Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə17/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   13   14   15   16   17   18   19   20   ...   133

 

54 


Möhtəşəmliyi,  Şərq  Müqəddəsliyi,  Şərq  Mətanəti    də  görərdi,  Qərbdən 

üsul-idarə mənimsəməzdi.  

Ümumbəşəri  Bədiiyyatın  Zirvələrindən  olan  Şərq  Sənətini  də  Şərq 

düzgün  qiymətləndirmədi.  O,  belə  hesab  etdi  ki,  müasir  dövrdə  ona 

arxalanmaq  olmaz,  o,  vaxtı  keçmiş  arxaik  hadisədir,  Qərb  sənətinə 

əsaslanmaq lazımdır.  

Evladlar  Atalarına  layiq  olmadılar  və  tədricən    Şərq  Qərbin  bədii 

əyalətinə çevrildi.  

Şərq  çox  şeydə  yanıldı:  ona  elə  gəldi  ki,  Qərb  kapitalistləşirsə,  o  da 

kapitalistləşməlidir,  Qərb  sənayeləşirsə,  o  da  mütləq  sənayeləşməlidir, 

yoxsa məhv olar.  

Əslində  isə  onu kapitalistləşmə,  sənayeləşmə məhv etdi:  bunları  Şərq 

öz  qüvvəsiylə  həyata  keçirə  bilmədi,  Qərbə  üz  tutdu,  Qərb  isə  Şərqə 

sənayeləşmə ilə yanaşı, əsarət gətirdi.  

Şərq elə hesab etdi ki, əgər Qərbdə yeni bir ictimai cərəyan yaranırsa 

və  bu  cərəyan  əsasında  Dünyanı  cənnətə  döndərirlərsə,  o,  bu  axından 

kənarda  qala  bilməz,  tezliklə  “nicat  doktrinasını”  qəbul  edib  cənnətə 

hamıdan tez çatmalıdır.  

Şərqin Qərbçilik dövrü ona ağır başa gəldi.  

İndi o, özünə qayıtmalıdır.  

Ya da Qərbin bulanıq sularında qərq olmalıdır.  

 

VI. QAYITMA 



 

İnsan Özündən ayrılıb – onu Özünə qaytarmaq lazımdır!  

Şərq Özündən ayrılıb – onu Özünə qaytarmaq lazımdır! 

 Azərbaycan Özündən ayrılıb – onu Özünə qaytarmaq lazımdır! 

İnsanı  Özünə  qaytarmaq  üçün  Ona  normal  maddi  şərait  yaratmaq 

lazımdır.  

Bu, ilkin və ibtidai tələbdir. 

İnsanı Özünə qaytarmaq üçün Ona Yeni İdrak, Yeni Mənəviyyat, Yeni 

Hissiyyat,Yeni Həyat İdealı lazımdır.  

Bunun üçün keçmişə qayıtmaq tələb olunur.  

Müqəddəsliyə pərəstiş duyğusunu bərpa etmək gərəkdir.  

Bunun  üçün  Dinin  alleqorik  şəkildə  ifadə  etdiyi  Ruhani  İdeyalara, 

Duyğulara qayıtmaq tələb olunur. 

İnsansevərliyə, Məhəbbətə qayıtmaq gərəkdir.  

Bunun  üçün  İdealizmin  Ruhani  Paklığına,  Füzulilərin,  Nəsimilərin 

Ehtizazına, Vəcdinə qayıtmaq tələb olunur.  

Qəhrəmanlıq,  Fədakarlıq,  Özündənkeçmə  Ehtirasına  qayıtmaq 

gərəkdir.  




 

55 


Bunun üçün Babəklərin, Cordano Brunoların, Yan Qusların Dünyasına 

qayıtmaq tələb olunur.  

Ailə Qüdsiyyətini bərpa etmək gərəkdir.  

Bunun üçün Qədim Adətlərə, Qaydalara qayıtmaq tələb olunur.  

Qadınlıq Ləyaqətini bərpa etmək gərəkdir.  

Bunun üçün Qədim Qadınlığa qayıtmaq tələb olunur.  

Kişilik Əzəmətini bərpa etmək gərəkdir.  

Bunun üçün Qədim Kişilərə bənzəməliyik.  

İnsanın Torpaq ilə Doğmalığını bərpa etmək gərəkdir.  

Bunun üçün ona torpaqdan nə isə düşməlidir.  

İnsanı  Heyvani  Həyat  tərzindən,  əşyalaşma  fəlakətindən,  var-dövlət 

əsarətindən qurtarmaq lazımdır.  

Bunun üçün Buddaların, C.Rumilərin Ruhuna qayıtmaq tələb olunur! 

İnsanın Gözəlliklə, Bədiiyyatla təmasını bərpa etmək lazımdır.  

Bunun  üçün  Təbiətə  Ruhani  münasibətə,  Qədim,  Əbədi  Bədiiyyata 

qayıtmaq tələb olunur.  

İnsanın Vətənsevərlik Ehtirasını bərpa etmək lazımdır.  

Bunun üçün Vətənlə bir olmaq Ülviyyəti tələb olunur.  

İnsanın Mənəvi Müstəqilliyini bərpa etmək lazımdır.  

Bunun üçün onu mühitin təsirindən qurtarmaq tələb olunur.  

İnsanı  daxilində  yaşayan  Şərdən,  Eybəcərlikdən,  Naqislikdən 

qurtarmaq lazımdır.  

Bunun üçün Özüylədöyüş Hikmətinə qayıtmaq tələb olunur.  

Şərq  Özünəməxsus  Dövlət  Quruluşu,  İctimai-Siyasi  Doktrina,  İdeal, 

Fəlsəfə,  Bədiiyyat  yaradanda,  Qərbi  təqlid  etməkdən  əl  çəkəndə,  öz 

Adət-Ənənələrinə arxalananda Özünə qayıdacaq.  

Şərq  özünün  Dünənini  Bugünündən,  Qədimliyini  Müasirliyindən, 

Tarixini indiki nailiyyətlərindən Üstün sayanda Özünə qayıdacaq.  

Bunun  üçün  ardıcıl  və  dərin  Özünüdərketmə  və  Özünüdəyişdirmə 

Qüdrəti tələb olunur. 



Azərbaycanın  Özünə  qayıtması  –  Özünü  Müstəqil  İctimai,  Mənəvi 

Varlıq kimi dərk və təsdiq etməsilə bağlıdır.  

Azərbaycan    –  Müstəqil  İctimai,  Mənəvi  Varlığa  çevrilmədən, 

Qədim 

Ənənələri 

əsasında 

Özünəməxsus 

Ruhani  Sərvətlər 

yaratmadan,  Taleyini  öz  əlinə  almadan,  Özünün  Ümumşərqi, 

Ümumtürk  Xislətini  bərpa  etmədən,  Qəyyumluq  İmtiyazlarını 

həmişəlik rədd etmədən Öz Xəlqi Mahiyyətini təsdiq edə bilməz.  

Xalqı  Özünün  qeydinə  qalmağa,  Özünə  sahib  olmağa  çağırmaq 

lazımdır.  

Onu  yanlış  fikirlərdən,  avam  xülyalardan,  yalançı  vətənsevərlərdən 

qorumaq gərəkdir. 



 

56 


Azərbaycanı  mücərrəd  vahidliyin  vəhdəti  kimi  yox,  orijinal,  canlı, 

konkret hadisə kimi qiymətləndirməyi Xalqa öyrətmək lazımdır.  

Xalqı Müstəqil Həyata çağırmaq, hazırlamaq və yetirmək gərəkdir. 

Üç Böyük Qayıtmanı təmin etmək üçün dördüncü bir Qayıtmaya  zəruri 

ehtiyac yaranır.  

Qədimdə Dini, Fəlsəfi və Bədii Fikir bir idilər.  

Sonralar onlar ayrıldı, hər biri öz yoluyla getdi.  

İndi yenidən bir-birinə qovuşmalıdırlar.  

İndi Xüsusi Din, Xüsusi Fəlsəfə, Xüsusi Sənətlə yanaşı, onları özündə 

cəmləşdirən, onların üzvi, təbii Birliyi olan Ali Söz yaranır. 

 Həmin Söz Xəlqi, Şərqi, Ümumbəşəri İntibaha Rəhbərlik edəcək! 

 

VII. İMTİNA  ZƏRURİLİYİ 

 

Yanlış Əqidədən İmtina! 

Saxta Müəssisələrdən İmtina! 

Rütbələrdən, vəzifələrdən, mükafatlardan İmtina! 

Yalançı kitablardan, sözlərdən, çağırışlardan İmtina! 

Ağlı, Ürəyi, Həqiqəti buxovlayan süni silahdaşlıqdan İmtina! 

Parniklərdə becərilmiş İdrakdan, Bədiiyyatdan İmtina! 

Yanlış Dostluqdan, Ümumbəşərilikdən İmtina! 

Cənnət Xülyasından İmtina! 

Haylı-Küylü Əzəmətdən İmtina! 

İntizam pərdəsi altında köləlikdən İmtina! 

Sədaqət pərdəsi altında yaltaqlıqdan İmtina! 

İclas səmimiyyətindən İmtina! 

Sədəqə verəni Allah saymaq günahından İmtina! 

Dilindən  ayrı  düşməyin  Elindən  ayrı  düşmək  olmasını  anlamamaq 

fəlakətindən İmtina! 

Vətənsevərliyi Millətçilik möhürüylə damğalamaq qəbahətindən İmtina! 

Mənsəbpərəstlərin mənəvi paklığına inam yanlışlığından İmtina! 

Yalana alışmaq bəlasından İmtina! 

Bugünlə kifayətlənmək, Bugünə pərçimlənmək miskinliyindən İmtina! 

Saxta Xalq xidmətçilərinin cəfakeşliyinə İnamdan İmtina! 

Müasir, qabaqcıl, tərəqqipərvər görünmək eybəcərliyindən İmtina! 

Təqlidçiliyi Nicat Yolu saymaq bədnamlığından İmtina! 

Yeni Ailə, Yeni Məhəbbət, Yeni Məişət xurafatından İmtina! 

Zorun Ruhu məhv etməsi qənaətindən İmtina! 

Bugünün Mütləq labüdlüyü iddiasından İmtina! 

Dəbdəbəli nikbinlikdən və sızıltılı bədbinlikdən İmtina! 

Zorun Zəka üzərində qələbəsinə İnamdan İmtina! 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə