Microsoft Word Kutsal quruculuq


DOQQUZUNCU  İL  BAYRAMIMIZ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə126/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   122   123   124   125   126   127   128   129   ...   133

 

441


DOQQUZUNCU  İL  BAYRAMIMIZ 

1. Mərasim  Ata    Sözüylə  başlanır,  Evladların  Ataya  İllik  hesabatıyla 

davam  edir,  Ata  Söhbəti  və  cavablarıyla  ünə  yetir,  Bayraq  Təntənəsiylə 

başa çatır. 

2. Evladın Ruhani hesabatı:  

Nəyi öyrəndim, nəyi öyrənmədim? 

(Müqəddəs Kitabların öyrənilməsi). 

Nəylə döyüşdüm, nəylə döyüşməliyəm? 

(Özüylə döyüş). 

Yaratdımsa  –  kimlə,  nə  vaxt;  yaratmadımsa  –  səbəbi?  (Ailə 

yaradıcılığı). 

3. Ataya  veriləcək  Suallar  əvvəldən  hazırlanır,  yazılı  şəkildə  Bayram 

günü Ataya təqdim edilir. 

4. Safruh, Sadiqim, Əsil Müqəddəs Bayrağı Ataya təqdim edirlər. 

“Ata Hökmünə Yetdik!” – deyə Ata Səcdəsinə Yüksəlirlər. 

5. Evladlar bir-bir Bayraq Andı içirlər: 

 

“Vətənimiz – Səmamızdır! 

Vətən rəngli Bayrağıma And içirəm! 

Ömrüm-günüm Atanındır – Amalındır! 

Vətənimdə dalğalansın Bayrağımız! 

 

İnsanımız – Səmamızdır! 

İnsan rəngli Bayrağıma And içirəm! 

Ömrüm-günüm Atanındır – Amalındır! 

İnsanımda dalğalansın Bayrağımız! 

   

Şərq Dünyası – Səmamızdır! 

Şərqim rəngli Bayrağıma And içirəm! 

Ömrüm-günüm Atanındır – Amalındır! 

Şərqimizdə dalğalansın Bayrağımız! 

   

Bəşəriyyət – Səmamızdır! 

Bəşər rəngli Bayrağıma And içirəm! 

Ömrüm-günüm Atanındır – Amalındır! 

Bəşərimdə dalğalansın Bayrağımız! 

 

 

6. Evladlar  Bayrama  Nişanələrlə  gəlirlər.  Nişanələri  Ataya  rəmzi 



mənada təhvil verirlər və yenidən Atanın əlindən götürürlər. 

7. Bayram günü Rəmzi Ocaq qalanır. 8 məşəl yandırılır. Atanı məşəllə 

qarşılayırlar və Ocağın başında əyləşdirirlər.  



 

442


8. Ata Sözünə Evladlar ayaq üstə qulaq asırlar. 

9. Bayram  bütünlüklə  “Çahargah”  üstə  köklənir.  Tarda,  kamançada, 

neydə “Çahargah” dillənir, Qədir Rüstəmovun ifasında dinlənilir. 

10. Bayram  bütünlüklə  maqnitafona  yazılır,  çəkilir,  cövhəri  Safruh 

tərəfindən sənədləşdirilir. 

11. Mərasim 2 saat ərzində bitir. 

12. Yeni il carları (plakatları): 

Səmavi ilimiz – Səmavi Elimiz – Səmavi Yolumuz! 

Göyümüz – Torpağımız. Göyümüz – Bayrağımız! 

Doqquz Sabahlı İllər! 

Ata Təqvimi – Amal Tarixi! 

Qədimliyimiz qədər təzələnmək! 



15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

SƏFƏR  GÜNÜ 

Sərt Ayının 27-si Səfər günü sayılır və Mərasimləşir. 

30 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

MƏRASİM  GƏRƏKLİYİ 

Mərasim – Müqəddəs Təmas Məqamıdır – Göy xislətli. 

Ona Yüksəlmək gərək! 



3 Ümid günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

MÜTLƏQ  TƏLƏB 

Mütləqilikdən cüzi də olsa, ani də olsa – ayrılmayın! 

Mütləqiliyinizdə Mütləq olun! 

 

“SƏFƏR  GÜNÜ”  MƏRASİMİ 

Mərasimdə: Səfər sözü söylənilir. 

       Səfər hesabatı verilir. 

       Səfər xeyir-duası alınır. 

Səfər Rəmzi çəkilir: 

“Ata Günəşinə qərq olmuş Yol – Göylə birləşən”. 

Səfər günü: 27 Sərt Ay. 

 

 

DOĞMALIQ 

Ata Danlağı Su kimi içilir. 

Ata Təqdiri Od kimi qorunur. 

 

 



 

443


QAZAX  BİRLİYİ 

Şərə qəzəbləndilər. Şəri qəzəbləndirdilər. 

Şər Şərliyini daha artıq bildirəcək. 

Şərin Şərliyi daha artıq bilinəcək. 



15 İnam günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

ATA – EVLAD  VƏHDƏTİ 

Atayla Evlad arasında iynənin ucu boyda fikir ayrılığı olmamalıdır. 



Olanda Evlad bugünləşir, şərləşir, Evladlıqdan çıxır. 

Atayla Evlad arasında iynənin ucu boyda duyğu ayrılığı olmamalıdır. 

Olanda Evlad bugünləşir, şərləşir, Evladlıqdan çıxır. 

Evlad müstəqilliyinin bir İfadəsi var: 



Atayla vəhdət. 

Ata Səcdəsinə iynənin ucu boyda dəqiqsizlik Şərə xidmətdir. 



Çünki Ata Səcdəsi – Şərin qənimidir. 

2 Arzu günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

9-cu İL  BAYRAMI  HAQQINDA 

9-cu il Bayramımız – Bayraqlı Bayramımız – təqdir olunur. 

Bayraq yaradıcıları Safruhun,  Sadiqimin,  Əsilin əməli Təqdir olunur, 

Bayram təşkilatçısı Əsilin Əməli Təqdir olunur. 

Safruhun,  Sadiqimin,  Əsilin  hesabatları  Təqdir  olunur,  başqa 

Evladlarınkı Qəbul olunur. 

Bayraq  mərasimindəki  dəqiqsizlik, 

texniki 

nöqsanlar, 

vaxt 

qaydasının pozulması nəzərə çatdırılır. 

 

ƏYRİLİK 

Bayram – Müqəddəs Əməldir.  

Bayramdan imtina eləmək – Amaldan imtina eləməyə bərabərdir... 

Amala xidmət eləmək – Fərəhdir... 

Şıltaqlıq hərcayi havadır – bugünün çağırdığı. 



Düzgün əyri iş tutub... 

Bayrama dönük çıxıb,  

Bayrağa and içməyib... 

Düzgün  Amalsız  yaşaya  bilirsə  –  yaşasın,  bilmirsə  –  Ata  qarşısında 

tövbə eləsin, Evladlığını təzədən qaytarsın. 

Evladın Özümlükdən kənar Özü yoxdur... 

Ata Sözü – Mütləqdir! 

16 Arzu günü, Günəş Ayı, 9-cu il. Bakı. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə