Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə14/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   83

 
 
33 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat 
əsasında zənginləşdirin və tamamlayın. 
2. Araşdırma apararkən aşağıdakı suallara xüsusi diqqət yetirin: 
a)
  Sabirin lirikasında hansı ictimai-siyasi hadisələrə münasibət 
bildirilmişdir? 
b)
  Sabirin satirik şair kimi formalaşmasına təsir edən amillər hansı-
lardır? 
c)
  Şairin satirik şeirlərini hansı mövzular üzrə qruplaşdırmaq olar? 

Əsərlərin adı
Aid olduqları mövzular 
 
 
 
 
3. Mövzulardan birini seçib məruzəyə hazırlaşın: 
a)
  Sabir və “Molla Nəsrəddin” jurnalı. 
b)
  Sabir və İranda baş vermiş milli azadlıq hərəkatı. 
4. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
 
 
1. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com. 
2. M.Ə. Sabir. Hophopnamə. Bakı: “Turan” nəşrlər evi, 2002, səh. 3-5; 14-15.
 
 
 
 
 
NEYLƏRDİN, İLAHİ?! 
(ixtisarla) 
 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ 
OXUYA HAZIRLAŞIN
Sualın üzərində düşünün, cavabını cədvəldə qeyd etdikdən son-
ra fikir mübadiləsi və müzakirə aparın. 
 

  “Laqeydlik”, “biganəlik” anlayışlarını necə izah edərsiniz?  
                       Laqeydlik nədir?
                 Biganəlik nədir? 
 
Aşağıdakı qaydalara əməl etməklə  şeirin məzmunu üzərində 
işləyin. 
 1. Əsəri fərdi olaraq səssiz oxuyun. 
 2. Oxu zamanı fikrinizdə yaranan, cavabını müəyyənləşdirməyə 
çalışdığınız sualları dəftərinizdə və ya iş vərəqində yazın.        
        Məni düşündürən suallar
Onların cavabı
 
3. Kiçik qruplarda birləşərək sualları cavablandırmağa çalışın. 
         Məni düşündürən suallar
           Onların cavabı 
 
 4. Cavablarını hazırladığınız sualları digər qruplardan soruşun. 
 5.  Dinlədiyiniz cavablarla bağlı fikir mübadiləsi və müzakirə 
aparın. 
 6. “Əsərdə əksini tapmış milli-mənəvi və bəşəri dəyərlər” mövzu-
sunda təqdimata hazırlaşın. 
 7. Təqdimatlardan nümunələri dinləyib müzakirə edin. 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
• I dərs 
  LAYİHƏ


 
34 
 
 
Daş qəlbli insanları neylərdin, ilahi?! 
Bizdə bu soyuq qanları neylərdin, ilahi?! 
 
Artdıqca həyasızlıq olur el mütəhəmmil, 
Hər zülmə dözən canları neylərdin, ilahi?! 
 
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, – 
Bilməm belə dövranları neylərdin, ilahi?! 
 
Məzlumların göz yaşı dərya olacaqmış, – 
Dəryaları, ümmanları neylərdin, ilahi?! 
 
Səyyadi-cəfakardə rəhm olmayacaqmış, – 
Ahuləri, ceyranları neylərdin, ilahi?! 
 
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, – 
Töxm əkməyə dehqanları neylərdin, ilahi?! 
 
İş rəncbərin, güc öküzün, yer özününkü, – 
Bəyzadələri, xanları neylərdin, ilahi?! 
 
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, – 
Dildadeyi-irfanları neylərdin, ilahi?! 
 
Surtuqlu müsəlmanları təkfirə qoyan bu 
Döşdüklü müsəlmanları neylərdin, ilahi?! 
 
Yaxud buların bunca nüfuzu olacaqmış, – 
Beş-üç bu süxəndanları neylərdin, ilahi?! 
 
Qeyrətli danosbazlarımız iş bacarırkən, – 
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?! 
 
 
 
1. Şeir haqqındakı hiss və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd 
edin.  
 
Əsərdə diqqətimi daha çox cəlb edənlər
              Bunun səbəbi 
 
2.
  Sabirin satiralarını nəzərdən keçirin. Bu şeiri hansı satira ilə mü-
qayisə etmək olar? Fikrinizi nümunələrlə əsaslandırın. 
 
Müqayisə olunanlar
Müqayisə üçün əsaslar 
 
 
 
• EVDƏ İŞ 
  LAYİHƏ


 
 
35 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
• 
TƏHLİL  
ÜZRƏ İŞ
 
KİÇİK QRUPLAR YARADARAQ TAPŞIRIĞI YERİNƏ YETİRİN 
1. Mətnkənarı sualları qrupların arasında bölün. Qrupların sayı çox 
olarsa, iki qrup bir sualın üzərində işləyə bilər. 
2. Suallara yığcam cavab yazın. Bədii əsərin məzmunu ilə bağlı öyrən-
diklərinizdən bəhrələnin.       
Mətnkənarı suallar
Onlara hazırlanan cavablar 
3.
 İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra sualların dərslik-
dəki cavablarını oxuyun və yazdıqlarınızla müqayisə edin. 
 
 
4. Gəldiyiniz nəticələri və əlavə olaraq nələri öyrənməyin vacib oldu-
ğunu təqdimatlar əsasında müzakirə edin. 
5. Şeirin ilk iki beytinin ifadəli oxusuna hazırlaşın.
 
 
 
Kəskin tənqidi məzmunu ilə seçilən “Neylər-
din, ilahi?!” satirası 6 yanvar 1908-ci ildə “Mol-
la Nəsrəddin” jurnalında çap olunmuş, böyük 
maraqla qarşılanmış  və oxucuların arasında yayılmışdır. Sabirşünaslar insan 
təbiətindəki  ətaləti, cəhaləti tənqid edən, cəmiyyətdəki haqsızlıqlara qarşı 
etiraz səsini qaldıran bu əsərin mövzusunun Azərbaycan həyatı ilə məhdudlaş-
madığını göstərmişlər.  
 
Şeirin üzərində düşünməklə, xüsusən mənbələr üzərində işləməklə bu barədə 
dolğun təsəvvür qazanmaq olur. 
İnsan həyatına laqeydlik humanist şairi sar-
sıtdığı kimi, insan taleyi ilə amansız rəftar da 
onu hiddətləndirir, daha kəskin, ifşaçı  əsərlər 
yazmağa sövq edirdi. Onun həssas qəlbini yara-
layan başqa bir cəhət də vardı; o, zalımın zülmünə məzlumun dözməsi, səbirli 
olması ilə barışa bilmirdi. Məzlumun səbirli davranışı onun tərəfində duran 
şairi təbii halından çıxarırdı: 
                                     Artdıqca həyasızlıq olur el mütəhəmmil, 
                                     Hər zülmə dözən canları neylərdin, ilahi?! 
 
Haqsızlıq və  ədalətsizliklə barışmadığını 
 
heç vaxt gizlətməyən Sabir xilas 
yolunu milli-mənəvi oyanış  və özünüdərkdə görürdü. Bu əsərində  şair bəşəri 
dəyərlərin qoruyucusu mövqeyində dayanır. Xeyirxahlıq, ədalət carçısı olan Sa-
bir  əsərində insanlığın taleyindən narahatlığını ifadə edir, məzlumların haq-
qının-hüququnun müdafiəçisi kimi səsini qaldırır: 
                                    Məzlumların göz yaşı dərya olacaqmış, – 
                                    Dəryaları, ümmanları neylərdin, ilahi?! 
 
Satirada milli və bəşəri bəlaların qovuşmuş şəkildə təqdimi humanist şairin 
ədalətli mövqeyinin ifadəsi idi. 
Əsər mükəmməl bədii keyfiyyəti ilə diqqəti 
cəlb edir. Şeirdəki orijinal epitet, təzad, müba-
liğə və s. onun maraqla oxunmasına səbəb olan 
tutarlı vasitələrdəndir. Qafiyələrin (qanları, 
canları, ceyranları  və s.), sözlərin (sidq, səfa, 
iş, güc və s.) uğurlu seçimi, misra daxilində məharətlə işlədilməsi şeirdə güclü 
ahəngin yaranmasına səbəb olmuşdur.  
• II dərs 
Satiranın ideya-məzmunu üçün 
daha önəmli olanlar nədir? 
Əsər hansı mövzuda yazılmışdır? 
Şeirdə bədiilik hansı vasitələrlə 
yaradılmışdır? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə