Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə15/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   11   12   13   14   15   16   17   18   ...   133

 

48 


Dünya  yalnız  Ruhun  güzgüsündə  görünür.  Ruh  vasitəsilə  İnsan  həm 

də özünün özündən böyük Mənasını dərk edir, özünü bu Məna əsasında 

Kamilləşdirir, Ülviləşdirir. 

İnsanı İnsan eləyən Ağıl yox, Ruh oldu.  

Mənəviyyat İmtinadan başlayır.  

Çünki  İnsan  təbiətin  verdiyi  ilə  kifayətlənmir,  bundan  daha  Yüksək 

olmağa can atır, özüylə döyüşür.  

İmtinada  İnsan  özünün  və  ətrafındakıların  naqisliyini  anlayır, 

onlardan əl çəkir, özünü Mənən öldürür  və yenidən dirildir.  

İmtinada İnsan ikinci dəfə doğulur. 

Burada  İnsan  özünü  özündən  böyük  Mahiyyəti  əsasında 

dəyişdirir,  özünün  əsil  İnsani  Mənadan  aşağı  olduğunu  anlayır, 

özünü rədd edir.  

İnsanın əsl ömrü, taleyi bundan sonra başlayır.  

Mənəviyyatın  ikinci  –  Vicdan  mərhələsində  İnsan  Mənəvi  Həyatını 

daxili 

tələb 


əsasında 

nizamlayır, 

yetkinləşdirir, 

özünü 


özünün 

sərəncamına verir.  

Son mərhələdə İnsan Özündənkeçməklə özünü özündən Alidə tapır.  

Özündən  İmtina,  Özünütapma  və  Özündənkeçmə  –  İnsan 

Mənəviyyatının pillələri bunlardır.  

Beləliklə  də,  İnsan  –  Ruhla  Dünyanı  dərk  edən,  Müqəddəslikdə 



Həqiqət  arayan,  Özündənkeçmədə  Özünü  tapan,  Dünyaya,  Təbiətə, 

Cəmiyyətə, Özünə sığmayan Varlıqdır.  

O,  Gərgin  Həyat  sürür.  Dünyaya  naməlum  gəlib,  naməlum  da  gedir, 

heç kəs onun kim olduğunu bilmir, çünki Həyati təsəvvürlərə sığmır.  

Onun  ictimai  tarixi  –  özündənayrılma,  özünün  əksinə  çevrilmə,  öz 

İnsani  Mahiyyətinin  əksinə  yaşamaq,  Zorakılığın  Ruhaniliyi  üstələməsi 

tarixi olub.  



İnsanın 

İnsani 

Mənası 

isə 

Peyğəmbərlərin 

Kəlamlarında, 

Qəhrəmanların 

Mənəvi 

Qüdrətində, 

Müdriklərin 

Fikirlərində, 

Dostluqda, Məhəbbətdə aşkara çıxıb.  

İctimai  Həyat  Ruhani  Həyata  demək  olar  ki,  həmişə  düşmən  kəsilib, 

ona  görə  də  İnsan  İnsan  kimi  yaşaya  bilməmişdir.  İnsanı  əhatə  eləyən 

İctimai Dünya demək olar ki, heç vaxt İnsani Dünya olmamışdır.  

Burada  şər,  eybəcərlik,  yalan,  naşılıq  çox  olmuş,  Xeyirin,  Gözəlliyin, 

Həqiqətin üzərinə kölgə salmış, onlara  xələl gətirmişdir.  

Bu baxımdan, Dünya heç vaxt doqmatik nikbinliyin tələbinə tam cavab 

verməmişdir.  

Ancaq  Dünya  həmişə  özündən  kənara  çıxmağa,  özündən  daha  yaxşı 

olmağa, Mütləqə yaxınlaşmağa can atmışdır.  

Bu baxımdan, o, bədbinliyə də bəraət qazandırmır.  



 

49 


Soyuq, avam nikbinlik də, miskin, zəif bədbinlik də Dünyanın Mənasına 

yaddır.  

Dünya Nikbinlik və Bədbinlik  anlayışlarının hər ikisindən Yüksəkdir. 

O, Mütləqə can atandır, ancaq şəri tam yox edən deyil! 

Gözəllik yaradandır, ancaq mənfiliyi yox edən deyil! 

Şərdə  dayanmır,  ondan  uzaqlaşmağa  səy  göstərir,  ancaq  Şəri  özüylə 

gələcəyə aparır.  

Dünyanın  gedişində  İnsanı  Hiddətləndirən  cəhətlər  çoxdur,  ancaq 



gedişin özü Kamilliyə, Gözəlliyə doğrudur. 

Buna görə də İnsan Dünyadan küsmür, ancaq Dünyayla ayaqlaşmağa 

da səy etmir; o, Dünyada mövcud olur, ancaq İdealda, Mütləqdə yaşayır, 

buna görə də özünü və Dünyanı yenidən yaradır.  

 

IV. XALQ 

 

Xalq  Ruhu  və  cəmiyyətdə  bərqərar  olan  ideologiya  –  müxtəlif 

hadisələrdir.  

Xalq  –  Mənəvi  Ənənənin  daşıyıcısı,  hifz  edəni  və  gələcək  nəsillərə 

bəxş edənidir.  

Bu səbəbdən də o, Əbədi Sərvətlər rəmzidir. 

Cəmiyyət  dəyişilir,  Xalq  Ruhu  isə  çox  cüzi  dəyişilməyə    məruz  qalır, 

onun yalnız zahiri cəhətlərində, üst qatında dəyişiklik müşahidə olunur.  



Xalq Ruhunda həmişə Əbədi keyfiyyətlər saxlanılır.  

Hər yeni cəmiyyət Xalq Ruhunu dəyişdirdiyinə inanır, ancaq gec-tez bu 

xülya yox olur, məlum olur ki, Xalq cəmiyyət qanunlarına əməl eləyir, an-

caq öz qanunları əsasında yaşayır.  

Bu  səbəbdən  də  qəsbkarların  yaratdıqları  eybəcər mühitdə  belə,  Xalq 

Xalq olaraq qalırdı.  



Çünki Xalq İnsanların sadəcə cəmi deyil, Birliyidir.  

Bu  Birlik  Mənəviyyatın  dərinliyində  mövcud  olur,  bu  dərinliyə  isə 

cəmiyyət müdaxilə edə bilmir.  

Bu səbəbdən də cəmiyyət ölür, ancaq Xalq yaşayır.  

Xalqı  Xalq  eləyən  üç  keyfiyyətdir:  Etnik  Birlik,  Mənəvi  Birlik,  Ərazi 

Birliyi.  



Etnik Birlik – Xalqın yaranması, Həyata gəlməsi, İrqi xüsusiyyətləri ilə 

bağlıdır.  



Mənəvi  Birlik  –  Dini,  Fəlsəfi,  Bədii  Sərvətlərlə  nəsildən-nəsilə  keçən, 

sabit Adət-Ənənələrlə əlaqədardır.  



Ərazi  Birliyi  –  Vətən  anlayışının  coğrafi  Mənasıyla,  Xalqın  yaşadığı 

ümumi məkanı ifadə edir. 

Bu üç cəhətin hər biri əsasdır.  



 

50 


Bu  baxımdan,  yalnız  İdeoloji  Birlik  əsasında  yaradılan  və  yuxarıdakı 

amilləri nəzərə almayan Xalq anlayışı çox süni və yanlış anlayışdır.  

İdeoloji  Birlik  əsasında  ərəblər  qəsb  etdikləri  Xalqlar  əsasında  yeni  

vahid Xalq yaratmadılar.  

Romalılar  da  öz  möhtəşəm  imperiyasında  Xalqların  cəmindən  yeni 

Xalq yetirmədilər.  

Napoleon  –  özünü  Fransa  inqilabının  davamçısı  kimi  qələmə  verdi, 

ancaq inqilabi ideologiya əsasında ümumi bir inqilabi Xalq icad etmədi.  

Bir-birindən Etnik, Mənəvi və Ərazi cəhətcə fərqlənən Xalqları ümumi, 

vahid  Xalq  Birliyi  adı  altında  birləşdirmək  yalnız  bir  nəticə  verə  bilər: 

sayca balaca olan Xalqları sayca böyük olan Xalqların içərisində əritmək, 

böyük xalqı daha da artırmaq, genişləndirmək, gücləndirmək.  

Doqmatizmin  ən  böyük  günahlarından  biri  Bəşəriyyəti  Xalqlara, 

Millətlərə qarşı qoymaqdır.  

Əslində Doqmatizm müxtəlif  Xalqlardan, Millətlərdən ibarət olan əlvan 

və  buna  görə  də  Həyati,  Təbii  Bəşəriyyət  tanımır.  O,  müxtəlifliklərdən 

təcrid  olunmuş  Xalqlar,    Millətlər,  Adət-Ənənələr  əlvanlığından  azad 

olunmuş Bəşər tanıyır.  

Bu  səbəbdən  də  o,  Millətlərin  gec-tez  aradan  qaldırılmasını,  bir-birinə 

qovuşmasını  və  az  qala  bir  dildə  danışmasını,  Vahid  Bəşəriyyət 

Varlığında itməsini – qarşısıalınmaz mütərəqqi hadisə sayır.  

Narahat  olanları  sakitləşdirmək  üçün  Doqmatizm  Millətlərin  bir-birinə 

qovuşmasını  uzaq  gələcəyin  öhdəsinə  buraxır.  Ancaq  bununla  zərərli 

fikrin təhlükəli mənası dəyişilmir.  

Hər  halda  biz  bilməliyik  ki,  gec-tez  ayrı-ayrı  Xalqlar  əvəzinə  yeganə, 

vahid  bəşər  əmələ  gələcək,  həmin  bəşərin  vahid  mədəniyyəti  olacaq və 

beləliklə də həlli çətin olan Milli məsələ öz qəti, tam “həlli”ni tapacaq. 

Doqmatizm Milli məsələni Millətlərin ləğvi şəklində “həll edir”.  

Sual  olunur:  Həyatı  Müxtəliflik,  Əlvanlıq,  Çoxcəhətlilik  Gözəlliyindən 

təcrid edən Yeknəsəq Dünya cənnətdən çox cəhənnəmə bənzəməzmi? 

Digər  tərəfdən,  əgər  Millətlər  aradan  qalxacaqsa,  onda  onların 

çiçəklənməsi nəyə gərəkdir? 

Bu,  təxminən  şaqqalanmağa  hazırlanan  qoyunun  qəssab  əlinə 

keçməmişdən qabaq kökəldilməsinə bənzəmirmi? 

Xalqa deyirlər ki, Mədəniyyətini, Tarixini, Dilini öyrən, sonra da məlum 

olur ki, Xalq özü gec-tez itəcək.  

Bu  ona  bənzəyir  ki, məhsulu  becərəsən,  biçəsən,  anbara  doldurasan, 

sonra da anbarı yandırasan.  

Doqmatizm Xalqlara çox fəlakətli aqibət hazırlayır.  

Azərbaycanlıların  özlərinə  məxsus  tarixi  taleyi var:  Etnik  cəhətcə  biz 

Oğuz Türkləriyik, Səlcuqların varisləriyik.  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə