Microsoft Word KÜLTÜr evreni doc



Yüklə 47,71 Kb.

tarix17.09.2017
ölçüsü47,71 Kb.


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



61 

 

 



 

 

 



GENDERİN ROLÜNÜN İNKIŞAFI – CİNS VƏ GENDERİN 

İNKIŞAFI 

 

DEVELOPMENT OF GENDER ROL—SEX AND GENDER 



DEVELOPMENT 

 

РОЛЪ ГЕНДЕРА В ПОЛОВОМ РАЗВИТИИ 

 

 

Davud Bəhramoğlu NAMAZİ

*

 

 

Özet 

Gender rolünün gelişmesi insan hayatının en mühim sahalarından biridir. 

Gender yeni doğmuş çocuğun cinsi yetişkinliği ile ilgili tecrübelerin insanı tüm 

hayatı boyu etkileyecek cihetleri muayyenleşdirir. Gender rolünün gelişmesi 

mayalanmadan başlanır ve ihtiyarlaşana kadar devam eder. İnsan hayatının ilk 

yılında oğlan çocuklarla kızlar arasında cinsi farklar çok azdır, ergenlik dönemində 

o, artmağa başlıyor. Çocukları yaşca çok küçük olan veliler, genderin 

sosyallaşmasında veliler mühim rola malikdirler. 

Anahtar kelimeler: Gender, gelişmesi,  ergenlik, ihtiyar, oğlan ve kızlar. 

 

Abstract 

Gender role development is one of the most important areas of human 

developments. In fact the sex a newborn sets the agenda for whole array of 

developmental experiences that will influence the person throughout his order life. 

Every child with the different sex show different roles. Gender role development 

begins at conception and continues until adulthood. The sex differences between 

boys and girls in the first year of life are minimal and then it is increase in 

adolescence. Parents play significant role in gender socialization when their 

children are very young. 

Key words: Gender, development, different sex, adulthood, boys and girls 

                                                 

*

 Bakü Devlet Üniversitesi Psikoloji Bölümü Doktora Öğrencisi 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

62 

Şəxsiyyət konsepsiyası xüsusi bir cəmiyyətdə yaşayan uşaqlar arasında 

fərqlənən sabit inam, əhval-ruhiyə və davranış kimi profilləri əhatə edir. Uşaqları 

müxtəlif tarixi dövrlərin mədəniyyəti ilə fərqləndirən profillər eyni deyildir, çünki 

ən məqbul profillər cəmiyyətin və tarixi dövrün dəyərləri baxımından fərqlənir. 

Genderin oynadığı rolun inkişafı insanın inkişafının  ən mühüm sahələrindən 

biridir. Faktiki olaraq, yeni doğulan uşağın cinsi şəxsə (insana) bütün həyatı boyu 

təsir göstərəcək inkişaf təcrübəsinin bütün perspektivi üçün gündəm yaradır. 

Genderin inkişafı ilə bağlı vaxtaşırı olaraq aparılan mübahisəli araşdırma 

mahiyyəti etibarı ilə valideynlər, tələbələr, tədqiqatçılar və alimlər üçün bir neçə 

səbəbə görə maraqlı olan bir mövzudur. Hər  şeydən öncə, bir şəxsin cinsi digər 

şəxslərə  təqdim edilən  ən səciyyəvi xüsusiyyətlərdən biridir. İkincisi, kişi, yaxud 

qadın cinsinə  mənsub olan şəxs onun tam eyniləşdirməsinin mühüm hissəsinə 

çevrilir; bu, onlarla əlaqədar ilk deskriptorların istifadə etdiyi faktordur. Kiməsə 

“oğlan”, yaxud “qız” sözü ilə adlanması ən tezi on səkkiz aylıqdan başlana bilər. 

Üçüncüsü, gender insan təcrübəsini ötürən ən vacib vasitəçi və fərdlərin bir-biri və 

fiziki mühitlə qarşılıqlı  əlaqədə olduğu üsuldur. Fərdlərin özlərinə orta məktəbdə 

dost, oyuncaq, sinif və istiqamət seçməsinə - bütün bunların hamısına məhz cins 

faktoru təsir edir. Nəhayət, cinsin, genderin inkişafının və cinsi fərqlərin 

öyrənilməsi inkişaf psixologiyası sahəsinə  təsir göstərən yaş ixtilaflarının fokus 

nöqtəsinə çevrilir: təbiət-tərbiyə mübahisəsi. Gender rolları və cinsi fərqlər bioloji 

baxımdan müəyyənləşibmi? Cəmiyyət və mədəniyyətin gender və cinsə hansı təsiri 

mövcuddur? Bioloji (təbiət) və ətraf mühit (tərbiyə) bir-birinə insan inkişafının bu 

səviyyəsində necə təsir göstərir? 

Gender rolunun inkişafı  məsələsini müzakirə edərkən, “cins” və “gender” 

terminləri mükəmməl şəkildə şərh edilməlidir. Təbiət-tərbiyə mübahisəsinə istinad 

etməklə, alimlər kişi və qadınların bioloji aspektə aid olan cəhətlərini və sosial 

təsirlə bağlı cəhətləri fərqləndirməyi vacib hesab etmişlər. “Cins” termini fərdlərin 

onları kişi, yaxud qadın kimi müəyyənləşdirən faktiki fiziki cəhəti göstərir. Cins 

genetik tərkib, daxili cinsiyyət orqanları, beynin təşkili (hormon istehsalına 

nəzarət) və xarici cinsiyyət orqanları ilə müəyyənləşir. Bunun əksinə olaraq, 

fərdlərin kişi, yaxud qadın kimi davranışı, onların üzərinə götürdükləri rol tipi və 

onların  şəxsi xüsusiyyətləri sosial gözlənti funksiyasından və onların bioloji 

tərkiblərindən irəli gələ bilər. Məsələn, Amerika mədəniyyətində, qadınlar öyrədən, 

tərbiyə edən, kişilər isə aqressivdir. Bu davranışlar və xüsusiyyətlər sosial 

kontekstdən asılıdır. Sosial rolları  və davranışları bioloji funksiyalardan 

fərqləndirmək üçün, alimlər “gender” və “gender rolları” kimi terminlərə istinad 

edirlər. Aydındır ki, cins və gender bir-biri ilə çulğaşıb. Sosial gözləntilər adətən 

bədən hissələrinin fərdin bioloji quruluşunu aşkara çıxardıqda yaranır. 

Həm cins, həm də gender doğuşdan qabaq (prenatal) başlayan və bütün ömrü 

boyu davam edən inkişaf tarixinə malikdir. Mühüm inkişaf dəyişiklikləri 

mayalanmadan start götürür, yeniyetməlik cağından meydana gəlir və bu inkişaf 

hadisələrinin üzərinə  işıq salmaq üçün mühüm nəzəri və  təcrübi araşdırmalar 

mövcuddur. (26. s. 193) 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



63 

Genderin rolunun inkişafı mayalanmadan başlanır. Mayalanmış hüceyrələrdə 

XY xromosom varsa, körpə genetik erkək olacaqdır; XX xromosom genetik dişi 

meydana gətirir. Y xromosomu olmadan genetik erkək meydana gələ bilməz. 

Bəzən bu saydan kənaraçıxma (aberrrasiya) meydana gəlir ki, bu da bir sıra 

sindromlara gətirib çıxara bilər, buraya yalnız bir X xromosomlu dişilər (Turner 

sindromu), yaxud iki X

s

 və bir Y xromosomlu erkəkləri (Klinefelter sindromu) aid 



edilə bilər. Vaxtaşırı olaraq bu sindromlar əqli və fiziki qüsurların meydana 

çıxması ilə nəticələnir.  

Hamiləliyin təxminən altı  həftəliyində testosteron (kişi cinsiyyət hormonu) 

hormonu kişinin daxili cinsiyyət orqanlarında toxumaların inkişafına stimul 

verəcək;  əks halda, orqanlar qadının cinsiyyət sisteminin bir hissəsinə 

çevriləcəklər. Sonra, təxminən üç və ya dörd ay ərzində xarici cinsiyyət orqanları 

formalaşır. Yenə  də erkən prenatal inkişaf dövründə kişi, yaxud qadın 

hormonlarında yuyulan beyin “qadın”, yaxud “kişi” beyni arasında differensasiya 

edə bilər (məsələn, qadın beyinləri daha simmetrik təşkil edilir), ancaq bütün bu 

araşdırmalar hələ ki, qəti nəticə verməyib. 

Prenatal cinsi differensasiya beyində kulminasiya nöqtəsini tapır. “Oğlan 

oldu!”, yaxud “qız doğuldu” qışqırdıqda sosiallaşdırmanın bütün mürəkkəb 

prosesinə start verilir. Etiraf etmək lazımdır ki, prenatal inkişaf yolu bəzi, hətta 

nəzərəçarpan kənaraçıxmalarla müşayiət edilə bilər. Artıq haqqında bəhs etdiyimiz 

xromosom anormallığı ilə bərabər, prenatal inkişaf dövründə qadın xromosomların 

kişi xromosomları ilə yuyulduğu (androgen – kişi hormonu) məqamlar və kişi cinsi 

toxumaların kişi hormonların funksiyasını  fərqləndirməyə  həssas olmadığı 

vəziyyətlər meydana çıxa bilər. Hər iki vəziyyət körpənin  şübhəli cinsiyyət 

orqanları ilə doğulması ilə  nəticələnə bilər.  Bu  kimi  vəziyyətlərdə valideynlər 

əzablı, insana işgəncə verən yol ayrıcında qalırlar: vəziyyəti cərrahi yolla aradan 

qaldırmaqmı, yaxud körpəni qadın və ya kişi olaraq tərbiyə etmək? (36, s. 445) 

Ümumən, ömrün birinci ilində oğlanlar və qızlar arasında cinsi fərqlər o qədər 

də böyük olmur. Oğlanlar nisbətən daha fəal, qızlar isə fiziki cəhətdən daha yetkin, 

fiziki problemlərə daha meylli ola bilərlər, ancaq bu, nəzərəçarpan fərqlərin 

ölçüsünə çevrilə bilər. Analar körpə oğlan uşaqlarının emosional ifadələrinə məhəl 

qoymur, atalar isə  qız uşaqları ilə müqayisədə  oğlan uşaqları ilə daha çox vaxt 

keçirməyə meylli olurlar. Hətta körpəlik dövründə, onların adları, geyindikləri 

paltar körpənin “təbrik kartındakı” “şəkər və  ədviyyə” mesajları  və onların 

otaqlarındakı mebellər qız və oğlanları formalaşdırır. Marilin Stern və Katerina H. 

Karrakerin rəyinə uyğun olaraq, yaşlılar eyni körpəni kişi hesab etdikləri zaman 

güclü, qadın hesab etdikləri zaman isə  zərif və incə saya bilərlər. Bu və ya digər 

yolla, genderin rolunun ictimailəşdirilməsi prosesinə birdəfəlik start verilir (465, s. 

317). 

İki yaşdan altı yaşa qədər müddət gender rollarının inkişafında mühüm 



əhəmiyyət kəsb edir. Məhz bu illərdə uşaqlar aşağıdakılardan xəbərdar olurlar: 

 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

64 

İki yaşdan altı yaşa qədər müddət 

Gender rollarının inkişafında mühümdür. Bu illər ərzində 

Uşaqlar öz cinslərini öyrənir, 

Bu zaman üslublar oynanılır və davranışlar 

“mən qızam”, yaxud “mən oğlanam” kimi əsas 

Cəhətlər üzrə möhkəmlənir. 

(Reflection Photolibrary / Corbis) 

Və ailə, məktəb, eyni yaşa aid qrup və media ekspertinin stereotip yolla 

çatdırılan mesajları onlara bildirilir. Bu yaş  həddində gender rolunun inkişafı 

sayəsində sosial və şəxsiyyətin inkişafı ilə bağlı bir sıra nəzəriyyələr erkən uşaqlıq 

illərinə  işıq salır. Məsələn, Ziqmund Freydin psixoanalitik nəzəriyyəsində, psixo-

cinsi inkişafın üçüncü mərhələsində erkək uşaq Edip Kompleksi böhranı ilə üzləşir, 

bu elə bir dönəmdir ki, o, anasına meylinin öhdəsindən gələ bilər və atası 

qarşısında qorxu özündə atasının xarakter və xasiyyətini tam hiss etmək üçün 

kifayətdir. Freyd qız uşaqlarının da atalarına meyl etmələri ilə bağlı eyni prosesi 

müəyyənləşdirir (Elektra kompleksi). Bir sıra müasir psixoloqların bu nəzəriyyə ilə 

ümumən razı olmadıqlarına rəğmən, Freyd genderin inkişafının qabardılmasına 

xüsusi diqqət yetirmiş və gender rolu ilə əlaqəli davranışlar erkən uşaqlıqdan özünü 

göstərməyə başlayır. 

Albert Banduranın işləyib-hazırladığı sosial öyrənmə  nəzəriyyəsində  əsas 

vurğu uşaqların digər  şəxslərin davranışlarını  təqlid etmələrinin vacibliyinin 

(modellər) üzərinə salınır. Nəzəriyyədə  oğlan uşaqlarının kişilərin davranışlarını 

müşahidə və təqlid etməklə necə hərəkət etmələri, qızların isə qadınları, xüsusən öz 

analarını müşahidə  və  təqlid etməklə necə davranmalı olmaları açıqlanır. Uşaqlar 

eyni cinsin davranışlarını  təqlid edəndə onlar təqdir edilirlər, ancaq digər cinsin 

hərəkətlərini təkrar etdikdə isə bu, cəzalanma hədəsi ilə  nəticələnə bilər. 

Tədqiqatların  əksər valideynlərin oğlan və  qızlarının bəzi davranışlarını 

dəyərləndirməsini göstərdiyinə baxmayaraq, bəzi təqdir və  cəzalar, xüsusən də 

oyun zamanı gender tipi əsasında verilə bilər. Bu hal qızlarla müqayisədə daha çox 

oğlanlar üçün özünü doğruldur, yəni, məsələn uşağın atası oğlunun Barbi kuklası 

ilə oynadığını, yaxud qırmızı dırnaq lakı ilə oynadığını gördükdə, uşağa cəza kəsir.  

Nəhayət,  əqli inkişaf nəzəriyyəsi gender rollarının inkişafında oğlan və  qız 

uşağının nə demək olduğunu anlamağın  əhəmiyyətini xüsusi olaraq qeyd edir. 

1966-cı ildə Lorens Kohlberq genderin inkişafını üç mərhələli bir proses kimi şərh 

etmişdir ki, uşaqlar hər  şeydən öncə identifikasiyalarını öyrənirlər (“mən 

oğlanam”), sonra gender sabitliyi (“oğlanam və kişi kimi böyüyəcəyəm”) və 

nəhayət gender dəyişməzliyindən (“qadın paltarı geyinsəm də  oğlanam”) xəbər 

tutur, bu – yaşı təxminən altıya qədər olan bütün oğlanlara aiddir. Bu yanaşmanın 

nisbətən yeni versiyası 1981-ci ildə Karol Martin və Çarl Halverson tərəfindən 

işlənib hazırlanmışdır, burada əsas vurğu gender cədvəllərinin inkişafı üzərinə 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



65 

salınır – uşaqların onlara bu və ya digər cinsə müvafiq olan təcrübəni çeşidləməkdə 

kömək edən ideyaları. 

Gender rollarını hansı nəzəri izahatın açıqlamasına baxmayaraq, bu kimi ideya 

və davranışların qavranılması  gənc və  oğlan və  qızlar üçün stereotiplər yaradır. 

Gənclərin dünyanı ağ və qara rənglərin fonunda gördükləri üçün, uşaq həkimlərinin 

qadın olmasına baxmayaraq, onlar hətta belə düşünə bilərlər ki, yalnız kişilər 

həkim ola bilərlər. (5. s.82) 

Valideynlər, uşaqları çox gənc olduqda, əksər Qərbdə  oğlan və  qızların 

məktəbə getdiyi bir zamanda genderin ictimailəşməsində mühüm rol oynamasına 

baxmayaraq, onlar gender əsasında qruplara ayrılırlar, bu qruplar həmin 

valideynlərin müəyyənləşdirdikləri rola tabe olurlar. Genderin ayrılması elə bir 

geniş yayılmış fenomendir ki, oğlan və  qızlar yalnız yaşlı  şəxs onların yanında 

olduqda işləyə  və oynaya bilərlər. Asudə vaxtda, “uşaqlığın iki cür yetişməsi” 

(Maccoby 1998, s. 32) səhvi aşıq-aydın görünür – digər cinsi təmsil edən uşaq artıq 

“ziyanlıdır”. Tipik oğlanlar qrupu genişdir, rəqabətə meyllidir, iyerarxiyanın 

zivəsində bir və ya iki oğlan uşağı olmaqla iyerarxikdir və idman kimi çöl 

oyunlarında daha geniş  şəkildə  təşkil oluna bilir. Bunun əksinə olaraq, qızlardan 

ibarət olan qrup daha kiçik olur, intim söhbətlərə meylli olur və bu zaman daha çox 

qrupun sıx şəkildə ünsiyyətdə olmasına diqqət yetirilir. Qızlar, hətta gizlin şəkildə 

öz istədiklərini sübut etməyə çalışdıqları zaman belə, bir-birləri ilə münasibətlərdə 

“incə” hərəkət etməyə cəhd göstərirlər. Eleanor Maccoby özünün 1998-ci ildə nəşr 

edilən “İki cins” adlı kitabında belə bir inamını ifadə edib ki, ehkamları erkən 

çağlarda – dörd və ya beş yaşında görünməyə başlayan bu təcrid halı qızların fəal 

oyundaşlarından qaçdıqları məqamlarda başlayır. Oğlanlardan ibarət olan qrup son 

nəticədə elə bir dəqiq ardıcıllıq daxilində təkamül edir ki, amerikan cəmiyyətində 

daha böyük azadlığa malik olması qavranılan şeyləri istisna edir. (365. s. 451). 

Erik H. Erikson inanır ki, yeniyetməlik şəxsiyyət hissinin inkişafında ən əsas 

dönüş məqamıdır. Bu yaş həddinin bütün fiziki, sosial və əqli dəyişiklikləri “mən 

kiməm?” şəkilində təzahür edən axtarışlarla nəticələnir. Belə bir qeyri-müəyyənlik 

və  şübhə daha sonralar müvafiq şəxsin müəyyən gender roluna uyğunlaşmasına, 

yaxud “gender güclənməsinə” səbəb ola bilər. Erkən yeniyetməlikdə oğlan uşaqları 

“sərt model rolunu” təqlid edə bilər və kifayət qədər homofobik ola bilər; qız 

uşaqları isə  dəqiq geyim əlamətlərinə riayət edir və malik olduqları intellektual 

istedad və yetənəklərini kiçildirlər. Cinsi yetkinlik dövrünün də yeniyetmələrin 

gender inkişafına mühüm təsirə malik ola bilər. Qız uşaqları erkən yetkinlik 

keçirdikdə daha çox sosial problemlərlə üzləşirlər, oğlanlar üçün bu hal tam 

əksinədir.  

Bir çox yeniyetmələr üçün, qeyri-müəyyənlik, ziddiyyətli tələblər və yaşlı 

şəxslərdən və icmanın dəstəyindən imtina edilməsi  əsaslı problemləri yaradan 

cəhətlərdir. Yeniyetməlik dövrünün qızlar üçün nə qədər çətin olması haqqında bir 

sıra  əsərlər yazılmışdır, çünki oğlanlarla müqayisədə onlar depressiya, yeməklə 

bağlı narahatlıqları və özünəinamın az olması hallarını daha yaxşı keçirirlər. Ancaq 

bu, qızın etnik mənşəyinə uyğun olaraq dəyişə bilər, məsələn, Afrika-Amerika 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

66 

yeniyetmələri özləri haqqında belə neqativ ifadələrin işlədilməsinə yol vermirlər. 

Uilyam Pollak 1998-ci ildə  nəşr etdiyi kitabında belə bir cəhəti vurğulayıb ki, 

gender rollarının ictimailəşməsi oğlanlar üçün həyatı cəhənnəmə döndərir. Çünki, 

Qərb mədəniyyəti oğlan uşaqlarına özlərini ifadə baxımından cüzi imkanlar verir, 

qızlarla müqayisədə emosional hərarət, intihar halları  və zorakılıq hallarına daha 

çox rast gəlinir. 

Yetkinlik dövrü başa çatdıqda, hər iki cins özləri və digər  şəxslərlə 

münasibətlərdə genderlə bağlı davranışlar baxımından daha tolerant olurlar. 

Fərdlərin kişi və qadın kimi təkamülü bütün ömürləri boyu davam edir, ancaq hər 

bir şəxs nikah, valideynlik, orta yaş həddi and qocalıq kimi müxtəlif problemlərlə 

rastlaşdıqları üçün mənzərə  dəyişə bilər. Belə bir faktı  təsdiq etmək lazımdır ki, 

insanların gender rollarının inkişafında oğlan və  qızların diferensial cığırların 

üzərinə vurğu salınır, insanların əsas meyarı (oğlan və qızlar üçün) fərqli olmaqdan 

çox oxşardır (615, s. 230).  

 

REFERENCES 

1.  Kagan J. Personality Development. New York/ 2005 

2.  Bridges J. Psychology of women/ Washington, 1993 

3.  Denmark F. Engendering psychology. Boston. 2000 

4.  Helpem D. Sex Differences in cognitive abilities. New York. 2000 

5.  MAccoby E. The Two Sexes. London. 1998 

6.  Karimi Y. Personality of psychology. Tehran, 1386. 

 

 



 

 

 




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə