Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə7/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   83

 
18 
 
R ü s t ə m   b ə y. Bəzisinin dilində çox işlənir, bəzisinin dilində, bəzisinin 
dilində az işlənir. 
(İçəri otaqdan Zivər xanım ətirli və kirşanlı, sinəsi və qolları açıq, qıvraq 
gəlir, Rüstəm bəyin yazı stolunun üstündəki telefonun dəstəyini qalxızıb qoyur 
qulağına və belə danışır.) 
Z i v ə r   x a n ı m. Kto u telefona? Kimdi telefonda? Kimdi? Səlimə xanım? 
Səlam  əleyküm. Sağ ol, sağ ol. Necə? Kim? Hə, yaxşı! Gəlin bir yerdə gedək. 
Yaxşı, evdədi. Yaxşı, səlamət qal.... (Dəstəyi qoyur yerinə.) Rüstəm, Səlimə 
xanımgil indi gələcəklər; gərək bu gün biletləri paylayaq, sabah da ki, bilirsən, 
bizdə cəmiyyəti-xeyriyyənin yığıncağıdı. Bilmirəm sənin hələ işin çoxdur? 
R ü s t ə m   b ə y. Mən sonra da yaza billəm. Deyirsən nə vaxt gələcəklər? 
Z i v ə r   x a n ı m. Yarım saata burada olallar. (Rüstəm bəy bir söz deməyib 
yenə kitaba məşğul olur. Zivər xanım qıvraq çıxıb gedir.)  
(Çöl qapıdan Mirzə Məhəmmədəli girir içəri, salam verib başmaqlarını 
çıxardır və keçib oturur öz yerində.) 
R ü s t ə m   b ə y. İndi keçək “almas” ləfzinə. Yaz, “almas”, latınca “atamas”, 
pür qiymət daşlar cərgəsindən gözəl şəfəqli və kimya aləmində bundan bərk və 
səxt daş  hələ bu vaxtadək dünyada tapılmayıb; bərklikdə  cəvahiratın heç biri 
buna bərabər deyil. Nə zümrüd, nə tupaz, nə dendrit, kvars, yaşma, tormalin və 
nə qeyriləri. 
                                                  (Mirzə  Həsən  yazır.) 
M i r z ə   M ə h ə m m ə d ə l i (başını qalxızıb Rüstəm bəyə tərəf deyir). Mənim 
qanacağıma görə, sizin kitabınızda olan məlumat məhz Yevropa və Rusiya mən-
bəyindən  əxz olunmuşdur… Mənə qalarsa, haman ittilaatı ki, siz o zəhmətnən 
cəm edirsiniz, onları Şərq və islam elmləri ilə tətbiq eləməyinizin bir eybi yox-
dur. Məsələn, götürək haman almas barəsində bərklik söhbətini. Mənim qanaca-
ğıma görə, “almasdan bərk şey dünyada yoxdur” demək özü bir səhv və qələtdir. 
Almasdan bərk şey dünyada çoxdur. 
R ü s t ə m   b ə y.  Hər nə sözün var, de. 
M i r z ə  M ə h ə m m ə d ə l i. Söhbət haman səxtlik üstədir ki, siz orada 
yazdınız. Necə ki məlumdur və  kərrat ilə  eşitmişik və kitablardan təhsil elə-
mişik ki, Həqq-təala bizə on şey təyin edib ki, bir-birindən bərkdir…  
(İçəri qapıdan  Zəhra bəyim  görsənir.) 
R ü s t ə m  b ə y  v ə  M i r z ə  M ə h ə m m ə d ə l i  (ikisi də əllərini qalxızıb 
birdən). Ana, dayan, hələ gəlmə, söz danışırıq. 
(Zəhra bəyim yox olur.) 
M i r z ə    M ə h ə m m ə d ə l i.  Haman bərk şeylərin əvvəlincisi  daşdır. 
R ü s t ə m    b ə y. Yəni, necə daş? Axır dünyada daş çoxdur, görək hansını deyirsən? 
M i r z ə  M ə h ə m m ə d ə l i. Heç təfavütü yoxdur. Hansı daş olur-olsun. 
(Rüstəm bəy və Mirzə Həsən gülürlər.) 
M i r z ə   M ə h ə m m ə d ə l i. Dəxi burada gülmək, yəni çe? Siz xahiş etdiniz, 
mən də deyirəm. Lazım deyil, məni əfv buyurunuz; dəxi gülmək yəni nə olsun? 
Heç dəxli var? 
R ü s t ə m  b ə y (gülümsünə-gülümsünə). Yaxşı, sözünü de, gülmərik. 
Sonra? Daşdan sonra? 
M i r z ə   M ə h ə m m ə d ə l i. İkinci mərtəbədə daşdan sonra bərk olan şey 
dəmirdir, zira bu iki cisimləri bir-birinə vuranda (əllərini qoşa tutub yavaşca 
bir-birinə vurur) aşkardır ki, dəmir daşı sındıracaq. 
                                 (Rüstəm bəy və Mirzə Həsən yenə gülürlər.) 
M i r z ə   M ə h ə m m ə d ə l i.  Hə ...  gülərsiniz, gülərsiniz. Vay sizin halını-
za!...  Afərin lüğət yazanlar! 
R ü s t ə m  b ə y (gülə-gülə). Sonra? Dəmirdən sonra bərk olan şey hansıdır? 
  LAYİHƏ


 
 
19 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

(Mirzə Məhəmmədəli durur ayağa, istəyir getsin. Rüstəm bəy durur, onun qa-
bağını kəsir.) 
R ü s t ə m   b ə y. Məhəmmədəli, uşağa uşaq deyərlər, böyüyə  də böyük 
deyərlər. Sən sözünü de, əgər sənin sözün haqdır, gərək onu deməkdən çəkin-
məyəsən.  
M i r z ə  M ə h ə m m ə d ə l i (bir qədər fikir eləyib oturur yerində və sonra 
başlayır). Dəmirdən bərk olan şey oddur ki, dəmiri əridir və özü də səxtlik əna-
sirində üçüncü dərəcədədir. Oddan bərk olan şey sudur ki, odu söndürür və 
səxtlik  ənasirinin dördüncü dərəcəsindədir.  (Rüstəm bəy və Mirzə  Həsən  
əllərini ağızlarına basıb gülürlər.) Sudan bərk olan şey buluddur ki, su haman 
buluddan əmələ gəlir. (Yenə içəri otaqdan  səs gəlir, yenə Mirzə Məhəmmədəli 
hirsli deyir.) Səs gəlməsin! Görürsünüz ki, biz burda söz danışırıq! Bəli, ağama 
ərz olsun ki, buluddan bərkraq olan şey yeldir ki, buludlara həmişə yeldən 
fərman çıxır. (Bir qədər dikəlib həvəsə gəlir.) Yeldən bərk olan şey mələkdir ki, 
yelləri idarə edir; yəni haraya göndərməlidir, göndərir; göndərməli deyil, gön-
dərmir. (Bir az da ucadan və həvəsli.) Mələkdən bərk şey mələkül-mövtdür ki, 
mələki qəbzi-ruh edir. Hı ... gülərsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! 
Mələkül-mövtdən də  bərk olan şey bilirsiniz nədir? Ölümdür, ölüm! Hı ... 
gülərsiniz!  (Dəxi də hirsli.)  Bəs bilirsiniz ki, ölümdən bərk  şey nədir? Bilir-
sinizmi, ey lüğət yazanlar?... (çığıra-çığıra durur ayağa.)  Niyə gülürsünüz? 
Burada ilan oynatmırlar ki? Məgər insan öz qəbahətini gərək annamaya? Eyb 
deyil? (Hirsli gedir qapıya tərəf.) 
                  (Çöl  qapıdan Səməd Vahid girir içəri və qiylu-qalı görüb deyir.) 
S ə m ə d    V a h i d.  İştə irkaklar! Hayda arkadaşlar! 
M i r z ə    M ə h ə m m ə d ə l i (hirsli və ucadan Səməd Vahidə). A kişi, hələ 
bilmirəm bu nə deyir ey!.. 
(Səməd Vahid gedib oturur yerində və kağız-qələmini çıxardır. Rüstəm bəy və 
Mirzə  Həsən yenə gülməkdədirlər. Mirzə  Məhəmmədəli istəyir başmaqlarını 
geyə, gedə. Zəhra bəyim  qapıda görsənir.)  
Z ə h r a   b ə y i m (Mirzə Məhəmmədəliyə). Ay balam, bir dayan görüm, hara 
gedirsən? Axı nə üstə bu qədər savaşırsınız? Ay belə sizə mən qurban olum, axır 
min dərd-sərimiz, dost-düşmən var! 
M i r z ə   M ə h ə m m ə d ə l i. Ana, sən Allah, sən də əl götür bizdən! 
Z ə h r a  b ə y i m.  Bala, sizin belə mən qadanızı alım, mənim axır siznən 
vacib işim var. Məhəmmədəli, bala, bir gəl otur, arxayın danışaq. Sən özün, 
Allaha  şükür, yaxşı-yamanı bilənsən. Axır o qızı  hər yandan istəyirlər; qız 
uşağının evdə qalmağının da bir vaxtı var. Nə deyirsən, ay Rüstəm bala? Sən nə 
deyirsən, Səməd bala? Niyə dinmirsən, Məhəmmədəli  bala! Bir deyin görüm, nə 
məsləhət görürsünüz? Sizə gələn qada-bala mənə gəlsin. 
M i r z ə   M ə h ə m m ə d ə l i (acıqlı). Mənə dəxli yoxdur! Hər kəsə istəyirsiniz, verin. 
R ü s t ə m   b əy  (kitabı qoyur, durur ayaq üstə). Ana, mən qabaqca da sənə 
demişəm, indi də yenə deyirəm, qoy oğlanların da eşitsinlər: qız gərək öz xoşu 
ilə hər kəsə ki kefi istədi, onu görə və bəyənə və ərə gedə. Dəxi o əsrlər keçibdi 
ki, qızı zornan istəmədiyi adama ərə verirdilər. Ancaq yenə mən məsləhət gö-
rürəm ki, Gülbaharı Aslan bəyə verək. 
M i r z ə   M ə h ə m m ə d ə l i (hirsli). Əstəğfürullah! Əstəğfürullah! Əgər 
Gülbahar mənim bacımdır, mən bu əmrə hərgiz razı ola bilmənəm! 
R ü s t ə m   b ə y. Nə səbəbə razı ola bilmirsən? Xub, nə eybi var, razı olmur-
san, sən de görək, kimə verək? 
M i r z ə   M ə h ə m m ə d ə l i. Mən nə bilim? Kimə qismət olar, ona verərik. 
R ü s t ə m  b ə y. Axır necə kimə qismət olar? Hazır qızı istəyirlər, dəxi yüz 
il gözlətməyəcəyik ki? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə