Microsoft Word KÜLTÜr evreni doc



Yüklə 54,07 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü54,07 Kb.
#18807


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

406 

 

 

 



 

 

NƏSİMİNİN DİLİNDƏ İSMİ FRAZEOLOJİ 



VAHİDLƏR 

 

SUBSTANTIVE PHRASEOLOGICAL UNITS IN NASIMI’S 

LITERARY LANGUAGE 

 

СУБСТАНТИВНЫХ ФРАЗЕОЛОГИЧЕСКИХ ЕДИНИЦ 

НА ЛИТЕРАТУРНОМ ЯЗЫКЕ НАСИМИ 

 

 

Türkan ƏSGƏROVA

*

 

 



 

Özet 

Büyük Azerbaycan şairi  İmadeddin Nesimî, Azerbaycan edebi dilinin 

başlangıç aşamasında en güçlü söz üstadı olarak bilinir. Bu yazıda; Nesimî’nin 

Azerbaycan dilinin söz ve ifadelerini edebi dil olarak ortaya koyduğu, XIV. yüzyıl 

Azerbaycan edebi dilinin milli zemin üzerinde yükselmesini temin ettiği 

açıklanmaktadır. 



Anahtar kelimeler: Nesimî, Azerbaycan, edebi dil, XIV. yüzyıl 

 

Summary 

İmamaddin Nasimi, the greatest poet of Azerbaijan is known the most famous 

word master in the stage of Azerbaijan literary language. Nasimi brourght the 

words and phrases of Azerbaijan language to the literary language and provided the 

development of Azerbaijan literary language of XIV century on national 

foundation using them in wide sphere.  

Nasimi used the words and phrases of Azerbaijan people in his works and it 

expressed that Nasimi closely related to Azerbaijan folk-lore. In his poetical 

language the national substantive phraseological units not only characterized his 

poetical style, at the same time they enriched Azerbaijan literary language of XIV 

century and directed its devolopment on national foundation.  

                                                 

*

 Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi Adına Dilçilik İnstitunun Əyani Aspirantı  




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



407 

Key words: Nasimi, Azerbaijan, literaty, language, XIV centruy 

Резюме 

Выдающийся  поэт  Азербайджана  Имамаддин  Насими,  известен  как 

знаменитый  мастер  слова  на  начальном  этапе  развития  азербайджанского 

литературного  языка.  Насими  привносил  новые  слова  и  фразы 

азербайджанского  языка  в  литературный  язык  и  обеспечил  развитие 

Азербайджанского литературного языка XІV века на национальной основе. В 

своих  произведениях  Насими  употреблял  слова  и  фразы  Азербайджанского 

народа,  и  это  означает,  что  Насими  был  очень  связан  с  Азербайджанским 

фольклором.  Национальные  субстантивные  единицы  поэтического  языка 

Насими  не  только  определили  его  поэтический  стиль,  но  одновременно 

обогатили  Азербайджанский  литературный  язык  XІV  века  этим,  определив 

развитие его на национальной основе. 



 

 

Böyük Azərbaycan şairi İmadədin Nəsimi Azərbaycan ədəbi dilinin baçlanğıc 

mərhələsində  ən qüdrətli söz ustadı kimi tanınır. Nəsimi ilk böyük şairdir ki, 

Azərbaycan dilinin söz və ifadələrini ədəbi dilə gətirdi və onlardan geniş mənada 

istifadə etməklə XIV əsr Azərbaycan  ədəbi dilinin milli zəmin üzərində 

yüksəlməsini təmin etdi. Nəsimi Azərbaycan dilinin başlanğıc mərhələsində ərəb, 

fars dillərində yazmaqla bərabər doğma ana dilində də gözəl kamil şeir nümunələri 

yaratdı və bununla da Azərbaycan türk dilini ərəb və fars dilləri ilə canlı rəqabətə 

qoşdu. Nəsiminin öz bədii yaradıcılığı  və ondan sonura gələn böyük söz 

ustadlarının bədii yaradıcılıqları sübut etdi ki, Azərbaycan dili də şeir dilidir və bu 

dildə gözəl, lətafətli, bədii cəhətdən ən yüksək poetik şeirlər yazmaq mümkündür. 

Bununla da Nəsimi Azərbaycan dilinin həqiqi mənada şeir dili olmasını təsdiqlədi. 

Azərbaycan mədəniyyəti, Azərbaycan ədəbi dili tarixində Nəsimi ilk böyük şairdir 

ki, ədəbi-bədii dil müstəvisində qlobal şəkildə Azərbaycan türk söz və ifadələrinə, 

qrammatik formalarına  ədəbi dildə  işlənmək səlahiyyəti verdi. Öz mötəşəm bədii 

yaradıcılığında geniş dairədə onlardan istifadə etdi. Bununla da Azərbaycan ədəbi 

dilinin milli zəmində inkişafını istiqamətləndirdi və ona geniş mənada yol açdı. 

 Nəsiminin poetik dilinin üstünlüyü və  ağırlıq mərkəzi canlı xalq dilinə bağlı 

olmasındadır. Nəsimi poeziyasının zəngin söz ehtiyatı  məhz xalq dili zəmnində 

olduğu üçün o bu günün şairi olaraq da sevilməkdədir: 

Al ilə ala gözləri aldadı aldı könlümü, 

Alini gör nə al edər kimsə irişməz alinə! 

Yaxud: 

Aləmdə bu gün sənciləyin yar kimin var!  



Gər “var” desən “yox” deməzəm “var”, kimim var ? 

Nəsiminin xalq dili frazeoloji inciləri ilə  zəngin poeziyası Azərbaycan türk 

sözündən hörülmüş poeziya kəhkəşanı, poeziya mülkidir ki, onun möhtəşəm 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

408 

sütunlarından bir çınqılı belə yerindən qoparmaq olmaz; bunlar Nəsimi dühası ilə 

yaradılmış Azərbaycan şeir sənətinin ən kamil nümunələri-şedevləridir. Nəsiminin 

Azərbaycan dilində yaratdığı o böyük poeziya mülkünün özülü xəlqilik, millilikdir-

bunlar da öz ifadəsini  şairin ana dilində Azərbaycan xalqının  əsrlərlə yaratdığı 

müdrik kəlamlarda sabit ismi və feli söz birləşmələrində, qapalı cümlə tiplərində-

atalar sözü və  məsəl məzmunlu poetik misralarında tapır. Nəsimi sözün həqiqi 

mənasənda milli şair olduğu üçün onun poeziya dilində külli miqdarda xalqın 

əsrlərlə dilində  işlətdiyi, xalqın içindən gələn söz və ifadələr vardır. Nəsimi 

qırılmaz tellərlə Azərbaycan xalqının  şifahi  ədəbiyyatına bağlı olduğundan onun 

poetik dilində xəlqi koloritli sözlər, söz- vahidlər-xalq dili frazelogiyası müşahidə 

olunur.  

 Nəsiminin  şeirlərində lirik qəhrəmanın tam təsviri zamanı çeşid-çeşid ismi 

frazeoloji vahidlərdən istifadə edilmişdir ki, bu da şairin poeziya dilini məzmunca 

kamil, müdrik şeir nümunəsi etdiyi kimi, həm də onu Nəsimi  şeirini mazoik 

rənglərlə  təsvir edilmiş  təbiət lövhəsinə  bənzədir, çünki frazeoloji vahidlər hər 

hansı bir anlayışı sadəcə  əks etdirmir, onu zəngin mozaik vasitələrlə  rəsm edir. 

(Şarl Balli) 

 Nəsimi dilində  işlənmiş frazeoloji vahidlər qrammatik cəhətdən ismi 

(substantiv) və feli (predikativ) qruplara ayrılır. 

 Nəsiminin dilində müxtəlif məzmunlu ismi frazeoloji vahidlər mövcuddur ki, 

bunlar da şairin poeziya dilinin milliliyini, xəlqiliyini və bununla da, ölməzliyini 

təmin etmişdir.  

 Nəsimi dilində ismi frazeoloji vahidlər  şairin poeziya dilinin poetik ifadə 

vasitələrinin yaranmasında  əsas münbit zəmin olmuşdur.  Şairin təkrarasız 

qəzəllərində işlətdiyi kamil günəş (sevgili dilbər), cənnət gülü (sevgili dilbər), can 

quşu (ruh), gözümün çırağı (sevgili dilbər), qəmər dövrü (cavanlıq, gənclik 

dövrü),əcəl yeli (ölüm, son), fitnəli nərgiz (sevgilinin valeh edici baxışları), oyunçu 

ruzigar (gözlənilməz hadisələrlə dolu dünya, tale) vücud evi (iç, daxil), dünya evi 

(həyat, ömür), viran könül (məhəbbətsiz qalmış ürək) və s. bu kimi məcazlaşmış 

söz birləşmələri Nəsimi zəkasının obrazlı vasitələri kimi onun poeziya dilinin 

poetik imkanlarını nümayiş etdirir:  

 Mərifət kəsb eylə ləbi-lövhə məşğul ol! 

 Gör nə surət göstərür hər dəm oyunçu ruzigar!  

  

 Aləmdə bu gün əhdi bütün yar ələ girməz  



 

 Hava camindən əsrüksən, həvəs ardına düşmüsən, 

 Bu ağulu şərabi qoy kim oldur şərbəti qatil!  

 

 Əzəldəndür mənəm eşqində peyman, 



 Bütün peyman sınıq peyman gərəkməz!  

 

 Hiç kimsə Nəsimi sözünü fəhm edə bilməz, 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



409 

 Bu quş dilidir, bunu Süleyman bilür ancaq. 

  Dünyanın mülki-malına meyli-məhəbbət eyləmə, 

 Çün gedüsərsən, ey məlik, axirətin sarayına! 

  

 Surətin vəsfini hər taifədən sordum isə, 



 Məninin güzgüsünü surəti-rəhman dedilər! (I, 222)  

 Şairin oyunçu ruzigar ismi frazeoloji vahidi ilə həyatın insanlara verə biləcəyi 

gözlənilməz hadisələri nəzərdə tutur; əhdi-bütün vahidi ilə sadiqlik anlayışını ifadə 

edir. Hava cami məhəbbət eşq, məzmununu ifadə edir: müdrik şairin fikrincə hava 

camı-eşq, məhəbbət  əslində qatil şərabıdır, çünki o .ox insanları  məhv etmişdir; 

şairin bir üstünlüyü də ondadır ki, o öz böyüklüyünü bilir, dərk edir, ona görə də öz 

sözünün-şeirinin məzmununu mənası quş dili adlandırır və bunu yalnız Süleyman 

peyğənbər üçün mümkün hesab edir: rəvayətə görə Süleyman peyğəmbər bütün 

quşların dilini bilirmiş: məcazi mənada quş dili  hər kəsə qismət olmayan məna 

deməkdir; Nəsiminin sözünün mənasını bilmək üçün Süleyman peyğəmbər elmli-

bilikli olmaq vacibdir. Şair axirətən sarayı  deyərkən labud insan həyatının 

sonucunu nəzərdə tutur və insanlara tövsiyə edir ki, dünyanın malı-mülkü elə 

dünyanın özündə qalacaq, insan həyatda var-dövlət  əsiri olmamalıdır. Eləcə  də 

məninin güzgüsü frazeoloji vahidi insanın daxili, iç aləminin ifadəsidir.  

 Nəsiminin dilidə  işlənmiş ismi frazeoloji vahidlərin bir qismində ikinci 

komponent keyfiyyət məzmunlu -lı,-li,-lu,-lü şəkilçisini qəbul edir və şübhəsiz, bu 

zaman frazeoloji vahidin təyin xüsusiyyəti iki qat artırır. Bu şəkilçi mənşəcə 

Azərbaycan türk sözlərinə artırıldığı kimi, alınma (ərəb və fars dili) sözlərə də eyni 

uğurla artırılmışdır. 

Günəşindən uş yanağın ciğərim tutuşdu yanar, 

Nə bilir bu halı şol kim, qaragünlü buigərdür.  

Ayinəsində görməyən surəti-nəqşinli əyan, 

Ayinədən gedirməmiş ol qaragünlü pasini.  

  

Zahid aydır: sevmə xubi, baxma anın yüzinə! 



Şol həcər yürəkli ahən, yoxsa mərmərdənmidir ?! 

Hər sənubər yüzlünün yüzündə xəndandır bu xal !  

Hər bir ahu gözlünün zülfi müqərrası nədir ?  

Beytlərdə işlənmiş həcər yürəkli, sənubər yüzlü, ahu gözlü tipli ismi frazeloji 

vahidlər Azərbaycan klassik ədəbiyyatını  bəzəyən, onu əyani tablolarla tərənnüm 

edən bədii təyin funksiyalı poetik ifadələrdir və bunlar Azərbaycan klassik ədəbi 

dilinin poetik obrazlar sistemini, onun bədii effektini, ekspressiv-emosional 

çəkisini artıran ən fəal, ən münasib ifadə vasitələri olmuşdur. 

 Nəsiminin dilində küllü miqdarda ərəb və fars dili sözləri-alınmalar 

işlənmişdir. Lakin Nəsiminin böyüklüyü ondadır ki, şair alınma sözlərə  də milli 

müstəvidən yanaşmış və alınma sözlərin məhz ümumxalq Azərbaycan dilinə, hətta 

sadə danışıq dilinə daxil olmuş alınma sözlərdən daha çox istifadə etmişdir. 

Nəsiminin ikinci bir üstünlüyü ondan ibarət olmuşdur ki, o, milli səciyyəli 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

410 

şəkilçiləri alınma sözlərə artırmaq yolu ilə bu sözləri türkləşdirmiş-

azərbaycancalaşdırmış, beləliklə  də alınma sözləri də  cəlb etməklə XIII-XIV əsr 

Azərbaycan  ədəbi dilini, bütövlükdə azərbaycan  ədəbi dilini zənginləşdirmişdir. 

Şairin işlətdiyi xumarli gözlər, ağulu  şərab ismi frazeoloji vahidləri bu mənada 

maraqlıdır: 

Nəsiminin dilində  bədii təyin qiymətləndirici funksiyasında işlənmiş ismi 

frazeloji vahidlərin böyük bir hissəsini fars dili izafət birləşmələri təşkil edir. 

Bunların sırasında elə izafət birləşmələri vardır ki, birləşməni təşkil edən 

sözlərin ya biri, ya da hər ikisi tam mənası ilə  məcazlaşır, bədii təyinlik 

funksiyasını müəyyən mənada itirir, əksinə əşyavilik, ən çox hallarda da şəxs, insan 

anlayışı ifadə etməsi ön plana çəkilir. 

Belə poetik birləşmələr vastəsilə  şair öz lirik qəhrəmanının müəyyən bir 

üzvünü, məsələn sifətinin müəyyən hissəsini gözlərini, qəddini (boyunu), 

dodaqlarını, qaşlarını gözəllik anlayışını ifadə edən məfhumlarla-canlı  və cansız 

təbiətin atributları ilə müqayisə edərək məcazlar silsiləsi yaradır: abi-kövsər 

(sevgilinin dodaqları), nərgizi-məstanə (sevgilinin gözləri), sərvi-xuraman 

(sevgilinin boyu, qəddi), sərvi-bustan, tağı-mehrab (sevgilinin qaşları), xirməni-gül 

(sevgilinin üzü), şəbi-yəlda (sevgilinin saçları),  şəbi-qədr (sevgilinin saçları), 

qövsi-quzeh (sevgilinin qaşları), çeşmeyi-heyvan (sevgilinin dodaqları), lölöi-ləb 

(sevgilinin dişləri), sərvi-dilaray (sevgili-dilbər), ərşi-əzəl (sevgilinin camalı, üzü) 

və s. və i.a. 

Abi-kövsərdir dodağın, mədəni-rühul qüds,  

Aşiqə sun arifanə, saqiya, peymanəni! 

 Beyitdə  şair sanki sevgilisinin dodaqlarının cənnət, behişt suyu qədər  şirin, 

olmasına şahidlik edir. 

 Şair ritorik suallarla lirik qəhrəmanın fiziki gözəlliyini xüsusi olaraq nəzərə 

çatdırmaq məqsədilə izafət qurluşlu ismi frazeoloji vahidlərindən geniş istifadə 

etmişdir; növbəti qəzəldə şair sözün həqiqi mənasında gözəlin-sevgilisinin obrazlı 

portretinin təsvirinə nail olmuşdur.  

Əcəb ləlinmi şol, ya cani-əhvab?!  

Əcəb zülfünmü, ya zənciri-pürtab?! 

Gözümdən axan, ey dilbər ğəmindən 

Əcəb xunabənmi, ya əşki-innab?! 

Əcəb qəddinmi şol, ya vərdi-sirab?! 

Əcəb eyninmi şol, ya sehri-Babiel?!  

Əcəb dişinmi şol, ya lölöyi-nab?!   

 

Əcəb yüzünmi şol ya xirməni-gül?! 



 

Əcəb qaşınmı şol, ya taği-mehrab?! 

Şair dillərin-sevgilisinin (lirik qəhramanının) dodağını cani-əhvab  (əziz can), 

zülfünü  (zənciri-pürtab) (sıx halqalı  zəngir), özünün (aşiqin) göz yaşlarını  əşki-

innab (qanqırmızı innab suyu), dilbərin qəddini sərvi-büstan (gül bağında bitən 

sərv ağaci), dilbərin yanağını  vərdi-sirab (təzə-tər qızılgülü), sevgilin gözlərini 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



411 

(qədim Babil şəhərinin güzəlliklərinin sehri), üzünü xirməni-gül (çoxlu gül, gül 

xirməni), qaşlarını tağı-mehrab  (şairin tapındıgı müqəddəs dairəvi qübbənin tağı) 

qurluşuna malik tam məcazlaşmış izafət birləşmələri ilə öz məlum qəhramanını 

təsvir edərkən sanki yaratdığı  bədii lövhələrə özü də  məftun olmuşdur, çünki bu 

misraları heç cürə adi, sönük intanosiya ilə oxumaq mümkün deyil.  

Qeyd etmək lazımdir ki, Azərbaycan klasik ədəbi dilində, Azərbaycan 

ədəbiyyatinda bədii obrazların təsvirində belə izafət qurluşl bədii ifadə vasitəsi 

kimi geniş dairədə istifadə edilmiş  və bu proses Nəsiminin sələfləri  Ş.İ. Xətai, 

M.Füzuli, M.P. Vaqif, (hətta müasirimiz Ə. Vahidin, M. Seyidzadənin) kimi söz 

sərraflarının bədii söz xəzinəsinin poetik obrazlar sisteminin əsasını təşkil etmişdir. 

Şairin bədii dilinin obrazlar sisteminin əsas vasitələrindən biri olan bədii xitablar 

çox hallarda əvvəldən axira kimi belə  məcazlaşmış ismi izafət birləşmələrindən 

ibarət olur:  

 

Ey nuri-dilü didə-didarinə müştaqəm, 



Vey yari-pəsəndidə-didarinə müştaqəm! 

 Ey 


mahi-pəri-peykər, vey huri-mələkmənzər 

Vey ləli-ləbi şəkər,didarinə müştaqəm! 

 

Ey buyi-biharistan, vey huri-nigaristan, 



 Vey 

dilbəri-sərməstan, didarinə müştaqəm! 

 Ey 

eşqi-dürəfşanım, vey bülbüli-bustanım, 



 Vey 

nərgisi-məstanim, didarinə müştaqəm!  

Şair nuri-dilü-didə izafət birləşməsi ilə sevgilisinə “ey ürəyimin və gözümün 

nuru” deyə müraciət edir; eləcədə mahi-pəripeykər (gözəl ay), ləli-ləbi-şəkər 

(qırmizı  və  şirin dodaqlı), buyi-baharistan (baharda açilmiş  ətirli gül), bülbüli-

bustanım (gül bağının bülbülü) anlayişlarinin poetik şəkildə ifadəsidir.  Əksər 

hallarda -dir,-dir,- dur,-dür şəkilçisini qəbul edərək işlədilir ki, bu da şairin özünün 

şahidlik yolu ilə həmin fikri təsdiqləməsi deməkdir Abi-kövsərdir dodağın,  

Abi-heyvandır dodağın, 

Abi-mərcandır dodağın, 

Lölöi-dürdür dişin və s. 

Şairin bəddi yaradıcılığının rüşeyimini təşkil edən fəlsəfi mahiyyət məhz 

saylarla adların və bir vahid təşkil edərək işlənməsindən yaranan ifadələrdə öz 

əksini tapır. Fəlsəfi qəzəlləri üçün çox səciyyəvi olan iki cahan (yaşadığımız və 

öləndən sonra güman edilən dünya,) beş gün (dünya, yaşadığımız dünya 

ümumiyyələ dünya, həyat), bir nəfəs (bir dəqqiqə bir an), bir gün (qeyri - müəyyən 

zaman), bir nəzər (bir dəqqiqə, bir an) və s, kimi ifadələrin həqiqi (nominativ) 

mənası bu ifadələrdə məcazlaşır, fəlsəfiləşir, geniş mənada bir ümumilik qazanır: 

Məndə sığar iki cahan,mən bu cahana sıgmazam! 

Kövhəri-laməkan mənəm, kövnü məkana sığmazam! 

  

Əğər beş gündə bu dövran sənə əl versə, ey aqıl, 



Ki şadlıq ğöstərər bir dəm, dönər yüz min məlal eylər! 


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

412 

  

Yığınca munca əsbabi yeri sən bir kəmal istə, 



Əcəl yeli əsər bir gün ana çox – çox zəval eylər! 

 

Surətin nəgsində könlüm, ey sənəm heyran olur, 



Bir nəzər görsəm cəmalın dərdimə dərman olur. 

 Nümunələrdən göründüyü kimi, şair iki cahana deyərkən ümumən insanlığa 

aid olan real, yaşanılan həyatla qeyri – real, mənəvi həyatı nəzərdə tutur. Beş gün 

ismi frazeoloji vahid ümumən çox da uzun olmayan ömrü diqqətə çatdırır. Xalq 

dilində bu gün də öz işləkliyini itirməmiş “ beş günlük dünya”, göründüyü kimi, 

Nəsimi dövründə də insan ömrünün çox da uzun olmamasını ifadə etmişdir. Beytdə 

işlənmiş bir gün ismi frazemi də  məhz qeyri – müəyyən zaman, haçansa 

məzmununu əks etdirir; eyni məna xalq dilində bu gün də işlənməkdədir. Bir nəzər 

frazemində  nəzər (baxış) sözü tam mənada məcazi məna kəsb edir, dəfə, kərə 

nümerativ mənalarını ifadə edir. 

Böyük  şair  İ. Nəsimi öz poetik isdedadı ilə yaratdığı  və  əsərlərində  işlətdiyi 

frazeoloji vahidlər vasitəsilə XIII –XIV əsr Azərbaycan  ədəbi dilinin bədii 

zənginliyini daha da genişləndirmiş  və bu prosesdə  şairin  əsas istinad nöqtəsi 

Azərbaycan xalq dili olmuşdur.  



 

 

 



Yüklə 54,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə