Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə129/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   125   126   127   128   129   130   131   132   133

 

452


Məndəki Həsədi Məndən al! 

Məndəki Köləni Məndən al! 

Məndəki Xəbisi Məndən al! 

Məndəki Cahili Məndən al! 

Məndəki Vəhşini Məndən al! 

Məndəki Hərisi Məndən al! 

Məndəki Zalımı Məndən al! 

       Məni Özümə çatdır! 

 

Nisbi Cəsarəti Məndən al! 



Nisbi Heyrəti Məndən al! 

Nisbi Vüqarı Məndən al! 

Nisbi Saflığı Məndən al! 

Nisbi Doğruluğu Məndən al! 

Nisbi İnsaniliyi Məndən al! 

Nisbi Ləyaqəti Məndən al! 

Nisbi Mərhəməti Məndən al! 

         Məni Özümə çatdır! 

 

Nisbi İnamı Məndən al! 

Nisbi İdrakı Məndən al! 

Nisbi Mənəviyyatı Məndən al! 

Nisbi İradəni Məndən al! 

         Məni Özümə çatdır! 

 

Mütləqə tapınım – Nisbiyə tapınmayım. 



Həqiqətə tapınım – Yalana tapınmayım. 

Vicdana tapınım – Zora tapınmayım. 

İnsana tapınım – Zamana tapınmayım. 

Özümə çatım! 

 

V. TƏBİƏTDƏKI  MÜTLƏQLƏ  GÜNDÜZ  TƏMASI 



Təbiətdə Təbiətdən Yüksək olan Məna! 

Dağların Vüqarında Mənliyim yaşayır: – Ona çatım! 

Çayların Axarında Mənliyim yaşayır: – Ona çatım! 

Səmanın Ucalığında Mənliyim yaşayır: – Ona çatım! 

Günəşin Şəfqətində Mənliyim yaşayır: – Ona çatım! 

Qürubun Qübarında Mənliyim yaşayır: – Ona çatım! 

Səhərin Cəzbində Mənliyim yaşayır: – Ona çatım! 

Gecənin Sehrində Mənliyim yaşayır: – Ona çatım! 



Səndəki Özümlüyümə çatım! 


 

453


VI. DÜNYADAKI  MÜTLƏQLƏ  AXŞAM  TƏMASI 

Dünyada Dünyadan Yüksək olan Məna! 

Əzəliyə qovuşum – Ötəridən keçim! 

Əbədiyə qovuşum – Keçicidən keçim! 

Sonsuza qovuşum – Sonludan keçim! 

Kamilə qovuşum – Qeyri-Kamildən keçim! 

 

Ötərini Əzəli saymayım. 



Keçicini Əbədi saymayım. 

Sonlunu Sonsuz saymayım. 

Qeyri-Kamili Kamil saymayım. 

 

Hadisədə qalmayım – Mahiyyətə çatım. 



Gerçəklikdə qalmayım – Mahiyyətə çatım. 

Şəraitdə qalmayım – Mahiyyətə çatım. 

Mühitdə qalmayım – Mahiyyətə çatım. 

Səndəki Özümlüyümə çatım! 

 

VII. MATƏM ÜSTƏ MÜTLƏQLƏ TƏMAS 

Ölən – Əzəlidə qalır. 

           Əbədidə qalır. 

           Sonsuzda qalır. 

           Kamildə qalır. 

           Üzlərdə qalır. 

           Gözlərdə qalır. 

           Dodaqlarda qalır. 

           Xalqda qalır. 



Ölən – Gerçəklikdən gedir – Mənada qalır. 

 

VIII. İNSANİLİK  MƏRASİMİ  ÜSTƏ  MÜTLƏQLƏ  TƏMAS 

Dünyanın Dünyadan Yüksək Mənasını özündə daşıyan. 

Həyatın Həyatdan Yüksək Mənasını özündə daşıyan. 

Özünün Özündən Yüksək Mənasını özündə daşıyan. 

 

Gerçəklikdən yüksək olan! 



Cəmiyyətdən yüksək olan! 

Şəraitdən Yüksək olan! 

Mühitdən Yüksək olan! 

Mütləqə can atan! 

Mütləqləşməyə Qadir olan! 

Mütləq İnam daşıyan! 




 

454


Mütləq İdrak daşıyan! 

Mütləq Mənəviyyat daşıyan! 

Mütləq İradə daşıyan! –  

İnsan! 

Sənə çatmalıyam! 

 

IX. XƏLQİLİK  MƏRASİMİ  ÜSTƏ  MÜTLƏQLƏ  TƏMAS 

Əzəlilik Daşıyan. 

Əbədilik Daşıyan. 

Sonsuzluq Daşıyan. 

Kamillik Daşıyan. 

Qədimlik Daşıyan 

Camaatın Camaatdan Yüksək Mənasını Daşıyan –  



Xalq! 

Sənə çatmalıyam! 

  

X. ŞƏRQİLİK  MƏRASİMİ  ÜSTƏ  MÜTLƏQLƏ  TƏMAS 

Ruhaniyyat İşığı. 

Müqəddəslik İşığı. 

İnam İşığı. 

İdrak İşığı. 

Mənəviyyat İşığı. 

İradə İşığı. 

Vəhy İşığı. 

Vəcd İşığı. – 



           Şərq! 

Sənə çatmalıyam! 

 

XI. BƏŞƏRİLİK  MƏRASİMİ  ÜSTƏ  MÜTLƏQLƏ  TƏMAS 

Özünün Özündən Yüksək Mənasını daşıyan. 

Aqibətindən Yüksək olan! 

Tarixindən Yüksək olan! 

Mahiyyətindən aşağı Yaşayan! 

Özünə çatmayan – 

         Bəşər! 

Özünə çatmalısan! 

 

25 Dözüm günü, Günəş Ayı, 14-cü il. Bakı. 



 

455


İKİLİK 

(İkinci Müqəddəs Kəlam) 

 

1. MÜTLƏQ – NİSBİ 

Mütləq – Nisbinin İnkarıdır, həm də Mənasıdır; Məna – Təzahürü inkar 

edir;  Mütləqin  Nisbiyə,  Nisbinin  Mütləqə  çevrilməsi  ideyası  –  Dialektik 

Cəfəngiyyatdır. 

Mütləqlə Nisbi arasında Birlik Yoxdur – Təzad var. 

Mütləq Nisbidə Təzahür edir, öz İnkarında gerçəkləşir. 

Təzahür  Mənadan  yaranır,  həm  də  Mənanın  inkarından  yaranır:  – 

Məna Təzahürdə öz İnkarını yaradır. 

Məna  Bütövdür,  ancaq  Mənayla  Təzahür  arasında  Təzad  var:  bu 

səbəbdən də Dünya ziddiyyətlidir. 

Bütöv  Mənadan  Ziddiyyətli  Gerçəklik  yaranıb  –  Mənayla  Gerçəklik 

arasında Ziddiyyət yaranıb. 

Əksliklərin Birliyi İdeyası – Dialektik cəfəngiyyatdır. 

Təzadlar  arasında  Birlik  olmur:  bir-birini  İnkar  edənlər  Birliyi  – 

Uydurmadır. 

Dünya – Mütləq Mahiyyət və Nisbi Gerçəklik Təzadıdır. 

 

2. ƏZƏLİ – ÖTƏRİ 

Əzəli – Ötərinin İnkarıdır, həm də Mənasıdır; 

Əzəli Ötəridə Təzahür edir, həm də onu İnkar edir; 

    Əzəli – Bütövdür, ancaq Əzəliylə Ötəri arasında Təzad var;  

bu səbəbdən də Dünya Ziddiyyətlidir. 

Əzəli ilə Ötəri arasında Birlik İdeyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 

Dünya Əzəli Mahiyyət və Ötəri Gerçəklik Təzadıdır. 

 

3. ƏBƏDİ – KEÇİCİ 

Əbədi – Keçicinin İnkarıdır, həm də Mənasıdır. 

Əbədi – Keçicidə Təzahür edir, həm də Keçicini İnkar edir: –      Əbədi 

– Bütövdür, ancaq Əbədiylə Keçici arasında Təzad var;  

bu səbəbdən də Dünya Ziddiyyətlidir. 



Əbədiliklə Keçicilik arasında Birlik İdeyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 



Dünya – Əbədi Mahiyyət və Keçici Gerçəklik Təzadıdır. 

 

4. SONSUZ – SONLU 

Sonsuz – Sonlunun İnkarıdır, həm də Mənasıdır; 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə