Microsoft Word KÜLTÜr evreni doc



Yüklə 408,21 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü408,21 Kb.
#66655


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

170 

 

 

 



AZƏRBAYCANLILARIN SOYQIRIM VƏ 

DEPORTASİYA TARİXİNDƏN 

 

FROM THE HISTORY OF DEPORTATION AND GENOCIDE 

OF AZERBAIJANIS 

 

ИЗ ИСТОРИИ ГЕЫОЩИДА И ДЕИОРТАЩИИ 

АЗЕРБАЙДЖАНЩЕВ 

 

 



Prof. Dr. Həmzə CƏFƏROV

*

 - Doç.Dr. Abdulla MUSTAFAYEV

 **


 

 

 



Хцлася 

Мягалядя  Азярбайжан  халгынын  ган  йаддашынын  аьрылы-ажылы  сящифяляриндян 

олан депортасийа, сойгырым вя гачгынлыг проблемляри арашдырылмышдыр. Мцяллифляр 

бурада ХВЫ ясрдян башламыш вя эцнцмцзядяк олан иллярдя ермянилярин тцркляря 

вя  азярбайжанлылара  гаршы  йеритдикляри  сойгырым  вя  депортасийадан,  онларын 

вящшиликляриндян,  Азярбайжанын  мцстягиллик  газандыгдан  сонра  милли 

тарихимизин эениш ишыгландырылмасы цчцн йаранмыш имканлардан сющбят ачмышлар.  

Щямчинин,  мягалядя  Щейдяр  Ялийевин  икинжи  дяфя  сийаси  щакимиййятя 

гайыдышындан сонра бу проблемля ялагядар имзаладыьы фярман вя сярянжамларын 

тарихи  ящямиййяти  ачыгланмыш,  дювлятимизин  сойгырыма  мяруз  галмыш  вя 

гачгынларла  апарылан  ишляр  щаггында,  Даьлыг  Гарабаь  проблеминин  щялли 

истигамятиндя  щяйата  кечирилян  тядбирляр  арашдырылмыш,  ермяни  тяжавцзцнцн  ажы 

нятижяляринин  дцнйа  ижтимаиййятиня  чатдырылмасында  апардыьы  мягсядйюнлц 

сийасят юз яксини тапмышдыр.  



Açar kelimeler: Ermeni soyqırımı, Dağlık Qarabag, Hяyder  Яliyev, 

Azяrbaycan 

 

Annotation 

In the article is researched refugee problems, genocide, and deportation blood 

memory of Azerbaijan people. Authors is talked from XVI centuries to our days 

deportation and barbarisms of Armenians to the Turkish, from the good chances 

                                                 

*

 Nahçivan Devlet Üniversitesi Rektör Yardımcısı 



**

 Nahçıvan Devlet Üniversitesi Öğretim Üyesi

 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



171 

for research perfectly of our national history after gained independent of 

Azerbaijan.  

Also, in the article is shown the important of decrees and orders relation to this 

problem after the returning of Haydar Aliyev to power the second time, works of 

our republic about is taken with refugees and liable to the death, is researched 

events about solving of Nagorno Garabag problems, and is reflected advisable 

politic which he was taken to the world community the hard results of Armenian 

aggression.  

Key word: Armenians, genocide, Azerbaijan, Nagorno Garabag, Haydar 

Aliyev 


 

 

Qan yaddaşımızın ən ağrılı-acılı səhifələrindən olan deportasiya, soyqırım və 



qaçqınlıq bəlaları xalqımızın taleyinə çox baha başa gəlib. Son iki əsr  ərzində 

Azərbaycan xalqına qarşı soyqırım və deportasiya siyasəti həyata keçirən erməni 

millətçiləri bir sıra Avropa dövlətlərinin, o cümlədən Rusiyanın bilavasitə 

dəstəyindən istifadə edərək zaman-zaman tarixi-etnik torpaqlarımızı  işğal etmiş, 

yerli əhalini – azərbaycanlıları doğma torpaqlarından qovub çıxarmışlar.  

Azərbaycanlıların “Ermənistan” adlanan ərazidən deportasiyası XIX əsrin 

əvvəllərindən – bölgənin Rusiya tərəfindən işğalı dövründən XX əsrin sonlarına 

qədər mərhələlərlə  həyata keçirilmiş bir faciə olsa da, uzun müddət  ərzində bu 

faciə gizlədilmiş, səylə ört-basdır edilmiş, bir növ bu mövzuya qadağa 

qoyulmuşdur. Keçmiş ittifaq və respublika mətbuatında, həmin dövrə aid tarix 

ədəbiyyatinda bu məsələ haqqında bircə kəlmə də yazılmamışdır.  

Yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra milli tariximizin bütün 

problemlərini, o cümlədən azərbaycanlıların başına gətirilmiş faciələrin tarixi 

köklərini, mərhələlərini və  nəticələrini hərtərəfli və obyektiv şəkildə araşdırmaq 

üçün geniş imkanlar yarandı.  

Azərbaycanın ümummilli lideri Heydər  Əliyevin ikinci dəfə siyasi 

hakimiyyətə qayıdışından sonra ictimai həyatın bütün sahələrində olduğu kimi, 

sosial-siyasi elmlərin inkişafında da dönüş baş verdi. Azərbaycan tarixinin 

yenidən, obyektiv yazılması  zərurətini  əsas vəzifə kimi qarşıya qoyan Heydər 

Əliyev XX əsrdə başımıza gətirilən faciələrin dərindən araşdirilması, xalqımıza 

qarşı törədilən tarixi cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun 

beynəlxalq ictimaiyyətə çatdırılması  məqsədilə bir sıra fərmanlar və  sərəncamlar 

imzaladı. Azərbaycan tarixinin qaranlıq səhifələrinin öyrənilməsi baxımından 

onun imzaladığı tarixi sənədlər sırasında “1948-1953-cü illərdə “Azərbaycanlıların 

Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə 

deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli fərmanı, “Azərbaycanlıların 

soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı, eləcə də “AXC-nin 80 illik 

yubileğinin keçirilməsi haqqında” 30 yanvar 1998-ci il tarixli sərəncamı, 

“Naxçıvan MR-nin 75 illiğinin keçirilməsi haqqında” 4 fevral 1999-cu il tarixli 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

172 

sərəncamı  və s. başqa sənədlər mühüm yer tutur. Ümummilli liderimizin 

imzaladığı bu fərmanlar və  sərəncamlar son dərəcə mühüm, ölkənin hər bir 

vətəndaşı üçün həyati əhəmiyyətə malik tarixi sənədlərdir.  

«1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-

etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» 18 dekabr 1997-ci il 

tarixli fərmanında çox haqlı olaraq göstərilmişdir ki, «son iki əsrdə Qafqazda 

azərbaycanlılara qarşı  məqsədyönlü  şəkildə  həyata keçirilmiş etnik təmizləmə  və 

soyqırım siyasəti nəticəsində xalqımız ağır mərhümiyyətlərə, milli faciə  və 

məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani 

siyasət nəticəsində azərbaycanlılır indi Ermənistan adlanan ərazidən min illər boyu 

öz doğma, tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara 

məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni 

dağıdılıb viran edilmişdir». 

İndiki Ermənistan və ona bitişik  ərazilərdə  pərakəndə halında yaşayan 

ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzularına ilkin təkan verən 

amillərdən  ən başlıcası  hələ XVI-XVII əsrlərdə  Səfəvilərlə Osmanlı Türkiyəsi 

arasında uzun sürən müharibələr olmuşdur. Səfəvi hökmdarları Türkiyə ilə 

mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian 

agentlərdən – erməni tacirlərdən və din xadimlərindən istifadə etmişdilər. 

Şah Abbasın verdiyi 1605-ci il fərmanı ilə  şahlığın  ərazisində  pərakəndə 

yaşayan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmış, xarici 

ticarətlə  məşğul olan ermənilər üçün geniş imtiyazlar verilmişdir. Tezliklə 

ermənilər bir sıra Avropa ölkələri ilə, ilk növbədə Fransa, İtaliya, Prussiya ilə 

ticarət əlaqələri yaratmışdılar. Eyni zamanda, ermənilər şah sarayına yollar arayır, 

şahın etimadını qazanmaq üçün əllərindən gələni edirdilər. Bu sahədə xüsusi 

qabiliyyətə malik olan ermənilər tədricən arzularına çatırdılar. Belə ki, Şah Abbas, 

hətta Səfəvilər dövlətinin xarici siyasət məsələləri ilə  məşğul olmaq və Avropa 

ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini Xoca Səfər adlı bir 

erməniyə etibar etmişdir.  

1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən 

nümayəndə heyəti vasitəsilə Roma papasına,  İspaniya kralına, Venetsiya dojuna 

məktublar göndərmişdir. Bu ölkələrdə olarkən Xoca Səfər  şahın məktubundan 

əlavə ermənilərin Roma papası  və Avropa ölkələrinin başçılarına məktubları 

olduğunu bildirmişdir. Təbii ki, bu məktublarda xristian Avropa ölkələrindən 

Şərqdə – müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə 

götürmələri haqda xahişlər edilmişdir. Lakin nə papadan, nə  də  Qərbi Avropa 

dindaşlarından ermənilərin bu çığırışlarına məhəl qoyan olmamışdır. XVII əsrin 

ortalarında rus dövlətinin öz mövqeğini möhkəmləndirməsi  ən yaxın xristian 

ölkəsi kimi erməni kilsəsinin diqqətini daha çox cəlb etməyə başlamışdı. Yaxın 

Şərqdə maraq dairəsi baxımından ermənilərə  ən  əlverişli hamayəçi Rusiya ola 

bilərdi. Rus çarlarının xarakterini öyrənən ermənilər yəqin etmişdilər ki, hədiyyə 

adı altında rüşvət verməklə onları öz tərəflərinə çəkə və nəticədə öz istəklərinə nail 

ola bilərlər. Bu məqsədlə erməni taciri Xoca Zakar Sarhada 1660-cı il avqustun 

28-də çar Aleksey Mixayloviçə «ermənilərə qarşı xüsusi lütfkarlığına görə» 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



173 

qiymətli hədiyyələr vermişdir. Bu hədiyyələrdən biri hazırda Moskva Kremlinin 

Silahlar Palatasında saxlanılan Almaz taxtdır. Bundan sonra XVII əsrin sonlarına 

yaxın din xadimi İsrail Ori 20 il müddətində Avropa ölkələrini gəzib dolaşmış, 

İtaliya, Fransa və Almaniyanın yüksək dairələri ilə  əlaqə yaratmış, bu ölkələrdə 

ermənilərin himayə edilməsi məsələsini qaldırmış, lakin soyuq münasibətlərlə 

qarşılaşmışdır. 

Avropanın real köməklik göstərməyəcəyinə əmin olan İsrail Ori bu işdə yalnız 

Rusiyaya arxalanmaq qənaətinə  gəlmişdir. O, 1701-ci il oktyabrın 28-də 

arximandrit Minas Vartapedlə birlikdə I Pyotrun qəbuluna gəlir və ona qiymətli 

türk mallarını hədiyyə gətirir. Təbii ki, onların I Pyorta bu hədiyyələri gətirmələri 

xalis erməni birliyi idi. Onlar I Pyotrun isti boğazlara çıxmaq və  İstanbulu  ələ 

keçirmək üçün nə  dərəcədə alışıb-yandığını bildirdilər. Bu hədiyyələrlə onlar bu 

yanğını daha da qızışdırıb alovlandırmaq istəyirdilər.  İsrail Ori saraya öz 

proqramını – erməni dövləti yaratmaq üçün İrana 25 minlik qoşun göndərməyi 

təklif etmişdir. Ciddi hazırlıqdan sonra 1707-ci ildə Ori polkovnik rütbəsində 50 

nəfərlik nümayəndə heyətinin başçısı kimi İrana yola düşdü.  Şübhə oyatmamaq 

üçün onu Şah Hüseynə Roma papasının nümayəndəsi kimi təqdim edirlər. 1711-ci 

ildə Orinin ölümündən sonra onun işini Minas Vartaped davam etdirir. 

1723-cü il sentyabrın 12-də Rusiya-İran müharibəsinin nəticəsi olaraq bağ-

lanmış müqaviləyə  əsasən Gilan, Mazandaran, Astarabad əyalətləri, Bakı  və 

Dərbənd  şəhərləri Rusiyanın tabeliyinə keçir. Noyabrın 10-da I Pyotr həmin 

ərazilərdə ermənilərin köçürülüb yerləşdirilməsi üçün fərman verir. 

1726-cı il fevralın 22-də I Yekaterina da ermənilərin yüksək mərhəmətə  və 

himayəyə layiq görülmələri haqqında fərman verir. XVIII əsrin II yarısında 

ermənilər yenidən fəallaşır. Onlar Rusiyanın himayəsi ilə Osmanlı Türkiyəsi ilə 

İran sərhədlərinin kəsişdiyi ərazilərdə Ermənistan dövləti yaratmağı təklif edirlər. 

Lakin II Yekaterinanın ölümü onların bu işini yarımçıq saxlayır. Lakin buna 

baxmayaraq, ermənilər öz dövlətlərini yaratmaq üçün hər cür vasitələrə  əl atır, 

hədiyyə adı altında rus çarlarına rüşvət verirdilər. Bununla onlar saray əyanlarının 

etimadlarını qazanır, hökumətin müxtəlif strukturlarında öz nümayəndələrini 

yerləşdirməyə nail olurdular. 

XIX  əsrin  əvvəllərində rus qoşunlarının  İrəvan xanlığını  işğal etməsində 

ermənilər xüsusi fəallıq göstərmişdilər. Rusiya-İran və Rusiya-Türkiyə 

müharibələrinin Rusiya üçün uğurla başa çatması ilə ermənilərin Cənubi Qafqaza 

köçürülməsi üçün geniş imkanlar yaratmışdır.  

1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən Türkmənçay 

kəndində bağlanan müqavilə ilə 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son 

qoyulur. Bu müqavilə ilə  İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın 

ərazisinə qatılır. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq edir və ertəsi gün 

«Erməni vilayəti» yaradılması haqqında fərman verilir. «Erməni vilayəti», İrəvan 

və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölüşmüşdü. Bu müqavilənin 15-ci 

maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə 

keçmək hüququ verilir. Məhz Rusiyanın  İrandakı  səfiri A.S.Qriboyedovun 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

174 

təşəbbüsü ilə  İran ermənilərin işğal edilmiş yeni ərazilərə köçürülməsi məsələsi 

meydana çıxdıqdan sonra, Rusiya hökumətinin İranla sərhəd boyu ərazilərə 80 min 

kazakın köçürülməsi layihəsi qüvvədən düşmüşdü. 

1828-ci il oktyabrın 1-də Qriboyedov Paskeviçə göndərdiyi məktubda göstərir 

ki, Naxçıvan  əyalətində ermənilərin köçürülməsi nəticəsində qarışıqlıq və  sıxıntı 

yaranmışdır. Beləliklə, 1829-cu il fevralın 26-dan iyunun 11-dək 8249 erməni 

ailəsi İrandan köçürülərək İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür.  

1826-1828-ci illər Rusiya-İran müharibəsində  qələbədən ruhlanan rus ordusu 

1828-ci il iyunun 14-də Türkiyəyə hücum edir. Rus ordusunun türk qoşunları 

üzərində  qələbələrinin təmin edilməsində erməni silahlı  dəstələrinin və  Şərqi 

Anadoluda yaşayan ermənilərin böyük rolu olmuşdur.  

1829-cu il sentyabrın 2-də bağlanmış  Ədirnə sülh müqaviləsinin 13-cü 

maddəsinə  əsasın, Türkiyənin işğal olunmuş  ərazilərində qalan ermənilərə 18 ay 

müddətində daşınan əmlakları ilə Rusiyanın tabeliyinə keçmək hüququ verilmişdir. 

Müqavilədə göstərilən müddətin başa çatması  ərəfəsində  tərtib edilən sənəddə 

Türkiyədən köçürülən erməni ailələrinin sayı 14044 ailə olmuşdur. Əgər bir ailədə 

orta hesabla 6 nəfər götürülürsə, nəticədə 84 mindən artıq erməninin köçürüldüyü 

məlum olur. 

İndiki Ermənistan  ərazisinə ermənilərin kütləvi axını XIX əsrin  əvvəllərində 

baş verən Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra da davam 

etmişdir. Bu müharibələrdən sonra erməni vilayətinə  İran və Türkiyədən 57266 

nəfər erməni (10.631 ailə) köçürülmüşdür. 1828-ci ildən 1830-cu ilədək 

Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürülmüşdür. Nəzərə 

almaq lazımdır ki, 124.000 rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi 

şəkildə köçənlər də çox olmuşdur və ümumiyətlə, köçənlərin sayı 200 min 

nəfərdən xeyli artıq olmuşdur. Ermənilərin indiki Ermənistan ərazisinə axını 1877-

1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra daha da güclənmişdir. 90-cı 

illərdə Türkiyədə baş verən erməni üsyanları  nəticəsində 400 minə yaxın erməni 

yenə Qafqaza köçüb gəlmişdir.  

Beləliklə, bütün bunlar bir daha sübut edir ki, erməni millətçiləri 

azərbaycanlılara qarşı çox böyük dəqiqliklə  işləyib hazırlaşdıqları planları yaxın 

gələcəkdə  uğurla həyata keçirmək üçün bütün hərbi, siyasi, iqtisadi, təşkilati və 

ideoloji hazırlıqlara malik idilər.  

Lakin çox təəssüf ki, yaxınlaşan real erməni təhlükəsini dəf etmək üçün 

azərbaycanlılar heç bir siyasi strukturlara, kifayət qədər iqtisadi, hərbi imkanlara 

malik deyildilər. 

Belə bir şəraitdə 1905-1906-cı illəri  əhatə edən və tarixə «erməni-müsəlman 

münaqişəsi» adı ilə düşən qanlı faciələr baş verdi.1905-ci ildə Rusiyanın özündə 

baş verən iqtişaşlar, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Zaqafqaziyada 

güclü əks-səda doğurmuşdur. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə etdilər. 

Rusiyanın hakim şovinist dairələri də  zərbəni özlərindən yayındırmaq üçün 

ermənilərin antitürk kompaniyasını qızışdırırdılar. 

«Azərbaycanlıların soyqırımı haqqında» fərmanda göstərildiyi kimi, «Böyük 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



175 

Ermənistan» yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci 

illərdə azərbaycanlılara qarşı açıq  şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata 

keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı  və indiki 

Ermənistan  ərazisindəki Azərbaycan kəndlərini  əhatə etdi. Yüzlərlə yaşayış 

məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı  vəhşicəsinə  qətlə 

yetirildi». 

1918-1920-ci illər Azərbaycan xalqının tarixində ən mürəkkəb və ziddiyyətli 

dövrdərdən biridir. Həmin dövrdə yenicə yaranmış  gənc Azərbaycan dövləti bir 

tərəfdən bolşeviklərin və keçmiş çar generallarının, digər tərəfdən bədnam 

qonşumuz Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısını almaq, öz ərazi 

bütövlüyünü və torpaqlarının təhlükəsizliğini qorumaq üçün mübarizə aparırdı.  

XX əsrin əvvəllərində Yaxın Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrun-

da böyük dövlətlər arasında mübarizə kəskinləşmişdi. Bu regionda İngiltərə, Fran-

sa, Rusiya və Almaniyanın xüsusi maraqları var idi. I Dünya müharibəsi zamanı 

Almaniya ilə müttəfiq kimi çıxış edən Türkiyənin vəziyyəti ağırlaşmışdı. 

Rusiyanın I Pyotr zamanından boğazlara və İstanbula yiyələnmək arzusu yenidən 

baş qaldırmışdı. Türkiyə boğazlarda Rusiyanın təhdidindən qorxaraq öz mövqeğini 

saxlamaq üçün Almaniya ilə müttəfiq olmuş  və müharibə başlanandan bir gün 

sonra, yəni avqustun 2-də Türkiyə Almaniya ittifaqı haqqında müqavilə 

imzalamışdı. Müqaviləyə əsasən oktyabrın 29-da Türkiyə-Rusiya müharibəsi baş-

lanır. Noyabrın 1-də Rusiya Türkiyəyə rəsmi olaraq müharibə elan edir. 

Bu müharibənin başlanmasından istifadə edən ermənilər Türkiyənin 6 

vilayətində «Qərbi Ermənistan» dövləti yaratmaq istəyirdilər. Bu məqsədlə dünya-

nın hər tərəfindən toplanmış könüllü ermənilərdən ibarət yaradılmış 4 drujina 

Qafqaz cəbhəsində Türkiyəyə qarşı rus ordusu ilə birlikdə vuruşurdular.  

Erməni mənbələrinin verdiyi məlumata görə, 1914-1916-cı illərdə Qafqaza 

təqribən 350 min erməni köçmüşdü. Onların böyük əksəriyyəti  İrəvan 

quberniyasının  ərazisində yerləşmişdilər. 1917-ci il oktyabrın 25-də Rusiyada 

bolşeviklər hakimiyyətə  gəlir. Çevrilişin 2-ci günü Sovetlərin Ümumrusiya 

qurultayı sülh haqqında dekret qəbul edir. Rusiyada oktyabr çevrilişindən sonra 

ölkədə yaranmış xaos və anarxiyanın nəticəsi olaraq Qafqaz cəbhəsi dağılmış  və 

rus qoşunları dekabrın ortalarından cəbhəni özbaşına tərk etməyə başlamışdır. 

Dekabrın 18-də Zaqafqaziya komissarlığı milli korpuslar və  hərbi hissələr təşkil 

ediləcəğini elan edir. Bundan istifadə edən ermənilər rus ordusunun hərbi 

texnikasına yiyələnərək, Cənubi Qərbi Qafqazda türklərə qarşı soyqırım həyata 

keçirirlər. 

1917-ci ildə Rusiyada çar hakimiyyəti devrildikdən sonra Almaniya və 

Avstriya cəbhələrində xidmət edən minlərlə erməni  əsgəri öz silahları ilə 

daşnakların niyyətlərini həyata keçirmək üçün Bakıda cəmləşmişdilər. 1918-ci ilin 

mart ayının sonu Azərbaycan xalqının qanlı  və faciəli günləri kimi tarixə 

düşmüşdür. Martın 31-də başlayan bu qırğın 3 gün davam etdi. Şəhidlərin sayı 

təxminən 15 min nəfər olmuşdur. 

Uzun illər 1918-ci il hadisələri qəsdən unuduldu. Xüsusən  Şimali 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

176 

Azərbaycanda bolşeviklər hakimiyyət başına gəldikdən sonra Bakıda, Şamaxıda və 

Qubada ermənilərin törətdikləri vəhşiliklər barədə danışılmadı. Azərbaycanda  ən 

məsul vəzifələrə irəli çəkilən ermənilər və ermənipərəst «azərbaycanlılar» olub-

keçənləri çox böyük ustalıqla ört-basdır edə bildilər. Xalqdan gizlədilən həqiqətlər 

xatirələrdən silindi. 

Bakıda, Qubada və Şamaxıda törədilən qırğınlar tarixçilərimiz tərəfindən bir-

birinə zidd mövqedən qiymətləndirilmişdir. Bunun da bəzi obyektiv və subyektiv 

səbəbləri var. Bolşeviklər isə mart-may hadisələrini sinfi düşmən qüvvələrinə qarşı 

mübarizə, sovet hakimiyyətinin möhkəmləndirilməsi yolunda əksinqilab üzərində 

böyük qələbə, vətəndaş müharibəsi hesab edirdilər.  

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra daşnak 

hakimiyyəti dövründə  qədim ata-baba yurtlarından didərgin salınaraq 

Azərbaycana, İrana, Türkiyəyə və Gürcüstana sığınmış müsəlmaq qaçqınların bir 

hissəsi geri qayıtmağa müvəffəq olmuşdur. Ermənistan rəhbərləri qaçqınların geri 

qayıtmasının qarşısını almaq məqsədilə müxtəlif bəhanələr gətirərək onları 

Ermənistana buraxmaq istəmirdilər. Lakin Ermənistan hökumətinin müqavimətinə 

baxmayaraq artıq 1922-ci ildə 100 min qaçqın doğma yurdlarına qayıtmışdı. 1926-

cı ildə Ermənistanda 743.573 erməni, 84.717 türk siyahıya alınmışdısa, 1939-cu 

ildə 1.062.000 erməni 1.30.800 türk qeydə alınmışdır. Müqayisədə ermənilər 

42,7%, türklər isə 56,8% artmışdı. Türklərin yüksək artımı erməniləri narahat 

edirdi. 20-ci illərin sonu və 30-cu illərin  əvvəllərində bütün sovet ittifaqında 

həyata keçirilən kollektivləşmənin  ən sərt tədbirləri Ermənistanda yaşayan 

azrbaycanlılara qarşı  tətbiq edilmişdir.  İlk növbədə ata-babadan varlı olanların 

mal-qarasını  əllərindən alıb kolxoz təsərrüfatına qatır, özlərini isə «qolçomaq» 

damğası ilə Qazaxstana və Sibirə sürğün edirdilər. Bir azdan bu cür tədbirlər 

ortabablara da şamil edilmişdir. Bu isə Vedibasarda, Zəngibasarda və  Qəmərlidə 

kəndli üsyanlarının baş verməsinə  səbəb olmuşdu. Üsyan yatırıldıqdan sonra 

üsyançıların xeyli hissəsi İran və Türkiyəyə qaçmağa məcbur olmuşdularsa da, bu 

üsyanı  bəhanə edərək azərbaycanlı  kəndlərində kütləvi surətdə  həbs prosesi 

başlanmışdı.  

Ermənistanda azərbaycanlıların kütləvi repressiyası onların Türkiyəyə qaçıb 

canlarını qurtarmağa məcbur edirdi. 30-cu illərdə 50 mindən artıq azərbaycanlı 

ailəliklə Qazaxıstan çöllərinə sürgün edilmişdir. Sərt iqlim və  bərbad mənzil 

şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu. 

Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illərdə  və 1930-1938-ci 

illərdə repressiya aksiyası həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə 

və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də 

azərbaycanlılar yaşayırdılar. Ermənistan rəhbərlərinin qarısında duran başlıca 

vəzifə  İrəvan  ətrafında və Türkiyə ilə  sərhəd boyu münbit torpaqlarda yaşayan 

azərbaycanlıları  həmin  ərazilərdən köçürməyə nail olmaqdan ibarət idi. Bunun 

üçün isə ilk növbədə Moskvanın razılığı alınmalı idi. Xaricdə yaşayan ermənilərin 

Ermənistanda yaşamaq arzusunda olduqlarını, lakin onları yerləşdirmək üçün 

ərazilərin azlıq təşkil etdiğini Stalinin nəzərinə çatdırmaq lazım gəlirdi. Çıxış yo-

lunu isə azərbaycanlıların Azərbaycanın aran rayonlarına köçürülməsində 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



177 

görürdülər. 

Xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi üçün məsələ qaldırmaq 

fürsətini onlar ilk dəfə 1943-cü ildə Tehran konfransı zamanı  əldə etmişdilər. 

Konfransın gedişində erməni diasporunun nümayəndələri SSRİ  XİN-i Molotovla 

əlaqə yaratmaq, onların Ermənistana köçürülməsi üçün sovet rəhbərliğinin razılıq 

verməsini xahiş etmişdilər. Molotov Stalin ilə danışıqdan sonra onların 

köçürülməsinə razı olduqlarını bildirmişdi. 

1945-ci ildə Ermənistan KP MK-nin I katibi Q.Harutyunov yenidən Qarabağın 

Ermənistana birləşdirilməsi məsələsini qaldırır. Stalin həmin məktubu 

G.Malenkova, o da Bağırova göndərir. Bağırov cavab verir ki, etiraz etmir, lakin o 

şərtlə ki, Ermənistanın, Gürcüstanın və Dağıstanın azərbaycanlılar yaşayan və 

tarixən Azərbaycanın olmuş əraziləri onun özünə qaytarılsın. Beləliklə, məsələnin 

arzuolunmaz istiqamət olacağını hiss edən Moskva bu məsələnin üstündən keçməli 

olur. Bundan sonra Ermənistan rəhbərləri öz taktikasını dəyişir.  

1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini  əsas götürərək 

SSRİ hökuməti xaricdə yaşayan ermənilərin sovet Ermənistanına köçürülməsi 

işinin təşkili haqqında qərar verir. Ermənistan hökuməti yanında repatriantların 

(vətənə qayıdanların) qəbulu və yerləşdirilməsi üzrə xüsusi komitə yaradılır. Artıq 

1946-cı ilin əvvəllərində 130 min erməni Ermənistana köçmək arzusunda olduğu-

nu bildirir.  

Ermənistan KP MK-nin I katibi Harutyunov «vəziyyətdən yeganə çıxış yolu-

nun» Ermənistandan 100 min azərbaycanlı əhalinin Azərbaycana köçürülməsində 

gördüyünü Stalinin nəzərinə çatdırır. Ermənistan rəhbərləri Stalini başa salmışdılar 

ki, köçürülən azərbaycanlıları Azərbaycanın pambıq yetişdirilən rayonlarında, 

Muğan-Mil düzənliyində yerləşdirmək iqtisadi cəhətdən sərfəlidir. Çünki 1945-ci 

ildə SSRİ Nazirlər Soveti Kür-Araz ovalığının yenidən qurulması haqqında qərar 

qəbul etmişdi.  

1947-ci ilin sonunda Stalinin köməkçisi Poskrevişev Bağırova zəng edərək 

Stalinin onu çağırdığını söyləyir. Bağırov Moskvaya gedir və Stalinin qəbul ota-

ğında Harutyumovla rastlaşır və onunla birlikdə Stalinin kabinetinə daxil olurlar. 

Stalin xaricdən ermənilərin gəlməsini, Harutyunovun isə onları yerləşdirmək üçün 

torpağını olmamasını, bunun üçün isə azərbaycanlıların köçürülüb Muğan və 

Mildə yerəlşdirilməsini söyləyir. Bağırov etiraz etmək istəsə  də, Stalin ona 

qəzəblənir. 

Bağırovun Bakıya qayıtmasından bir qədər sonra, yəni dekabrın 23-də SSRİ 

Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı 

əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 

saylı qərar qəbul edir.  

SSRİ Nazirlər Soveti 10 mart 1948-ci ildə 4083 saylı  qərara  əlavə olaraq 

«Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı  əhalinin Azərbaycan 

SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə  əlaqədar tədbirlər haqqında» 754 

saylı qərar qəbul edir.  

 «1948-1953-cü  illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-

etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» ümummilli liderimi-



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

178 

zin 18 dekabr 1997-ci il tarixli fərmanında deyildiyi kimi, «SSRİ Nazirlər 

Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 

754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı 

olmuşdur. Bu qərarlar arasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı 

Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla 

sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı 

avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş  tətbiq edilmiş, 

minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürmə  şəraitinə, kəskin 

iqlim dəyişikliyinə, fiziki sarsıntılara və  mənəvi genosidə dözməyərək həlak ol-

muşlar. Bu işdə erməni  şovinist dairələrinin və SSRİ  rəhbərliğinin cinayətkar 

siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliğinin də öz xalqının taleyinə zidd 

mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində  və  həyata 

keçirilməsində iştirakı da az rol oynamamışdır...». 

1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış 

xalqların hüquqlarının bərpası haqqında qərar qəbul etsə də, 1948-1953-cü illərdə 

Ermənistandan deportasiya edilmiş azərbaycanlılar həmin xalqların siyahısına 

daxil edilmədi. Ümummilli liderin 18 dekabr 1997-ci il tarixli fərmanı  həmin 

illərdə xalqımıza qarşı  həyata keçirilmiş tarixi cinayətə hüquqi siyasi qiymət 

verilməsi, onun beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması üçün zəmin 

yaratmışdır. 

Ermənistanda antitürk, antimüsəlman təbliğatı 60-cı illərin ortalarında yenidən 

var-gücü ilə işə salınmışdı. 1964-cü ildə Ermənistanın rəsmi dairələri Moskvanın 

razılığı ilə uydurma «erməni genosidi»nin 50 illiğinin qeyd edilməsi haqqında 

qərar qəbul etmişdir. Bir il ərzində Ermənistanın bütün kütləvi informasiya 

vasitələri, redaksiyaları 1915-ci il «genosidi»nin təbliği ilə  məşğul olmuşdular. 

Erməni millətçiləri 1965-ci ilin fevralında cəllad Andranik Ozanyanın anadan ol-

masının 100 illiğini təntənəli surətdə qeyd etdilər. 

60-cı illərin ortalarında Ermənistanda aparılan milli ayrı seçkilik siyasəti 

nəticəsində İrəvan və onun ətraf rayonlarından minlərlə ailə Azərbaycana köçməyə 

məcbur olmuşdu. 1962-1973-cü illərdə xaricdən Ermənistana 26 min erməni 

gəlmişdi. Təbii ki, ermənilərin gətirilməsi oradan azərbaycanlıların kütləvi surətdə 

deportasiyası ilə  nəticələnmiş, on minlərlə azərbaycanlı  əhalinin Azərbaycana 

köçməsinə səbəb olmuşdu. 

1983-cü il aprelin 24-də ermənilər «genosid» gününü bəhanə edərək Mazis 

(Zəngibasar) rayonunun mərkəzində azərbaycanlılar yaşayan evlərə basqın etmiş, 

qəbristanlığı dağıtmışdılar. 1984-cü ildə Azərbaycan xalqının qəddar düşməni 

Z.Balayanın «Ocaq» kitabının dərc edilməsi Ermənistanda azərbaycanlılara qarşı 

düşmənçilik hisslərinin qızışmasına səbəb oldu. 

Dağlıq Qarabağ ermənilərinin öz müqqəddəratını  təyinetmə  pərdəsi altında 

Azərbaycana qarşı planlarının həyata keçirilməsinə mane ola biləcək şəxsin – ulu 

öndərimiz Heydər Əliyevin 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə 

keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər 

Sovetinin I müavini vəzifələrindən uzaqlaşdırılmasından sonra İrəvanda DQMV-ni 

Ermənistana birləşdirmək tələbi ilə mitinqlər keçirildi. 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



179 

Beləliklə, keçmiş ittifaq rəhbərlərinin cinayətkar fəaliyyətsizliğinin buna şərait 

yaratması, Azərbaycan rəhbərliğinin bu hadisələrə vaxtında düzgün qiymət verə 

bilməməsi nəticəsində Ermənistan rəhbərliğinin və hüquq mühafizə orqanlarının 

bilavasitə  iştirakı ilə 50.149 ailəni təşkil edən 243.682 nəfər azərbaycanlı  qısa 

müddət  ərzində  əsrlər boyu yaşadıqları  dədə-baba yurdlarından vəhşicəsinə 

qovuldular. 

Respublikamızın müstəqillik yoluna qədəm qoyması ilə bir vaxtda başlayan 

erməni təcavüzü milli faciə ilə  nəticələndi və Azərbaycan xalqını kütləvi 

soyqırıma məruz qoydı. Mərkəzi hakimiyyətin ermənilərə köməyi nəticəsində 

Ermənistandan qovulmuş azərbaycanlılar Qarabağda yerləşdirilmədi. O zamankı 

Azərbaycan rəhbərliğinin səriştəsizliyi, Moskva qarşısında mütiliyi bunun həyata 

keçirilməsinə mane oldu. Hətta Qarabağda erməni kəndlərinin yaxınlığında çadır-

lar qurub yaşamaq istəyən 23 mindən artıq qaçqın  Ə.Vəzirov tərəfindən oradan 

çıxarıldı.  

 

ƏDƏBİYYAT 

1.  V.Arzumanlı., N.Mustafayev. Tarixin qara səhifələri. Deportasiya, 

soyqırım, qaçqınlıq. Bakı, 1998 

2.  M.S.Koçaş. Tarixdə ermənilər və türk-erməni münasibətləri. Bakı, 1998 

3.  İ.Məmmədov. Tariximiz, torpaqlarımız, taleyimiz. Bakı, 2003 

4.  N.Məmmədov. Erməni təcavüzü və tarixi həqiqətlər. Bakı, 2001 

5.  İ.Musayev. Azərbaycanın Naxçıvan və  Zəngəzur bölgələrində siyasi 

vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, 1996 

6.  B.Nəcəfov. Deportasiya. Bakı, 1998 

7.  M.M.Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993 

8.  M.S.Ordubadi. Qanlı illər. 1905-1907-ci illərdə Qafqazda baş verən 

erməni-müsəlman davasının tarixi. Bakı, 2001 

9.  A.Paşayev. Köçürülmə. Bakı, 1995 

10.  Rusiyanın Van və  Ərzurumda baş konsulu Mayevskinin xatirələri. Bakı, 

1994 


11.  Anadol Cemal. Tarihin işığında erməni dosyası. II baskı. İstanbul, 2001 

12.  Azerbaycan Belgilerinde ermeni sorunu (1918-1920) Ankara, 

T.C.Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü. Cümhuriyyet Arşivi Dairə 

Başkanlığı, 2001 

13.  Azərbaycan Respublikası  Mərkəzi Dövlət Arxivinin materialları (F.28; 

412; 524; 894; 897; 970; 1061) 

14.  Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai Hərəkatlar Dövlət 

arxivinin materialları (f.1; 267; 274; 276; 277).  



 

 

Yüklə 408,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə