Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə125/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   121   122   123   124   125   126   127   128   ...   133

 

438


ŞƏR  MƏHKƏMƏSİ 

Şər Xeyiri İttiham edə bilməz. 

Şərin İttihamını ittiham edirik. 

Məhkəməsini məhkum edirik. 

Cəzasını cəzalandırırıq. 

 

QANUN  LƏYAQƏTİ 

Ədalətə, Həqiqətə yad olan qanunları qanunsuz sayırıq. 



Onlara riayət etmək miskinliyinə alçalmırıq. 

Həqiqi, adil qanunlarımız – Ata qanunlarıdır. 



Onlardan başqa qanun tanımırıq. 

27 İnam günü, Od Ayı, 8-ci il. Bakı 

 

XALQÇILIQ   HƏQİQƏTİ 

Avropaya nifrətimiz yoxdur – Avropalaşmaya nifrətimiz var. 

Rusa nifrətimiz yoxdur – Ruslaşmaya nifrətimiz var. 

Erməniyə nifrətimiz yoxdur – Qisasçılığa nifrətimiz var. 

Gürcüyə nifrətimiz yoxdur – Yekəxanalığa nifrətimiz var. 

Avropalaşdıran Avropalı – Şərçidir. 

Ruslaşdıran Rus – Şərçidir. 

Qisasçı Erməni – Şərçidir. 

Yekəxana Gürcü – Şərçidir. 

Xalqların düşməni deyilik – Şərin düşməniyik. 

Xalqsevərliyimiz Bəşərsevərliyimizi rədd etmir! 

29 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 

DİLİMİZ – BİRLİYİMİZ 

Atayurd danışığında, Yazısında əcnəbi Sözləri işlətməmək! 

Ümumşərq Sözləri əcnəbi söz saymamaq, onlardan istifadə etmək 

– Şərq Birliyi naminə! 

Xəlqi Birliyimizi Şərq Birliyiylə yanaşı qoyuruq! 

 

MÜASİR  İRANA  MÜNASİBƏT 

Fars xalqına hörmət. 

Fars şovinistlərinə nifrət. 

Farslarla şərik sərvətlərimiz: 

Zərdüşt, Muğam, Nizami. 

Farslara hesabımız: 



Cənubi Azərbaycan. 

Şərq Birləşməli və Şərə qarşı durmalıdır. 


 

439


MÜASİR  ƏRƏB  DÜNYASINA  MÜNASİBƏT 

Ərəb xalqına hörmət. 

Ərəb hərcayiliyinə nifrət. 

Ərəblərlə şərik sərvətimiz: İslam memarlığı. 

Ərəblərə ittihamımız: Babək. 

Şərq Birləşməli və Şərə qarşı durmalıdır. 

 

XALQ  BİRLİYİ  MÜQƏDDƏSLİYİ 

Atayurd  –  türk  dilli,  türk  tarixli,  türk  mədəniyyətli  Vahid  bir  Xalqın 

məskənidir. 

Atayurdda  yaşayan  kürdlər,  talışlar,  tatlar,  ləzgilər,  lahıclar,  udinlər 

həmin xalqın atayurdlaşan üzvi bir hissəsidir. 

Atayurdda  kürd  xalqı,  tat  xalqı,  talış  xalqı,  ləzgi  xalqı,  lahıc  xalqı, 

udin xalqı icad eləmək Xəlqi Vəhdətə xəyanətdir. 

 

QARABAĞ  MƏSƏLƏSİ 

Qarabağın əsil, təbii, tarixi başşəhəri Şuşadır. 

Stepanakert – süni, qondarma, yalançı başşəhərdir. 

Dağlıq Qarabağ muxtariyyatı – qondarma, süni, zorakı bir düzəltmədir. 



Xəlqi Birliyi pozmaq, yağılıq közünü alışdırmaq, “Oğru yadına daş 

salmaq” niyyətinə xidmət eləyir... 

Qarabağlılar Stepanakerti Qarabağın başşəhəri saymamalıdırlar! 

Dağlıq Qarabağ muxtariyyatını rədd etməlidirlər! 

 

GÜNDƏLİK  BORC 

Beyini Tüfeyli Fikirlərdən təmizləmək! 

Ürəyi Tüfeyli Duyğulardan təmizləmək! 

İradəni Tüfeyli Əməllərdən təmizləmək! 

 

EVLAD  SƏNƏDİ 

Evlad Bir Sənəd tanıyır – Evlad nişanəsi. 

Bütün  başqa  sənədlər:  pasport,  rəsmi  biletlər,  vəsiqələr  –  formal 

sayılır. 



29 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 

EVLAD  NİŞANƏSİNİN  QORUNMASI 

Evlad  nişanəsi  mütləq  mənada  pünhan  saxlanılır,  yada  göstərilmir, 

yağıya verilmir, çıxılmaz vəziyyətdə cırılır. 

Nişanəni şərə verən – xəyanətkar sayılır və evladlıqdan çıxarılır. 

31 İnam günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 



 

440


SATQIN  YAŞAMAZLIĞI 

Satqına özünü öldürmək imkanı verilir! 

Yaşamaq imkanı verilmir! 

21 İnam günü, Ata Ayı, 8-ci il. Bakı. 

 

SƏFƏR  ÜSTƏ 

Amalla yaraqlanmaq. 

Amala çağırmaq. 

Tilov atmaq. 

Evlad tutmaq. 



25 Murad günü, Xəzan Ayı, 8-ci il. Bakı. 

 

MADDİ  BORC  QANUNU 

1.Maddi borc Evladın Amala verdiyi Zəruri Qurbandır. 

    Bu qurban Mütləq verilməlidir. 

2. Maddi  borc  hər  ay  ödənilir,  yaxud  cəm  halında  bir  neçə  ayda 

ödənilir. 



3. Maddi borcu ödəməmək – Ruhani borcu ödəməməkdir. 

 

 

RUHANİ  İNTİZAM  QANUNU 

Mütləqilik – Aqibətimizdir! 

Anımız, Günümüz yox, Ayımız, İlimiz yox – Ömrümüz, Sabahımızdır! 

Sözü Əməldən cüzi də olsa ayırmaq – Əyrilikdir. 

Nisbilik – Əskiklikdir. 

Nisbi Əməl – Əməlsizlikdir. 

Mütləq İnam – Mütləq İntizam tələb edir. 



İntizama ən cüzi xilaf – Amala xilafdır. 

Amallı olmaq – Mütləq mənada İntizamlı olmaqdır. 

 

1 Arzu günü, Sərt Ay, 8-ci il. Bakı. 

 

AMAL LƏYAQƏTİ 

Sözü Əməldən ayıran – Özünü Amaldan ayırır. 



26 Qismət günü, Sərt Ay, 8-ci il. Bakı. 

 

 



TƏZƏ  İL  GÜNÜMÜZ 

Müqəddəs İlimiz Günəş Ayının 1-də başlanır. 



15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə