Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə8/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   4   5   6   7   8   9   10   11   ...   133

 

27 


Biz  belə  hesab  edirik  ki,  müasir  İnsanın  Qəlbində  Məcnun  Alovu 

yaşamalıdır,  Nəsimi  Ənəlhəqqi  səslənməlidir,  Zərdüşt  İşığı  parlamalıdır, 

Muğam Hikməti, Saz Əzəməti səslənməlidir.  

Biz mədəni bədbinlərin “İnsan məhv olur” – hay-küyünə inanmırıq.  

İnsan  öz  böyüklüyünə  qayıda  bilər,  qayıtmalıdır  və  Ocaq  bu 

ümumbəşəri tarixi vəzifəyə xidmət edir. 

Biz geriyə yox, irəliyə gedirik.  

Fəqət biz irəliyə keçmişimizlə bərabər gedirik.  

Biz  Bəşərin  Ülvi  Ruhunu  Ürəyimizdə  gəzdiririk.  Həmin  Ruh  bizi 

Müqəddəsləşdirir  və  biz  bu  Müqəddəsliyi  Dünyaya,  Həyata,  Xalqa 

qaytarırıq.  

Dünya gözəlləşir, İnsan paklaşır, Əzəmət, Ülviyyət gəlir Həyata, Mehr, 

Məhəbbət  bəzəyir  Dünyanı,  Qeyrət,  Namus  cilalayır  Mənəviyyatı,  Fikrə 

Ənginlik, Duyğuya Təravət bəxş olunur.  

İnsan öz üzərində çaldığı qələbəni bayram edir. 

Biz azərbaycanlıyıq, Şərq dünyasının bir hissəsiyik. 

Muğamlarımızla,  Şerimizlə,  Adət-Ənənələrimizlə  Şərqə  bağlıyıq, 

Füzulilərimiz, Nəsimilərimiz Cəlaləddin Rumilərə, Hafizlərə qohumdur.  

Şərq mədəniyyətinə qovuşmuşuq, onun Ruhuna Ruhumuzu calamışıq. 

İtirməmişik – Böyümüşük, Yüksəlmişik, həm də Yüksəltmişik.  

Şərqin  ikinci  Füzulisi  yoxdur,  Muğamları  da  ən  kamil  şəkildə  biz 

qoruyub saxlamışıq və ifa etmişik. 

Biz həm də Qərbdən bəhrələnmişik. Ancaq heç vaxt qərbçi olmamışıq. 

Sənətimizdə,  Fəlsəfi  Fikrimizdə,  Musiqimizdə  təsdiq  olunan  Ruh  – 

Hərarətli, Müdrik Şərq Ruhudur. 

Biz  həm  də  türkdilli  xalqların  bir  hissəsiyik.  Ancaq  bu  xüsusiyyətimizi 

bütün Şərqə qarşı qoymuruq.  

Biz türkdilli xalq olsaq da, ən çox Şərqi xalqıq. Bizim Mənəviyyatımızda 

ümumi Şərq Mahiyyəti çox güclüdür. Adət-Ənənələrimiz, Cəngavərliyimiz 

hamıya bəllidir.  

Belə  bir  xalq  özünəməxsus  Mənəviyyat  Fəlsəfəsi  yaratmalıdır.  Tarix 

onun qarşısında bu vəzifəni qoyub.  



Ocaq həmin Zəruriyyətdən yaranıb! 

Füzulilərin,  Nəsimilərin,  Muğamatın,  Sazın,  Şərq  Ruhunun,  ümumən 

Dünya  İdrakının  davamı  olan  Mənəviyyat  Fəlsəfəsini  Ocaq  mütləq 

yaradacaq! 

Biz Dünyanı və İnsanı daha Gözəl və Kamil görmək istəyirik.  

Dünyanın  Aqibəti  İnsanın  əlindədir.  Gözəl  İnsanlar  Gözəl  Dünya 

yaratmağa qadirdirlər. 

Azərbaycanın  sinəsində  yanan  bu  Ocaq  Xalis,  Qeyrətli,  Pak  İnsanlar 

yetişdirəcək, Gözəl İnsan yaratmaqla Gözəl Dünyaya xidmət edəcək.  



 

28 


Qoy bir an da Qəlbimizdə Ülviyyət Odu azalmasın! 

Qoy bir an da Gözlərimizdə Heyrət İşığı azalmasın!  

Əzmimiz,  Gücümüz,  Cəsarətimiz,  Fədakarlığımız  –  Məqsədimizə 

bərabər olsun! 

Ocağın Müqəddəs Ruhu sönməzdir! 

Bakı, 1980-ci il.   

 

 

 

OCAQÇININ  HƏYAT TƏRZİ 

 

1.ÖZÜ   İLƏ  DÖYÜŞ 

 

Dünyanı, İnsanı, Həyatı dəyişən, Kamilləşdirən, Ülviləşdirən Ocaqçı öz 

Mənəviyyatında,  İdrakında  yaşayan  eybəcərliyi,  naqisliyi,  natamlığı 

öldürməlidir.  



Ocaqçının qazandığı ilk  Qələbə – özünün üzərində çaldığı Qələbə 

olmalıdır.  

Ocaqçı  bilməlidir  ki,  bəşər  övladı  Məxluq  kimi  dünyaya  gəlir,  Adam 

kimi mövcud olur, İnsan kimi yenidən doğulur. 

Məxluqun  başqa  canlılardan  fərqi  azdır.  O,  cismani  tələbləri  ödəyir, 

nəsil  artımında  iştirak  edir,  Həyata  uyğunlaşır,  özünü  qoruyur,  ibtidai 

nəşələrdə səadət tapır. Təbiət tərəfindən bəxş olunan nadir Qüdrət – Ağıl 

həmin məqsədlərə xidmət edir.  

Dostluq  əvəzinə  faydalı  ünsiyyət,  Məhəbbət  əvəzinə  şəhvani  asılılıq, 

Vətənpərvərlik əvəzinə məişətsevərlik yaranır.  

Məxluq üçün Vicdan, Həqiqət, Fədakarlıq, Ülviyyət yoxdur.  

Məxluq  Dünyanı,  Bəşəri,  Vətəni  görmür.  Çünki  Mənəvi  Aləmi  dardır, 

Qəlbi sönükdür, İdrakı cılızdır.  



Məxluq  özünü  dəyişdirməyə  can  atmır,  çünki  özünü  tanımır,  özünə 

qayıtmır, öz əsil Mahiyyətinə yaddır.  

O,  daim  bayağı  fəaliyyətdədir.  Onun  öz  daxili  Dünyasına  enməyə 

meyili, həvəsi, vaxtı yoxdur. O, bəsit həyat axarında adi bir damladır.  



Məxluq İradəsini, Ağlını, Mənəviyyatını cılız cismani mövcudluğa qarşı 

qoymağa  cəhd  göstərmir.  Çünki  bu  mövcudluqdan  kənara  çıxa  bilmir, 

ona pərçimlənir.  

Məxluq  özünün  indiki  vəziyyəti  ilə  kifayətlənir,  bayağı  Həyatın 

meyvələri ona dadlı gəlir, çünki başqa meyvə tanımır və tanımaq istəmir, 

başqa meyvənin olacağına inanmır.  



 

29 


O,  Dünyadan  yalnız  cismani  faydalanır.  Məxluqun  başını  qaldırıb 

Dünyaya baxmağa vaxtı və ehtiyacı olmur.  

Özünü dəyişdirmək üçün özünü öyrənməlisən. 

Məxluq özünə heç yaxınlaşmır da. 

Ali Duyğulara tələb yaranmır. Çünki hissiyyat div yuxusuna qərq olub.  

Dəhşətli bir naşılıq törəyir. Günəş – bədəni isidən səma cismi, Torpaq 

– qarnı doyduran mətbəx, Vətən – birgəyaşayış yeri, Çay – böyük hovuz, 

Dağ – torpaq, daş və  gil yığını sayılır.  

Məxluqun taleyi yoxdur, çünki Mənliyi yoxdur.  

Məxluq  Zəmanənin  daxilində  olsa  da,  Zəmanəni  görmür,  çünki 

Zəmanədən fərqlənmir.  



Məxluq Əqidə tanımır, çünki heyvaniliyi xoşbəxtlik sayır.  

Məxluq İdrak tanımır, çünki şüur onun cismani tələblərini tam ödəyir.  

Məxluq Müqəddəslik tanımır, çünki heyvanilik səddini aşa bilmir.  

Ocaqçı  Qəlbində,  Düşüncəsində,  Həyat  Tərzində  təzahür  edən 

məxluqluğa qarşı ardıcıl şəkildə vuruşmalıdır.  

O,  anlamalıdır  ki,  Mənəvi  naqislik  öz-özünə  aradan  qalxmır,  Kamilliyə 

nail  olmaq  istəyən  şəxs  Daxili  Aləmin  dərin  qatlarına  enməli,  oradakı 

çirkabı Ürəkdən silib atmalıdır.  

Ocaqçı Həyat Dəftərinə özünün səciyyəvi müsbət və mənfi cəhətlərini, 

özü ilə döyüşün nəticələrini yazmalıdır.  

“Mən  bu  gün  necə  yaşadım,  hansı  mənfi  keyfiyyətlərdən  xilas  ola 

bildim?” 

“Mənəvi Kamilləşmə Yolunda hansı yeni addımlar atmalıyam?” 

“Dostluğum, Məhəbbətim əsildirmi?” 

“Yalana, saxtalığa meyil etmirəm ki?” 

“Vətən haqqında düşünürəmmi?” 

“Qəlbimdə xəbislik ilanı yatmır ki?” 

“Bu gün hansı xeyirxah iş gördüm?” 

“Əqidəm uğrunda ölməyə hazırammı?” 

“Əzabdan, cəzadan qorxmuram ki?” 

“Başqasında özümü görə bilirəmmi?” 

(Bu  qəbildən  olan  suallara  cavab  Həyat  Dəftərində  əks  olunur  və  hər 

altı aydan bir Ocağa təqdim edilir, Ata tərəfindən qiymətləndirilir.) 

Ocaqçı  bilməlidir  ki,  İnsan  Həyata  kamil,  nöqsansız  gəlmir,  Təbiət 

insanı  İdeal  səviyyədə  yaratmır.  Ona  görə  də  şəxsiyyət  özünü  yenidən 

yaratmalı, ardıcıl şəkildə dəyişdirməli, İdeala yaxınlaşdırmalıdır. 



Yalnız  özü  ilə  amansız  döyüşən,  özü  üzərində  yüksələn  şəxs 

Ocaqçı adına layiq ola bilər! 

Özü ilə Döyüş qurtaran yerdə Ocaqçılıq Ləyaqəti qurtarır.  


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə