Microsoft Word Kültür Evreni sayı. doc



Yüklə 407,17 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü407,17 Kb.
#52579


KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

364 

 

 

 



 

 

RƏŞİD BEHBUDOVUN YARADICILIĞI 



 

ТВОРЧЕСТВО РАШИДА БЕЙБУТОВА 

 

RASHID BEYBUDOV’S CREATIVE WORK 



 

 

 

Məryəm Şaqiqızı BABAYEVA

*

 

 

 



 

Özet 

Makale büyük Azerbaycan mugannisi R.Behbudov’un özel ve orijinal 

üslubunun öğrenilmesine hasr olunmuştur. Yazar muğanninin yaradıcı üslubunda 

kavuşmuş ve birbirine karşılıglı tesir gösteren halk, opera ve estrada temayüllerini 

ortaya koyuyor. Müğanni öz parlak artistlik istidadı neticesi olarak, filmlerde ve 

opera sehnesinde dahiyane suretler yaratmıştır. R.Behbudov’un muğanni ve 

artistlik istidadı Mahnı tiyatrosunun yaratılması ideyasının gerçekleşmesinde tam 

süretde açılmıştır. Makalede Reşid Behbudov'un ifasında vokal eserlerin tefsir 

özellikleri tahlil olunmuştur. 

Anahtar kelimeler: Azerbaycan, müğanni, aktör, üslub, vokal 

 

Abstract 

This article is devoted to studying special and original style of the outstanding 

Azerbaijan singer R.Beybudov. The author characterizes activities of the singer 

which has united national, opera and variety styles which are closely 

interconnected. Result of bright virtuosity of the singer became creation of 

ingenious images, both on the screen, and on an opera stage. R.Beybudov’s talent 

as singer and actor has proved in an embodiment of idea of creation of Song 

                                                 

*

 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 



 


KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



365 

Theatre. In this article features of interpretation of vocal products of different 

genres are also considered. 

Key words: Azerbaijan, singer, actor, style, vocal. 

  

Резюме 

Статья  посвящена  изучению  самобытного  и  оригинального  стиля 

выдающегося  Азербайджанского  певца  Р.Бeйбутова.  Автор  характеризует 

творческий  почерк  певца,  соединивший  в  себе  народный,  оперный  и 

эстрадный  стили,  которые  тесно  взаимосвязаны.  Результатом  яркого 

артистизма певца стало создание гениальных образов, как на экране, так и на 

оперной сцене. Талант Р.Бейбутова как певца и актера в полной мере проявил 

себя  в  воплощении  идеи  создания  Театра  песни.  В  статье  также 

рассматриваются  особенности  интерпретации  вокальных  произведений 

разных жанров в исполнении Рашида Бейбутова.  



Ключевые слова: Азербайджан, певец, актер, стиль, вокал. 

 

Xülasə 

Məqalə böyük Azərbaycan müğənnisi R.Behbudovun özünəməxsus və orijinal 

üslubunun öyrənilməsinə  həsr olunmuşdur. Müəllif müğənninin yaradıcılıq dəst-

xəttində bir-birilə  sıx qarşılıqlı  əlaqədə  təzahür edən xalq, opera və estrada 

üslublarını  səciyyələndirir. Müğənninin parlaq artistizmi sayəsində filmlərdə  və 

opera səhnəsində dahiyanə obrazlar yaratmışdır. R.Behbudovun müğənnilik və 

aktyorluq istedadı Mahnı teatrının yaradılması ideyasının təcəssümündə özünü tam 

büruzə vermişdir. Məqalədə R.Behbudovun ifasında müxtəlif janrlı vokal əsərlərin 

təfsir xüsusiyyətləri işıqlandırılır.  

Açar sözlər: Azərbaycan, müğənni, aktyor, üslub, vokal. 

 

 



Rəşid Behbudov Azərbaycan musiqi mədəniyyətinin parlaq simalarındandır. 

Rəşid Behbudovun bənzərsiz mahnı ifaçılığı üslubu, səhnə  və ekran obrazları, 

təşkilatçısı  və  bədii rəhbəri olduğu Mahnı Teatrı – bütün bunların hər biri böyük 

sənətkarın yaradıcılığının şaxələri olmaqla, həm də milli musiqi ifaçılığı sənətində 

açdığı yeni yolun başlanğıcıdır.  

Rəşid Behbudov öz səsinin qüdrəti ilə demək olar ki, bütün dünyanı dolaşmış, 

öz mahnıları ilə milyonların ürəyini fəth etmiş, Azərbaycan musiqisini ən müxtəlif 

millətlərdən olan insanlara sevdirmişdir.  

R. Behbudovun bir müğənni kimi sənətinin qaynaqları dərin və çox şaxəlidir: 

bir tərəfdən, o, Azərbaycan xanəndəlik sənətinin, bilavasitə Qarabağın musiqi 

ənənələri ilə  sıx bağlıdır. Onun atası  Məcid Behbudov Qarabağ xanəndəlik 

məktəbinin parlaq nümayəndələrindən biri, muğam və xalq mahnılarının gözəl 

ifaçısı, gözəl pedaqoji istedada malik ziyalı bir insan idi. Məhz atasının rəhbərliyi 



KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

366 

altında Rəşid Behbudov əsil sənətkarlıq məktəbi keçmişdir. Bu da onun öz 

yaradıcılığında zəngin xalq mahnı irsinə müraciət edərək, onların özünəməxsus 

tərzdə ifaçılıq təfsirini yaratması üçün bir özül olmuşdur.  

Digər tərəfdən isə o, italyan vokal məktəbinin səciyyəvi üslub xüsusiyyətlərini 

özündə ehtiva edir. Rəşid Behbudovun ifaçılığı vokal üslubun əsaslarına 

dayaqlanır. Belə ki, o, dövrünün görkəmli müğənnilərindən – D.Andquladze və 

başqalarından vokal dərsləri almış, opera səhnəsində  təcrübə keçmiş, vokal 

ifaçılığının sirlərini dərindən mənimsəmişdir. Bütün bunlar onun ifaçılıq üslubunda 

qeyri-adi bir vəhdətdə  təmsil olunmuş, onun yaradıcılığının  şaxələrində öz əksini 

tapmışdır. 

Rəşid Behbudovun səs tembri zəngin çalarlı olub, öz keyfiyyətinə görə 

baritonal tenor idi. Həm elmi ədəbiyyatda, həm də dövrü mətbuat səhifələrində 

çıxan məqalələrdə Rəşid Behbudovun səs tembri lirik tenor kimi göstərilir. Lakin 

onun oxuduğu musiqi nümunələrinin təhlili, səs yazılarının öyrənilməsi sübut edir 

ki, onun səs tembri özündə tenor və bariton səslərinin xüsusiyyətlərini birləşdirirdi. 

Onun səs diapazonunun həm tenor, həm də bas səslərinə  məxsus çərçivəni  əhatə 

etməsi də bunu deməyə əsas verir.  

Ümumiyyətlə, R.Behbudovun yaradıcılıq diapazonu geniş idi. O, Azərbaycan 

xalq mahnıları ilə yanaşı, dünya xalqlarının mahnılarına, həmçinin, klassik irsə, 

bəstəkar yaradıcılığına, mahnı, romans, ariya, ariozo kimi janrlara müraciət 

etmişdir və hər bir sahədə də dəyərli nailiyyətlərə nail olmuşdur. 

R.Behbudovun xalq mahnı ifaçılığına gətirdiyi yeni cəhətlərdən biri qədim 

dövrlərdə yaranmış,  şifahi  şəkildə xalq ifaçılıq praktikasında yaşayaraq, yaddaş 

vasitəsilə bizə  gəlib çatmış misilsiz inciləri R.Behbudovun öz yaradıcılıq 

süzgəcindən keçirərək mənimsəməsindən və yeni cizgilərlə dinləyiciyə  təqdim 

etməsindən ibarətdir.  

İkinci bir cəhət müğənninin mahnının musiqi və poetik mətnini dərindən 

duyması ilə bağlıdır. Məhz bunun nəticəsində onun oxuduğu hər bir mahnıda məna 

çalarları qabarıq üzə çıxaraq, qeyri-adi bir effekt yaradır və R.Behbudovun ifaçılıq 

təfsirində yaddaşlara həkk olunur. Belə mahnılar çoxdur: məsələn, “Qalalıyam”, 

“Qoy yarım gəlsin”, “Gözəlim sənsən”, “Küçələrə su səpmişəm” və s. O, məhz səs 

boyaları ilə, sanki rəssam kimi, mahnıda əks olunmuş mənzərəni, əhval-ruhiyyəni, 

duyğuları təsvir edir.  

Xalq ifaçılığı üslubuna toxunarkən, daha bir cəhəti qeyd etmək vacibdir ki, bu 

da R.Behbudov tərəfindən Azərbaycan xalq mahnılarının beynəlxalq miqyasda 

təbliği ilə bağlıdır. Müasir dövrdə xüsusi aktuallıq qazanmış bu məsələ  hələ XX 

əsrin ortalarında R.Behbudov tərəfindən uğurlu həllini tapmış, dünyanın  ən 

müxtəlif yerlərində, müxtəlif millətlərə məhz Azərbaycan dilində, Azərbaycan xalq 

mahnısı kimi təqdim olunmuş və tanıdılmışdır.  

R.Behbudovun yaradıcılığındakı ikinci istiqamət opera ifaçılığı ilə əlaqədardır. 

Bu da onun mükəmməl vokal texnikasına malik olaraq, özünü opera artisti kimi 

təsdiq etməsindən irəli gəlir. R.Behbudovun musiqili səhnə fəaliyyətində iki əsərdə 

yaratdığı obrazı  mərhələ saymaq olar: Üzeyir Hacıbəyovun “Arşın mal alan” 



KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



367 

musiqili komediyasında  Əsgər obrazı, Fikrət  Əmirovun “Sevil” operasında Balaş 

obrazı. 

Adı  çəkilən  əsərlər müxtəlif dövrlərdə yaranmış, müxtəlif yaradıcılıq dəst-

xəttinə malik bəstəkarlara məxsusdur, onlar janrına və üslubuna görə  fərqlidir. 

Təbiidir ki, R.Behbudovun təfsirində də bu əsərlərdəki əsas obrazlar özünəməxsus 

keyfiyyətlər kəsb etmiş və müəyyən dərəcədə əsərin uğurlu səhnə və ekran həllinə 

şərait yaratmışdır.  

Məlum olduğu kimi, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili 

komediyasının ekranlaşdırılması zamanı (1945) Əsgərin partiyası Rəşid Behbudov 

tərəfindən ifa olunmuş və bu obraz R.Behbudov yaradıcılığında xüsusi bir mərhələ 

təşkil etmişdir

1

. R.Behbudov əsərin baş  qəhrəmanı  Əsgərin obrazına olduqca 



həssaslıqla yanaşmış  və dinamik xarakterli bir surət yaratmışdır.  Əsgərin dərin 

məhəbbət hissələri, gənclik ehtirası, xoşbəxtlik arzuları R.Behbudov tərəfindən 

səmimiyyətlə  təqdim edilir. Bu rolda o, əsil aktyorluq məharətini və müğənnilik 

istedadını nümayiş etdirə bilmişdir. R.Behbudovun yaradıcılığında məhz bu 

cəhətlər qovuşaraq, onun dəst-xəttinin aparıcı xüsusiyyətinə çevrilmişdir.  

Bütün dünyada məşhurlaşmış “Arşın mal alan” filmini, Üzeyir Hacıbəyli 

musiqisini və  Rəşid Behbudovun Əsgərini milyonlarla tamaşaçı alqışlamışdır. 

Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası 49 ölkədə, 120 teatrın 

səhnəsində oynanılmış, ekranlaşdırıldıqdan sonra isə 130 ölkəyə satılaraq, 186 dilə 

dublyaj edildi

2

. Rəşid Behbudov öz xatirələrində yazırdı: “Hansı ölkəyə 



gedirdimsə, görürdüm ki, “Arşın mal alan” məni qabaqlayıb və öz işini görüb. Bu 

ölkədə məni artıq köhnə bir dost kimi, öz doğma adamları kimi qəbul edirdilər”

3

.  


Rəşid Behbudovun ekranda yaratdığı arşınmalçı obrazı, eyni zamanda, bir çox 

ölkələrdəki rejissorları Üzeyir Hacıbəylinin bu əsərinə müraciət etməyə 

ruhlandırmışdı. Bununla yanaşı, Rəşid Behbudov Əsgər obrazını  səhnədə  də 

oynamışdır. 1956-cı ildə R.Behbudov bu obrazı  səhnədə  də yaratmışdır. 1956-cı 

ildə Moskvada K.Stanislavski və N.Nemiroviç-Dançenko adına teatrda “Arşın mal 

alan” səhnəyə qoyulan zaman Rəşid Behbudov baş rolda çıxış etmək üçün dəvət 

olunmuşdur. Həmin tamaşa böyük müvəffəqiyyət qazanmış, Rəşid Behbudov öz 

gözəl ifası ilə tamaşaçıları heyran etmişdir.  

 1953-cü  ildə Fikrət  Əmirovun “Sevil” operası Azərbaycan Dövlət Opera və 

Balet teatrının səhnəsində tamaşaya qoyuldu. Bu əsərdə  Rəşid Behbudovun 

                                                 

1

 Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası 1973-cü ildə  Rəşid 



Behbudovun iştirakı ilə  qrammofon valına yazılmışdır. Digər rolların ifaçıları Fidan 

Qasımova, Xuraman Qasımova, Mürsəl Bədirov, Əli Haqverdiyev və başqalarıdır. Dirijor 

Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə. 

(orkestrləşdirmənin və redaksiyanın müəllifi Niyazidir). 

2

 Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasına həsr olunmuş  İnternet 



saytında  əsərin səhnə  təcəssümünün coğrafiyasına dair ətraflı  məlumat verilir: 

http://arshin.musigi-dunya.az   

3

 Bax: Əliyeva F. “Arşın mal alan - Rəşid Behbudov - Arşın mal alan”. // “Azərbaycan-



İrs” jurnalı, No.8, 2001. s.72. 


KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

368 

yaratdığı Balaş obrazı onun opera artisti kimi ilk rolu idi. Əvvəlcə  zəngin, 

təkəbbürlü bir obraz kimi təsvir olunan, sonra isə Azərbaycanda baş verən ictimai-

siyasi hadisələr nəticəsində müflisləşmiş  təbəqənin bir nümayəndəsi olan Balaş 

obrazını Rəşid Behbudov xüsusi bir məna dərinliyi ilə yaratmışdır

4

.  


“Sevil” operası bu gün də  səhnədədir. Operanın ifaçılarının neçə  nəsli 

dəyişmişdir. Lakin Rəşid Behbudovun adı məhz bu əsərdə yaratdığı obrazla opera 

ifaçılığı tarixinə  həkk olunmuşdur. Rəşid Behbudovun opera səhnəsində  çıxışı 

Balaş obrazı ilə bitsə də, bir sıra klassik opera ariyaları onun repertuarına daxil idi. 

Bunlardan C.Puççininin “Bohema” operasından Rudolfun ariyasını və s. qeyd edə 

bilərik ki, konsert səhnəsində o, həmin opera ariyalarını böyük zövqlə ifa etmişdir. 

Həmin ifalar onun səsyazıları kolleksiyasında və kinolentlərində qorunub 

saxlanmışdır.  

Rəşid Behbudovun yaradıcılığının üçüncü istiqaməti bəstəkar  əsərlərinin – 

Azərbaycan bəstəkarlarının mahnı və romanslarının ifası ilə bağlıdır. R.Behbudov 

Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk və təkrarsız ifaçısı 

olub. Tofiq Quliyev, Cahangir Cahangirov, Səid Rüstəmov, Qara Qarayev, Fikrət 

Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Arif Məlikov, 

Oqtay Kazımov, Asya Sultanova, Ruhəngiz Qasımova və b. bəstəkarların mahnı və 

romansları R.Behbudovun repertuarını bəzəyirdi.  

R.Behbudovun repertuarındakı mahnılar janr xüsusiyyətlərinə görə müxtəlifdir: 

lirik, vals, marş, məzəli mahnı janrları,  əmək mahnıları, mərasim mahnıları, 

romanslar, xalq mahnıları, ariyalar, ariozolar, dünya xalqlarının mahnıları. 

Məlum olduğu kimi, Rəşid Behbudov özü də mahnılar bəstələyirdi: “Ankara və 

İstambula salamlar” mahnısını o, Türkiyəyə qastrol səfəri zamanı yazmış  və ilk 

dəfə bu ölkədəki konsertləri zamanı ifa etmişdir. Bundan başqa, onun 

“Azərbaycan”, “Əlvida”, “Bayatılar” kimi mahnıları da konsertlərində səslənirdi. 

Fikrət  Əmirov Rəşid Behbudovun ifaçılıq üslubunu qiymətləndirərək yazırdı: 

“Səsindəki məlahət, aydın, gözəl tələffüz,  şirin ləhcə, sənət ehtirası onu 

dinləyicilərə sevdirən  əsas məziyyətlərdir. Onun duruşu, baxışı, hərəkətləri 

ölşülüb-biçilmiş, düşünülmüşdür. Beləliklə  də, ifaçı ilə auditoriya arasındakı 

səmimiyyət səhnə ilə auditoriya arasında məsafəni aradan qaldırır, estetik ünsiyyət 

yaradır. Rəşidin fəaliyyəti bizə müğənninin bəstəkarla işi barədə ciddi mülahizələr 

söyləməyə imkan verir. Rəşidlə  işləyən hər kəs bunu yəqin ki, təsdiq edər. O, 

səbirli, təmkinli, yorulmaq nə olduğunu bilməyən, gecəni gündüzə qatan, sənətə 

bütün varlığını verən, bəstəkardan nə istədiyini çox gözəl bilən, bəstəkar 

fantaziyasını daha çox qanadlandırmağı bacaran bir istedaddır”

5



                                                 



4

 Fikrət  Əmirovun “Sevil” operası 1953-cü ildə  Rəşid Behbudovun iştirakı ilə 

qrammofon valına yazılmışdır. Digər rollarda V.Abişeva, R.Cabbarova, A.Bünyadzadə və 

başqaları  çıxış etmişlər. Dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərliyi altında Azərbaycan 

Dövlət Opera və Balet teatrının orkestri və xorunun müşayiəti ilə. 

5

 Əmirov F. İfaçılıq - tələbkarlıq.// “Musiqi aləmində”. Bakı, Gənclik, 1983. s.108-109. 




KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



369 

R.Behbudovun ifaçılıq üslubundan danışarkən, qeyd etmək lazımdır ki, o, ifa 

etdiyi  əsərlərdə - mahnı, romans, ariya və s. yüksək bədii ustalıqla və qeyri-adi 

dəqiqliklə məna vurğularını qabardır, müəllif düşüncəsinin dərin qatlarını aça bilir 

və yaratdığı obrazı canlandırmağı, görümlü etməyi bacarırdı. Onun ifa edərək 

yaratdığı hər bir mahnı əsil sənət zirvəsinə çevrilirdi. 

Belə bir məşhur fikir var ki, mahnı iki istedadın vəhdətindən, bəstəkar və şairin 

sənət ünsiyyətindən yaranır. Sübhəsiz, mahnı - gözəl melodiya, dolğun və mənalı 

söz deməkdir. Bizcə, mahnıdan danışanda, onun ifaçısını da qeyd etmək lazımdır 

və mahnı üç istedadın vəhdətindən yaranır - desək, daha doğru olar. 

Məlum həqiqətdir ki, bəstəkar və ifaçı ünsiyyəti sənət əsərlərinin yaranmasında 

və  mədəniyyət xəzinəsinin bir incisinə çevrilməsində mühüm əhəmiyyətli bir 

faktordur. Belə bir bəstəkar - ifaçı ünsiyyətinin bəhrələrini, Azərbaycanın iki böyük 

sənətkarının - Tofiq Quliyevin və Rəşid Behbudovun qarşılıqlı yaradıcılıq əlaqəsi 

timsalında izləmək olar. 

Rəşid Behbudov, demək olar ki, sənət yolunun başlanğıcından Tofiq Quliyevin 

mahnılarına müraciət etmiş, onları öz repertuarına daxil etmişdir.  İki böyük 

sənətkarın - bəstəkar və ifaçının qarşılıqlı sənət əlaqəsindən yaranan musiqi əsərləri 

musiqi tariximizin səhifələrinə yazılmış, xalqın yaddaşına həkk olunmuşdur.  

Xatırladaq ki, Azərbaycanda estrada musiqi janrlarının ilk nümunələrinin 

yaranması T.Quliyevin adı ilə bağlıdır. Bu janrların təşəkkülü və inkişafında 

bəstəkarın rolu böyükdür. Tofiq Quliyevin yaradıcılığında mahnı janrı xüsusi yer 

tutur.  

R.Behbudovla T.Quliyevin yaradıcılıq  əməkdaşlığının başlanğıcı 1940-cı 

illərə, T.Quliyevin rəhbərliyi altında ilk Azərbaycan caz orkestrinin yaranaraq, 

fəaliyyətə başladığı zamana təsadüf edir. T.Quliyevin “Süfrə mahnısı”nı (mahnının 

sözləri R.Behbudova məxsusdur) müğənni böyük şövqlə,  əsl artistizmlə 

səsləndirirdi. Parlaq milli koloriti ilə seçilən bu mahnı müxtəlif millətlərdən olan 

dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanırdı. Məhz bu mahnı ilə iki böyük 

sənətkarın - Rəşid Behbudovun və Tofiq Quliyevin ömürlük sənət dostluğunun 

təməli qoyulmuşdur. Sonrakı illərdə  də xalqın sevimlisi olan bu iki sənətkarın 

qastrolları  hər yerdə anşlaqla keçmiş, onların birgə  çıxışları dinləyicilərə böyük 

zövq aşılamışdır. Onların yaradıcılıq  əməkdaşlığı  nəticəsində Azərbaycan estrada 

musiqisinin klassik nümunələri meydana gəlmişdir. Onların birgə konsertləri və 

qastrol səfərləri Azərbaycanın milli musiqi mədəniyyətini geniş miqyasda təbliğ 

edərək, dünyaya tanıtmışdır.  

R.Behbudovun repertuarında T.Quliyevin müxtəlif məzmunlu lirik mahnıları 

xüsusi yer tutur. Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə yazdığı “Sənə də qalmaz” 

mahnısı Rəşid Behbudovun təfsirində həm kədərli, həm də ehtiraslı əhval-ruhiyyəsi 

ilə diqqəti cəlb edir. Gözəlliyin daimi olmadığı fikri mahnıda qırmızı xətlə keçir. 

Vokal partiyadakı muğamvari gedişlər mahnıya qeyri-adi duyğular aşılayır. 

T.Quliyevin “İlk bahar” (Z.Cabbarzadənin sözlərinə) mahnısında R.Behbudov 

baharda çiçəklənən işıqlı məhəbbəti ilhamla tərənnüm edir. Digər mahnıları kimi, 

T.Quliyev “Bəxtəvər oldum” (Xaqaninin sözlərinə) romansını da məxsusi olaraq, 




KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

370 

R.Behbudovun səsi üçün yazmış  və  əsərin ilk ifaçısı R.Behbudov olmuşdur. Bu 

romansda da sevgilisinin vüsal həsrəti ilə alışıb yanan qəhrəmanın obrazı ehtiraslı, 

lirik, şairanə cizgilərlə canlandırılır. Beləliklə, hər bir mahnıda R.Behbudov zövqlə 

işlənmiş özünəməxsus bədii obraz yaratmağa nail olur.  

Rəşid Behbudovun çoxcəhətli istedadının tam açılması baxımından onun kino 

rolları xüsusi əhəmiyyət təşkil edir. “Arşın mal alan”dan (Ü.Hacıbəylinin  əsəri 

əsasında, 1945) sonra onun çəkildiyi ikinci musiqili film “Bəxtiyar” (T.Quliyevin 

musiqisinə, rejissor L.Səfərov, 1955) filmi diqqətəlayiqdir.  

Rəşid Behbudovun bu filmdə baş rolu ifa etməsi “Bəxtiyar”ın tamaşaçılar 

tərəfindən maraqla baxılmasına səbəb olmuşdur. Filmin ikinci adı “Sevimli 

mahnılar”dır ki, bu da onun məhz musiqili film olması ilə bağlı idi. Bundan başqa, 

bunda bir rəmzi məna da görürük, belə ki, həqiqətən də bu filmdə  səslənən 

mahnılar film ekranlara çıxan gündən bu vaxta qədər dillər əzbərinə çevrilmiş və 

xalq arasında  ən çox sevilən mahnılardan olmuşdur. Hətta R.Behbudovun 

“Bəxtiyar” filmindəki rolu o qədər sevilmişdi ki, xalq arasında həmin rolu 

müğənninin avtobioqrafik rolu kimi qəbul edirdilər.  

Bu filmin daha bir diqqətəlayiq cəhəti ondan ibarətdir ki, burada Tofiq Quliyev 

və  Rəşid Behbudovun yaradıcılıq ünsiyyəti qabarıq surətdə öz əksini tapır. Qeyd 

etmək lazımdır ki, bu film məxsusi olaraq Rəşid Behbudov üçün yaradılmışdır. 

Belə ki, baş rolda R.Behbudovun çəkilməsi, neftçi - müğənni Bəxtiyar obrazını 

yaratması və bütün mahnıları onun özünün ifa etməsi R.Behbudovun həm aktyor, 

həm də müğənni kimi istedadının böyüklüyünü, yaradıcılıq potensialını bir daha 

sübut edirdi.  

Digər bir tərəfdən, bu iş filmin yaradıcıları qarşısında müəyyən vəzifələr 

qoyurdu. Belə ki, dahi Üzeyir bəyin  əsərinin kino versiyasının  əsas surətlərindən 

biri kimi dünya ekranlarında məşhurlaşmış  Rəşid Behbudovu yenidən, yeni 

rakursda baş  qəhrəman timsalında ekrana çıxarmaq, təbii ki, böyük məsuliyyət 

tələb edirdi. Buna da yaradıcı qrup nail ola bildi.  

Filmin süjetini Neft daşlarında çalışan gənc Bəxtiyarın neftçidən istedadlı 

müğənniyə qədər keçdiyi yol və sevgi mövzusu təşkil edir. Mövzunun açılmasında 

musiqi mühüm rol oynayır. Filmdəki musiqi lirik, şux, nikbin, oynaq xarakterli 

olub, süjet xətti ilə  sıx  əlaqədardır və hadisələrin inkişafında mühüm əhəmiyyət 

kəsb edir. Filmdə  bəstəkar musiqi vasitəsilə kino əsərinin ideyasının bütövlükdə 

açılmasına nail olmuşdur.  

Bəxtiyar obrazının səciyyələndirilməsində  Rəşid Behbudovun oxuduğu 

mahnılar əsas vasitəçiyə çevrilir. Gənc neftçilərin, Bəxtiyar və dostlarının “Dostluq 

mahnısı” şux əhval-ruhiyyəsi ilə seçilir. Bəxtiyarın kədərli, nigaran hissləri Rəşid 

Behbudovun kiçik klubun səhnəsindən oxuduğu “Qızıl üzük” mahnısında öz əksini 

tapır. Filmdə ilk konsertini verən müğənni Bəxtiyarın repertuarında “Bakı haqqında 

mahnı” doğma şəhərinə sevgisini, vətənpərvərlik hisslərini tərənnüm edir. Bundan 

başqa, caz üslublu “Zibeydə”, tanqo ritmli “Sevgilim” mahnıları baş  qəhrəmanın 

obrazının dolğun təsviri, onun estrada səhnəsindəki uğurlarını  əks etdirməsi 

baxımından diqqətəlayiqdir. Filmin sonunda ifa olunan “Sevgi valsı”  əsərin 



KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



371 

qəhrəmanlarının çağlayan qarşılıqlı  məhəbbət hisslərini  əks etdirən tamamlayıcı 

epizod kimi mühüm əhəmiyyət kəsb edir. 

Yeri gəlmişkən, bir cəhəti də qeyd edək ki, T.Quliyevin filmə yazdığı mahnılar 

sonradan R.Behbudovun repertuarında özünəməxsus yer tutmuş  və konsertlərdə 

dəfələrlə  səsləndirilmiş, həmçinin, digər müğənnillər tərəfindən də ifa edilmişdir. 

Burada mahnının ekrandan həyata adlaması, müstəqil yaşaması prosesi göz 

qabağındadır. Bununla belə, “Bəxtiyar” filmi özü də tamaşaçılar tərəfindən çox 

sevilərək, bu gün də maraqla baxılır. Ekranlara çıxdığı gündən bu günə kimi, 

tamaşaçılar “Bəxtiyar” filminə  məhz Rəşid Behbudovun ifasında səslənən Tofiq 

Quliyevin mahnılarını dinləmək üçün tamaşa edirlər.  

Göründüyü kimi, Rəşid Behbudovun bəstəkarlarla yaradıcılıq  əlaqələri 

çoxcəhətli olmuşdur. Bəstəkar mahnılarının estrada səhnəsinə çıxarılması, musiqili 

filmlərin yaranması, ekranlarda göstərilməsi, qrammofon vallarına, kompakt 

disklərə, video lentlərə yazılması, onların dünya miqyasında təbliği və s. bu 

qəbildəndir.  

Rəşid Behbudovun yaradıcılıq üslubunun əsas cəhətlərindən biri kimi diqqəti 

cəlb edən müğənnilik və aktyorluq keyfiyyətlərinin qovuşması isə onun 

fəaliyyətinin digər sahələrində də özünü büruzə verir. Rəşid Behbudov tərəfindən 

Mahnı teatrının yaradılması bunun bariz nümunəsidir.  

Mahnı teatrı sintetik teatr sənətinin orijinal bir növü kimi həyata keçirilən ilk 

təcrübə idi. Burada hər şey ona doğru yönəlmişdi ki, mahnı yalnız dinlənilməsin, 

həm də görümlü olsun. Başqa sözlə desək, mahnı kiçik musiqili səhnə  şəklində 

təqdim olunur.  

Mahnıda öz əksini tapmış musiqi obrazı yalnız musiqinin ifadə vasitələri ilə 

deyil, həm də aktyor oyunu ilə açılır.  Əlbəttə ki, mahnının məzmunundan asılı 

olaraq, bu obraz müxtəlif səciyyə kəsb edir: gah təmkinli, gah ehtiraslı, gah da şən, 

oynaq. Mahnıdakı  əhval-ruhiyyənin yaradılmasında təsviri vasitələrdən, səhnə 

dekorasiyasından, ekranda göstərilən rəngli slaydlardan da istifadə olunur ki, bu da 

tamaşaçının diqqətini mahnının obrazı üzərində  cəmləşdirir və onun təxəyyülünü 

zənginləşdirir. Bu kimi mahnı  səhnələrindən məzmununa və süjet xəttinə görə 

orijinal bir teatr tamaşası meydana gəlir. Mahnılar arasında instrumental və 

xoreoqrafik epizodların verilməsi intermediya xarakteri daşıyır və kontrastlıq 

əmələ gətirir ki, bu da tamaşaların rəngarəng alınmasına xidmət edir.  

Rəşid Behbudovun yaradıcılıq təxəyyülünün məhsulu olan Mahnı teatrının 

tamaşalarında da musiqi, poeziya, xoreoqrafiya, teatr sənəti üzvi surətdə 

qovuşaraq, vəhdət  əmələ  gətirir. Burada hər bir sözün, hər bir hərəkətin, hər bir 

detalın müəyyən rakursdan mənalandırılması mühüm bədii  əhəmiyyətə malikdir. 

Şifahi  ənənəli xalq sənətinin incəliklərini, çağdaş musiqi və teatr sənətinin 

təmayüllərini dərindən mənimsəyən Rəşid Behbudov özəl xüsusiyyətlərə malik 

müasir musiqili teatr növü yaratmağa nail olmuşdur.  

Rəşid Behbudovun teatrında mahnı yeni bədii ifaçılıq cizgiləri kəsb edir. Bu 

teatrda səhnələşdirilən mahnıların estetik mənası qabarıq üzə  çıxarılaraq 



KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

372 

dinləyiciyə yeni bir təfsirdə  təqdim olunur, müasir həyat lövhələri, dolğun bədii 

surətlər yaradılır.  

Mahnı teatrının baş  qəhrəmanı da Rəşid Behbudov özü idi. O, hər  şeydən 

əvvəl, müğənni və aktyor kimi öz sənətkarlığını nümayiş etdirirdi. Bundan əlavə 

isə, o, həm də bir rejissor kimi çıxış edərək, tamaşanın quruluşunu, onun 

mərhələlərini ardıcıllıqla tənzimləyirdi. Tamaşanın hazırlanması prosesində onun 

bütün yaradıcılıq fantaziyası, zövqü, biliyi, bacarığı üzə  çıxırdı. O, sözün əsl 

mənasında, öz kollektivi ilə bərabər mahnı tamaşası yaratmağa nail olurdu.  

R.Behbudov öz ətrafına əsl peşəkarlardan ibarət böyük bir kollektiv toplamışdı. 

Burada vokal, instrumental və xoreoqrafik qrup təmsil olunmuşdu, müxtəlif 

amplualı müğənnilər,  ənənəvi estrada və milli musiqi alətləri ifaçıları, rəqqaslar 

fəaliyyət göstərirdi. Xüsusilə kollektivin musiqi rəhbəri, tanınmış pianoçu və 

bəstəkar Rafiq Babayevin rolu böyük idi. Onun yaratdığı və səsləndirdiyi musiqi öz 

virtuoz estrada üslubu ilə yanaşı, dərin milli xüsusiyyətləri ilə  fərqlənirdi. 

Ümumiyyətlə, Mahnı teatrının tamaşalarının tərtibatı da bu ruhda olub, milliliyi və 

müasirliyi ilə, parlaq teatrallığı ilə yadda qalırdı.  

Mahnı teatrının fəaliyyəti kinematoqrafçıları da ruhlandırmışdı. 

“Azərbaycanfilm” kinostudiyasında çəkilən “Min birinci qastrol” filmində teatrın 

bütün kollektivi ilə  iştirak etməsi, uğurlu bir ekran əsərinin yaranması ilə 

nəticələndi. Maraqlı süjet xəttinə malik bu filmdə  də baş rolu Rəşid Behbudov 

canlandırmışdı.  

Əlbəttə ki, R.Behbudovun yaradıcılıq portretini yaratmaq, onun irsinə müraciət 

etmək, onun ifaçılıq təfsirinin xüsusiyyətlərini açmaq çox çətin və  əhatəli bir 

mövzudur. Lakin məqalənin həcmini nəzərə alaraq, biz yalnız ümumi cəhətləri 

vurğulamaqla kifayətlənmişik. Rəşid Behbudovun yaradıcılıq  ənənələri, onun 

ifaçılıq xüsusiyyətləri ondan sonra digər müğənnilər tərəfindən mənimsənilərək, 

genişləndirilmiş və inkişaf etdirilmişdir. Bu gün də Azərbaycan musiqisində Rəşid 

Behbudovun davamçıları yetişir.  



 

 

 

Yüklə 407,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə