tamaşada rol bölgüsü ümumən düzgün seçim əsasındadır. Baş rolu – doktor 

Dalbanezonu xalq artisti Rza Xuduyev yaradır. Bu, təsadüfi ifadə deyil. Hələ  tələbəlik 

illərindən “Mən sizi dünyalar qədər sevirdim”, sonralar isə “Şahid qız” bədii filmlərindəki 

yaddaqalan oyunları ilə Azərbaycan tamaşaçısına tanış olan R.Xuduyev 25 ilə yaxın 

çalışdığı Naxçıvan DMDT-nın səhnəsində sözün əsl mənasında yaratdığı onlarla obraz 

olmuşdur ki, Dalbanezo da onlardan növbətisidir. İstedadlı aktyor obrazının daxili aləmini 

yaxşı qavrayaraq Dalbanezonun xarakterik danışığını, hərəkətlərini düzgün tapmaqla 

düşdüyü vəziyyətlərdə onun şəfqət, ehtiram, həyəcan, hiddət, qəzəb hisslərini təbii 

boyalarla çatdırır. 

Dalbanezonun qızı rolunda çıxış edən gənc və istedadlı aktrisa Nurbəniz Niftəliyeva 

özünün məlahətli və zərif ifa tərzilə xəstəhal qəhrəmanını tamaşaçıya sevdirməyə nail olur. 

Azərbaycan Respublikasının  əməkdar artistləri Behruz Haqverdiyev (Pedro), Vidadi 

Rəcəbli (naşir), aktrisa Zəminə Baxşəliyeva (kirayə sahibəsi), xalq artistləri Həsən Ağasoy 

(Frayman), Şirzad Abutalıbov (sərsəri) əlvan ştrixlərlə və danışıq tərzlərilə personajlarının 

əsas xüsusiyyətlərini nümayiş etdirə bilirlər.  

Tamaşada bir neçə aparıcı obrazları dublyorlar ifa edirlər.  Şair rolunda Nəsimi 

Məmmədzadə  əvvəl centlmen, sonra həris, Elnur Rzayev isə  əvvəldə romantik, sonradan 

çılğın bir obraz təqdim edirlər.  

Respublikanın əməkdar artistləri Xəlil Hüseynova və Əli Əliyevə Vilyams rolu həvalə 

olunmuşdur. Bu obraz Prezident təqaüdçüsü X.Hüseynovun ifasında təmkinli, tədbirli, öz 

müəssisəsinin qeydinə qalan və tabeliyindəki Paolinanın diqtəsilə hərəkət edən, Ə.Əliyevin 

ifasında isə hiyləgər, qətiyyətli, öz mənafeyini güdən və Paolinadan məqsədləri naminə 

istifadə edən bir iş adamı təsiri bağışlayır.  

Naxçıvan MR əməkdar artisti Günay Qurbanovanın oynadığı Paolina işlədiyi 

müəssisəni lazımi səviyyədə təmsil edən, rəhbərliyin tapşırıqlarını can-başla yerinə yetirən 

və bu yolda mənliyini də qurban verməklə təhqiramiz sözləri də soyuqanlılıqla qəbul edən 

bir xarakterdir. Aktrisa Nazlı Hüseynquluyevanın Paolinası isə rəhbərinin əmrlərinə sözsüz 

tabe olmaqla onu əlində saxlamağı bacaran, məkrli, qəddar, Dalbanezonun təhqirlərinə 

səbrlə dözsə də, nə zamansa bunun hayfını alacağına əmin olan, işbaz bir qadındır. 

Digər personajlar olan doktorun (Naxçıvan MR əməkdar artisti Əbülfəz İmanov),  polis 

məmurunun (Zakir Fətəliyev), komisyonçunun (Rəhman Dünyamalıyev), təlimçinin 



Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 24 

 

46 

(Teyyub Zeynalzadə) səhnədə bir neçə  dəqiqə görünmələrinə baxmayaraq, ifaçıların 

qənaətbəxş oyunları sayəsində bu obrazlar da tamaşaçı yaddaşına həkk oluna bilir. 

Tamaşanın bədii quruluşu Naxçıvan MR əməkdar rəssamı  Əbülfəz Axundova 

məxsusdur. Uzun illərdir Naxçıvan Teatrının quruluşçu rəssamı kimi öz dəst-xəttilə seçilən 

Ə.Axundov “Kəllə”də  də tamaşaçılarda maraq oyadaraq onları düşünməyə vadar edə 

bilmişdir. Səhnənin arxasındakı qara fonun mərkəzində parçalanmış  kəllə  təsvir olunur. 

Şübhəsiz ki, bu alim-doktor Dalbanezonun haçalanmış fikirlərinin təsirindən parçalanmış 

kəlləsinin simvoludur. Dalbanezo öz əsas ideyasından uzaqlaşdırılır və onun beynini başqa, 

ürəyincə olmayan bir istiqamətdə çalışdırırlar. Hərdən səhnədəki parçalanmış  kəllənin 

ortasından kəllə boyu qırmızı  işıq yanıb-sönür. Rəssamın belə bir ştrixi bu kəllənin 

daxilində baş verənləri – hiddəti, qəzəbi, sarsıntını  və bunların təbii nəticəsi olaraq qan 

təzyiqinin artmasını tamaşaçıya çatdırmağa xidmət edir. 

Dekorasiyalar, geyimlər və  səhnənin orkestr xəndəyindən pilləkənlə istifadə edilməsi 

əsərin məzmununa xidməti gerçəkləşdirir. Tamaşanın musiqi tərtibçisi, respublikanın 

əməkdar artisti Elman Əliyev  əsərin ruhuna və dövrünə uyğun musiqilərin 

səsləndirilməsinə nail ola bilmişdir. 

Tamaşada tərcümədən irəli gələn (tərcümə edən görkəmli yazıçı-teatrşünas  İslam 

İbrahimovdur) dil qüsurları  və  bəzi hallarda aktyorların danışığındakı  məntiqi vurğularda 

nöqsanlar mövcuddur. Məsələn, orijinal pyesdəki “itfaiyə arabası” ifadəsi “yanğın 

avtomobili” kimi səsləndirilir. Halbuki yanğınsöndürən maşın deyilməlidir. Personajların 

bəzilərinə sinyor, sinyorina, digərlərinə mister, misssis deyə müraciət olunur, hətta bəzən 

cənab, xanım da səslənir ki, bu da anlaşılmazlıq yaradır. 

Bütün bunlara baxmayaraq “Kəllə” bir tərcümə  əsəri və xarici həyat tərzindən bəhs 

edən bir tamaşa kimi rejissor, rəssam və xüsusilə aktyorun püxtələşməsi baxımından 

məqsədəmüvafiq olaraq vaxtında  ərsəyə  gətirilmiş yeni bir yaradıcılıq nailiyyətidir. Bu 

uğurlu tamaşa ilə istər Azərbaycan, istərsə  də Türkiyə tamaşaçısının qarşısına da çıxmaq 

olar. 

 

    Naxçıvan Dövlət Musiqili Dram Teatrının hazırladığı “Kəllə” tamaşasından səhnə 




Kültür Evreni-Unıverse Culture-Мир Культуры / Yıl-Year-Год 2015 / Sayı-Number-Число 24 

 

47 

Beləliklə, nəticə etibarı ilə demək olar ki,  132 yaşlı  qocaman Naxçıvan Teatrının 

yaradıcı kollektivi zəngin, rəngarəng və mükəmməl repertuar əldə etməyə çalışarkən milli 

dramaturgiyamızın  ən mükəmməl, dəyərli  əsərlərini tamaşaya qoymaqla yanaşı dünya 

dramaturgiyasına, o cümlədən Türkiyə dramaturqlarının və bu qəbildən Nazim Hikmət 

yaradıcılığından  da seçmə əsərlərinin tamaşalarını hazırlamışdır.  

Bu tamaşalar bir neçə baxımdan  əhəmiyyətli olmuş  və diqqəti çəkmişdir.  Əvvəla bu  

əsərlərin tamaşaları teatrın yaradıcı kollektivinin sənətkarlıq yüksəlişinə, ayrı-ayrı aktyorların 

yaradıcılıq imkanlarının açılmasına, dünyagörüşlərinin genişlənməsinə öz müsbət təsirini 

göstərmişdir, teatrın janr, forma və üslub axtarışları yolunda estetik istiqamətini 

müəyyənləşdirmiş, yaradıcı heyətin savadını artırmaq, dünyagörüşünü genişləndirmək, 

intellektual səviyyəsini qaldırmaq qeydinə qalmağa vadar etmişdir. Çünki ayrı-ayrı xalqların, 

bütün bəşəriyyətin həyatı getdikcə inkişaf edib mürəkkəbləşdikcə, teatrın bütün 

komponentləri də  həyat hadisələrini dərindən öyrənməlidir, həyata baxış dairəsini 

genişləndirməlidir 



 

ƏDƏBİYYAT 

1. Bualo N. Poeziya sənəti. Bakı: Azərnəşr, 1969, 97 s. 

2. Hikmət N. Seçilmiş əsərləri. İki cilddə, 2-ci cild. Bakı: Azərnəşr-1963, səh. 395 

3. Kərimov İ.S. Azərbaycan-Türkiyə teatrı əlaqələri. Bakı: “Nağıl Evi”, 2000, 131 s 



4. “Şərq qapısı” qəzeti. Naxçıvan: 1969-cu il, 28 yanvar/ 

 

Yüklə 77,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə