Microsoft Word KÜLTÜr evreni sayı. doc



Yüklə 68,12 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü68,12 Kb.
#10498


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



240 

 

 



 

 

TÜRK XALQLARI DÖVLƏTÇİLİK TARİXİNƏ DAİR 



(Qədim dövr və erkən orta əsrlər) 

 

ABOUT HISTORY OF STATEMENT OF TURKS PEOPLE 

(ANCIENT AND EARLY MIDDLE AGES) 

 

К ИСТОРИИ ГОСУДАРСТВЕННОСТИ  

ТЮРКСКИХ НАРОДОВ 

 

Prof. Əsməd MUXTAROVA

*

 

 

Özet  

Türklerin çok zengin ve eski devlet gelenekleri vardır. Bu geniş bir konu 

olduğundan araştırmacıların devamlı ilgisini çekmiştir. Buna rağmen bir çok 

Avrupa ve Rus tarihçileri, Türk devlet geleneği tarihini devamlı olumsuz yanlarıyla 

ortaya koymuşlardır. Bu yazıda; Azerbaycan topraklarında yaşayan eski etnik 

kavimlerin devletçilik tarihi ile Orta Asya ve Kuzeydoğu Avrupa’da yaşayan 

kavimlerle de ilgili bilgiler vermektedir. 

Anahtar kelimeler: Türkler, Azerbaycan tarihi, Azerbaycan toprakları, Orta 

Asya, Kuzeydoğu Avrupa 



 

Abstract 

Turks possess very rich and ancient public traditions. Despite of this fact, the 

present problem was not object of the investigation in Azerbaijan historical 

tradition until the present time in the researches of some Western European and 

Russian historians the statehood history of ancient ethnoses that lived in Azerbaijan 

territory are also not studied as well. 

In this article, individually is followed analyses of the viewpoints about the 

researched issue. The information about the ethnoses that lived in Central Asia and 

                                                 

*

 Bakı Dövlət Universitetinin «Türk və Qafqaz Xalqları Tarixi» Kafedrasının Müdürü/ 



AZERBAYCAN 

 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



241 

South-Eastern Europe and about their overangements are also mentioned in the 

certain article. 

Key words: Turks, Azerbaijan historical, Azerbaijan territory, Central Asia, 

South-Eastern Europe. 

 

 

Türk xalqları   zəngin dövlətçilik ənənəsinə malikdir (Özdək. 1992:28). Lakin 



bu problem Azərbaycan türkşünaslığında indiyədək xüsusi tədqiqat predmeti 

olmamışdır. Bir sıra Qərbi Avropa və rus tarixçilərinin  əsərlərində ümumiyyətlə 

türk xalqlarının dövlətçilik tarixi məsələsində yanlış mövqe nəzərə çarpır. Bunun 

iki  əsas səbəbi vardır: birinci, indiyədək qədim dövrdə  (əsas etibarı ilə e.ə. I 

minillikdə  və eranın ilk əsrlərində) Mərkəzi Asiyada və  Cənub-Şərqi Avropada 

antik mənbələrdə adları «Kimmer», «Skif», «Sak», «Sarmat», «Massaqet» və s. 

kimi çəkilmiş  qədim etnosların  İrandilli sayılması  (Azərbaycan tarixi,1998:167-

169); ikinci, Azərbaycan  ərazisində e.ə. I minillikdə  və eranın I minilliyinin I 

yarısında mövcud olmuş Manna, Maday, Atropatena və Alban dövlət qurumlarını 

yaratmış etnosların hurridilli (mannalar), Dağıstandilli (albanlar) və  İrandilli 

(madaylar və atropatenalılır) hesab edilməsi. İndi bu etnosların Altay dil ailəsinin 

Türk qoluna mənsub olmaları baxışı vardır (Вестник древней истории, № 1) və 

bəzi Azərbaycan tədqiqatçıları  tərəfindən qızğın müdafiə olunmaqdadır 

(Гейбуллаев.1991). Bu məqalədə  həmin baxışların ayrı-ayrılıqda təhlilinin 

verilməsi məqsədi güdülmür, çünki, Azərbaycan  ərazisində e.ə. I minillikdə 

türkmənşəli etnosların yaşaması baxışı  hələ elmi diskussiya vəziyyətindədir. Ona 

görə də, bu məqalədə Azərbaycan ərazisində yaşamış qədim etnosların dövlətçilik 

tarixi məsələləri  əhatə olunmamışdır. Təkçə bunu deməklə kifayətlənirik ki, bu 

baxışın tarixi həqiqəti  əks etdirməsi sübut olunsa, onda Ön Asiyanın və  Cənubi 

Qafqazın qədim tarixinin bir sıra problemlərinin yeni aspektdə araşdırılması 

vəzifəsi qarşıda durur. Lakin qeyd edilməlidir ki, e.ə. I minillikdə Orta Asiya və 

Qazaxıstan  ərazilərində  və  Cənub-Şərqi Avropada yaşamış kimmerlərin, sakların, 

massaqetlərin və sarmatların  İrandilli sayılması baxışı arxeoloji qazıntılar 

nəticəsində  aşkarlanmış maddi-mədəniyyət nümunələrinin elmi təhlili ilə  təkzib 

olunur. Belə ki, məsələn, Cənub-Şərqi Avropada kimmerlərə, skiflərə, sarmatlara 

aid edilən maddi-mədəniyyət və incəsənət nümunələrinin (məsələn, ox ucluqları, 

qılınc, xəncər, «skif heyvan stili» və s.). Tunc dövrünə və sonrakı əsrlərə aid olan 

Uralətraflı, Altay və Mərkəzi Asiya arxeoloji mədəniyyətləri ilə mənşə birliyi sübut 

olunmuşdur (Тереножкин. 1976: 182, 208; Смирнов. 1968:41, 44, 45; Смирнов. 



1981: 9, 12, 116) 

 Mərkəzi Asiya xalqlarının tarixlərinə dair ümumiləşdirilmiş əsərlərdə sakların 

həmin  ərazilərdə Tunc dövründən yaşadıqları  və onların türk mənşəli olmaları 

göstərilmişdir (История Казахской ССР. 1957:40). Antropoloq V.V. Qinzburqa 

görə e.ə. I minillikdə Qazaxıstan  ərazisində yaşamış sakların Dağlıq Altayla 

genetik birliyi vardır (Гинзбург. 1956: 245). 




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



242 

 Ona görə də biz antik mənbələrdə adları «Kimmer», «Skif», «Sak», «Sarmat», 

«Massaqet» və s. kimi göstərilmiş  qədim etnosların türkmənşəli olması baxışının 

tərəfində dururuq və deməli, türk xalqlarının dövlətçilik tarixinin e.ə. I minilliyin 

əvvələrindən başlandığı fikrini ortaya qoyuruq. Problemin bu aspektdə qoyuluşu ilə 

əlaqədar olaraq qədim dövrdə  və erkən orta əsrlərdə türkmənşəli xalqların dövlət 

qurumlarının iki tipinin mövcud olması ayırd olunur: 

1. Skif köçəri maldarlıq təsərrüfatı  həyat tərzi  əsasında yaranmış dövlət 

qurumları (kimmerlərin, skiflərin, sarmatların, massaqetlərin, hunların, avarların, 

Altay türklərinin, oğuzların və b. dövlətləri). Bu etnosların ictimai qurumları əsas 

etibarı ilə  hərbi demokratiya (kimmerlər, skiflər, saklar, massaqetlər, hunlar və 

avarlar) və  erkən feodalizm (Türk xaqanlığı, Cucan və Tele xaqanlığı, Oğuz 

dövləti və b.) idi (Smirnov:14;  Антонов. 1984:20; Гумилев 1967; Бернштам 

.1951: 3-6.). 

2. Oturaq (əkinçilik) həyat tərzi ilə köçəri maldarlığın birgə mövcud olması 

əsasında yaranmış türk dövlət qurumları (Kuşan, Ağhun (yaxud Eftallar), 

Qaraxanlar, Xarəzmşahlıq, Xəzər və Bolqar dövlətləri və b). İctimai quruluşça bu 

dövlətlər quldar və erkən feodalizm qurumları kimi səciyyələndirilir. Oturaq əhalisi 

olan müəyyən bir ərazidə köçəri maldar tayfa ittifaqının yaratdığı dövlət qurumu 

forması Mərkəzi Asiyada erkən orta əsrlər dövrü üçün səciyyəvidir. V.V. Bartold 

bu dövlət qurumlarından danışarkən yazır ki, belə dövlətlərdə köçəri maldarlıq 

qaydaları yerli mədəni qaydalarla qarışır və  nəticədə köçəri hakimiyyət ilə yerli 

oturaq əhali arasında özünəməxsus münasibətlər təşəkkül tapır (Бартольд . 1964: 



28). Lakin hər iki halda dövlət qurumlarının funksiyası eynidir: dövlət idarəçiliyi 

müəyyən  ərazi daxilində  cəmiyyətin idarə sisteminin tənzimlənməsidir və buna 

uyğun olaraq dövlət qurumunun xarici və daxili vəzifələri ön plana çıxır: birinci 

daxildə tayfaların vahid hakimiyyətdə birləşdirilməsi və ikinci, dövlətin ərazisinin 

xarici basqından qorunması ilə yanaşı  həmin  ərazinin qonşu ölkələr hesabına 

genişləndirilməsi. 

Tədqiqatçılara görə Tunc dövrünün başlanması ilə köçəri maldarlıq təsərrüfat 

sahəsi təşəkkül tapır. Təsərrüfatın  ən intensiv istehsal sahəsi hesab olunan 

maldarlığın sürətlə inkişafı atçılığın inkişafı ilə müşayiət olunurdu. Metaldan döyüş 

alətlərinin yaranması ilə bir vaxta düşən atçılıq çoxlu mal-qara sürülərinin geniş 

otlaqlarla təmin olunması  zərurəti ilə  əlaqədar olaraq qonşu və uzaq etnosların 

ərazilərinin zəbt olunması üçün şərait yaradır ki, bu da öz növbəsində tayfa 

ittifaqlarının yaranmasını  və onların miqrasiyasını  şərtləndirmişdir (Смирнов. 

1981:9-10). Müəyyən edilmişdir ki, maldar ellərdə icma quruluşundan sinfi 

quruluşa keçid yalnız hərbi demokratiya ola bilər. Bu quruluşun səciyyəvi cəhəti 

tayfanın üzvlərinin yığıncağı formasında hakimiyyətin tayfa ittifaqına daxil olan 

tayfalara məxsus olmasıdır. Etnosun siyasi quruluşunu təmsil edən başçılar da 

yalnız yığıncaqlarda seçilirdilər. Deməli, hərbi demokratiya ibtidai icma 

quruluşunun davamıdır, lakin icma quruluşundan fərqli olaraq hərbi demokratiya 

quruluşu dövründə müharibə maldar etnosun həyatını  və yaşayışını  tənzim edən 

funksiyaya, başqa sözlə, mal-qara üçün yeni ərazilərə malik olma peşəyə çevrilir. 




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



243 

Hərbi demokratiya etnosun həyatında iki mühüm zərurətlə bağlı olur: yeni 

otlaqların  ələ keçirilməsi və qarət. Qul əməyi oturaq və  əkinci xalqların dövlət 

qurumları üçün səciyyəvi olmuşdur. 

Yuxarıda adlarını sadaladığımız qədim türk mənşəli etnosların sırf köçəri 

maldarlıqla məşğul olmuş hissəsinin hərbi demokratiya quruluşlu dövlət 

qurumlarına qısaca nəzər salaq. 

Qara dənizin  şimal çöllərində  və Krımda yaşamış kimmerlərin haqqında 

Herodot (e.ə. V əsr) yazır ki, onların başçıları basilevs («çar») adlanır  (Herodot, 

IV: 11.). Onun məlumatlarından («başçılar» ifadəsini işlətməsində) belə çıxır ki, bu 

etnos tayfa ittifaqından ibarət idi və  hər tayfanın da öz başçısı vardı. Təəssüf ki, 

antik mənbələrdə türkdilli xalqlarda dövlət qurumunun necə adlandırıldığı 

göstərilməmişdir. Rəfiq Özdəkə görə ümumiyyətlə qədim türklərdə dövlət qurumu 

«El» («İl») adlanmışdır (Rəfiq Özdək.1992; 29). Kimmerlərin siyasi quruluşu 

haqqında Herodot yazır ki, bütün məsələlər yığıncaqlarda həll olunurdu. Məsələn, 

sakların Orta Asiyadan kimmerlərin ölkəsinə basqını ilə  əlaqədar olaraq vəziyyət 

yığıncaqlarda müzakirə edildikdə tayfa üzvləri başqa ölkəyə  çıxıb getməyi təklif 

etdiyi halda, başçılar buna etiraz edərək ölənə  qədər qalmağı  təklif etmişdilər. 

Lakin xalqın qərarını poza bilmədiklərinə görə başçılar bir-birini öldürməyi qərara 

almışdılar. Bundan sonra yığıncaqlarda yeni başçılar seçilmiş  və onların başçılığı 

ilə kimmerlər Cənubi Qafqaza, buradan Ön Asiyaya köçmüşdülər. (    Дьяконов. 



1956; 123) 

 Qədim şərq mənbələrində Ön Asiyada kimmerlərə başçılıq etmiş üç başçının 

adı çəkilmişdir: Teuşpa, Tuqdame və Sandakuru ( Дьяконов. 1956; 123). 

E.ə. VII əsrdən başlayaraq Qara dənizin  şimal çöllərində yaşayanlar antik 

mənbələrdə skit (skif) adlandırılır (17). Antik mənbələrdə onların bir sıra çarlarının 

adları qeyd olunmuşdur: Aspak (e.ə. VII əsr), Sparqapit (e.ə. VII əsr), Taksak (e.ə. 

513-cü il), Atey (e.ə. IV əsr) və b. Bundan başqa Herodot bir sıra skif 

hökmdarlarının adlarını  çəkir: Savli, İdantirs, Aryapit, İskil, Tur, Pollak, 

Oktamasad, Skopas, Tarqitay, Kolaksay, Arpaksay və b ( Herodot, IV: 5, 76, 78, 

80, 120; Qeybullayev: 140-147.) 

 Herodot  və ondan sonrakı antik müəlliflər skiflərdə başçıların xalq 

yıxıncaqlarında seçildiklərini yazırlar ki, bu da məhz yuxarıda deyildiyi kimi hərbi 

demokratiyanın səciyyəvi cəhətidir (Smirnov.1981: 9-10.). 

E.ə. VII-IV əsrlərdə skiflərdən  şərqdə - Azov dənizi sahillərində yaşayan 

tayfalar antik mənbələrdə savromat (Herodot, IV: 21; Smirnov.1981: 9-10.) və e.ə. 

IV  əsrdən sonra sarmat adlandırılır (Smirnov.1981: 9-10.). Plini (I əsr) 

sarmatlardan danışarkən onların çoxlu tayfalardan ibarət olduğunu qeyd etmişdir 

(Plini IV, 15, 19.). Avropa və Rus tədqiqatçıları sarmatları irandilli sayırlar. Lakin 

K.F. Smirnov arxeoloji qazıntıların nəticələri əsasında sarmatların Cənubi Uraldan 

gəldiklərini və  Cənub-Şərqi Avropada sarmatlara aid olan maddi-mədəniyyət 

nümunələrinin Sibirdə  və Qazaxıstanda Andronovo arxeoloji mədəniyyəti ilə 

mənşə birliyinə malik olduğunu müəyyən etmişdir (Smirnov.1981: 10, 12, 18, 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



244 

116). E.ə. IV əsrdə skiflərin çarı, 90 yaşlı Atey Makedoniya çarı II Filippə məğlub 

olduqdan sonra Qara dənizin şimal çöllərində skiflərin ağalığı sarmatlara keçir. 

Mənbələrdə sarmatlarda qadın başçılar barədə də məlumatlar vardır. Həqiqətdə 

də K.F. Smirnov sarmatlara aid olan bir kurqanda dəfn edilmiş qadının yanında 73 

sm. uzunluğunda qılınc aşkar etmişdir. Sarmatların dövlət qurumu barədə 

mənbələrdə məlumatlar yoxdur, lakin onlarda təsərrüfatın əsasını köçəri maldarlıq 

təşkil etməsi və ona görə də hərbi demokratiya şəraitində yaşadıqları şübhəsizdir. 

E.ə. I minillikdə Orta Asiya və Qazaxıstan çöllərində Sak və Massaqet tayfa 

ittifaqları  məlumdur. Saklar maldarlıqla məşğul olurdular. Lakin onların 

hökmdarları var idi. Antik müəllif Ktesiy Orta Asiya saklarının Maday (Midiya) ilə 

müharibə etdiklərini yazmışdır ki, bu da saklarda dövlət qurumunun olduğunu 

göstərir. E.ə. VI əsrdə  İran  Əhəmənilər dövlətinin başçısı Kirin saklara qarşı 

müharibəsi ilə əlaqədar olaraq mənbələrdə Sak ordusunun başında Sakestar, Amorq 

və Omir adlı üç sərkərdənin durması göstərilir (История, 1955; 41). Deməli, 

saklar üç tayfa ittifaqından ibarət edirlər. Orta Asiya və Qazaxıstan xalqlarının 

tarixlərinə dair ümumiləşdirilmiş  əsərlərdə Sakların və Massaqetlərin hərbi 

demokratiya  şəraitində yaşadıqları göstərilmişdir (История, 1955:.58; 

История,1957: 35; Акишев, 1963:4) 

 E.ə. V əsrdən sonra Qazaxıstan  ərazisində Sak tayfa ittifaqında siyasi 

hegemonluq Usun adlı tayfalara keçmişdir. Massagetlər Xəzər dənizindən  şərqdə 

yaşayırdılar. Onların ictimai və iqtisadi quruşları barədə  məlumat yoxdur. Lakin 

antik mənbələrdən aydın olur ki, e.ə. I minilliyin ortalarında Massaqet tayfa qadın 

ittifaqına başçılıq edirdi ki, bu məhz hərbi demokratiyanın səciyyəvi xüsusiyyətidir 

(Кузьмина.1977: 88). 

Qədim dövrdə  hərbi demokratiya tipli dövlət qurumu hunlara aiddir. E.ə. III 

əsrdə  Mərkəzi Asiyada hunların ilk dövlət qurumu tədqiqatçılar tərəfindən hərbi 

demokratiya səciyyəli dövlət sayılır. Dövlətin  ərazisində tayfaların hər birinin öz 

ərazisi varidi və dövlət məsələləri də  yığıncaqlarda həll olunurdu (  Акишев, 

1963:10). Hökmdar Metenin dövləti 24 tayfadan ibarət olduğuna görə  ərazi 24 

əyalətə bölünmüş  və  hər  əyalətin başına sərkərdələr təyin edilmişdir. Belə idarə 

sistemi hərbi demokratiyanın məhsulu idi. Bu xüsusiyyət eranın ilk əsrlərində 

Cənubi-Şərqi Avropada yaranmış Hun dövlətinə  də aiddir. Burada hunların antik 

mənbələrdə adları Akadsir, Altziyagir, Alpildzur, Ankizqir, Bittiqur, Kutriqur, 

Onaqur, Saraqur, Tunqur, Utiqur və başqa kimi yazılmış tayfalardan ibarət olması 

məlumdur (Джафаров.1993;4). Mənbələrdə hunların maldarlıqla məşğul olmaları 

barədə məlumatlar çoxdur və ona görə də doğru olaraq onların hərbi demokratiya 

şəraitində yaşamaları göstərilir. 

Hərbi demokratiya qurumunun idarə olunması  aşağıdan yuxarıyadək 

yığıncaqların qərarlarına əsaslanırdı. 

Şərqi Avropada Hun xaqanlığı və Avar xaqanlığı ilə türk xalqlarının tarixində 

hərbi demokratiya quruluşu sona yetir və bundan sonra köçəri maldarlıqda erkən 

feodal türk dövlətləri yaranır. Qeyd edilməlidir ki, türk xalqlarının erkən feodalizm 

dövründə ictimai-siyasi strukturları lazımi dərəcədə öyrənilməmişdir. 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



245 

Ümumiyyətlə, hərbi demokratiya və erkən feodalizm quruluşlarının iqtisadi və 

siyasi məqamları (siniflərin yaranması, torpaq və malqara üzərində mülkiyyət 

formaları və s.) aydın deyil. İbtidai icmanın inkişafının hansı mərhələsində və hansı 

formasında erkən feodalizm quruluşu yaranır - sualına hələ cavab tapılmamışdır. 

Feodalizmin genezisi və mahiyyəti haqqında diskussiyalar yaxınlara qədər davam 

edirdi (Данилова. 1968;27-66). Digər tərəfdən, qədim türk xalqlarında 

sinifyaranma etnosların tez-tez dəyişkənliyi ilə müşaiyət olunurdu 

(Новосельцев;1972). Xüsusilə Orta Asiyada əkinçi (oturaq) sosial strukturları ilə 

köçəri maldarların sosial strukturlar arasında bütün erkən orta əsrlər boyu sintez 

prosesi ilə yeniləşirdi və ona görə  də feodal aslılığının çoxlu formaları varidi. 

Eranın ilk əsrlərində Altaydan başlamış Dunaya qədər nəhəng  ərazini  əhatə edən 

böyük Bozqırda (çöldə) yaşamış köçəri türk tayfalarının qurumları idi. Bu 

qurumları VI əsrdə Altayda yaranmış Türk xaqanlığı  əvəz edir. Türk xalqlarının 

tarixində bu dövlət ilk erkən feodal dövləti hesab olunur. Bu dövlətdə başçı 

«kaqan» idi, lakin o, monarx deyildi. Ölkə əyalətlərə bölünmüşdü, onların başçıları 

(şad) kaqanın nəslindən təyin olunurdu. Deməli, nə xan, nə də yerli hakimlər artıq 

xalq yığıncaqlarında seçilmirdilər. Hakimiyyət nəsli idi. Paytaxt yox idi, kaqan 

hərbi düşərgədə, alaçıqda yaşayırdı, lakin qızıl taxta otururdu (Sümer.  1992). 

Sıravi əhali «kara budun» (budun «xalqı mənasında idi») adlanırdı. «Kara» dedikdə 

tayfaların üzvləri nəzərdə tutulurdu, tayfalar isə tayfa ittifaqlarında birləşmiş 

xalqda idilər. Tayfa ittifaqlarının adamı isə «Oğuz» adlanırdı. Məsələn, uyğurlar 

«toğuz-oğuz», «karluklar iç oğuz» adlanırdılar. Bu, könüllü tayfa birləşmələri idi. 

Lakin kaqanın fərmanı ilə yaradılmış tayfa birləşmələri «budun» adlanırdı. 

Məsələn, türk rum yazılarında Dulu və Nuşibi tayfa birləşmələri müvafiq surətdə 

«Budun» və «on ok budun» kimi qeyd olunmuşdur ( Sümer. 1992). 

Türk xaqanlığından sonra Mərkəzi Asiya ilk erkən feodal dövləti Qırğız 

xaqanlığı idi. Arxeoloji qazıntılar nəticəsində bu dövlətin mərkəzi  ərazisi olmuş 

Minusin çökəkliyində çoxlu miqdarda varlı adamlara məxsus qəbirlər və onlarda 

əşyalar göstərir ki, qırğızlarda sinfi təbəqələşmə baş vermişdir. Ölkə 6 feodal 

malikənasindən ibarət olan əyalətə bölünmüşdü. Əyalət «baq», «baq»ın əhalisi isə 

«kara» («qara camaat» mənasında) adlanırdı (История ;124-125) 

Oturaq həyat tərzinə malik erkən feodal tipinə Volqaboyu Bulqar dövləti misal 

göstərilə bilər. Bu dövlət  əvvəlcə  Cənubi-Şərqi Avropada köçəri həyat keçirmiş 

bolqarların bir hissəsinin IX əsrdə Volqaboyuna köçəri oturaq həyata keçməsi 

nəticəsində yaranmışdı. Qeyd edilməlidir ki, köçəriləri oturaq həyata keçirən dövlət 

yaratmaları ilk dəfə bu bolqarlara aiddir. Bu dövlətin Bolqar, Suvar, Oşel, 

Kermençuk və b. şəhərləri vardı. X əsrdə Bolqarlarda feodal münasibətləri 

formalaşmaşdı (Очерки, 1958; 683) 

Köçəri maldarlıq həyat tərzi ilə məşğul olan türk tayfalarının erkən feodalizm 

quruluşu şəraitində yaşamış böyük qurumlardan biri Oğuz dövlətidir. Mənşə etibarı 

ilə hunlara aid edilən və VI-VII əsrlərdə Türk xaqanlığında yaşamış oğuzlar VIII-

IX  əsrlərdə  Sır-Dərya çayının sahillərində  məskun idilər. Onların 15-20 min 

nəfərlik suvari ordusu olan bir hissəsi 1035-ci ildə Xorasana köçmüş, Qəznəvi 




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



246 

dövləti ilə qanlı döyüşlərdən sonra işğalçılıq müharibələrinə keçərək qısa tarixi 

müddət ərzində Bizansa qədər böyük ərazini işğal etmişdilər. Oğuzlar da hunlarda 

olduğu kimi 24 tayfadan (boydan) ibarət idilər. Boyun başında duran hakim «beg» 

adlanırdı. Hər bəyin 40 nəfərlik süvari hərbi silahdaşı vardı. Bu silahdaşlar «yol-

daş» adlanırdı ( Sümer. 1992;117). 

Oğuzlarda sinfi təbəqələşmə vardı  və onlar yüksək, orta və  aşağı  təbəqələrə 

bölünürdülər. Azad tayfa üzvlərini birləşdirən icma «el» adlanırdı  ( Sümer. 



1992;117). Doğrudur, hələ Sırdərya hövzələrində olarkən oğuzların az qismi oturaq 

həyata keçmişdi, lakin köçər oğuzlar onlara istehza ilə «yantuq» (tənbəl) deyirdilər, 

çünki onlar köçərilik etmirdilər ( Sümer. 1992;117). 

Köçəri həyat tərzində feodal münasibətlərinin xüsusiyyətləri vardır. Feodala 

müəyyən ərazi adamlarla birlikdə təhkim olunmur, ərazidəki adamlar təhkim edilir, 

çünki  ərazi hər bir tayfaya məxsus olub mal-qaranın otarılması üçün xüsusi 

mülkiyyətdir, deməli, feodalın torpaqdan icma formasında istifadəsinə  əsaslanırdı 

(Гумилев Л.Н.1967;45). 

Türk xalqlarının dövlətçilik tarixində maldarlıqla yanaşı oturaqəkinçilik həyat 

tərzi keçirmiş xalqlara məxsus dövlət qurumları da olmuşdur. Kuşan, Kanq, Xəzər, 

Ağhun (Eftal), Uyğur, Qaraxanlar, Xarəzm, Qəznəvilər və b. dövlətlər məhz 

əvvəlcə qismən quldar (Kuşan, Kanq, Ağhun və b.) və erkən feodal dövlətlər idilər. 

Yuxarıda deyilənlərdən göründüyü kimi, qədim dövrdə türk xalqlarının iki tip 

dövlət qurumu olmuşdur: 1. Sırf köçəri maldar tayfaların hərbi demokratiya 

qurumları (kimmer, skif, sak, massaqet, hun siyasi qurumları). 2. Maldar ellərin 

oturaq əhalisi olan ölkələrdə hərbi demokratik qurumları (Xarəzm (e.ə. III - b.e. I 

əsr), Kanq(e.ə. III - b.e. I əsr) və Kuşan dövlətləri. 

Erkən orta əsrlərdə  də türk dövlət qurumlarının iki tipi vardır: 1. Sırf köçəri 

maldar tayfaların erkən feodal dövlətləri (Qərbi hun dövləti və Avar xaqanlıqları və 

b.). 2. Maldarların oturaq əhalisi olan ölkələrdə erkən feodal dövlətləri (Türk 

xaqanlığı, Cucan və Tele xaqanlıqları, Eftallar, Xəzər, Qaraxanlar, Xarəzmşahlıq, 

Bulqar və b.) 

 

 

ƏDƏBİYYAT  



Rəfiq Özdək. 1992. Türkün qızıl kitabı. Bakı. 

2. Azərbaycan tarixi, 1998,  I c. Bakı, 331 s. 

3.  Юсифов  Ю.Б. 1987. Ранние  контакты  Месопотамии  с  северо-

восточными (Приурмийская зона). Вестник древней истории, № 1; Топонимы 

и  этнтческая  история  древнего  Азербайджана. «Материалы  конференции  о 

проблемах  Азербайджанской  ономастики».  Баку, 1986; К  значению  древних 

топонимов  в  изучении  этнической  истории  Азербайджана. «Известия  АН 

Азерб.ССР». Серия литературы, языка и искусства. 1987, №2. 



4. Гейбуллаев Г.А. 1991. К этногенезу азербайджанцев. Баку;   


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



247 

5.  Тереножкин  А.И.  Киммерийцы.  Киев. 1976, с. 182, 208; Смирнов 

А.П.1968  Скифы.  М.;  Смирнов  К.Ф.1981  Сарматы  и  утверждение  их 

политического господства в Скифии. М. 

6.  История Казахской ССР. 1957, Т.1. Алма-Ата. 

7.  Гинзбург  В.В. 1956. Древнее  население  восточных  и  центральных 

районов  Казахской  ССР  по  антропологическим  данным.  Труды  Института 

Этнографии АН СССР. Новая серия, т. 33, М. 

 8. Антонов Н.К. 1984.Лесика по тюркологии. Якутск. Гумилев Л.Н. 1967. 

Древние тюрки. М.; Бернштам А.Н. 1951. Очерки истории гуннов. Л. 

9. Бартольд В.В.1964. Соч. том II, часть. 2, М.,. 

10.  Дьяконов И.М. 1956,  История Мидии. М-Л.  

11. Степи Европейской части СССР в Скифо-сарматское время. М. 1989. 

12.  Herodot, IV; Qeybullayev Q.Ə.1994. Azərbaycan türklərinin təşəkkülü 

tarixindən. Bakı. 



13. Plini IV. 

 

14. История Узбекской ССР.1955. Т.1. кн. 1, Ташкент,. 



15. История Туркменской СССР. Т.1; История Казахской ССР. Т.1. Алма-

Ата, 1957; Акишев К.А., Кушаев Г.А. 1963 . Древняя культура саков и усуней 

долины реки Или. Алма-Ата,. 

16. Кузьмина Е.Е. 1977. В стране Кавата и Афрасиаба. Москва.  

17. Джафаров Ю. 1993, Гунны и Азербайджан. Баку. 

18. 

Данилова 

Л.В. 1968, Дискуссионные 

проблемы 

теории 

докапиталистических  обществ. «Проблемы  истории  докапиталистических 



обществ». Москва. 

19.  Новосельцев  А.П.,  Пошуто  В.Т.,  Черепнин  Л.В.1972.  Пути  развития 

феодализма. М. 



20. Faruq Sümer. 1992. Oğuzlar. Bakı. 

21. История Киргизской СССР, с. 124-125. 

22. Очерки истории СССР.1958. III-IХ вв. Москва.

 

 



 

Yüklə 68,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə