Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.

səhifə2/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   133

 

8

nifrət  sənayesidir.  Çağımızda  hamı  və  hər  kəs  bu  sənaye  nazirliyinin 



başqanı  (naziri)  olmaq  istərdi.  Anti-insaniliyin  gəlişməsi  doğuşda  cinsləri 

nəzarətdə  saxlamaqdır,  klonlama,  orqan  alveri  və  qaçaqmalçılığı 

məhşəridir;  robotların  musiqi  yazması,  rəsm  çəkməsi,  körpələrə  dayəlik 

etməsidir;  sol  gözün  sağ  gözə,  sağ  əlin  sola  al  qırmızı  xəyanəti  və 

kimsədən “gözün üstə qaşın var” eşitməməsidir; cinsi azlıqların öz qanun-

larını  çoxluğa  diktə  etməsidir  və  bütün  bunları  “Avropa  insan  haqları  və 

azadlıqlarının” beynəlxalq səviyyədə qoruması, dəstəkləməsidir. 

Bu haqlar topluma katarsis haqqı tanımır... Ona görə də... 

Sonuc:  total  simasızlıq  –  insani,  milli,  dövləti,  bəşəri;  “bacarana  baş 

qurban”,  “hamı  hamıya  qarşı”  kimi  səslənən  və  dünənə  qədər  pislənən 

fəlsəfələrin  ağarması,  normalaşmasıdır.  Toplumda  coxçeşidli  sivil  hey-

vanlığın hakim mövqeyə çıxmasıdır... 

Bunu dünyanın azmanları, “super gücləri” belə önləyə bilmirlər, məs., 

“sıravi”, passiv Ocaqçı qədər də. Çünki güclər, “superləri” ilə birlikdə, üz-

üzə yatan canavar sürüsüdür. 

Ata  bunun  önlənməsi  yolunu  canlı,  konkret,  ayrı-ayrı  insanlarla  iş 

aparmaqda və onları bir qurumda birləşdirməkdə görürdü – özündəki ca-

navarlığı,  tülkülüyü,  ilanlığı,  əqrəbliyi  öldürən  fərdlərin  əlbirliyində  –  ta 

ruhani dövlətə qədər. 

İnam  Ata  bunu  incələməklə,  buna fərdi  dahi  qırımı və inandırıcılığıyla 

“yox” deməklə yetərlənmədi. İncələyənləri incələdi. (Ondan qalmış qalaq-

qalaq  konspekt  dəftərləri  –  Onun  axtarışları,  əsərləri  kimiydi).  “Ayrılaq” 

dedi  Ata:  “Cəmiyyətdən,  şər  gedişdən.  Mütləqə  İnam  üstə,  öz  inamımız 

üstə  qurulaq,  Ocaqlaşaq,  Ailələşək.  Tamam  yeni  dünya  gərək,  tamam 

yeni insan gərək, tamam yeni qan gərək!” – dedi. 

Burada  söhbət  nədən,  kimdən  gedir?  İnam  Ocağının  Evladı 

(Zərdüştçülüyün ilkin öyrətməni, Buddaçılığın bhikşusu, İsaçılığın aposto-

lu,  İslamın  İmamı...)  bunun  üzərində  baş  sındırmalıdır,  Mütləqə  İnam 

Ocağı  isə  qırmalara  və  qıranlara  qarşı  ruhani  mübarizə  aparmalıdır;  öz 

mübarizəsini  Uluyurdda  Ruhani  Dövlətlə  başa  çatdırana  qədər.  İnam 

Atanın (Asif Atanın) ideyası budur, çağırışı bunadır. 

Atanın Evlad, Ocaq üzərindəki işi belə bir kutsal quruculuqdur – ruhani 

döyşçünü, insanı qurmaqdır. Və onun idarə edəcəyi qurumu qurmaqdır. 

Ata  bunun  daşıyıcılarını  və  gerçəyə  gətirənlərini  yaratmaq  üçün 

çalışırdı.  Sıravi,  sadə,  hətta  aşağı  adamlar  arasından.  Onları  Özünün 

qurduğu sistemdə Özünün düşündüyü işlərə buyurur, icraların gedişini və 

hər  məqam  üçün  sonucunu  yoxlayır,  dəyərləndirirdi.  Ən  uca,  ən  incə, 

ucu-bucağı  görünməyən,  ortada  örnəyi,  bənzəri  olmayan  işlərə  sıravi, 

sadə,  hətta  aşağı  (savadsız,  istedadsız)  adamları,  ulusal  meydanda  bu 

yöndə tarixi təcrübəsi, biliyi, bütövlükdə müstəqil idraki-ruhani iş aparmaq 




 

9

alışqanlığı  olmayan  bir  ulusun  (millətin)  mənsublarına,  ucdantutma  yox-



sul,  çox  yoxsul  ailələrdən  gəlmiş  oğlan və  qızlara  belə  iş  buyurmaq;  on-

lardan uğur gözləmək həm ilk yaradıcı xislətidir, düzünə qalsa, həm də 

yaşamamaq  deməkdi.  (Ata  da  yaşamırdı...  1982-ci  il  sentyabrın  23-də 

Safruhla  söhbətində  Özü  belə  deyirdi:  “Mən  yaşamıram,  mən  mübarizə 

aparıram”. (Başlanğıc”, s.29). Ocaq Evladlarından ən yaşlısı, ən savadlısı 

o  vaxtlar  mən  idim.  Ata  mənə  Ocağın  ilk  “Ata  Günü”  Mərasiminin 

gedişatını  (ssenari)  yazmağı  tapşırmışdı  (“Başlanğıc”,  s.  232),  mən  bu 

ibtidai  işi  bacarmadım,  onu  yaşı  hələ  20-yə  çatmamış  başqa  bir  Ocaqçı 

(Elxan-Əsil) yazdı. 

Atanın  Safruh  (Evlad)  quruculuğundan  daha  bir  xırdaca  cızqı 

(24.XII.1982):  “Bu  gün  işə  gedəndə  Şaumyan  (indiki  Xətai)  adına 

mədəniyyət sarayının qabağında avtobusdan düşüb yolun qalanını ayaq-

la getdim. İşdən çıxanda isə evə qədər... ayaqla gəldim... Yol boyu Atanın 

ideyaları başımda dolaşırdı. Düşünürdüm ki, saxta işlərdən, yalanlardan, 

qondarmaçılıqdan,  xırdalıqdan,  ikiüzlülükdən  və  bu  kimi  başqa  qüsur-

lardan  yaxa  qurtarmalıyam”  (“Başlanğıc”,  s.  43).  Bu  (V)  Bitiqdə  təqdim 

olunan Bəlgələrdə Atanın Evladlara dair ən uca Sözü kimi, ən acı qınağı 

da  Safruha  yönəlikdir.  Bununla  belə,  Asif  Ata  Ömrünün  ölməz  şah  əsəri 

olan Mütləqə İnam Yolunun (Evladlar arasında) baş yazarı, Atanın ilk (və 

hələlik  tək)  bioqrafı  oldum.  “Ata  Səcdəsində”  kitabımın  başqa  bir  adı  da 

“Safruhun  yaradılması”dır.  İndi  təqdim  olunan  Bitiqdə  Atanın  bu 

yaradıcılığa çəkdiyi əməyin üzücülüyü aydın görünür. 

Bugündən  baxanda  görürəm  ki,  mən  yaranmamışam,  yarana 

bilməmişəm,  mən  yalnız  yonulmuşam  və  O,  məni  Özünün  qurduğu 

Məbədin  bir  yerinə  tir  kimi  qoyub,  mən  orada  öz  üzərimə  düşən  yükü 

çəkirəm;  mən  Onun  bu  cür  yonub-yaratdıqlarından  biriyəm.  Onlarca 

başqa Evladlara da bu cür əməklər çəkib. Onlara dair Bəlgələr bu Bitiqdə! 

Qısaltmalarla bir-iki örnək: 

 

LEQAL  FƏALİYYƏT  HAQQINDA 

Amalımıza  Mütləq  Sədaqət  ruhunda,  İnam  naminə,  Xalqın  xeyrinə 

leqal  fəaliyyətdə  bulunmaq  –  rəsmi  təsir  vasitələrindən,  “icazəli” 

görüşlərdən, Mühazirələrdən, Müsahibələrdən və s. istifadə etmək. 

Şərt:  Mətbuat,  Radio,  Televizor,  Tədris  Şərini  daim,  ardıcıl,  barışmaz 

ifşa etmək. 

3 Dözüm günü, Ata Ayı, 8-ci il. (bu nəşr, səh. 157). 

 

QƏLBİ ÜÇÜN 

“Ata Günü”nə qədər Amalımızın Tərənnümünü yazırsan. (Ata haqqın-

da Sözlə bərabər).  





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə