Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə12/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   8   9   10   11   12   13   14   15   ...   133

 

39 


Ancaq  o,  Keçmişin  Ədalətsizliyinə,  Zülmünə  qayıtmır,  Böyüklüyünə, 

Ölməzliyinə qayıdır.  

O,  görür  ki,  Nəsimilərin,  Füzulilərin  Ruhu  Ürəklərdə  kök  salmayıb. 

Bugünkülərin çoxu dahilərin adlarını bilir, Ruhunu bilmir.  

Onlar  Füzuli  Ülviyyətindən,  Nəsimi  Heyrətindən,  Muğam  Hikmətindən 

uzaqdırlar.  

Adət-ənənələrin  zahiri  tərəfi  mənimsənilib,  onların  arxasında  duran 

Məna indikilərə yabançıdır.  

Keçmiş ilə Bugün arasında süni sədd yaradılıb.  

Keçmiş ən çox qara rənglə çəkilir.  

Əslində  isə  biz  Keçmişimizlə  fəxr  etməliyik,  çünki  ən  dərin,  fəlsəfi, 

bədii, əxlaqi məsələləri qədim Müdriklərimiz həll ediblər.  

Ocaqçı  Keçmişə  arxalanır,  Bugünün  Eybəcərlikləri  ilə  döyüşür, 

Sabahı təsdiq edir.  

Ocaqçı  görür  ki,  müasir  Həyatda  Şərq  fəlsəfi-poetik  ənənəsinin  təsiri 

yox dərəcəsindədir.  

Ona görə də Şərqli Şərqliliyini itirib.  



Ocaqçı Şərq Ruhunu bərpa etməyi öz Müqəddəs Borcu sayır.  

Tarixdə  Ali,  Gözəl,  Mənalı  nə  olubsa,  qorunmalı,  bəslənməli,  Bəşərin 

Mənəviyyatına axıdılmalıdır! 

 

5. SABAHA  MÜNASİBƏT 



 

Ocaqçı  Sabah  yönlüdür,  Sabahla  təmasdadır,  Sabah  əsasında 

yaşayır, Sabahı hazırlayır.  

Ocaqçının  Sabahı  –  yeni  Mənəviyyat,  yeni  İdrak,  yeni  Həyat  Tərzi 

deməkdir.  

Yeni  Mənəviyyat  –  Müqəddəsliyə,  Ülviliyə,  Ruhani    Tamlığa 

əsaslanan Mənəviyyatdır.  



Yeni İdrak – İnsanı öz əsil Mahiyyətinə qaytaran İdrakdır.  

Yeni  Həyat  Tərzi  –  Özündənkeçməni,  Fədakarlığı,  Əxlaqi  Kamilliyi 

normaya çevirən Həyat Tərzidir.  



Ocaqçı Bugündə Sabah üçün yaşayan Şəxsdir.  

 

6. FƏLSƏFƏYƏ  MÜNASİBƏT 

 

Ocaqçı mürəkkəb, Ülvi, çoxçeşidli Fəlsəfi Fikri sxemlərə qurban verən 



Doqmatizmin, Ehkamçılığın düşmənidir.  

Fəlsəfəni məlum müddəalar  yığınına  çevirmək və  İdrakın minillik tarixi 

gedişinə, nailiyyətlərinə göz yummaq  – barbarlıqdır.  



 

40 


Fəlsəfəni  bitmiş,  tükənmiş  hesab  etmək,  alimliyi  əzbərçilik,  şərhçilik 

səviyyəsinə endirmək bədnam naşılıqdır.  

Dünyada  ən  Ali  İdraki  Fəaliyyət  sayılan  Filosofluq  bugün  ən  miskin 

peşə  vəziyyətinə  alçaldılıb.  Tutuquşuluq,  Qəzetçilik  və  Professorluq  

Fəlsəfəsi  –  fikirsizlik,  məddahlıq,  diplomatik  rəqqaslıq,  mütilik  səfsəfəsi 

törədib.  

Dünyanı  və  İnsanı  Saflaşdırmaq,  Yüksəltmək,  Kamilləşdirmək 

Qüdrətinə malik olan Fəlsəfə – bəsitliyi yaymaq, eybəcərliyi təsdiq etmək 

miskinliyinə endirilmişdir.  

Fəlsəfə ilə Xalq arasında uçurum yaranmışdır. 

Çinovnik  üslubunda  yazılmış  əsərlər  arxivlərdə,  kitab  anbarlarında  

tozlanır, jurnalları, qəzetləri dolduran sönük, idraksız yazılar oxunmur.  

Xalq “Filosofları” tanımır, çünki onlar Xalqa lazım deyillər.  

Ocaqçı belə hesab edir ki, Fəlsəfənin Peyğəmbərlik siqlətini, Ürəklərə, 

Ağıllara, Talelərə misilsiz təsirini, Xəlqi Mahiyyətini, İdraki Vüsətini, Poetik 

Pafosunu, Bədiiyyatını, müəyyən Məzmun və Forma Gözəlliyini, Həqiqət 

Eşqini, Cəngavərliyini bərpa etmək gərəkdir.  

Bu baxımdan, ən çox Zəka ilə Hissin, Təhlil ilə Şeiriyyətin,  Tədqiq ilə 

Vəhyin Vəhdətinə qayıtmaq və onu yüksək səviyyəyə qaldırmaq lazımdır.  

Fəlsəfə Şeir qədər, Musiqi qədər cazibədar olmalıdır. O, həm də İnsan 

ilə  Dünya  münasibətinə  aid  olan  böyük  suallara  daha  dərin  və  daha 

dürüst cavab verməlidir.  

Fəlsəfə  həm  Müəllim,  həm  Mənəvi  Həkim,  həm  Qəhrəman,  həm  də 

Ruhani Rəhbər rolunu öz üzərinə götürməlidir.  

Bu baxımdan, o, həm elm, həm sənət, həm İdraki fəaliyyət, həm əməli 

iş,  həm  tədqiqat,  həm  də  Peyğəmbərlik  olmalıdır.  O,  öz  böyüklüyüylə 

Vətən və Bəşəri təmsil etməlidir. 

Ocaqçı  bu  Fəlsəfənin  həm  tələbəsi,  həm  ardıcılı,  həm  də  keşikçisi 

olmalıdır.  

 

7. SƏNƏTƏ  MÜNASİBƏT 

 

Ocaqçı  –  Həyatı  sadəcə  təsvir  edən,  Yüksək  İdeallara,  Mənəvi 

Kamilliyə çağırmayan sənəti Sənət saymır.  

Ocaqçı  –  novatorluq,  orijinallıq  pərdəsi  altında  xəlqi  Mahiyyətə, 

Ənənəyə arxa çevirən təqlidçi sənəti Sənət saymır. 

Ocaqçı – Müqəddəslik Ruhuna yad olan həyasız sənəti Sənət saymır.  

Ocaqçı – məddah sənəti Sənət saymır. 

Ocaqçı – Fəlsəfi Təfəkkürlə təmasda olmayan, ondan bəhrələnməyən, 

onunla yanaşı addımlamayan sənəti Sənət saymır. 



 

41 


Ocaqçı  –  ucuz  Şöhrət  naminə  İdeal  Niyyətləri  bayağılaşdıran  hay-

küyçü sənəti Sənət saymır.  

Ocaqçı  – məzmun və forma  kamilliyindən,  gözəlliyindən məhrum  olan 

ilhamsız, ehtirassız, qanadsız  sənəti Sənət saymır.  

Ocaqçı  –  həyatı  ilə  yaradıcılığı  arasında  birlik  olmayan,  Xalqı  Ali 

Hisslərə çağıran, özü isə murdar yaşayan sənətkarı Sənətkar saymır. 

Ocaqçı  –  başabəla  şairlərin,  nasirlərin  pərpətöyün  kimi  artmasını 

ictimai bəla sayır.  

Ocaqçı  –  gənclərin  bir  qismi  arasında  geniş  yayılmış  şairə  pərəstiş 

avamlığını damğalamalıdır.  

Ocaqçı – yaranan kimi yoxa çıxan gündəlik sənəti Sənət saymır.  

Ocaqçı – fikirsiz, ilhamsız, cəsarətsiz, qeyrətsiz, təsvirçi tənqidi  Tənqid 

saymır.  

Ocaqçı  –  İdeala  çağıran,  Dünya  Bədii  Fikrinə  söykənən,  öz  Şərqi 

Mahiyyətinə  sadiq  olan,  Xalq  Mənəviyyatını,  İdrakını  ifadə  edən, 

Müqəddəsliyi  bərpa  edən  Fəlsəfi  Siqlətə,  Əxlaqi  Kamilliyə  malik  olan, 

Həyatdakı  eybəcərliklə  vuruşan  Filosoflar,  Cəngavərlər,  Cəfakeşlər 

yetirməyə qadir olan böyük Sənət istəyir.  

Belə  Sənət  hələ  yoxdur.  Ancaq  onun  yaranmasına  Ocaqçının  İnamı 

sonsuzdur.  

Ocaq öz Fəlsəfəsini yetirdiyi kimi, öz Sənətini də yetirəcəkdir.  

 

8. OCAĞA  MÜNASİBƏT 



 

Ocaq – Ocaqçının Müqəddəs Dünyasıdır, Həyatıdır, Səcdəgahıdır.  

Ocaqçının ən böyük Andı “Ocaq haqqı” sözləri olmalıdır.  

Ocaq Andına xilaf çıxmaq – Cinayətdir. 

Ocaq  Ocaqçının  ən  böyük  Dayağıdır.  Ocaqçı  həmişə  Qəlbən,  Mənən 

Ocaqla  olmalıdır.  İmtahan  verən  tələbə,  əsər  yazan  ziyalı,  övladını 

intizarla gözləyən Ana, ilk dəfə dərs keçən Müəllim, tamaşaçı qarşısında 

çıxış  edən  Aktyor,  Sevgilisindən  Məhəbbət  kəlməsi  gözləyən  Aşiq 

Ocaqdan  kömək  diləyir. Ailə  quran  Ocaqçı  toy məclisindən  əvvəl Ocağa 

gəlir,  Ocaqdan  Xeyir-dua  alır.  Ata  qarşısında  And  içir:  “And  içirəm, 

Məhəbbətimə Sədaqətli olacağam! Ocağıma layiq Ailə Başçısı olacağam. 

Övladlarımı  Ocaq  Ruhunda  böyüdəcəyəm.  Andıma  xilaf  çıxsam,  Ocaq 

Müqəddəsliyi mənə qənim olsun!” 

Ocaqçının iki doğuluş tarixi var: Həyata gəldiyi və Ocağa daxil olduğu 

gün, ay, il.  

Ocaqçının Ocaqdan gizli sirri yoxdur, çünki Ocaqdan kənarda Dünyası 

yoxdur.  

Ocaqçı Ocağa həmişə hesabat verir.  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə