Microsoft Word KÜLTÜr evreni doc



Yüklə 356,86 Kb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü356,86 Kb.
#63743


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

362 

 

 

 



 

 

MÜASİR AZƏRBAYCAN POEZİYASINDA 

XALQ ADƏT- ƏNƏNƏLƏRİNİN, MƏRASİMLƏRİNİN 

TƏSVİRİ VƏ VƏSFİ 

 

IN THE MODERN AZERBAIJAN POETRY DESCRIPTIVE 

PEOPLE OF THE CEREMONIES OF THE HABIT 

TRADITIONS. 

 

ИЗОБРАЖЕНИЕ И ОТРАЖЕНИЕ НАЦИОНАЛЬНЫХ 

ТРАДИЦИЙ, ОБЫЧАЕВ И ОБРЯДОВ В СОВРЕМЕННОЙ 

АЗЕРБАЙДЖАНСКОЙ ПОЭЗИИ 

 

 

Əpoş VƏLİYEV

*

 

 

 

Özet 

Çağdaş Azerbaycan poeziyasinda halk adet-ananelerinin, merasimlerinin 

tasviri ve vasfı büyük önem taşımaktatır. Halk adet-ananeleri, merasim, bayram ve 

itikadları çağdaş poeziyada yazılarak korunup, kendinden sonra gelecek insanlara 

devredilir. Hüseyn Kürdoğlu da kendi şiirlerinde bu tür halk adet-ananeleri ve 

merasimlerini tasvir ve vasıflarını belirtmektedir. 



Anahtar kelimeler: Çağdaş Azerbaycan poeziyası, halk adet-ananeleri, 

merasimlerin tasviri ve vasfı, H.Kürdoğlu poeziyası, düğün adetleri. 



 

Xülesa 

Toy  şənlikləri ilə bağlı olan hadisələri, mərasimləri yaddaşlarda qorumaq və 

xalqımızın bu qədim adət-ənənəsini unudulmaqdan hifz etmək  şairin başlıca 

fikirlərindən biridir. Hal-hazırda qədim mərasimlər öz əhəmiyyətini itirməkdə  və 

unudulmaqdadır. H. Kürdoğlu bir Azərbaycan vətəndaşı kimi xalqının adət-

                                                 

*

 AMEA Naxçıvan Bölməsi, Folklorşünaslıq Şöbəsi, Elmi Işçi 



 


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



363 

ənənələrindən öz yaradıcılığında bəhrələnir və gələcək nəsillərin xalqımızın keçmiş 

adət-ənənələrini, dünyaya baxışını, etiqadını, məişət tərzini öyrənməsinə  şərait 

yaradır. 



Açar sözlər  : Müasir Azərbaycan poeziyası, xalq adət-ənənləri, mərasimlərin 

təsviri və vəsfi, H.Kürdoğlu poeziyası, toy adətləri. 



 

Resume 

In the modern Azerbaijan poetry descriptive people of the ceremonies of the 

habit traditions take wide place. It is protected people habit, ceremony, holiday and 

faiths in memories being reflected in the modern poetry and it is represented to 

future generations. Wide description gives people habit and ceremonies in the 

Kurdoglu poems, too. 



Key words:  Modern Azerbaijan poetry, folk traditious, deseription and 

qualification of ceremonies, H.Kurdoghlu`s poetry,wedding hobits. 

 

  Резюме 

Изображение и отражение национальных традиций, обычаев и обрядов в 

современной  азербайджанской  поэзии  имеет  широкое  место.  Отражая  в 

современной поэзии национальные традиции, обычаи и обряды сохраняется в 

наших памятах и передается будущим поколениям. Г. Кюрдоглу тоже в своих 

стихотворениях очень широко изображает национальные традиции и обряды. 



Ключевые  слова:  Современная  Азербайджанская  поэзия,  народные 

обичаи  и  традиции,  отображение  и  отрожение  церимоний,  поезия  Г. 

Кюрдоглу, свадебные обичаи. 

 

 



Hər bir xalqın milli poeziyasının bünövrəsini, zəminini təşkil edən doğma 

folkloru o xalqın dili və tarixi qədər qədimdir. Xalqın adət və  ənənələrinin, 

mərasim, bayram, inam və etiqadlarının poeziyada əks olunması  sənətkarın şifahi 

xalq ədəbiyyatı ilə bağlılığını nümayiş etdirən əsas cəhətlərdəndir. El arasında elə 

adət-ənənələr vardır ki, onlar heç vaxt itmir, yaddaşlardan silinmir, zaman keçdikcə 

qorunub saxlanır və yaşadılır. Belə adət-ənənələr hər şeydən əvvəl mənsub olduğu 

xalqın təfəkkürünü, mənəviyyatını özündə əks etdirir. Şairlər, yazıçılar həmin adət-

ənənələri bədii  əsərlərində  əks etdirərək yaddaşlarda möhkəmlədir və  gələcək 

nəsillərə təqdim edir.  

Azərbaycan  şifahi xalq ədəbiyyatında ailə  məişət mərasimləri geniş yer 

tutmaqdadır. Toyla bağlı olan adət-ənənələr xalq arasında həmişə yaşamış və geniş 

içtimai məzmun qazanmışdır. Akademik Məmməd Arif vaxtilə yazmışdır: “Ailə 

mərasimləri içərisində toy xüsusi yer tutur. Toy xalq məişət  əyləncələrinin  ən 

kütləvisi və  ən məşhurudur. Toy adi evlənmə  mərasimi çərçivəsindən çıxaraq, 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

364 

xüsusən kənd yerlərində, ictimai-mədəni bir əyləncəyə çevrilir. Toyun öz daxili 

aləmi vardır”. (14, səh.2)  

Bəhlul Abdullayev yazır ki, “Yusif Vəzir Çəmənzəminli “Toy” adlı kiçik bir 

hekayəsində Azərbaycan toylarının mühüm cəhətlərini özündə  əks etdirən tragik 

bir momenti çox ustaliqla şərh edib, dövrün qanlı bir səhifəsi ilə oxucunu tanış 

edir” (2, səh. 83). Doğrudur, bu xususiyyət bu gün üçün səciyyəvi olmasa da, Yusif 

Vəzir Çəmənzəminli bu şeir parçası vasitəsilə oxucunu bərabərsizlik dövrünün bir 

sıra məsələləri ilə tanış etmişdir: 

Yağış yağar, qar çilər, 

Qapını kəsib elçilər. 

Atam deyir “qoy verək”, 

Nənəm deyir “qoy görək”. 

Dilin lal olsun məmə, 

Səndə bir dillən görək. (16, səh. 19) 

Məlumdur ki, cəmiyyətin ilk pillələrində  və daha sonrakı illərdə, məsələn, 

quldarlıq və feodalizmin ilk dövründə ailə qurmaq, evlənmək son əsrlərdə 

olduğundan çox-çox fərqli olmuşdur. Cəmiyyət inkişaf etdikcə adət-ənənələr 

dəyişmiş, yeniləşmiş  və inkişaf etmişdir. Y.V. Çəmənzəminli də bunu xalqın 

nəzərinə çatdırmışdır. 

Xalq məişətində toyun müstəsna mövqeyə malik olması  şübhəsizdir. “H. 

Kürdoğlu da şeirlərində toy şənliklərini, toy adətlərini təsvir edərkən ilk növbədə 

onun zənginlik və  mənalılığını ön plana çəkmişdir. Onun “Yaylaq toyu” adlı 

şeirində Azərbaycan xalqının toy adət-ənənələri aydın  şəkildə  təsvir edilir. 

Məlumdur ki, xalqımızın adət-ənənələrindən biri də yayda yaylağa köçmək, isti 

yay fəslini sərin yaylaqlarda keçirməkdir. Qoyunçuluq və maldarlıqla məşğul olan 

insanlar yayda yaylaqlara üz tutar, payızın əvvəllərində isə el-oba dağlardan arana 

köç başlayardı.  İsti yay fəslini sərin yaylaqlarda, uca dağlar qoynunda, suyu buz 

kimi bulaqların kənarında alaçıqlar quraraq yaşayan insanlar çox vaxt toyları da elə 

yaylaqda keçirərdilər. Bu zaman toy daha da şən olar, aşıqların avazı, qara 

zurnanın səsi dağlarda, qayalarda əks-səda verərdi. H. Kürdoğlu  şeirlərində 

hadisələri o qədər gözəl və dəqiq təsvir edir ki, şeiri oxuduqca insan özünü sehrli 

bir aləmə düşmüş kimi hiss edir, göz qarşısında Azərbaycan xalqına məxsus gözəl 

bir yaylaq toyu canlanır. Şair bu şeirdə aşığın göy çəməndə meydan açması, uzun 

hörüklü gözəllərin əllərində xına oynaması, gənclərin yallı getməsi, tüfənglə nişan 

qoyulub vurulması, xonça tutulması, ağ çadırın bəy otağı kimi bəzədilməsindən söz 

açaraq, Azərbaycan xalqına məxsus gözəl bir yaylaq toyunun təsvirini verərək, 

qədim xalq adət-ənənələrini, mərasimlərini özünəməxsus ustalıqla vəsf etmişdir:  

Gənclər əl tutuşar, yallı başlanar, 

Qocalar-qarılar baxar-xoşlanar, 

Nişana qoyular, tüfəng tuşlanar, 

Qartal baxışlarda şimşəklər oynar. (7, səh. 12) 

Toylarda olan adətlərdən biri də “yallı” ilə bağlıdır. Azərbaycan toylarında 

“yallı” birlik rəmzidir. Gənclərin yallı getməsi bu birliyin tərənnümüdür. 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



365 

Azərbaycan toylarında yallı genış yayılımışdır. Təkcə Naxçıvan MR Şərur 

rayonunda yallınin 50-dən çox növü var. Toylarda cıdırların keçirilməsi, nişana 

qoyulub tüfənglə vurulması xalqımızın qədim adətlərindən biridir. Toy 

şənliklərindən danışan V.Vəliyev yazır: “Cıdırçılar gəlin gətirilən dəstənin 

qabağında çaparlar. əgər gəlin uzaq məsafədən gəlirsə, o zaman onun gəlməsini 

birinci xəbər gətirən şəxs toyun nəmərini alırdı”.(9, səh. 107) 

Toy mərasimlərində diqqəti cəlb edən hadisələrdən biri də xına ilə bağlıdır. Bu 

adət-ənənə  hələ  qədim dövrlərdən başlayaraq Azərbaycan toylarında yaranmışdır 

və bu günə kimi qorunub saxlanmışdır. Oğlan evi toydan əvvəl xına alır, toy günü 

qız evinə xına aparılır və xına gəlinin əl və ayaqlarına qoyular, sonra da həmin xına 

gəlinin rəfiqələrinə  və yaxınlarına paylanardı. Bəzi toylarda “Xınayaxdı” adlı 

xüsusi mərasim də qeyd olunur. Bu adət indi də xalq arasında yaşayır. 

M. Cəfərov “ Xalqla bağlılıq” da yazır: “Toylarda diqqəti cəlb edən 

hadisələrdən biri xına qoymaqdır. Adətən, üç gün çalınan toyun ikinci günü oğlan 

evindən qız evinə xına aparılır və həmin xina hazirlanaraq ilk dəfə gəlinin əlinə və 

ayaqlarına qoyulur. O, O. Sarivəllinin 1945-ci ilin may ayında yazdığı “Gözünüz 

aydin” şeirindən bir parçanı nümunə gətirir: 

Ey uzaq yolları gözləyən gəlin! 

Yenicə çıxmışdı xinadan əlin... 

Narın əllərinə xına qoy indi, 

Səadət sənindir, dünya sənindir!... (1,səh. 30) 

V. Vəliyev yazır:” Toyun başlanmasına bir neçə gün qalmış  qızın yaxın 

rəfiqələri, bacısı, bibisi, xalası  və qohumları onun əlinə, ayaqlarına, saçına xına 

yaxardılar.  Bu  da  səadət və xoşbəxtlik rəmzi sayılardı. Ümumiyyətlə, qirmızı 

geyinmək, ələ xına yaxmaq sevinc və xoşbəxtlik simvoludur. Qədim zamanlardan 

dövrümüzə kimi gəlib çatan bu adət xalqımızın günəşə, oda sitayişi ilə daha çox 

əlaqədardır. Günəşin yerdə nişanəsi hesab olunan odun qirmızı  rəngdə olması 

insanların bu rəngə müsbət münasibətini meydana cıxartmışdır”. (9, səh.107) 

Hüseyn Kürdoğlu da xalqımızın  ən qədim adətlərindən olan xina mərasimini 

ən yadda qalan və toy üçün xarakterik olan hadisə kimi öz seirlərində göstərmişdir: 

Məşəllər nur saçar yenə dörd yana

Süzər nazəndələr əllərdə xına. 

Qızının dalınca su atar ana, 

Bir yerdə papaqlar, ləçəklər oynar. (7, səh. 12) 

Atalarımız deyib ki, su aydınlıqdır. Səfərə gedənin, gəlin köçən qızların 

arxasınca su atmaq xalqımızın  ən qədim adətlərindən biridir. Su paklıq, təmizlik 

rəmzidir. Gəlinin arxasınca atılan su onun gələcək həyatının pak, təmiz, aydın 

olmasının arzulanmasıdır. 

 P.  Əfəndiyev yazır: “Mərasimlərdən  ən çox yayılanı  və  məşhur olanı toy 

mərasimləridir. Bu, çox qədimdən başlayaraq  ən  şən,  şux, gur keçirilən məişət 

mərasimi olmuşdur. Toy mərasimi adət üzrə Azərbaycanda  ən çox payız 

vaxtlarında keçirilir. Toy mərasiminin bir sıra mərhələləri vardır; elçilik, 

nişanlanma, xına gecəsi, gəlin gəlmə, duvaqqapma və s.” (9, səh. 88) Bu baxımdan 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

366 

H. Kürdoğlunun toyların müsbət xarakterini qorumaq cəhdi tamamilə 

təqdirəlayiqdir:  

Könlüm qanadlanıb yüksələr göyə- 

Hicran bu yerlərdən uzaqdır deyə. 

Neçə toy görməyə, büsat görməyə 

Qəlbimdə arzular-diləklər oynar. (7,səh.13) 



 

ƏDƏBİYYAT 

1.  Azərbaycan folkloru antologiyası, Naxçıvan folkloru, Sabah, Bakı-1994, 

388 s. 

2.  Bəhlul Abdullayev. Yusif Vəzir Çəmənzəminli və folklor. Elm, Bakı-1981, 



124 s. 

3.  Hüseyn Kürdoğlu. Qaya çiçəkləri. Gənclik, Bakı-1970, 66 s. 

4.  Hüseyn Kürdoğlu. Min bir bayatı. Gənclik, Bakı-1992, 224 s.  

5.  Hüseyn Kürdoğlu. Yaralı torpağım, yaralı sevgim. Sabah, Bakı-1997, 248 

s. 

6.  Hüseyn Kürdoğlu. Yurduma qurbandır sözüm. Sabah, Bakı-516 s.  



7.  Hüseyn Kürdoğlu. Yurdumu gəzə-gəzə. Gənclik, Bakı-1968, 48 s  

8.  H. Quliyev. Azərbaycanda ailə məişətinin bəzi məsələləri. Bakı-1986, 85 s 

9.  İ.Babayev. P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Maarif, Bakı-

1970. 263 s. 

10. K. Vəliyev. Elin yaddaşı, dilin yaddaşı. Bakı-1987, 210 s. 

11. Məhərrəm Cəfərov. Xalqla bağlılıq. Bakı-1986, 41 s. 

12. Məmməd Arif. Azərbaycan ailə məişətinin bəzi məsələləri. Bakı-1986, 75 

s. 


13.  Məmməd Arif. Azərbaycan xalq mərasimləri, Bakı-1950, 120 s. 

14. Məmməd Arif. Azərbaycan xalq teatrı. “Ədəbiyyat” məcmuəsi. Bakı-1986, 



№1. 

15. Vaqif Vəliyev. Azərbaycan folkloru. Maarif, Bakı-1985, 414 s. 



16. Yusif Vəzir Çəmənzəminli. Arvadlarımızın halı, Bakı-1928, 64 s. 

 

Yüklə 356,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə