Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə5/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   83

 
14 
 
fəal iştirak edir, yeni hökumətin həyata keçirmək istədiyi tədbirləri redaktoru 
olduğu “Yeni yol” qəzetində müdafiə və təbliğ edir. 1922-ci ildə yenidən nəşrə 
başlayan “Molla Nəsrəddin” cəmiyyətin tərəqqisinə mane olan nə varsa, kəskin 
tənqid edir. Lakin böyük humanist və demokrat olan C.Məmmədquluzadənin 
yeni quruluşa bəslədiyi inam və ümid tədricən əriyib yox olur. Həqiqi demok-
ratiya və insan azadlığına qənim kəsilən sovet hakimiyyəti Mirzə Cəlili və uzun 
illər redaktoru olduğu jurnalı gözdən salır, ədib haqsız  təzyiqlərə məruz qalır. 
O, 1931-ci ildə – vəfatından bir il əvvəl jurnalın baş redaktorluğundan imtina 
edir.  
Bədii yaradıcılığa kənddə müəllim işləyərkən 
başlayan C.Məmmədquluzadənin “Danabaş kən-
dinin əhvalatları” (1894) povesti ədəbiyyata qüd-
rətli bir  sənətkarın gəldiyindən xəbər verirdi. 
Ozamankı Azərbaycan kəndinin vəziyyətini, 
kəndlisinin məişətini, həyat tərzini, düşüncəsini parlaq boyalarla əks etdirən bu 
əsərdə ciddi ictimai problemlər qaldırılmışdır. Bu problemlər insan talelərinin 
yığcam, amma ibrətamiz təsviri ilə diqqətə çatdırılır. Yazıçı povestdə xarakter, 
davranış  və  həyata baxışı ilə bir-birindən kəskin fərqlənən surətlər qrupu ya-
ratmışdır. Bunlardan biri hakim təbəqəni və onun əlaltılarını təmsil edir. İkinci 
qrup yoxsul və hüquqsuz insanlardan ibarətdir. Birinci qrup sadə insanların 
üzərində  ağalıq edir, ədalətsiz, zorakı  əməlləri ilə bu müdafiəsiz insanların 
haqqını tapdalayır, hər cür zülmü onlara rəva görür. Xeyirxah Məhəmmədhəsən 
əmi, qeyrətli Zeynəb Xudayar bəyin zülmünə tuş gələnlərdəndir. Qlavaya, qazıya, 
digər hakimiyyət adamlarına arxalanan Xudayar bəy katdası olduğu kənddə kimi 
istəsə, cəzalandırır. Nə Məhəmmədhəsən əmi, nə də güclü iradəsi olan Zeynəb ona 
müqavimət göstərə bilir. Milli-mənəvi dəyərlərdən üz çevirən Xudayar bəyin öz 
ailəsindəki davranışı da heç bir əxlaq çərçivəsinə sığmır.  
C.Məmmədquluzadə kiçik hekayənin böyük ustadıdır. Kiçikhəcmli hekayələ-
rində ciddi ictimai mətləbləri, cəmiyyəti düşündürən mühüm sosial-siyasi mə-
sələləri adi məişət mövzusu zəminində böyük sənətkarlıqla ifadə etməsi onun 
yaradıcılığının 
 
özünəməxsusluğudur.  
Adi poçt qutusundan istifadə qaydasını bilməkdən məhrum Novruzəlinin 
(“Poçt qutusu”), mövhumatın təsiri ilə aciz  bir vəziyyətə düşmüş Usta Zeynalın 
(“Usta Zeynal”), mühüm siyasi hadisələr, inqilabi mübarizələr dövründə yaşasa 
da, “hürriyyət” kəlməsini yenicə eşidən qəflət yuxusundan ayılmayan Kərbəlayı 
Məmmədəlinin (“İranda hürriyyət”) və digər “kiçik” adamların taleyi, hüquq-
larının müdafiəsi vətəndaş sənətkarı ciddi düşündürmüş və narahat etmişdir.  
Azərbaycan qadınının faciələrlə dolu həyatı  və bunun səbəbləri humanist 
yazıçının hekayələrində (“İranda hürriyyət”, “Xanın təsbehi”, “Konsulun ar-
vadı”, “Molla Fəzləli” və s.) ardıcıl diqqət yetirilən mühüm problemlərdəndir. 
Onun qadın qəhrəmanları çox güclü qüvvələrlə qarşı-qarşıya gəlirlər; onlar 
bəzən ədalətsiz hakimiyyət nümayəndələrinin, bəzən də ikiüzlü qazı və molla-
ların təqiblərinə məruz qalırlar. 
Yazıçının sovet hakimiyyəti illərində yazdığı hekayələr mövzuca rəngarəng-
dir. Onlarda qadın azadlığı (“İki ər”, “Qiyamət”), dilin təmizliyinin, xəlqiliyinin 
müdafiəsi (“Şeir bülbülləri”, “Sirkə”), bürokratizmin, süründürməçiliyin tən-
qidi (“Qəza müxbiri”, “Ucuzluq”) və s. problemlərin bədii həlli verilmişdir. 
Yazıçının  nəsr  əsərlərində  hansı 
problemlər diqqət mərkəzinə çəkil-
mişdir?  Bu  problemlərin  yaranma-
sının səbəbini o nədə görürdü? 
  LAYİHƏ


 
 
15 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

Ədəbiyyatımızın zəngin  ənənələrindən usta-
lıqla bəhrələnən yazıçının qiymətli dramaturji 
irsi vardır. Bu dramaturgiya dərin ictimai mə-
nası, mühüm problemləri  əhatə etməsi, parlaq 
realizmi və orijinal bədii keyfiyyətləri ilə seçilir. 
Yaşadığı zəmanənin ictimai eyiblərini, ziddiyyət və konfliktlərini hərtərəfli qav-
rayan sənətkar dramatik əsərlərində onları məharətlə əks etdirməyi də bacarmışdır. 
Bir tərəfdən təsirli
 
satira, sarkazm, digər tərəfdən komizm, gülüş bu əsərlərin ide-
ya-məzmununun  əsasında dayanır. Faciəvilik yazıçının komediyalarının ruhuna 
hopmuş, onlara fərqli rəng, çalar vermişdir. Dramatik əsərlərinin əksəriyyətinin  
tragikomediya adlanması da məhz bununla bağlıdır. 
Müəllifin ilk qələm təcrübəsi olan “Çay dəsgahı” (1889) nəzmlə yazılmış al-
leqorik dramdır. Yazıçı nə bu əsərini, nə də ondan üç il sonra yazdığı “Kişmiş 
oyunu” pyesini çap etdirməmişdir. Məşhur “Ölülər” tragikomediyası bu əsərlər-
dən xeyli sonra, 1909-cu ildə çap olunmuşdur. O, müəllifi ömrü boyu düşün-
dürmüş, narahat etmiş ciddi  problemin – fanatizmin və  cəhalətin törətdiyi 
bəlaların əleyhinə yazılmış əvəzsiz sənət əsəri idi. Əsərdəki kefli İskəndər – Şeyx 
Nəsrullah xətti Cəlil Məmmədquluzadəyə mənəvi əsarətin acı təzahürlərini, ay-
dın, vətəndaş ziyalı mövqeyinin çətinliklərini və üstünlüklərini göstərməyə 
imkan vermişdir. 
Bədii həlli verilən problem və konflikt baxımından “Ölülər” dramaturgi-
yamızın ən dəyərli nümunələrindəndir. 
Fərqli mövzularda yazılmış digər dramatik əsərlərində də yazıçı diqqəti həlli 
vacib olan ciddi həyati problemlərə yönəltmişdir. Bədnam qonşuların xəyanə-
tindən doğan böyük faciələr (“Kamança”), müstəmləkə zülmü altında
 
xalqın 
yadelli və yerli ağaların qapazaltısı olması, maarifçiliyin milli zəmində inkişafı 
(“Danabaş kəndinin məktəbi”), cəmiyyətin əqidə, əməl və əxlaq dünyasının təhlili 
(“Dəli yığıncağı”), sovet gerçəkliyinə  tənqidi münasibət (“Ər”) onun dramatur-
giyasında əksini tapmış mühüm məsələlər idi. 
Yazıçının yaradıcılığının böyük bir qismini 
publisistik  əsərlər təşkl edir. Uzun müddət baş 
redaktoru olduğu “Molla Nəsrəddin” jurnalında, 
müxtəlif qəzetlərdə onun yüzlərlə felyetonu, 
publisistik məqalələri çap olunmuşdur.  Əksə-
riyyəti satirik məzmunda olan bu yazılarda zəh-
mət adamının məişət çətinlikləri, cəmiyyətdə mövcud olan ciddi ictimai-siyasi 
problemlər, mühüm beynəlxalq məsələlər doğru-dürüst şəkildə, obyektiv möv-
qedən işıqlandırılmışdır. Məhz buna görə  də yazıçının publisistikası  ədəbi və 
ictimai fikrin inkişafında əhəmiyyətli rol oynamışdır.  
Fanatizmin, mövhumatın,  ətalətin baş alıb getməsi, ictimai inkişafa mane 
olması (“Molla Nəsrəddinin cavabı”, “Qəbirdən məktub”, “Baş”...), çar Rusiya-
sının dinə münasibətdə ikiüzlü mövqeyi və müstəmləkə siyasəti (“Məzhəb azad-
lığı”, “Missionerlər”, “Din məsələsi”...) və s. felyetonlarında xüsusi diqqət ye-
tirilən məsələlərdən idi. Onun müxtəlif illərdə yazdığı məqalələr (“Sizi deyib gəl-
mişəm”, “Niyə məni döyürsünüz?”...) felyetonlarında qaldırılan problemlərlə ya-
xından səsləşir və maraqla qarşılanırdı. Böyük əks-səda doğurmuş “Azərbaycan”, 
“Cümhuriyyət” məqalələri isə millətin və ölkənin taleyi ilə bağlı yazıçının de-
mokratik mövqeyini əks etdirirdi. 
Yazıçının dramatik əsərlərinin möv-
zu, problem, konflikt özəlliyi hansı-
lardır? 
Mirzə  Cəlil  publisistikasında  daha 
çox  hansı  problemlərə  diqqət  ye-
tirmişdir?  Bu  problemlərin  həlli 
yolunu o nədə görürdü? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə