Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə132/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   125   126   127   128   129   130   131   132   133

 

462


3. ÖLÜM 

Ölüm  Mütləq olsaydı – Varlıq Mənasızlaşardı. 

Ölüm – Mütləqiliyi öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;  



Ölüm nisbini öldürür;  Varlığın Mənasını öldürə bilmir. 

Ölüm Əzəlini öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;  



Ölüm Ötərini öldürür;  Varlığın Mənasını öldürə bilmir. 

Ölüm Əbədiliyi öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;  



Ölüm Keçicini öldürür; –  Varlığın Mənasını öldürə bilmir. 

Ölüm Sonsuzluğu öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;  



Ölüm Sonlunu öldürür; –  Varlığın Mənasını öldürə bilmir. 

Ölüm Kamilliyi öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;  



Ölüm Qeyri-kamili öldürür;  Varlığın Mənasını öldürə bilmir. 

Ölüm Mahiyyəti öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;  



Ölüm Təzahürü öldürür; – Varlığın Mənasını öldürə bilmir. 

Ölüm Mənanı öldürə bilsəydi – Varlıq Mənasızlaşardı;  



Ölüm Hadisəni öldürür; –  Varlığın Mənasını öldürə bilmir. 

 

4. İNAM 

Varlıq  Mənasız olsaydı – Varlığa İnam olmazdı. 

 

 

4 Günəş Ayı, Murad günü, 17-ci il. Bakı. 

(Mart, 1995-ci il). 

 

 

 

SABAH ÜSTƏ 

(Beşinci Müqəddəs Kəlam) 

 

Bugünün  qarşısında  4  Təhlükə  var:  İslamçılıq,  İqtidarçılıq,  Pulçuluq, 



Xaricilik. 

Bugünün  qarşısında  4  Əməl  var:  İnamçılıq,  Xalqçılıq,  İnsançılıq, 

Yurdçuluq. 

İslam  dəyərləri  əslində  bəndəçilikdir,  qismətçilikdir,  o  dünyaçılıqdır, 

cənnətçilik-cəhənnəmçilikdir, 

Yaradan 


ağalığıdır, 

itaətçilikdir, 

cəfəngiyyatçılıqdır. 

İnsan  İslamda  (və  dinlərin  çoxunda)  –  bəndədir,  quldur;  İslam  İnsanı 

bəndə kimi dəyərləndirir, əslində dəyərsizləşdirir. 

İslamda  İnsan  aqibəti  bütünlüklə  Allahdan  asılıdır;  onun  idrakı  var, 

ancaq  əslində  İnsan  Allahın  İdrakıyla  yaşayır;  onun  Mənəviyyatı  var, 

ancaq  əslində  İnsan  Allahın  Mənəviyyatıyla  yaşayır;  onun  İradəsi  var, 

ancaq əslində İnsan Allahın İradəsiylə yaşayır. 



 

463


Allah var olduğu dərəcədə İnsan yox olur. 

İslam (və dinlərin çoxu) İnsanı mənasızlaşdırır. 

İnsanın İdrakı var, ancaq əslində o, İnsana gərək deyil, İnsana Allahın 

İdrakı gərəkdir. 



İslamda  İdrak  Mənasızlaşır. 

İnsanın  mənəviyyatı  var,  ancaq  əslində  o,  İnsana  gərək  deyil,  İnsana 

Allahın Mənəviyyatı – Mərhəməti gərəkdir. 

İslamda  Mənəviyyat  Mənasızlaşır. 

İnsanın İradəsi var, ancaq əslində o, İnsana gərək deyil, İnsana Allahın 

İradəsi gərəkdir. 

İslamda  İradə  Mənasızlaşır. 

İslamda  İnsan  Qismətə  qatılır,  qapılır: Özünə  yaramır,  Özümlüyündən 

ayrı düşür – Alətləşir. 

İnsanı mənasızlaşdıran İslam dünyanı da mənasızlaşdırır. 

İslamda  əsl  Dünya  –  “O  Dünya”dır;  bu  Dünya  puçdur,  fanidir;  “O 

Dünya” üçün yaşayırsan. 



Bu Dünyada ölürsən – O Dünyada dirilirsən. 

İslam qorxu saçır, qorxuyla işıqlandırır; əslində qorxu – qaranlıqdır. 



Allah – İnsanın ağasıdır. 

Ağanın silahı qorxu olur. 

Bugün Allah Ağalığını rədd etməli, qorxu qaranlığını yarmalıdır. 

 

İqtidarçılıq  –  Dünyəvi  Allahçılıqdır;  Göydə  Allah,  Yerdə  Hakim 

iddiasının ifadəsidir... 

Xalqın 

rəiyyətləşməsi, 



itaətləşməsi, 

Hakimiyyətin 

bütləşməsi, 

Ağaçılığın ilahiləşməsidir. 

Dinçiliklə  Hakimiyyətçilik  qoşadır.  Göy  Allahlığı  –  Yer  Allahlığına 

yarayır. Hakim Allahdan özünə yaraq düzəldir. Hakimə dindarlıq gərəkdir: 

Göydəki  Allaha  inanan  –  Yerdəki  Allaha  tapınar;  Göydəki  Allaha  itaət 

eləyən  –  Yerdəki  Allaha  baş  əyər;  Göydəki  Allahdan  qorxan  –  Yerdəki 

Allaha əyilər. 

Hakimiyyət  bugünü  rəiyyətləşdirməyə  can  atır,  onu  cazibəli  şüarlarla, 

təntənəli çağırışlarla özünə ram etməyə çalışır. 

Göy  Allahlığını  rədd  edən  bugün  –  Yer  Allahlığını  da  rədd  etməli, 

mənəvi və siyasi xurafata qarşı çıxmalıdır. 

 

Pulçuluq  –  varidat  Allahçılığıdır,  pulun  İnsan  üzərində  Ağalığıdır; 

İnsanın əmtəələşməsi – satılması, alınmasıdır. 

Dünya – pulçuluq tüğyanına düçar olub.  

Pulçuluq ruhsuzluğunu dəf etmək gərək. 

 



 

464


Xaricilik – Millətin dünyaya qatılması, onda itməsi, qəribləşməsidir. 

İrəlikçi  şüarlarla,  çağırışlarla,  inkişaf  adı  ilə  millət  xariciləşir;  qapını 

dünyaya elə gen açırlar ki, qapısız qalırıq. 

Milləti Özgəçilikdən  qorumaq  gərək, xariciləşmə  təhlükəsini  dəf  etmək 

gərək. 

*** 

İnamçılıq  –  Dünyanın  Özümlüyünə  –  Mütləq,  Əzəli,  Əbədi,  Sonsuz, 

Kamil Mahiyyətinə, Mənasına İnam deməkdir. 

Həyatın  Özümlüyünə  –  Mütləq,  Əzəli,  Əbədi,  Sonsuz,  Kamil 

Mahiyyətinə, Mənasına İnam deməkdir. 

İnsanın  Özümlüyünə  –  Mütləq,  Əzəli,  Əbədi,  Sonsuz,  Kamil 

Mahiyyətinə, Mənasına İnam deməkdir. 

İnamçılıq:  Dünyanın  Özümlüyündən  –  Mütləq,  Əzəli,  Əbədi,  Sonsuz, 

Kamil Mahiyyətindən, Mənasından yaranmasına  İnam deməkdir. 

Həyatın  Özümlüyündən  –  Mütləq,  Əzəli,  Əbədi,  Sonsuz,  Kamil 

Mahiyyətindən, Mənasından yaranmasına  İnam deməkdir. 

İnsanın  Özümlüyündən  –  Mütləq,  Əzəli,  Əbədi,  Sonsuz,  Kamil 

Mahiyyətindən, Mənasından yaranmasına  İnam deməkdir. 

İnamçılıq  –  Mütləq  Xeyir,  Mütləq  Ədalət,  Mütləq  Həqiqət,  Mütləq 

Kamillik tələbidir. 

İnamçılıq  –  dinə  qarşıdır:  bəndəçiliyə,  qismətçiliyə,  o  dünyaçılığa, 

cənnətçiliyə-cəhənnəmçiliyə, 

itaətçiliyə, 

Yaradan 


Ağalığına, 

cəfəngiyyatçılığa qarşıdır. 



İnama  yüksəlmək  gərək  –  İnamla  İşıqlanmaq  –  İşıqlandırmaq 

gərək. 

 

Xalqçılıq – bütün cəmiyyətlərə, o cümlədən kapitalizmə və sosializmə 

xas  olan  Ağalıqdan,  Nökərlikdən,  Təbəqəçilikdən,  Yadlaşmadan  azad 

olmaq – Xəlqi Birliyi təmsil edən Quruluş yaratmaqdır. 

Nə qədər Ağalıq var – Xəlqi Quruluşdan danışmaq – Yalandır. 

Nə qədər Nökərlik var – Xəlqi Quruluşdan danışmaq – Yalandır. 

Nə qədər Təbəqəlik var – Xəlqi Quruluşdan danışmaq – Yalandır. 

Nə qədər Yadlaşma var – Xəlqi Quruluşdan danışmaq – Yalandır. 

Xəlqi Quruluş – Fərdi Özünüidarəyə əsaslanan Quruluşdur – Müstəqil 

İnama,  Müstəqil  İdraka,  Müstəqil  Mənəviyyata,  Müstəqil  İradəyə  malik 

olan Azad Fərdlər Birliyidir. 

Əməkçi Mülkiyyətinə (kapitalist mülkiyyətinə yox, sosialist mülkiyyətinə 

yox) – əsaslanan Quruluşdur. 

Qoruyucu  Dövlətə  (parlamentçiliyə  yox,  totalçılığa  yox)  –  Xalqı 

dünyada  təmsil  eləyən,  onu  yağıdan,  cinayətkardan  qoruyan  Dövlətə 

əsaslanan Quruluşdur. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə