Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə10/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   6   7   8   9   10   11   12   13   ...   133

 

33 


Ocaqçı  öz  Həyat  Dəftərində  bu  sözləri  yazmağa  haqq  qazanmalıdır: 

“Mən Vətənsizliklə həmişə döyüşürəm”. 

Vətənsizliklə Mübarizənin çeşidləri müxtəlifdir. 

Müəllim  dərslərində,  qələm  əhli  əsərlərində,  işçi  müəssisələrdə, 

tələbə 

auditoriyada, 

yataqxanada 

Vətənsizliyi 

ifşa 

etməlidir, 



Vətənsevərliyi təbliğ etməlidir.  

 

Ocaqçının ikinci düşməni – Məhəbbətsizlikdir.  



Həyatımızda İnsana Məhəbbət azalıb, İnsan Ləyaqəti tapdanır.  

Müqəddəslik  duyğusunun  sönməsi  nəticəsində  İnsani  əlaqələrdə 

Gözəllik,  Şeiriyyət  yoxa  çıxmaqdadır.  İnsana  Heyrətli  münasibət  tükənir. 

Sevgi ucuzlaşıb, bayağılaşıb, nəşəsevərlik aşiqliyi üstələyir.  

Övladın  Valideynə,  Qadının  Ərə,  Bacının  Qardaşa  münasibətində 

biganəlik,  soyuqluq,  yadlıq  görünür.  Həyat  Gözəlliyini,  Cazibədarlığını 

itirir. Nəsimilərin, Füzulilərin atəşin, ehtizazlı Ruhu ürəkləri tərk edir.  

Qəddarlıq, Yırtıcılıq, didib-parçalamaq Ehtirası Dünyanı bürüyüb.  

Qeyrətsizliyə, İsmətsizliyə, Xəyanətə qarşı Nifrət duyğusu azalıb. 

Qəbahətə alışmaq təhlükəsi meydana çıxıb.  

İnsan öz böyüklüyündən ayrılmaqdadır.  

Ocaqçı  dəhşətli  Məhəbbətsizlik  çirkabının  Ürəklərə  axmasına  biganə 

baxa bilməz. O, Məhəbbət uğrunda, İnsan uğrunda döyüşməlidir. 

O,  ətrafındakıları  başa  salmalıdır  ki,  Məhəbbətsizlik  Həyatın  normal 

vəziyyəti deyil, xəstə vəziyyətidir.  

Məhəbbətsiz İnsan heç yarıminsan da deyil.  

Məhəbbəti itirən Dünya Antidünyadır.  

Ocaqçı  Məhəbbətsizlik  Kahinlərinin  çürük  fikirlərini  ifşa  etməli,  Xalqı 

murdar təsəvvürlərin təsirindən xilas etməlidir.  

Ocaqçı  Ümumdünya,  Şərq  və  Azərbaycan  İdrakının,  Bədiiyyatının 

Qüdrətini  Məhəbbətsizliyə  qarşı  qoymalı,  Ülvi  Gözəllik  vasitəsilə  mənfur 

eybəcərliyi rədd etməlidir.  

Ocaqçı Məhəbbətsizliklə həm də öz şəxsi Həyatında vuruşmalıdır.  

Məhəbbətsizlik səfsəfəsinə uyana Ocaqda yer yoxdur! 

 

Ocaqçının üçüncü düşməni – Yalandır! 

Yalanın çeşidləri çoxdur, ancaq o, hər çeşiddə eybəcərdir.  

Yalana tapınan Həyat – Ölən Həyatdır! 

Ocaqçı hər cür Yalanla döyüşməlidir: 

Müəllimin dilindən çıxan Yalanla.  

Kitabda yazılan Yalanla. 

Tərif şəkilli Yalanla, yaxud tənqid şəkilli Yalanla. 

Yalançı Məhəbbətlə, Yalançı Mədəniyyətlə.  



 

34 


Yalançı Alimliklə, Yalançı Şairliklə. 

Rütbələrin pərdələdiyi Yalanla. 

Yalançı Andlarla.  

Yalançı Qəhrəmanlıqla.  

Yalançı Heyranlıqla. 

Yalançı Xalqsevərliklə.  

Yalançı Savadla.  

Yalançı Bəşərsevərliklə.  

Yalançı Sənətlə.  

Yalançı Qeyrətlə.  

Yalançı Gözəlliklə.  

Yalançı Sədaqətlə.  

Ocaq Yalanı Həyatdan qovmalıdır! 

Ocaq Yalana alışmaq bəlasını dəf etməlidir! 

Dünyada  Yalana  alışanlar,  Həyatı  Yalansız  təsəvvür  edə  bilməyənlər 

var. Onların düşüncələrini tar-mar etmək gərəkdir!  

Çünki bədbinlik zəlilliyi Yalana müqavimətsiz qələbələr gətirir.  

Ocaqçı  sübut  etməlidir  ki,  Yalana  heç cür  bəraət  qazandırmaq  olmaz, 

əsil  Həyatın  Yalana  ehtiyacı  yoxdur,  Yalan  heç  vaxt  Bəşəriyyətə  gərək 

olmayıb,  Yalana  tapınmaq  –  əxlaqsızlıqdır,  Yalanın  yayılması  Mənəvi 

Böhran əlamətidir.  

Ocaqçı  göstərməlidir  ki,  Yalan  vasitəsilə  əldə  edilən  Nailiyyət  əslində 

Məğlubiyyətdir, çünki burada İnsani Ləyaqət məhv olur.  

Ola bilsin ki, Yalançının Qəbahətini heç kim  bilməsin, ancaq özü bilir. 

Ləyaqətini qurban verir, sonra Ləyaqətsizliyə alışır və Mənən ölür.  

Ocaqçı  ətrafdakılara  başa  salmalıdır  ki,  Yalançı  Ziyalı  –  Tüfeylidir, 

çünki İdraka, Həqiqətə, Vətənə heç nə vermir.  

Onun Rütbəsi parlaqdır, Ağlı yox. 

Ocaqçı  sübut  etməlidir  ki,  Yalançı  Sənət  –  Sənət  deyil,  çünki  onda 

Təbii Hiss və Ağıl yoxdur, Oyun var.  

Ocaqçı  Söz  ilə  İş  arasında,  Əlamətlə  Mahiyyət  arasında  olan  fərqi 

görməli və göstərməlidir.  

Ocaqçı 

böyük  Sözlərin 



kiçik 

Niyyətlərə 

qurban  verilməsinə 

dözməməlidir.  

 

Ocaqçının digər düşməni – Ədalətsizlikdir.  



Nə üçün Pislər Yaxşıları üstələyə bilsinlər? 

Nə üçün Yaltaqlar, Azğınlar Həyat nərdivanına dırmaşa bilsinlər? 

Nə üçün Sünilik Təbiiliyi kölgədə qoysun? 

Nə üçün Təmiz Yoxsul olsun, Pozğun – Varlı? 




 

35 


Niyə  Əyyaş,  Qeyrətsiz,  Vətənsiz  –  Namuslunun,  Fədakarın  Taleyini 

həll eləsin? 

Niyə  vəzifəyə  və  pula  hörmət  –  Ağıla  və  İstedada  Hörməti  geridə 

qoysun? 


Niyə Müqəddəslik məsxərəyə qoyulsun, Eybəcərlik dağ başına çıxsın? 

Niyə armudun yaxşısını ayı yesin? 

Niyə özünə bənzəmək Qəbahət sayılsın? 

Niyə Mütilik Sədaqət sayılsın? 

Niyə Mənsəbpərəstlik Dahilik hesab olunsun? 

Tüfeylilər niyə bu qədər çoxalıb? 

Ənənəni inkar etmək niyə Qəhrəmanlıq adlandırılsın? 

Bu kimi suallar Ocaqçının Qəlbində səslənməlidir.  



Ocaqçı Ədalətsizliyin Qənimi olmalıdır! 

Ocaqçı  bilməlidir  ki,  Ədalətin  tapdanması  –  Dünyaya,  Həyata,  İnsana 

İnamın  alçaldılması,  İnsanın  Həyatdan  küsməsi,  Gözəlliyin  təhqir 

olunması deməkdir. 

Ədalətsizlik  –  yalnız  ürəkləri  qanatmır,  Həyatı  Zülmətə  qərq  edir,  Şəri 

yüksəldir, Xeyiri alçaldır.  

Ədalətsizlik  bərqərar  olubsa  –  deməli,  Həyatın  təbii  axarı,  ahəngi 

pozulub.  Bəşəri  təhlükədən  xilas  etmək  üçün  Ədaləti  bərqərar  etmək 

lazımdır.  

Ocaqçı  həmişə  və  hər  yerdə  Ədalətsizliyi  ifşa  etməli,  onun  mənfur 

simasını  açıb  göstərməli,  başqalarında  buna  qarşı  dərin  Nifrət  duyğusu 

yaratmalıdır.  

 

Ocaqçının ardıcıl düşmənlərindən biri də – Meşşanlıqdır. 



Bütün  təbəqələrə  sirayət  edən  bu  eybəcərlik    –  Həyatda  güzərandan, 

məişət nemətlərindən başqa heç nə tanımır. İdeal Niyyətlər, Ali Duyğular 

ona yaddır.  

Meşşanlıq harada peyda olursa, orada nasiranəlik, bəsitlik, qanadsızlıq 

hökm sürür.  

Əgər Meşşan işçidirsə, onu işin Gözəlliyi yox, Qazancı maraqlandırır. 

Əgər  Meşşan  elm  adamıdırsa,  onu  İdrakın  verdiyi  Səadət  yox, 

İmtiyazlar cəlb edir.  

Əgər  Meşşan  musiqiçidirsə,  onu  ifa  etdiyi    sənətin  Mahiyyəti  yox, 

tamaşaçıların alqışı düşündürür. 

Əgər  Meşşan  vəzifə  sahibidirsə,  onu  Xalqın  mənafeyi  yox,  mənsəb 

pillələri cəlb edir.  

Meşşan  Həyat  tərzini  görəndə  elə  bilirsən  ki,  müqəddəs  kitablar 

yazılmayıb, Qəhrəmanlar  ömürlərini  İdeallarına  qurban verməyiblər,  dahi 

sənətkarlar Ülvi Duyğuları vəsf etməyiblər.  



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə