Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə131/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   125   126   127   128   129   130   131   132   133

 

459


Dünyanın “Sonsuzluq” adlı Mahiyyəti  Dünyada Yaşayır. 

Dünyanın “Kamillik” adlı Mahiyyəti  Dünyada Yaşayır. 



Dünyalıq –  Dünyada Yaşayır. 

Dünyanı yaşadan – Dünyada Yaşayır. 

   3.Həyatın  Mahiyyətini  Həyatdan  kənarda  axtarırlar  –  Allahda, 

Transsendentalda, Zərurətdə. 

Əslində Həyatın Mahiyyəti – Həyatın özündədir. 

Həyatdan artıq olan – Həyatın özündədir 

Bu Həqiqət Ağıla sığmır. 

4.Həyat  –  Həyatdakılardan  ibarətdir;  ancaq  öz  Mahiyyəti  etibarilə 

Həyatdakılardan Artıqdır. 

Həyatdakılar – Ötəridirlər; –  Həyatın Mahiyyəti – Əzəli. 

Həyatdakılar – Keçicidirlər; –  Həyatın Mahiyyəti – Əbədi. 

Həyatdakılar – Sonludurlar; –  Həyatın Mahiyyəti – Sonsuz. 

Həyatdakılar – Qeyri-Kamildirlər; –  Həyatın Mahiyyəti – Kamil. 

Həyat – Həyatdakılardan ibarətdir və Həyatdakılardan artıqdır. 

Həyatdakılardan Artıq olan – Həyatda Yaşayır. 

Həyatın Mütləqilik adlı Mahiyyəti  Həyatda Yaşayır. 

Həyatın Əzəlilik adlı Mahiyyəti Həyatda Yaşayır. 

Həyatın Əbədilik adlı Mahiyyəti Həyatda Yaşayır. 

Həyatın Sonsuzluq adlı Mahiyyəti Həyatda Yaşayır. 

Həyatın Kamillik adlı Mahiyyəti Həyatda Yaşayır. 



Həyatlıq – Həyatda Yaşayır. 

Həyatı Yaşadan – Həyatda Yaşayır. 

5.İnsanın  Mahiyyətini  İnsandan  kənarda  axtarırlar  –  Allahda, 

Transsendentalda, Zərurətdə. 

Əslində İnsanın Mahiyyəti – İnsanın özündədir. 

İnsandan Artıq olan – İnsanın özündədir. 

Bu Həqiqət – Ağıla sığmır. 

6.İnsan  –  İnsanlardan  ibarətdir;  ancaq  öz  Mahiyyəti  etibarilə 

İnsanlardan Artıqdır. 

İnsanlar – Ötəridirlər; –  İnsanın Mahiyyəti – Əzəli. 

İnsanlar – Keçicidirlər; –  İnsanın Mahiyyəti – Əbədi. 

İnsanlar – Sonludurlar; –  İnsanın Mahiyyəti – Sonsuz. 

İnsanlar – Qeyri-Kamildirlər; –  İnsanın Mahiyyəti – Kamil. 

İnsan – İnsanlardan ibarətdir və İnsanlardan Artıqdır. 

İnsanlardan Artıq olan – İnsanda Yaşayır. 

İnsanın Mütləqilik adlı Mahiyyəti İnsanda Yaşayır. 

İnsanın Əzəlilik adlı Mahiyyəti İnsanda Yaşayır. 

İnsanın Əbədilik adlı Mahiyyəti İnsanda Yaşayır. 

İnsanın Sonsuzluq adlı Mahiyyəti İnsanda Yaşayır. 



 

460


İnsanın Kamillik adlı Mahiyyəti İnsanda Yaşayır. 

İnsanlıq – İnsanda Yaşayır. 

İnsanı Yaşadan – İnsanda Yaşayır. 

7.  Dünya  –  Özünə,  –  Dünyadakılara  bərabər  olsaydı,  Ötəri  olardı  – 

Əzəli  olmazdı;  Keçici  olardı  –  Əbədi  olmazdı;  Sonlu  olardı  –  Sonsuz 

olmazdı; Qeyri-Kamil olardı – Kamil olmazdı. 



Dünya özündən Artıq olmasaydı – Özü olmazdı. 

Dünya  Özündə  Özündən  Artıq  Mahiyyət  Yaşatmasaydı  – 

Yaşamazdı. 

8.Həyat – Özünə, – Həyatdakılara bərabər olsaydı, Ötəri olardı – Əzəli 

olmazdı; Keçici olardı – Əbədi olmazdı; Sonlu olardı – Sonsuz olmazdı; 

Qeyri-Kamil olardı – Kamil olmazdı. 



Həyat  Özündən Artıq olmasaydı – Özü olmazdı. 

Həyat  Özündə  Özündən  Artıq  Mahiyyət  Yaşatmasaydı  – 

Yaşamazdı. 

9.İnsan  –  Özünə,  –  İnsanlara  bərabər  olsaydı,  Ötəri  olardı  –  Əzəli 

olmazdı; Keçici olardı – Əbədi olmazdı; Sonlu olardı – Sonsuz olmazdı; 

Qeyri-Kamil olardı – Kamil olmazdı. 



İnsan Özündən Artıq olmasaydı – Özü olmazdı. 

İnsan  Özündə  Özündən  Artıq  Mahiyyət  Yaşatmasaydı  – 

Yaşamazdı. 

10.Dünya  –  Mahiyyətcə  Hədsizdir,  Sədsizdir;  onun  kənar  Hədsizliyə, 

Sədsizliyə Ehtiyacı yoxdur. 

Həyat  –  Mahiyyətcə  Hədsizdir,  Sədsizdir;  onun  kənar  Hədsizliyə, 

Sədsizliyə ehtiyacı yoxdur. 



İnsan  –  Mahiyyətcə  Hədsizdir,  Sədsizdir,  onun  kənar  Hədsizliyə, 

Sədsizliyə Ehtiyacı yoxdur. 

11.Varlığı – Varlıqdan Artıq olan Yaşadır. 

Varlıq – Özündə Özündən Artıq olanı Yaşadır. 

 

8 Dözüm günü, Köçəri Ay, 16-cı il. Bakı. 

 

 

 



 

 

 

 

 

 

 


 

461


VARLIQ – MƏNA 

(Dördüncü Müqəddəs Kəlam) 

 

1. YARANIŞ 

Varlıq – cisimdən yaransaydı, Mənasız olardı; – cismani Məna olmur. 

Varlıq  –  Yoxdan  yaransaydı,  Mənasız  olardı;  –  Yoxluğun  Mənası 

Yoxdur. 


Varlıq  Mənadan Yaranıb – bu səbəbdən də Mənalıdır. 

Varlıq özgə Mənasından yaransaydı, özü olmazdı. 



Varlıq öz Mənasından yaranıb – bu səbəbdən də özümlüdür. 

Varlıq nisbidən yaransaydı, Mənasız olardı – nisbi Məna olmur. 



Varlıq Mütləqdən yaranıb – bu səbəbdən də Mənalıdır. 

Varlıq Ötərilikdən yaransaydı, Mənasız olardı – Ötəri Məna olmur. 



Varlıq Əzəlilikdən yaranıb – bu səbəbdən də Mənalıdır. 

Varlıq Keçicilikdən yaransaydı, Mənasız olardı – Keçici Məna olmur. 



Varlıq Əbədilikdən yaranıb – bu səbəbdən də Mənalıdır. 

Varlıq Sonludan yaransaydı, Mənasız olardı – Sonlu Məna olmur. 



Varlıq Sonsuzluqdan yaranıb – bu səbəbdən də Mənalıdır. 

Varlıq  Qeyri-kamillikdən  yaransaydı,  Mənasız  olardı  –  Qeyri-kamil 

Məna olmur. 

Varlıq Kamillikdən yaranıb – bu səbəbdən də Mənalıdır. 

 

2. YAŞAYIŞ 

Varlıq cismaniliyə bərabər olsaydı, Mənasız olardı. 

Varlıq cismanilikdən Artıqdır;  – bu səbəbdən də Mənalıdır. 

Varlıq Nisbiliyə bərabər olsaydı, Mənasız olardı. 



Varlıq  Nisbilikdən Artıqdır;  – bu səbəbdən də Mənalıdır. 

Varlıq Ötəriliyə bərabər olsaydı, Mənasız olardı. 



Varlıq  Ötərilikdən Artıqdır; – bu səbəbdən də Mənalıdır. 

Varlıq Keçiciliyə bərabər olsaydı, Mənasız olardı. 



Varlıq  Keçicilikdən Artıqdır;  –  bu səbəbdən də Mənalıdır. 

Varlıq Sonluluğa bərabər olsaydı, Mənasız olardı. 



Varlıq  Sonluluqdan Artıqdır; – bu səbəbdən də Mənalıdır. 

Varlıq Qeyri-kamilliyə bərabər olsaydı, Mənasız olardı. 



Varlıq Qeyri-kamillikdən Artıqdır; – bu səbəbdən də Mənalıdır. 

Varlıq Təzahürə bərabər olsaydı, Mənasız olardı. 



Varlıq  Təzahürdən Artıqdır; – bu səbəbdən də Mənalıdır. 

Varlıq Hadisəyə bərabər olsaydı, Mənasız olardı. 



Varlıq  Hadisədən Artıqdır;  – bu səbəbdən də Mənalıdır. 

 

 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə