Microsoft Word KÜLTÜr evreni doc



Yüklə 37,85 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü37,85 Kb.
#3381


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

40 

 

 

 



 

 

MÜASIR MEMARLIQ ВЯ ƏNƏNƏ 



 

MODERN ARCHITECTURE AND THE TRADITION 

 

СОВРЕМЕННАЯ АРХИТЕКТУРА И ТРАДИЦИЯ 

 

 

Aytən Kamandarqızı ŞƏRİFOVA

*

 

 

  

Özet 

Orta asır mimarlık abideleri, kendilerinin formal kuruluş hususiyetlerinde 

esaslı ilmi mahiyet kesbeden değerlerle zengindir. Böyle değerlerin öğrenilmesi 

mimarlığın tedrisinin ve inşaat tecrübesinin inkişafına, gelişmesine yol açabilir. 

Böyle ki, orta asır ananevi mimarlığın zengin geometri-riyazi prensipleri ve bu 

esaslarda kurulmuş ahekli prensipleri çağdaş mimarlık inşaat tecrübesinin talepleri 

ile uygun oluyor. Bugün mevcut inşaat tecrübesi son derece değişmiş, kullanılan 

inşaat malzemeleri yeteri kadar artmış, inşaatın teşkili ve teknolojisi ise 

tekmilleşmiştir. Bütün bu değişiklikler, aynı zamanda inşaat malzemelerinin daha 

geniş çerçevede kullanılan diyapazonu imkan veriyor ki, çağdaş mimarlıkta milli 

mimarlık ananelerini devam ve geliştirerek standartsız konstruksiyalı hacim-feza 

sistemleri yaratılmıştır.  

Anahtar kelimeler: yenilik, kümbez, dekorativ oymalar, bionik forma, polat. 

 

Summary 

The architectural monuments of the Middle ages are of great fundamental 

scientific importance in terms of formal structural features. The study of these 

monuments may lead to the improvement of architectural education and to the 

development of construction experience. The geometric-mathematic principles of 

the traditional medieval architecture and the principles of harmony formed on 

these basis may meet the requirements of modern architectural construction 

experience. Nowadays the present construction experience has dramatically 

                                                 

*

 Azerbaycan Milli Bilimler Akademisi Mimarlık Enstitüsünün Doktora Öğrencisi. 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



41 

changed, the range of construction materials used has considerably increased, and 

the construction technology has improved. All these innovations as well as a wider 

range of usage of construction materials make it possible to create capacious-

spacious systems with non-standard design, by maintaining and developing 

national architectural traditions in modern architecture.  



Key words: innovations, dome, decorative carving, bionic form, steel. 

 

 



Bədii-estetik forma yaratma müasir memarlığın ən vacib problemi olaraq qalır. 

Bütün dövrlərdə olduğu kimi indi də memarlar qarşılarında duran bu problemi 

görür və onun həllinin müxtəlif yollarını yeni prinsiplər əsasında arayıb araşdırır, 

yeni memarlıq obrazları yaradırlar. Nəticədə daim qeyri-adi formalar və 

konsepsiyalar yaranır, inşaatda yeni istiqamətlər və üsullar meydana gəlir. Bu gün 

bütün dünyanı demək olar ki, Norman Foster, Riçard Rocerd, Zaha Xədid, 

Kristian Portzampark, Jan Nuvel, Santyaqa Kalatrava kimi məşhur memarların 

yüksək səviyyəli texnologiya və memarlıq formalarını birləşdirən dahiyanə 

tikililər  şəbəkəsi ilə örtmülmüşdür. Norman Foster şüşə  və poladdan istifadə 

edərək ultramüasir tikililər ucaldır və bu tikililərə yeni texnologiyalar tətbiq edir. 

Zaha Xədid isə heyrət doğuran bə  ağla sığmayan qəribə layihələri ilə bütün 

dünyada tanınır. Santyaqa Kalatrava isə beton və poladdan analoqu olmayan 

bionik formalar yaradır.  

Ümumiyyətlə memarlığın bütün dövrlərində bütün dahi memarlıq  əsərləri 

sənət mədəniyyətində öz yerini məhz zəngin obrazları ilə tapmışdır. Bu baxımdan 

obraz memarlığın  əsas mahiyyəti sayılır və müasur memarlıqda obraz həm də 

aktual olaraq qalır (1, сящ.67). Məlum olduğu kimi hər bir dövrün öz memarlıq 

üslubu, obrazı olmuşdur. Memarlıq üslubu isə dövrünün sosial inkişafı, yerli 

şərait, inşаat texnologiyasının səviyyəsi ilə müəyyən olunurdu.Avropa memarlığı 

ilə yanaşı, Yaxın  Şərq memarlığı da özünəməxsus obrazınа, klassik işlənmə 

prinsiplərinə məxsusdur. Minarələr, günbəzlər, tağ və tağbəndlər, dekorativ oyma 

elementləri, zəngin bədii-ifadə vasitələri müsəlman memarlığının səciyyəvi 

xüsusiyyətləridir.  

Onu da qeyd etmək lazımdır ki, orta əsr müsəlman memarlığını araşdırarkən 

görünür ki, memarlıq hər zaman öz dövrünün bütün elmləri  иля  бир  говшагда 

duрурдu. Memarlar isə  dərin riyazi, həndəsi və  fəlsəfi biliklərə malik идиляр. 

Məhz bu səbəbdən orta əsr memarlıq abidələri özlərinin formal quruluş 

xüsusiyyətlərində fundamental elmi mahiyyət kəsb edən dəyərlərlə  zəngindir (5, 

сящ.162). 

Bu cür dəyərlərin öyrənilməsi memarlıьын  tədrisinin və inşaat təcrübəsinin 

inkişafına, təkmilləşməsinə yol aça bilər. Fikrimizcə, orta əsr ənənяvi memarlığın 

zəngin həndəsi-riyazi prinsipləri və bu əsaslarda qurulmuş harmoniya prinsipləri 

müasir memarlıq tikinti təcrübəsinin tələbləri ilə səsləşə bilər. Onu da qeyd etmək 

lazımdır ki, bu gün mövcud inşaat təcrübəsi son dərəcə dəyişilmiş, istifadə olunan 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

42 

inşaat materialları kifayət qədər çoxalmış, иншаатын təşkili və texnologiyası ися 

təkmilləşərək müxtəlif yönlü olmuşdur. Bütün bu yeniliklər, həmçinin tikinti 

materiallarının daha geniş  çərçivədə istifadə diapazonu imkan verir ki, müasir 

memarlıqda milli memarlıq ənənələrini davam və inkişaf etdirərək qeyri-standart 

konstruksiyalı  həcmi-fəza  системляри yaransın.  Əslində  ənənəvi memarlığın 

mövcud nümunələrinə  əsaslanan yeni memarlıq obrazının yaranması çox böyük 

nəticələr verə bilər. Sadəcə bu nümunələr mexaniki şəkildə seçilməməli və  ən 

əsası riyazi bilgilər müstəvisində formalaşmalıdır.  Əfsusлar olsun ki, mövcud 

memarlıq-tikinti təcrübəmizdə elmin çəkisinin kifayət qədər olmaması  və 

memarlıq sahəsində  nəzəri tədqiqatların azlığı memarlığın bu istiqamətdə 

inkişafına  əngəllər yaradır. Tətbiqi nöqteyi-nəzərdən bu gün müasir memarlıqda 

elmi yanaşma memarların yaradıcılığına tam əsaslarla hopmayıb. Yalnız tarixi 

bilgilər  əsasında qurulan memarlığın müasir dilindən, obrazlılığından isə tam 

dolğunluğu ilə danışmaq mümkün deyil. Bunun üçün isə memarlar memarlıq 

formayaranışının yeni prinsiplərini, yeni işlənmə metodlarını  və memarlığın 

müasir fərqli həllini tapmalıdır (3, сящ.20).Yeni memarlıq obrazı isə mövcud 

prinsiplər deyil, fundamental əsaslar üzərində qurulan elmi-konseptual yanaşma 

nəticəsində yarana bilər. Müasir elmi-texniki tərəqqiyə söykənən dövrümüz 

memarlıq yaradıcılığının, inşaat təcrübəsinin tədricən riyazi təfəkkürə 

əsaslanmasını tələb edir.  

Bizə miras qalan memarlıq irsimiz ölü bir daş  səlnaməsi kimi qalmamalıdır. 

Əksinə, memarlıq  ənənəmizin  əsasları, formayaratma prinsipləri araşdırilmalı  və 

müasir memarlıqda tətbiqi imkanları müəyyənləşdirilməlidir. Sadəcə  hər  şey 

ənənəyə yanaşma tərzindən asılıdır: 

1. Faydalı bir kataloq kimi sadəcə  vərəqləmək və uyğun gələn forma və 

elementləri seçərək olduğu kimi köçürərək təqlid etmək. Müasir dövrümüzdə isə, 

adətən, bu cür yanaşma üstünkük təşkil edir. Giriş portalları, minarə  və günbəz 

kimi memarlıq formaları, bəzək və dekorativ elementlər bəzi dəyişiliklərə 

uğrayaraq müxtəlif yerlərdə tətbiq edilir. Bu isə milli memarlığın inkişafında heç 

bir rol oynamır. 

2. Milli memarlıq nümunələrinin daxili quruluş mahiyyətini açaraq müasir 

memarlığın tələblərinə uyğun şəkildə tətbiqi imkanları müəyyənləşdirilir və realizə 

olunur. Nəticədə keçmiş ilə gələcək bir həcmdə qovuşur. Bu cür yanaşma bir sıra 

memarların yaradıcılığında vacib yer tutur. 

Bu baxımdan orta əsr Yaxın Şərq memarılğının əsasını təşkil edən və bir az da 

elmi araşdırmalardan kənarda qalan stalaktit sistemlərinin memarlıq 

yaradıcılığında tətbiqi ciddi nəticələr verə bilər. Bu, ilk növbədə stalaktitlərin 

elmi-metodoloji mahiyyəti ilə bağlıdır. Belə ki, stalaktitlərin memarlıq 

yaradıcılığında tətbiqi ən əvvəl bu nümunələrin həndəsi həcmi-fəza sistemi olaraq, 

sonra isə  bədii-estetik bütövlük və konstruktiv sistem olaraq tədqiq olunmalıdır. 

Yalnız sonra, alınmış  nəticələr  əsasında, stalaktit sistemləri təkmilləşdirilərək 

müasir memarlığa inteqrasiya imkanları müəyyənləşməlidir.  

 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



43 

Bu həcmi-fəza nümunələrinin elmi araşdırılması və dəyərləndirilməsi iki əsas 

problemin açılışına təkan verərdi:  

1.  Ənənəvi milli memarlığın özünəməxsus xüsusiyyətlərinin daha dərindən 

öyrənilməsinə müsbət təsir göstərərdi. 

2. Müasir memarlığımızın  ənənəvi kökləri üzərində inkişafına geniş yol aça 

bilərdi. 

3. Stalaktit sistemlərinin yeni yanaşmalar nəticəsində  təkmilləşərək müasir 

memarlıqdakı yerinin müəyyən edilməsinə kömək edərdi. 

Sual yaran bilər ki, niyə  məhz stalaktit sistemləri memarlıq yaradıcılığına 

tətbiq edilsin? Bu suala stalaktitlərin malik olduğu bir sıra xüsusiyyətlər cavab 

verə bilər. Bu, ilk növbədə stalaktit sistemlərinin konstruktiv möhkəmliyi ilə 

bağlıdır. Stalaktitlərin daxili quruluş xüsusiyyətlərini araşdıraq. Zahirən mürəkkəb 

və qarışıq görünən stalaktit sistemlərinin daxili strukturu üçbucaq birləşmə 

prinsipinə  əsaslanır və kompozisiya daxilində elementlərin birləşməsi piramidal 

şəkildə gedir. Həndəsə  fənnindən məlum olduğu kimi, üçbucaq ən möhkəm 

həndəsi fiqurdur. Belə ki, əgər ucları mıxla bərkidilmiş iki taxta parçası götürsək 

görərik ki, taxtalar arasındakı bucağı istədiyimiz kimi böyüdüb-kiçildə bilərik. 

Üçüncü bir taxta ilə  əvvəlki taxtaların sərbəst ucların birləşdirək. Nəticədə 

üçbucaq şəklində alınan formanın heç bir tərəfini hərəkət etdirib bucağı dəyişmək 

mümkün olmaz. Məlum olduğu kimi, üçbucağın möhkəmliyi adlanan bu xassədən 

təcrübədə çox istifadə olunur (4, сящ.47).  

Stalaktit sistemləri həm də çox dəyərli bədii-estetik bütövlük olaraq ənənəvi 

memarlığın  ən gözəl nailiyyətidir. Bu sistemlər demək olar ki, istənilən tarixi 

tikilinin tamamlayıcısı, onuн effektini ikiqat artıran bir element kimi iştirak edir. 

İşıq və kölgənin maraqlı növbələşməsi yaranır ki, bu da stalaktit sistemi tətbiq 

olunan fasada yüngüllük, zəriflik və plastika verir. Müstəvi səthlərini dolduran 

dekorativ naxış  və elementlərdən fərqli olaraq stalaktitlər istənilən fəza mühitini 

doldurmaq xüsusiyyətinə malikdir. Belə ki, hamar müstəvidə quraşdırılmış 

stalaktit sistemi öz plastik relyefli forması ilə bu səthi canlandırır. Bu da onun həm 

estetik keyfiyyətlərindən, həm də malik olduğu daxili həcmi-fəza mühitindən 

xəbər verir.  

Əgər stalaktitlərin fəzayaratmaq imkanı varsa, nədən onu miqyasca böyüdüb 

daha iri miqyaslara keçirdərək dekorativ forma kimi yox, məhz funksional 

məzmunu olan, arxitektonik həcmi-fəza sistemi səviyyəsində  tədqiq və  tətbiq 

etməyək. 

Müasir dövrümüzdə memarlıq tikintilərinin estetik tərəfləri müxtəlif üsullarla 

əldə edilir: bəzi tikililərdə bu bədii tərtibatın zənginliyi ilə, digərlərində isə, əksinə, 

emosional təsir dekorativ yapışdırma elementləri ilə deyil, həndəsi formaya malik 

olan həcmi elementlərin qruplaşması  nəticəsində alınan plastikası hesabına 

yaranır. 

Ümumiyyətlə, bədii ifadəlik səviyyəsi onu təşkil edən elementlərin zənginliyi 

və dekorativ əsasın mürəkkəbliyi ilə müəyyən oluna bilməz. Belə ki, düzgün 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

44 

seçilmiş  rəng həlli və material tətbiqi ilə konstruktiv quruluşun bədii ifadəliyini 

artıraraq, fərqli memarlıq obrazı almaq olar. Burada plastika konstruktiv formanın 

özü ilə bağlı olduğu üçün heç bir yapışdırma elementinə ehtiyac qalmır. Stalaktit 

sistemləri də məhz bu yöndən maraq doğurur. 

Nəticə etibarı ilə stalaktit sistemləri də bütün bu tələblərə cavab verdiyi üçün 

konstruktiv bir sistem kimi qəbul olunmalı, onun həcmi və  bədii-estetik 

imkanlarından istifadə olunmaqla memarlıq yaradıcılığında tətbiq edilməlidir. 

 

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT  

1. Azərbaycan Milli Еlmlər Akadеmiyası, mеmarlıq və incəsənət institutu. İn-

cəsənət və mədəniyyətin problеmləri, X Rеspublika еlmi konfransının matеrialları/ 

Bakı: 1999, Çaşıoğlu, s. 186. 

2. Əlizadə Q.M. Mеmarlıq nəzəriyyəsi və Azərbaycanda tikinti təcrübəsi 

/Bakı: Maarif nəşriyyatı, 1986, s. 192. 

 3. Аль-Султани Халед Национальные элементы арабской атхитектуры в 

современном строительстве общественных зданий /Автореф. дис. канд. арх. 

М. 1973, с.25. 

 4.  M.Mərdanov, S.S. Mirzəyеv, S.S. Sadıxov. Həndəsə. 6-cı sinif dərsliyi / 

Bakı: 2003 Çaşıoğlu, səh.159.  

 5.  Актуальные  проблемы  использования  исторического  наследия  в  сов-

ременной архитектурной практике. Тезисы докладов Респуб. Научно – прак-



тич. Конференции Сам ГАСИ, Самарканд, 1990, с. 200. 

 

Yüklə 37,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə