Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə130/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   125   126   127   128   129   130   131   132   133

 

456


Sonsuz Sonluda Təzahür edir, həm də Sonlunu İnkar edir, Sonsuz öz 

İnkarında Gerçəkləşir. 

Sonsuz  –  Bütövdür,  ancaq  Sonsuzla  Sonlu  arasında  Təzad  var;  bu 

səbəbdən də Dünya Ziddiyyətlidir. 

Sonsuz – Sonlu Birliyi ideyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 



Dünya – Sonsuz Mahiyyət və Sonlu Gerçəklik Təzadıdır. 

 

5. KAMİL – QEYRİ-KAMİL 

Kamil  –  Qeyri-Kamilin  İnkarıdır,  həm  də  Mənasıdır:  Kamil  Qeyri-

Kamildə  Təzahür  edir,  Həm  də  onu  İnkar  edir;  Kamil  öz  İnkarında 

Gerçəkləşir;  Kamil  –  Bütövdür,  ancaq  Kamillə  Qeyri-Kamil  arasında 

Təzad var; bu səbəbdən də Dünya Ziddiyyətlidir. 



Kamillə Qeyri-Kamil Birliyi İdeyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 



Dünya – Kamil Mahiyyət və Qeyri-Kamil Gerçəklik Təzadıdır.   

 

6. 



DÜNYALIQ – DÜNYA 

Dünya  –  Dünyalıqdan  yaranıb,  Dünyalıq  Dünyada  Təzahür  eləyir, 

ancaq  Dünyalıqla  Dünya  arasında  Təzad  var,  bu  səbəbdən  də  Dünya 

Ziddiyyətlidir. 



Dünyalıqla Dünyanın Birliyi İdeyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 



Dünya  –  Əzəli,  Əbədi,  Sonsuz,  Kamil  Dünyalıqla,  –  Ötəri,  Keçici, 

Sonlu, Qeyri-Kamil Gerçəkliyin Təzadıdır. 

 

7. HƏYATLIQ – HƏYAT 

Həyat  –  Həyatlıqdan  yaranıb,  ancaq  Həyatlıqla  Təzad  təşkil  edir;  bu 

səbəbdən də Dünya Ziddiyyətlidir. 

Həyatlıqla Həyat arasında Birlik İdeyası – cəfəngiyyatdır. 



Təzadlar arasında Birlik olmur.   

Dünya  –  Əzəli,  Əbədi,  Sonsuz,  Kamil  Həyatlıqla,  –  Ötəri,  Keçici, 

Sonlu, Qeyri-Kamil Həyat arasında Təzaddır. 

 

8. İNSANLIQ – ADAM 

Adam  –  İnsanlıqdan  yaranıb,  ancaq  İnsanlıqla  Adam  arasında  Təzad 

var; bu səbəbdən də Dünya Ziddiyyətlidir. 



Adamla İnsanlıq arasında Birlik İdeyası  – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 

(İnsan Təzadı aradan qaldırmağa qadirdir; bu, ondan Gerçəkliyi ötmək 

qüdrəti tələb eləyir). 




 

457


Dünya  –  Əzəli,  Əbədi,  Sonsuz,  Kamil  İnsanlıqla,  –  Ötəri,  Keçici, 

Sonlu, Qeyri-Kamil Adam Təzadıdır. 

 

9. RUH – BƏDƏN 

Ruh – Bədəndə yaşayır, həm də Bədənlə Təzad Təşkil eləyir. 



Ruhla Bədən Birliyi ideyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 



Dünya – Ruhla Bədən Təzadıdır. 

 

 

10. RUHANİ – CİSMANİ 

Ruhani  Cismanidə  Təzahür  edir,  həm  də  Cismaniylə  Təzad  Təşkil 

eləyir. 


Cismani – Ruhani Birliyi ideyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 



Dünya –Ruhani –Cismani Təzadıdır. 

 

11.  DAXİLİ – ZAHİRİ 

Daxili – Zahiridə Təzahür edir, həm də Zahiriylə Təzad Təşkil eləyir. 

Daxili – Zahiri Birliyi İdeyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 

Dünya – Daxili–Zahiri Təzadıdır. 

 

12. AMAL – HƏYAT 

Amal – Həyatda mövcud olur, ancaq Həyatla Təzad təşkil eləyir. 

Amalla Həyat Birliyi İdeyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 



Dünya – Amal–Həyat Təzadıdır. 

 

13.  XEYİR – ŞƏR 

Şər – Xeyirin Davamı deyil, – İnkarıdır. 

Şər Xeyirdən yaranmayıb, – Şərdən yaranıb. 

XeyirŞər Birliyi İdeyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 

Dünya  – Xeyir–Şər Təzadıdır. 

 

14. İNAM – ŞÜBHƏ 

Şübhə – İnamın Davamı deyil, –  İnkarıdır. 

Şübhə İnamdan yaranmayıb, – Şübhədən yaranıb. 



İnam–Şübhə Birliyi ideyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 



Dünya – İnam–Şübhə Təzadıdır. 


 

458


15. HƏQİQƏT – YALAN 

Yalan – Həqiqətin Davamı deyil, – İnkarıdır. 

Yalan – Həqiqətdən yaranmayıb, – Yalandan yaranıb. 

Həqiqət – Yalan Birliyi İdeyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 



Dünya – Həqiqət–Yalan Təzadıdır. 

 

16.  HƏYAT – ÖLÜM 

Ölüm – Həyatın Davamı deyil, –  İnkarıdır. 

Ölüm – Həyatdan yaranmayıb, – Ölümdən yaranıb. 

Ölüm – Həyat Birliyi İdeyası – cəfəngiyyatdır. 

Təzadlar arasında Birlik olmur. 



Dünya – Həyat–Ölüm Təzadıdır. 

 

 

17. İKİLİ  DÜNYA 

Dünyadan başqa Dünya yoxdur. 



“O Dünya” İdeyası – cəfəngiyyatdır. 

Ancaq Bir olan Dünya – İkilidir. 

12 Ümid günü, İşıq Ayı, 14-cü il. Bakı. 

 

 

 

VARLIĞIN  ÖZÜNDƏ – VARLIQDAN ARTIQ 

(Üçüncü Müqəddəs Kəlam) 

 

1. Dünyanın  Mahiyyətini  Dünyadan  kənarda  axtarırlar  –  Allahda, 



Transsendentalda, Zərurətdə... 

Əslində Dünyanın mahiyyəti – Dünyanın özündədir. 



Dünyadan Artıq olan – Dünyanın özündədir. 

Bu Həqiqət Ağıla sığmır. 

2.Dünya  –  Dünyadakılardan  ibarətdir;  ancaq  öz  Mahiyyəti  etibarilə 

Dünyadakılardan Artıqdır. 

Dünyadakılar – Ötəridirlər; – Dünyanın Mahiyyəti – Əzəli. 

Dünyadakılar – Keçicidirlər; –  Dünyanın Mahiyyəti – Əbədi. 

Dünyadakılar – Sonludurlar; –  Dünyanın Mahiyyəti – Sonsuz. 

Dünyadakılar – Qeyri-Kamildirlər; – Dünyanın Mahiyyəti – Kamil. 

Dünya – Dünyadakılardan ibarətdir və Dünyadakılardan Artıqdır. 

Dünyadakılardan Artıq olan – Dünyada Yaşayır. 

Dünyanın “Mütləqilik” adlı Mahiyyəti  Dünyada Yaşayır. 

Dünyanın “Əzəlilik” adlı Mahiyyəti  Dünyada Yaşayır. 

Dünyanın “Əbədilik” adlı Mahiyyəti  Dünyada Yaşayır. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə