Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə2/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   83

 

 
 
 
 
 
 
 
XALQIMIZIN   
TALEYİNƏ  BAĞLI    
ƏDƏBİYYAT
 
 
 
 
 
 
Əziz şagirdlər!
 
Siz on birinci sinifdə çoxəsrlik  ədəbiyyatımızın 
son iki yüz ildə yaranmış nümunələri ilə mərhələlər 
üzrə  ətraflı tanış olacaq, yeni bilik və bacarıqlara 
yiyələnəcəksiniz. Dərslikdəki yığcam məlumatları 
mənbələr üzrə araşdırmalar aparmaqla zənginləş-
dirəcək və tamamlayacaqsınız. Sizin üçün hazırlan-
mış elektron vəsait bu baxımdan yardımçınız ola-
caqdır. Vəsaitə  nəzəri məlumatlarla yanaşı, oxun-
ması  nəzərdə tutulan bədii  əsərlər də daxil edil-
mişdir. Bu əsərləri sinifdə öyrənməyə başlamazdan 
əvvəl asudə vaxtlarınızda müstəqil oxumalı, müəy-
yən qeydlər etməlisiniz.    
XI sinifdə öyrənəcəyiniz  ədəbiyyat özünəməx-
susluğu 
 
ilə fərqlənir, lakin o, təbiidir ki, varislik və 
ənənə ilə üzvi surətdə bağlıdır.  Əvvəlki dövrlərdə 
ədəbiyyatımızda özünü qabarıq göstərən humanist 
ideyalar, milli-mənəvi dəyərlər, vətən və xalq sev-
gisi və s. bu əsrlərdə yaranmış  əsərlərdə də bu və ya 
digər dərəcədə öz əksini tapmış, yaradıcı  şəkildə 
inkişaf etdirilmişdir. 
Azərbaycan Demokratik Cümhuriyyətinin devrilməsi, yeni ictimai-siyasi 
quruluşun – sovet hakimiyyətinin yaranması,  ədəbiyyatımızın da xalqımız 
kimi çətin günlər yaşamasına səbəb oldu. İyirminci yüzilliyin əvvəllərində 
ədəbiyyatımızda güclənən tənqidi realizm və romantizm məhz yeni quruluşun 
təzyiqi ilə geri çəkildi. İndi həyat həqiqətləri sovet ideologiyasının sərt tələb-
lərinə uyğun əks etdirilməli idi, yəni əyri güzgüdə olduğu kimi... Bu tələbləri 
qəbul etməkdə çətinlik çəkən, yaxud qəbul etməyən, milli düşüncəni, vətənin, 
xalqın taleyini və müstəqilliyini hər  şeydən uca tutan minlərlə ziyalı, sənət 
  LAYİHƏ


 
 

 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
adamı repressiya qurbanı oldu. Ədəbiyyatımıza yeni bir qol da əlavə olundu – 
mühacirət ədəbiyyatı... Vətənini tərk edən, canını qırmızı terrordan qurtar-
mağa nail olan yazıçı və şairlərimizin xarici ölkələrdə nisgil dolu əsərləri mey-
dana gəldi. 
Hakim kommunist partiyasının qərar və göstərişləri ədəbiyyatın, incəsənə-
tin təbii inkişafına ağır zərbələr vurdu. Lakin yüksək istedad sahibi olan bir 
çox sənətkarlarımız bu çətinliklərə baxmayaraq, kamil sənət nümunələri 
yaratmağı bacardı. Müəyyən təhriflərə yol verilsə də, tarixi mövzularda, eləcə 
də vətən sevgisini, onun təbiətini, xalq qəhrəmanlarını tərənnüm edən maraqlı 
nümunələr yaradıldı. II Dünya müharibəsi illərində  və müharibədən sonra 
ədəbiyyatımız yeni mövzu və məzmunlu əsərlərlə zənginləşdi. 
 
İyirminci yüzilliyin 60-cı illərində siyasi-ideoloji mühitin mülayimləşməsi 
ədəbiyyatımızda mövzu-məzmun dəyişikliyinə  səbəb oldu. İndi artıq təkcə 
uğurlardan deyil, sosialist həyat tərzinin qüsurlarından da yazılır, “sovet ada-
mı” obrazı adi və sadə insanların obrazları ilə əvəz edilirdi.  
Bu dövrdə
 
ədəbiyyatımız forma, janr, üslub baxı-
mından da xeyli zənginləşdi. Nəsrdə lirik-psixoloji meyil 
özünü qabarıq göstərir, poeziya və dramaturgiyada da 
forma və  məzmun dəyişikliyi aydın müşahidə edilirdi. 
Zaman irəlilədikcə sosialist realizmi metodunun əsas 
prinsiplərindən uzaqlaşaraq, milli məzmunlu  əsərlər 
yaradan sənətkarların sayı çoxalırdı. Milli azadlıq və 
dövlət müstəqilliyi uğrunda gedən mübarizə, xüsusən 
1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində baş ve-
rən mürəkkəb ictimai-siyasi hadisələr ədəbiyyatda milli 
və müstəqil dövlətçilik maraqlarını ön plana çəkdi. 
Müstəqilliyini bərpa edən ölkəmizin qarşılaşdığı  çə-
tinliklər, xüsusən suverenliyimizin qorunub saxlanıl-
ması və möhkəmləndirilməsi, Dağlıq Qarabağ problemi, 
yüz minlərlə qaçqın və köçkünlərimizin taleyi və s. məsə-
lələr bu gün ədəbiyyatımızın daha çox müraciət etdiyi 
mövzulardandır.  
Ən sərt siyasi təzyiq, qadağalar heç vaxt Azərbaycan 
ədəbiyyatını xalqımızdan ayıra bilməmişdir. Onun iste-
dadlı nümayəndələri xalqın taleyini, vətənin problem-
lərini yüksək sənət dili ilə əks etdirmişdir.   
 
 
 
 
  LAYİHƏ


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
Aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirin.  
1.
  Mətnkənarı sualları araşdırmağa istiqamət verən cavabları oxuyub 
ümumiləşdirin.  
Mətnkənarı suallar
Onların ümumiləşdirilmiş cavabı 
2.
  Oxu zamanı sizi düşündürən sualları qeyd edin. Cavabları müzaki-
rədə dəqiqləşdirib yazın
Məni düşündürən suallar
Onların cavabı 
3.
 Venn diaqramından istifadə etməklə tənqidi realizm və romantizm 
ədəbi cərəyanlarını müqayisə edin. 
 
4. Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün.  
5. Təqdimatlar etməklə gəldiyiniz nəticələr barədə fikir mübadiləsi və 
müzakirə aparın. Müzakirədə aşağıdakı fikirlərə münasibət bildirin. 
– Molla Nəsrəddin – Cəlil Məmmədquluzadə – bu adın özü... ədə-
biyyatımıza sima və sifət verən simvol olmuşdur. Bu ad çəkil-
dimi, ədəbiyyatda siyasi ideyaların çarpışması dövrü, müasir, 
mübariz, həqiqi həyat  ədəbiyyatının güclü və  cəsarətli bir 
axınla hücuma keçməsi dövrü təsəvvürdə canlanmış olur.  
(Mir Cəlal) 
– Romantiklər realistlərdən fərqli olaraq sənəti,  ədəbiyyatı bi-
rinci növbədə canlı, real həyatla deyil, ideyalar və “işıqlı” fi-
kirlərlə əlaqələndirirdilər... Vətənpərvərlik, müstəmləkə zülmü 
əvəzinə  milli azadlıq ideyalarının tərənnümü, bəşəriyyətin və 
eləcə  də  mənsub olduqları xalqın azad gələcəyinə, ağıl və ka-
malın qüdrətinə inam, elmin, maarifin təbliği romantiklərin 
əsərlərinin əsas mövzusunu təşkil edir.  Onların ilham mənbələ-
rindən biri də vətən, millət sevgisidir. 
 (Məmməd Cəfər Cəfərov) 
 
 
 
 
AZƏRBAYCAN ƏDƏBİYYATINDA  
TƏNQİDİ REALİZM VƏ 
ROMANTİZM DÖVRÜ 
 
(XIX əsrin 90-cı illərindən 1920-ci ilədək) 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə