Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə4/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   83

 
 
11 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

“Səyavuş”, “Xəyyam” kimi əsərləri ilə Azərbaycan  ədəbiyyatında mənzum dram 
məktəbi yaratmışdır. Romantik-publisist şeirin böyük yaradıcısı olan M.Hadinin 
“Əlvahi-intibah” poeması  əhəmiyyətli  ədəbi hadisə idi. A.Səhhət və A.Şaiq Azər-
baycan romantizminə yeni ideyalar və fərqli poetik formalar gətirmiş, uşaq şeirinin 
qızıl fondunu təşkil edən əsərlər yaratmışlar.  
Tənqidi realizm və romantizm epoxası Azərbaycan Demokratik Respublikası 
dövründə daha da inkişaf etmiş, genişlənmişdir. Bu dövrdə Cənubi Azərbaycanda da 
ədəbiyyat tənqidi realizm, maarifçi realizm və romantizm istiqamətlərində inkişaf 
etmişdir. XX əsrin əvvəllərində geniş araşdırmaları ilə tanınan görkəmli tədqiqatçı 
Firidun bəy Köçərlinın “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsəri ilk sistemli 
ədəbiyyat tarixi kimi dəyərlidir. 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə et-
məyə çalışın: 
a) Hansı  sənətkarların  əsərləri tənqidi realizm ədəbi cərəyanının 
formalaşmasında mühüm rol oynayıb?  
b) Romantizm ədəbi cərəyanının nümayəndələrinin yaradıcılığında 
hansı məsələlər daha qabarıq əks olunub? 
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
 
 
1. Azərbaycan dramaturgiyası antologiyası. 4 cilddə. I cild. Bakı: Şərq-Qərb, 
2007, s. 9-12. 
2.
  Azərbaycan nəsri antologiyası. 5 cilddə. II cild. Bakı: Şərq-Qərb, 2006, 
s. 4-7, 14-15. 
3.
  XX  əsr Azərbaycan  şeiri antologiyası. (1905–1920-ci illər). Bakı:  Şərq-
Qərb, 2005, s. 4-9. 
4.    XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
  LAYİHƏ


 
12 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYATI, 
YARADICILIQ YOLU 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
C.Məmmədquluzadə barədə bildiklərinizi yada salıb yığcam müzakirə 
aparın. Aşağıdakı qaydalara əməl etməklə mətnin üzərində işləyin. 
1.
 
Mətnkənarı sualların sayı qədər  kiçik qruplar  yaradılır. Qruplar on-
lara təklif edilmiş sualın dərslikdəki cavabı ilə tanış olduqdan sonra 
aşağıdakı işləri yerinə yetirirlər: 
a)
  İlk mətnkənarı sualın cavabını  əhatə edən mətni qrupun üzvü 
ucadan və aydın şəkildə oxuyur. 
b)
  Mətndəki əsas fikirləri ümumiləşdirərək bir neçə cümlə ilə ifadə edir. 
c)
  Mətnə aid bir neçə sual verir. Cavablandırmada qrup üzvləri ilə 
yanaşı, bütün sinif iştirak edir. 
d)
  Səthi qavranılmış çətin məqamlara aydınlıq gətirməyə çalışır. 
e)
  Mətnə daha nələri  əlavə etməyin lazım olduğu barədə fikrini 
bildirir.  
2.
 
Sonrakı mətnkənarı sualların cavablarını da digər qrupların  şagird-
ləri bu qayda ilə oxuduqdan sonra kiçik qrupların təqdimatları əsa-
sında fikir mübadiləsi və müzakirə aparılır.  
 
 
Qədim Naxçıvan şəhərində dünyaya göz açan 
C.Məmmədquluzadənin ailəsi firavan yaşamasa 
da, atası  Məşədi Məmmədqulu övladının təhsil 
almasına xüsusi diqqət yetirmiş, onu kiçik yaş-
larından mollaxanaya qoymuşdur. Mollaxana təhsili səmərəsiz olmamışdır; xa-
tirələrindən, eləcə də əsərlərindən məlum olur ki, onun burada oxuması fars və 
ərəb dillərini mənimsəməsinə, müsəlman  şərqi barədə  təsəvvür qazanmasına 
əhəmiyyətli təsir etmişdir. O, təhsilini Naxçıvan  şəhər üçsinifli məktəbində 
 
 
 
 
 
“... Qələmin müqəddəs vəzifəsi xalqa 
xidmət etməkdir”. 
 
 
 
 
 
 
 
 
Cəlil Məmmədquluzadə 
(1869–1932)
 
Ədibin həyat  yolunun başlanğıcı 
hansı cəhətləri ilə diqqəti cəlb 
edir? 
  LAYİHƏ


 
 
13 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

davam etdirmişdir. Lakin onun fikri inkişafında, dünyagörüşünün formalaş-
masında Qori Müəllimlər Seminariyasında aldığı təhsil (1882–1887) mühüm rol 
oynamışdır. Seminariyanı  uğurla bitirən C.Məmmədquluzadə  təxminən on il 
(1887–1897) İrəvan quberniyasının və Naxçıvanın kəndlərində müəllim işləmiş-
dir. Kənd həyatını, insanları  dərindən müşahidə edən gənc müəllimdə  bədii 
yaradıcılığa böyük həvəs yaranır və ilk qələm təcrübələri meydana çıxır. 
Bir müddət (1897–1903) hüquq orqanla-
rında çalışsa da, bu iş onun ürəyincə olmamış-
dır. Xəstə xanımını 1903-cü ildə müalicə üçün 
Tiflisə aparan C.Məmmədquluzadənin həya-
tında yeni səhifə açılır. 
Burada o, görkəmli ictimai xadim və ziyalı olan 
Məhəmməd ağa Şahtaxtlı (1846–1931) ilə görüşür. 
Onun təklifi və təkidi ilə Tiflisdə qalıb naşiri olduğu 
“Şərqi-rus” qəzetində çalışır. Mətbuat və qəzetçilik-
lə bağlı təcrübə toplayan C.Məmmədquluzadə “Poçt 
qutusu”, “Kişmiş oyunu” əsərlərini, çoxlu sayda 
məqalələrini “Şərqi-rus”da çap etdirir. Qəzet bağ-
lanandan (1905) sonra o, Ömər Faiq Nemanzadə və 
tacir Məşədi  Ələsgər Bağırovla birlikdə  “Şərqi-
rus”un mətbəəsini M.Şahtaxtlıdan alır. “Qeyrət” 
adlandırdıqları bu mətbəədə bədii əsərlər, tərcümə-
lər və s. çap olunur. 
Tiflisdə çıxan qəzetlərlə əməkdaşlıq edən C.Məm-
mədquluzadə  bədii və publisistik yaradıcılığını da-
vam etdirmiş  və  oğlanlar üçün açdığı  məktəbdə 
müəllim kimi çalışmışdır. Artıq zəngin təcrübə top-
layan
 
yazıçı, publisist kimi tanınan C.Məmmədqulu-
zadə fəaliyyətini genişləndirmək, xalqı, vətəni üçün 
daha faydalı iş görmək üzərində düşünürdü. Bu dü-
şüncənin nəticəsində  təkcə xalqımızın deyil, qonşu xalqların, bütün müsəlman 
Şərqinin milli oyanışına əhəmiyyətli dərəcədə təsir edən “Molla Nəsrəddin” jur-
nalı yarandı. İlk nömrəsi 7 (20) aprel 1906-cı ildə nəşr olunan bu jurnal ictimai 
həyatın bütün sahələrinə (rus hakimiyyətinin ağır müstəmləkəçilik siyasəti, 
xalqın dözülməz həyat şəraiti, elm və təhsil, din və dil məsələləri, qadın azadlığı 
və s.) ardıcıl münasibət bildirir, insanların maariflənməsində misilsiz rol oyna-
yırdı.  
C.Məmmədquluzadə 1920-ci ildə ailəsi ilə 
birlikdə  (o, 1907-ci ildə ziyalı qadın olan Həmi-
də xanımla ailə qurmuşdu) Təbriz  şəhərinə 
gedir. Təxminən 9 ay Təbrizdə yaşayan  ədib 
çoxcəhətli fəaliyyət göstərir; “Molla Nəsrəddin” jurnalını nəşr etdirir, “Ölülər” 
əsərini tamaşaya qoyur, ziyalılarla vaxtaşırı görüşərək mədəni-maarif işlərinin 
həyata keçirilməsində onlara yardımçı olur, ictimai işlərdə daha yaxından 
iştirak edir... 
Bakıya dönən Mirzə  Cəlil özünü “fəhlə-
kəndli dövləti” adlandıran sovet hakimiyyətinə 
böyük ümid bəsləyir, ictimai-mədəni işlərdə 
C.Məmmədquluzadənin 25 il re-
daktoru olduğu "Molla Nəsrəd-
din" jurnalının ilk nömrəsinin 
üz qabığı (1906) 
Yazıçının həyatında Tiflis mühi-
tinin hansı rolu olmuşdur? 
Yazıçının Təbriz həyatı üçün 
önəmli olanlar nədir? 
Mirzə Cəlilin həyatının Bakı dövrü 
hansı cəhətləri ilə səciyyəvidir?  
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə