Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə3/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   83

 
 

 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

XIX  əsrin 90-cı illəri və XX əsrin  əvvəlləri 
Azərbaycan ədəbiyyatı həm çoxəsrlik ədəbi fikrin 
tarixində, həm də milli realist ədəbiyyatın təşək-
külündə keyfiyyətcə yeni hadisə idi. Əsrin  əvvəl-
lərində baş vermiş böyük ictimai-siyasi hadisələrin – Rusiyada burjua-demokratik, 
İranda məşrutə  hərəkatı, eləcə  də I Dünya müharibəsinin təsiri ilə ölkədə milli-
demokratik meyillər güclənmiş, fərqli baxışlara malik siyasi partiyalar fəaliyyətə 
başlamış, milli azadlıq uğrunda mübarizə gündəmə gəlmişdi. Demokratik mətbuatın 
yaranması və ardıcıl fəaliyyəti də Azərbaycanda yeni tipli ədəbiyyatın yaranması və  
inkişafına əhəmiyyətli təsir göstərmişdir.  
XX  əsrin  əvvəllərində  ədəbiyyatımızda mövcud quruluşu dəyişmək, xalqı milli 
istiqlala çatdırmaq  əsas ideal idi. Bu dövrdə  məhz tənqidi realizm ədəbiyyatı  cə-
miyyətdə müşahidə olunan ayrı-ayrı qüsurları deyil, bütövlükdə inkişafa maneçilik 
törədən bütün təzahürləri tənqid edirdi. Həmin mərhələ söz sənətimizdə cəmiyyətin 
problemlərinin dərindən və aydın bədii dərki, ictimai-siyasi sistemin kəskin tənqidi 
ilə  əlamətdardır.  
Çoxəsrlik Azərbaycan ədəbiyyatında satira və yumor əlamətləri müxtəlif səpkidə 
mövcud olsa da, bu proses XIX əsrdə satirik-didaktik xarakter almış, XX əsrin 
əvvəllərində isə tənqidi-satirik ədəbiyyat səviyyəsində özünü göstərmişdir.  
Dövrün ayrı-ayrı  ədəbi axınlarının hər biri 
müxtəlif yönlərdən və fərqli səviyyədə bu prosesdə 
iştirak etmişlər. Lakin bütövlükdə cəmiyyətin tən-
qidi dərki və problemlərin obyektiv bədii inikası, 
habelə milli azadlıq uğrunda mübarizə  vəzifəsini 
“Molla Nəsrəddin” ədəbi məktəbi həyata keçirmişdir.  
Milli azadlıq məsələsi və azərbaycançılıq məfkurəsi Cəlil Məmmədquluzadənin 
başçılıq etdiyi “Molla Nəsrəddin”  ədəbi məktəbinin uğrunda dönmədən mübarizə 
apardığı əsas ideal idi. “Molla Nəsrəddin” satirik jurnalının nəşri ilə ədəbiyyatımız-
da tənqidi-realist  ədəbiyyat yaranıb inkişaf etmişdir. Mollanəsrəddinçilər tənqidi-
satirik ədəbiyyatın əsas yaradıcıları və hərəkətverici qüvvələri idilər. “Molla Nəs-
rəddin”  ədəbi məktəbinin  əsas yaradıcı simaları – Cəlil Məmmədquluzadə, Mirzə 
Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, 
Əliqulu Qəmküsar, Mirzəli Möcüz və başqaları Azərbaycan realist tənqidi-satirik 
ədəbiyyatını yaratmışlar. C.Məmmədquluzadənin “Azərbaycan” məqaləsi mətbuat-
da, “Anamın kitabı” tragikomediyası  ədəbiyyatda azərbaycançılıq idealının mani-
festinə çevrilmişdi. Azərbaycan  ədəbiyyatı tarixində ilk dəfə olaraq “kiçik” adam 
böyük ədəbiyyatın əsas qəhrəmanına çevrilmişdir.  
XX əsrin əvvəllərinin tənqidi realizmi Azərbaycan ədəbiyyatına yeni janrlar gə-
tirmişdir. C.Məmmədquluzadənin satirik, Ə.Haqverdiyevin yumoristik hekayələri 
ilə kiçik hekayə böyük ədəbiyyatın janrları  sırasında ön mövqeyə  çıxmış, C.Məm-
mədquluzadənin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” tragikomediyaları ilə 
ədəbiyyatımızda bu janrın ilk və mükəmməl nümunələri yaranmışdır. Ə.Haqverdi-
yevin bu dövrdə yazılmış “Ağa Məhəmməd şah Qacar” əsəri tarixi dram janrında ən 
yaxşı əsərlərdən biridir.  
Ədəbiyyatımızın tarixində satirik şeir özünün ən yüksək zirvəsinə XX əsrin 
əvvəllərində tənqidi realizm dövründə çatmışdır. “Molla Nəsrəddin” jurnalının mey-
dana qoyduğu poetik forma modeli və irəli sürdüyü çağırışlar dövrün böyük satirik 
Ədəbiyyatımızın inkişafı, azadlıq, 
demokratiya uğrunda  mübarizə-
də “Molla Nəsrəddin” ədəbi 
məktəbinin rolu nədən ibarətdir? 
XX əsrin əvvəllərində yaranmış 
tənqidi realizm hansı xüsusiy-
yətləri ilə diqqəti cəlb edir? 
  LAYİHƏ


 
10 
 
şeir məktəbinin yaranması ilə nəticələnmişdir. Mirzə Ələkbər Sabir tənqidi realizm 
ədəbi cərəyanı hüdudlarında satirik şeir məktəbi yaratmışdır. O, ölkədəki mövcud 
idarə üsulunu, müstəmləkə sistemini tənqid etməklə milli oyanışa, siyasi-mənəvi 
əsarətdən xilas olmağa, nəticə etibarilə azadlıq idealının gerçəkləşməsinə  məslək 
dostu Abbas Səhhətin dediyi kimi, “bir ordudan ziyadə xidmət etmişdir”. “Molla 
Nəsrəddin”  ədəbi məktəbinin böyük simaları olan Əli Nəzmi,  Əliqulu Qəmküsar, 
Məmməd Səid Ordubadi, Mirzəli Möcüz, Bayraməli Abbaszadə və başqalarının yara-
dıcılığı  ədəbiyyatda satirik şeirin mövqeyini möhkəmləndirdi.  
Azərbaycan  ədəbiyyatında satirik publisistika XX əsrin  əvvəllərinin hadisəsi 
kimi meydana çıxmışdır. Felyeton janrı publisistikaya “Molla Nəsrəddin” jurnalı 
vasitəsilə daxil olmuşdur. Bu jurnal müxtəlif satirik publisistika janrlarını yaradıb 
ədəbi dövriyyəyə və mətbuat aləminə gətirmişdir.  
Qədim dövr və orta əsrlər Azərbaycan poeziyası 
romantik səciyyəlidir. Romantik bədii metod ədə-
biyyatımızda uzun əsrlər hakim mövqedə olmuş-
dur. Bununla belə, Azərbaycanda ədəbi cərəyan ki-
mi romantizm XX əsrin əvvəllərində meydana çıx-
mışdır. Romantizm – Azərbaycan  ədəbiyyatında 
dövrün ictimai-siyasi hadisələrinə romantik baxışları, xəyalda və idealda əks-səda 
tapan qavrayışları ifadə edən ədəbi cərəyandır. Romantizm ədəbi cərəyanının nüma-
yəndələri  şəxsiyyət və  cəmiyyət məsələlərində  də idealın tərənnümünə üstünlük 
vermişlər. İdealla gerçəklik arasında təzaddan doğan həyəcanların bədii ifadəsi olan 
romantizm ədəbiyyatında xəyal və gələcəkçilik əsas yer tutmuşdur. Romantiklərin 
gələcəkçilik ideyalarında dövrün çağırışları ilə  həmahəng ümummilli ideyalar və 
maarifçi-demokratik baxışlar da qüvvətlə səsləndirilmişdir.  
“Məhkum  Şərqin”, o cümlədən də Azərbaycanın zamana görə nisbətən geridə 
qalması Azərbaycan romantizmini düşündürən məsələlərdən idi. Onlar reallıqda 
olmasa da, xəyalda, qaibanə şəkildə vətənlərinin xoşbəxt gələcəyini arzu etmişlər. 
Azərbaycan romantikləri “ümumi məhəbbət” ideyasını irəli sürür, bunu insanlığın 
“xilas yolu” kimi düşünürdülər.  
Əli bəy Hüseynzadənin redaktorluğu ilə 1906–1907-ci illərdə Bakıda nəsr olun-
muş “Füyuzat” jurnalı Azərbaycan romantizminin əsas  ədəbi cəbbəxanasını  təşkil 
edirdi. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, “Füyuzat” jurnalı  ədəbi 
məktəb yarada bilmişdir. Bu ədəbi məktəb Qərb maarifçiliyini və  Şərq mənəvi 
zənginliyini sintez halında birləşdirmək vəzifəsini meydana qoymuş, bu istiqamətdə 
əsərlərin yaradılmasına böyük yol açmışdır. Turançılıq ideyaları, ortaq ünsiyyət dili 
və vahid ümumtürk əlifbası yaratmaq füyuzatçıların islahatlarında  əsas yer tu-
turdu.  
Füyuzatçılar bolşevizmi “qırmızı qaranlıq” hesab edir, türk-islam birliyinə “yaşıl 
işıq” kimi böyük ümidlər bəsləyirdilər. “Füyuzat” jurnalı öz ətrafında Hüseyn 
Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq,  İbrahim Tahir, Əbdülxalıq 
Cənnətli ilə yanaşı, Türkiyədən Abdulla Cevdəti və  Əhməd Kamalı,  İrandan Səid 
Səlmasini, Krımdan Hasan Səbri Ayvazovu birləşdirmişdir. Bu, ədəbi cəbhədə 
Azərbaycan-türk dünyası birliyinin ilk əməli addımı idi. Füyuzatçılıq – türkçülük 
və turançılıq ideyalarının əsas ədəbi cəbbəxanasını təşkil etmişdir. 
Hüseyn Cavidin yaradıcılığı XX əsrin  əvvəlləri Azərbaycan romantik şeirinin 
inkişafında fərqli özünəməxsusluğa malikdir. H.Cavid “Şeyx Sənan”, “İblis”, 
Romantizm ədəbi cərəyanının nü-
mayəndələrinin yaradıcılığında 
önəm verilən başlıca ideyalar 
hansılar idi?  
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə