Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.

səhifə133/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
1   ...   125   126   127   128   129   130   131   132   133

 

465


İmtiyazsızlığa əsaslanan Quruluşdur. 

Xalqçılğa yetmək gərək, Xalqçılıqla İşıqlanmaq – İşıqlandırmaq gərək. 

 

İnsançılıq  –  İnsanın  Mütləq  Mahiyyətini,  Zamandan,  Şəraitdən, 

Mühitdən,  Cəmiyyətdən  Üstünlüyünü,  Kamilliyə  Qadirliyini  təsdiq 

etməkdir. 

İnsan  pulçuluğuyla  yox,  Ruhçuluğuyla  zəngindir  –  İnamıyla,  İdrakıyla, 

Mənəviyyatıyla, İradəsiylə. 

İnsançılığa  yetmək  gərək,  İnsançılıqla  İşıqlanmaq  –  İşıqlandırmaq 

gərək. 

 

   Yurdçuluq – Şərqçilik, Türkçülük, Azərbaycançılıq birliyidir. 



Dünya sürətlə qərbləşir. 

İndi Dünya deyəndə Qərb nəzərdə tutulur əslində. 

Şərqdən Qərb kölgəsi düzəldirlər. 

Şərqi təqlidçilik kölgəçiliyindən xilas etmək – Yurdçuluq ləyaqətidir. Bu 

ləyaqətə yetmək gərək, onunla İşıqlanmaq – İşıqlandırmaq gərək. 

 

Türkçülük  –  Yurdçuluğumuzun  fitri  təməlidir:  İnamçılıq,  Birsifətlilik, 

Vüqar, 

Ölümlə 


Öcəşmək, 

Özünütəsdiq 

Möhtəşəmliyi 

əsasında 

Yurdlaşmışıq. 

Türkçülüyə  yetmək  gərək,  Türkçülüklə  İşıqlanmaq  –  İşıqlandırmaq 

gərək. 

 

Azərbaycançılıq  –  Milli  Dəyərlər  Ucalığıdır.  Milli  Dəyərlərimizi  İslama 



bağlamaq onları dəyərsizləşdirməkdir. 

Azərbaycanın Milli dəyərləri –  

Zərdüştçülüyün  təmsil  etdiyi  İşıqçılıqdır;  Babəkiliyin  təmsil  etdiyi 

Fərəhçilikdir;  Dədə  Qorqudun  təmsil  etdiyi  Ağsaqqalçılıqdır;  Hürufilərin 

təmsil etdiyi Həqçilikdir; Ocağın təmsil etdiyi Mütləqçilikdir. 

Azərbaycançılığa  yetmək  gərək,  Azərbaycançılıqla  işıqlanmaq  – 

işıqlandırmaq gərək. 

Bugün Sabah üstə köklənməlidir – Sabah çağırmalıdır. 



 

28 Mərhəm günü, Günəş Ayı, 18-ci il. Bakı. 

 


 

466


İMTİNAYA YETMƏK 

(Altıncı  Müqəddəs Kəlam) 

 

I. DİNDƏN İMTİNA 

Din İnamsızlığını Duymaq. 

Din İnamsızlığını Dərk etmək. 

Din İnamsızlığından İmtina etmək. 

İdrak Əməli, Duyğu Əməli, İradə Əməli Birliyi. 

Daxildə Yaranan İmtina – İnam Gerçəkliyi Tələb edir. 

İmtina Əməlindən İnam Gerçəkliyi Yaranır. 

Daxili Zahirini Yaradır. 

 

II. KAPİTALİZMDƏN İMTİNA 

Kapitalizm İnsansızlığını Duymaq. 

Kapitalizm İnsansızlığını Dərk etmək. 

Kapitalizm İnsansızlığından İmtina etmək. 

İdrak Əməli, Duyğu  Əməli, İradə Əməli Birliyi. 

Daxildə Yaranan İmtina – İnsani Gerçəklik Tələb edir. 

İmtina Əməlindən İnsani Gerçəklik Yaranır. 

Daxili Zahirini Yaradır. 

 

III. SOSİALİZMDƏN İMTİNA 

Sosializm İnsansızlığını Duymaq. 

Sosializm İnsansızlığını Dərk etmək. 

Sosializm İnsansızlığından İmtina etmək. 

İdrak Əməli, Duyğu  Əməli, İradə Əməli Birliyi. 

Daxildə Yaranan İmtina – İnsani Gerçəklik Tələb edir. 

İmtina Əməlindən İnsani Gerçəklik Yaranır. 

Daxili Zahirini Yaradır. 

 

IV. MADDİYYATÇILIQDAN İMTİNA 

Maddiyyatçılıq Ruhsuzluğunu Duymaq. 

Maddiyyatçılıq Ruhsuzluğunu Dərk etmək. 

Maddiyyatçılıq Ruhsuzluğundan İmtina etmək. 



İdrak Əməli, Duyğu Əməli, İradə Əməli Birliyi. 

Daxildə Yaranan İmtina – Ruhani Gerçəklik Tələb edir. 

İmtina Əməlindən Ruhani Gerçəklik Yaranır. 

Daxili Zahirini Yaradır. 

 

 

 



 

467


V. İMTİNA – TƏSDİQ 

İmtinaya Yetmək – Təsdiq Əməlidir. 

Şərdən İmtina Etmək – Xeyiri Təsdiq etməkdir. 

 

Od Ayı, 18-ci il. Bakı. 

(İyul, 1996-cı il). 

 

 

İNSANİLİK   DÜNYASI 

(Yeddinci  Müqəddəs Kəlam) 

 

Ürəyinizdə Günəş Olsun! 



Siyasi Hakimiyyətçilik aradan qalxacaq. 

İnsan  özünü  İdarə  edəcək,  onun  İnsanüstü  İdarəyə  ehtiyacı 

olmayacaq.  

İnsan özünə Sahib olacaq, onun İnsanüstü Sahibə ehtiyacı olmayacaq.  

İnsan  Siyasi  Hakimiyyətin  Ağaçılıq  olduğunu  Biləcək,  Duyacaq; 

Nökərlik  olduğunu  Biləcək,  Duyacaq;  Təbəqəçilik  olduğunu  Biləcək, 

Duyacaq; Yağıçılıq olduğunu Biləcək, Duyacaq. 

İdarəçi Hakimiyyət Qoruyucu Hakimiyyətə çevriləcək. 

Canavarlıqdan  Azad  olan  İnsanların  İnsanüstü  Qoruyucuya  Ehtiyacı 

olmayacaq. 

Tülkülükdən  Azad  olan  İnsanların  İnsanüstü  Qoruyucuya  Ehtiyacı 

olmayacaq. 

İlanlıqdan  Azad  olan  İnsanların  İnsanüstü  Qoruyucuya  Ehtiyacı 

olmayacaq. 

İnsanları İnsanilik Qoruyacaq. 

Vicdan Hakimliyi Kapitalizmi – Varidat Hakimliyini rədd edəcək. 

Təmənnasızlıq Varidat Hakimliyini rədd edəcək. 

Fədakarlıq Varidat Hakimliyini rədd edəcək. 

Özünə inanan İnsan – Allaha inanmayacaq. 

İtaətə qatılmayacaq. 

Dünyaçı  İnsan  o  Dünyaya  inanmayacaq,  cənnətə  inanmayacaq, 



cəhənnəmə inanmayacaq, cəfəngiyyata inanmayacaq. 

Həqiqətə inanan İnsan – Yalana İnanmayacaq. 

Siyasi Hakimiyyət Möhkəmləndikcə – Zəifləyəcək. 

Kapitalizm artdıqca – Əksiləcək. 

Din genişləndikcə – Daralacaq. 

İnsanilik Dünyası Yaranacaq. 

29 Mərhəm günü, İşıq Ayı, 19-cu il. 

 



 

468


İNAM ATA 

 

      KUTSAL BİTİQLƏR 

     (MÜQƏDDƏS  KİTABLAR) 

            10 cilddə 

      Nəşrin ümumi adı: 

    KUTSAL ONLUQ, qısaca ONLUQ 

 

 

Bitiq 

sırası 

Bitiyin adı 

İçindəki əsərlər 



Mütləqə İnam 

İnsan; İnam; Ruh; Həyat; İntibah 



 

II 

 

Mütləqləşmək – Var 

olmaq 

Mövcudluq; Həqiqət; Əxlaq; Dövlət; 

Cəmiyyət; Xurafat; Mülkiyyət; Zəruriyyət  

 

III 

 

 

Görmək İnsaniliyi 

Təzadlar; Rəmzlər; Mənalar; Mütləqi-

lik; Olan və Olmayan;  

Varlıq – Yoxluq; Ruhani Xətt; Münasi-

bətlər; Hallar 

IV 

Fəlsəfənin Təməli 

İnam Fəlsəfəsi; Təməl 



 

 



 

 

Kutsal Quruculuq 

Yol.Ata Sözü (Ocaqçının Həyat Tərzi; 

Cövhər; Meyar; Qanun; Üsul; Övladlıq)  

Sədaqət;  

Ruhani Hökmlər; Ruhani Sənədlər; 

Müqəddəs Kəlamlar 



 

VI 

 

 

İçdən Yaranma 

Özündən Yüksək; Dünyadan Üstün; 

Dünyaçılıq – İnsançılıq; Gerçəkliyi 

Ötmək; Kamilləşmə Əməli; Daxildən 

Gerçəkləşmək; Bütövlük Həqiqəti 

VII 

 

 

Hüquqdan Haqqa 

Haqq; Ölçü; Siyasətdən Üstün; Haqq – 

Haqsızlıq; İqtisadiyyat İnsansızlığı – 

İqtisadiyyat İnsaniliyi;  

Həqiqət Azadlığı – Cəfəngiyyat Əsarəti 

VIII 

Özüllər Özülü 

Ruhaniyyat; Əxlaq; Mahiyyət 



IX 

 

Yollaşan Aqibət 

Atalıq Xilqəti; Ömrüm – Günüm; 

Bədiiyyat; 



 

 

Yetməli Olduğunuz 

Adamlıq – İnsanlıq; Adamdan – 

İnsana; İnsana Yaramaq; Özümlük – 

Özgəlik; Dünənçilik – Sabahçılıq; 

İnsanilikdən Yaranan; Müqəddəslik; 

İnsanilik İmkanı; Həqiqət İnsaniliyi; 

İnsanilik 



 

469


ATA – OCAQ GÜNSIRASI (TƏQVİMİ) 

 

 

1 mart 1979-cu ildən başlanır. 



 

Aylarda günlərin sayı miladda olduğu kimidir. 

 

I ay Günəş – mart 



II ay Çiçək – aprel 

III ay İşıq – may 

IV ay Közərti – iyun 

V ay Od – iyul 

VI ay Söngü – avqust 

VII ay Ata – sentyabr 

VIII ay Solğun – oktyabr 

IX ay Yağış – noyabr  

X ay Sərt – dekabr 

XI ay Qar – yanvar 

XII ay Köçəri – fevral 

 

 



Günsıranın ünlü günləri 

 

1 Günəş – «Yeni  il» Mərasim-Törəni 

14 Günəş – «İnsanilik» Bayramı 

25 Çiçək – «Ruhani İdrak Günü» Mərasimi 

1 Közərti – «Evlad Günü» Mərasimi 

5 Közərti – «Ata  Sonevini  Ziyarət  Günü» Mərasimi 

13 Közərti – «Xəlqilik» Bayramı 

1 Söngü – «Ata  Evini  Ağırlama» Mərasimi 

12 Ata – «Şərqilik» Bayramı 

25 Ata – «Ata Günü» Mərasimi 

13 Yağış – «İnam  Evi Günü» Mərasim-Törəni 

12 Sərt – «Bəşərilik» Bayramı 

27 Sərt – «Ruhani  Səfər  Günü» Mərasimi 

6 Köçəri – «Ailə  Günü» Mərasimi 

Həftənin günləri: 

 

I gün 


– 

Dilək  

II gün 


– 

Gözlək  

III gün 


– 

Dözüm  

IV gün 


– 

Uyum  

V gün 


– 

Bölək  

VI gün 


– 

İstək  

VII gün 


– 

İnam  


 

470


 

MÜTLƏQƏ  İNAM  RUHANİYYATI 

 

(Ruhsal Bəlgə) 

 

Türkün  (ilk)  Ruhaniyyat  Ocağı  –  İnam  Atanın  (Asif  Atanın)  Mütləqə 



İnam Ocağı 30-ildə (Miladın 2008-2009-ili) İnam Ata İrsi’ndən özünün, ən 

uca  ümumbəşəri  ruhani  dəyər  kimi,  tapındığı  hissəni  “On  Kutsal  Bitiq və 

üç Yan Bitiq (qısaca Onluq)” adı altında nəşrə hazırladı. “Onluq” Atamızın 

43 Müqəddəs Kitabını və 7 Müqəddəs Kəlamını özündə birləşdirir.   

Yeni təsnifat zamanı (Şölə ayı 32-il) Yan Bitiqlər bölməsini ləğv elədik. 

“Anlam  İnsaniliyi”  (III)  və  “Görmək  İnsaniliyi”  (IV)  Bitiqlərini  mövzuca  bir-

birinə  yaxın  olduqları  üçün,  “Görmək  İnsaniliyi”  adı  altında  birləşdirdik. 

Birinci Yan Bitiyi bütünlüklə Onluğun “Kutsal Quruculuq” adlı VI (indiki V) 

Bitiyinə  keçirdik.  (Bax:  “İnama  Doğru”  dərgisi,  30  Xəzan  32-il;  Oktyabr 

2010, N2, səh.13).  

Bitiqlərin  təsnifatı  və  sistemləşdirilməsi  içlərindəki  Kitabların  Mütləqə 

İnam  baxışında  yerinə  görə  aparılmışdır;  hər  Bitiq  Ata  Təlimindəki məna 

ifadəsinə  əsasən  adlandırılmış,  Ata  Mətnlərinin  bütövlüyü,  ilkinliyi, 

məzmunu,  dili,  üslubu,  cümlə  quruluşu  olduğu  kimi  saxlanılmışdır.  İnam 

Ata  İrsinə  yönəlik  bu  prinsip  həmişə  və  hər  yerdə  gözlənilməlidir.  

Bitiqlərin  indi  təqdim  olunan  quruluşu,  biçimi,  adları,  sayı  da  

toxunulmazdır.  

Onluq (On Kutsal Bitiq) – Mütləqə İnam Ocağı tərəfindən Mütləqə İnam 

Ruhaniyyatı  –  Ata  Müqəddəsatı  sayılır.  Bütövlükdə  Ata  Dilindən,  Ata 

Qələmindən nə çıxıbsa, Mütləqə İnam Dünyabaxışının Kutsal İrsi sayılır. 

İrsin yiyəsi, qoruyucusu, sorumlusu İnam Atanın Mütləqə İnam Ocağıdır. 

İrslə bağlı bütün hüquqlar bu Ocağa məxsusdur. 

  

Atamız var olsun! 



 

SAFRUH 

Mütləqə İnam Ocağının Ruhani Başçısı 

 

 29 Solğun 35-il. 

 (29.10.2013). 

 

 



 

 

 


 

471


 

İÇƏRİSİ 

 

Kutsal Quruculuq (Safruh) .......................................................................7 



İnsanlaşmaq ......................................................................................... 21 

 

YOL.  ATA  SÖZÜ ................................................................................ 23 

                Doğmalarıma......................................................................... 25 

Ocaq məramı ......................................................................... 25 

Ocaqçının həyat tərzi ............................................................. 28 

Cövhər ................................................................................... 43 

Meyar .................................................................................... 60 

Qanun .................................................................................... 78 

Üsul ....................................................................................... 82 

Evladlıq .................................................................................. 85 



 

SƏDAQƏT  ........................................................................................... 89 

 

RUHANİ   SƏNƏDLƏR  ...................................................................... 133 

 

RUHANİ   HÖKMLƏR  ........................................................................ 123 

 

MÜQƏDDƏS   KƏLAMLAR  ............................................................... 449 

               Mütləqlə Təmas  ................................................................... 451 

İkilik ..................................................................................... 455 

Varlığın özündə – varlıqdan artıq   ........................................ 458 

Varlıq – Məna ...................................................................... 461 

Sabah üstə .......................................................................... 462 

İmtinaya yetmək ................................................................... 466 

İnsanilik dünyası .................................................................. 467 

 

Kutsal Bitiqlər ....................................................................... 468 



Günsıra ................................................................................ 469 

Mütləqə İnam Ruhaniyyatı .................................................... 470 

 

 

 




 

472


Türkün (ilk) Ruhaniyyat Ocağı – 

İnam Atanın (Asif Atanın) 

Mütləqə İnam Ocağı 

 

İNAM  ATA 

(Asif Ata) 

(Əfəndiyev Asif Qasım oğlu) 

 

On Kutsal Bitiq’in Beşinci Bitiqi: 

 

KUTSAL  QURUCULUQ 

 

(Türk dilində) 



 

Bizimlə əlaqə: 



www.asifata.com

 

ocak@asifata.com 

 

İnam Evi: +99412  514-62-08; 050 359-62-74; 050 515-20-76 



 

Üz qabığının dizaynı və bilgisayar işi: 



Yolruh Atalı 

 

Düzəlişçi: 



  Sadiq Atalı 

 

 



Çapa imzalanıb: 30.10.2013 

Formatı 60x84 1/16 

Fiziki ç/v  

Tirajı: 300 

 

«Qanun» nəşrlər evi 

Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9. 

Tel: (+994 12) 431-16-62; 431-38-18 

Mobil: (+994 55) 212 42 37 

e-mail: info@qanun.az 

www.qanun.az 





Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə