Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə8/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   83

 
20 
 
M i r z ə  M ə h ə m m ə d ə l i (bir qədər dinməyib). Mənə qalırsa, Gülbaharı 
Mirzə Bəxşəliyə verərik. 
                                             (Rüstəm bəy gülür.)  
S ə m ə d   V a h i d. Necə Mirzə Bəxşəliyə? Müəllim Mirzə Bəxşəliyə? 
M i r z ə   M ə h ə m m ə d ə l i. Bəli, haman Mirzə Bəxşəliyə. 
S ə m ə d   V a h i d. Bən buna hərgiz razı olmam. 
M i r z ə   Mə h ə m m ə d ə l i (təəccüblü). Necə yəni razı olmazsan? Hələ sən nəçisən? 
S ə m ə d   V a h i d. Bənə qalıyorsa, Gülbaharı Hüseyn Şahidə verməli. 
M i r z ə  M ə h ə m m ə d ə l i (sağ əlini  fırladır). Pəh-pəh-pəh, buna bax, sən 
Allah! Bu da bizə müştəri tapdı. 
Z ə h r a  b ə y i m. Ay balalarım, sizə belə mənim canım qurban, bir mənə 
deyin görüm, o dediyiniz adamlar kimdilər? Yaxşımı adamdılar, nəçidirlər? 
R ü s t ə m  b ə y. Ana, mən dediyim Aslan bəy çox yaxşı adamdı; özü də keçən 
il yurist dərsi oxuyurdu, sonra peşiman oldu, vastoçni fakultetə girdi. İndi 
istəyir mal həkimi olsun. 
Z ə h r a    b ə y i m (Səməd Vahidə). Bala, sən dediyin adam kimdi, nəçidi? 
Bir qulluğu varmı? 
S ə m ə d   V a h i d. Ana, Hüseyn Şahid bizim gənc ədiblərimizdəndir, özü də 
xeyriyyə məktəbində ədəbiyyat dərsi müəllimidir. 
                                  (Mirzə Məhəmmədəli başını bulayır.) 
M i r z ə   M ə h ə m m ə d ə l i. Pəh-pəh-pəh! Elə bizim gənc ədibimiz əskik idi. 
Allah bəd nəzərdən saxlasın. (Hirsli.) A kişi, mən bilmirəm ədib nədi, axır ey? 
R ü s t ə m   b ə y. Qardaşlarım, mən sizdən xahiş edirəm ki, hər nə eləmək 
istəyirsiniz, məsləhətnən və ağıl ucuynan eləyin… Sən bir söz deyirsən, mən bir 
söz deyirəm, o bir söz deyir. Qardaşlarım, beləliknən bir mətləb hasil olmaz. Qız 
hazır, bax, o qapının dalındadı (əlini içəri qapıya uzadır), çağıraq bu saat özün-
dən sual eləyək ki, görək meyli kimədi?..  
S ə m ə d   V a h i d. Belə məsləhətə qarşı bən bir söz söyləməm. 
R ü s t ə m   b ə y (Mirzə Məhəmmədəliyə). Niyə dinmirsən, Məhəmmədəli? 
M i r z ə   M ə h ə m m ə d ə l i. Özünüz bilin, mənim işim yoxdur. 
     (Rüstəm bəy  durur, qapıdan Gülbaharı çağırır. Gülbahar girir içəri.) 
Z ə h r a   b ə y i m (Gülbahara). Bala, Gülbahar, gəl otu yanımda, durma ayaq üstə. 
R ü s t ə m   b ə y. Gülbahar, keç otu və qulaq as, gör nə deyirəm. Biz bu saat 
sənin barəndə danışırdıq. Sözün açığı budur ki, səni üç adam istəyir: biri  Aslan 
bəydi, biri Mirzə Bəxşəlidi, biri də Hüseyn Şahiddi… Qəlbin kimə yapışır, ona da 
get; bizim heç sözümüz yoxdu…  
(Gülbahar dinmir). 
Z ə h r a   b ə y i m (Gülbahara). Bala, niyə dinmirsən? 
G ü l b a h a r  (Rüstəm bəyə). Dadaş, əvvəl bu ki, sən dediyin adamların heç birinə 
mən bələd deyiləm və qaldı ki, sizin mənim barəmdə çalışmağınız  əbəsdir; çünki 
mən bilirəm ki, mən bir kəsi xoşlasam da, sən razı olsan, Məhəmmədəli dadaşım razı 
olmayacaq; Məhəmmədəli dadaşım razı olsa, sən izin verməyəcəksən; hər ikiniz də 
xoşlasanız, Səməd dadaşım bəyənməyəcək. Bir yadınıza salın, görün indiyə kimi 
mənim üstümdə siz üç qardaşın neçə  dəfə dava-mərəkəsinə qonşular yığışıb ta-
maşaya. Yox-yox, mən heç kəsə getmək istəmirəm. Kaş siz bir-biriniznən yola ge-
din. (Durub çıxır gedir. Mirzə  Məhəmmədəli gəlib oturur yerində). 
R ü s t ə m  b ə y. İş belə olan surətdə mən məsləhət görürəm ki, bir surətdə ki 
Gülbahar biz dediyimiz adamların heç birinə  bələd deyil, sabah axşam gərək ki 
cəmiyyəti-xeyriyyənin zasedaniyasıdır, özü də növbətə görə gərək bizim evə yığı-
şalar. Aslan bəy necə ki üzv, zasedaniyaya gələcək. Gərək hesabnan müəllimlərdən 
  LAYİHƏ


 
 
21 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

də olalar; çünki proqramlar barəsində müəllimlərdən cavab istəyiblər. Gərək on-
lardan  şikayət də var. Xülasə, onlar gərək gələlər zasedaniyaya. Gülbahar da is-
təyər, çıxar onlarnan tanış olar. 
                                              (Çöl qapı tıqqıldayır). 
R ü s t ə m  b ə y. Kimsən? Gəl! 
(Daxil olur  Teymur bəy, qoltuğunda papka; Zəhra bəyim üzünü tutur o tərəfə 
ki, Teymur bəy  görməsin.) 
T e y m u r   b ə y. Səlam əleyküm. 
R ü s t ə m   b ə y. Ay əleykəssəlam, Teymur bəy. Gəl əyləş. 
(İçəri otaqdan  Zivər xanım çıxır, Teymur bəyə əl verir.) 
Z i v ə r   x a n ı m (gülə-gülə). A, zdravstvuyte, Teymur bek! 
T e y m u r  b ə y (Zivər xanımın əlini öpür). Zdravstvuyte, Zivar xanum! 
(Teymur bəy də, Zivər xanım da otururlar Rüstəm bəyin yanında. Mirzə Məhəm-
məddəli acıqlı baxır bunlara. Teymur bəy papkanı açır, kağızları aralayır, sonra üç 
kağız qoyur Rüstəm bəyin qabağına; bu da kağızlara qol çəkir, verir Zivər xanıma, o 
da qol çəkib verir Teymur bəyə. Teymur bəy də yığışdırır, qoyur papkaya.) 
T e y m u r   b ə y  (saatına baxıb deyir). Deyəsən, yubanırıq ha!... 
(Zivər xanım və Teymur bəy dururlar ayağa. Zivər xanım ayna qabağına gedib, 
şlyapasını düzəldir və Teymur bəy ilə çıxıb gedir. Mirzə Məhəmmədəli yenə acıqlı-
acıqlı baxır bunların dalınca. Qənbər, uzun çuxalı  və belində  xəncər, yanında 
çoban  Qurban, girirlər içəri.  Qurbanın bir əlində uzun çomaq, bir əlində dəsmala 
düyülü bir qab. İkisi də baş yendirirlər.) 
R ü s t ə m  b ə y. Qənbər, nə var, qoyunlar necədi? 
Q ə n b ə r. Sağlığın, bir şey yoxdu. Amma qoyunlara bərk qızdırma düşüb, 
yaman qırır; heç bir əlacı da yoxdu. (Qurbanın  əlindən düyünçəni alıb qoyur 
yerə.) Buyuraydınız, bu yavanlığı boşaldaydılar; bir az kərədi, bir az da təzə şor-
du. (Qənbər düyünçəni aparır içəri, qapının yanına qoyur.)  
Z ə h r a   b ə y i m.  Qənbər, niyə çoxdandı görünmürsən? 
Q ə n b ə r. Xanım bəyim, vallah, macalımız olmur. Qoyunun azarı başımızı 
bərk qatıb. 
R ü s t ə m   b ə y. Qənbər, bilirsən nə elə? Sabah axşam mal həkimi bizdə 
olacaq, cəmiyyəti-xeyriyyənin yığıncağıdı; sən də gəl, yadıma sal, deyək, bəlkə 
qoyunların qızdırmasına bir dava deyə. 
Q ə n b ə r. Baş üstə, gələrəm. (Qənbər və çobanlar çıxırlar. Rüstəm bəy gəlir 
anasının tərəfinə və gülə-gülə deyir). Ana, kefin necədi? Yaxşıdır? Ana, bilirsən 
nə var? Mən lüğət yazıram. Bilirsən lüğət nədi? Yəni insanın dilində  hər nə 
qəribə söz var, gərək o kitaba yazıla; hamısı gərək yazıla ki, bir söz də qalmaya. 
Bəlkə, sən də elə bir qəribə söz bilirsən ki, bizim yadımıza düşməmiş ola. Hə, nə 
deyirsən, ana? Bir qəribə söz de, yazım. 
Z ə h r a   b ə y i m. Bala, qadan mənə gəlsin, mən nə bilirəm ki, nə deyim? 
M i r z ə   M ə h ə m m ə d ə l i (durur ayağa). Dadaş, əgər qəribə söz axtarırsan, 
məndən soruş, deyim; dəxi ağbirçək arvad nə bilir, nə desin? Qəribə söz budu ki, 
indi, maşallah, kraxmallı alimlər dəxi hicabı-zadı bilmərrə atıb, başlayıblar rus-
sayağı üzüaçıq zindəganlıq eləməyə. Elə mənnən olsa, lüğətə bu mətləbi də yaz-
san, pis olmaz. (Başmaqlarını geyir getsin.) 
R ü s t ə m   b ə y (acıqlı və ucadan). Məhəmmədəli, səni and verirəm atavın 
goruna, məndən əl çək. 
(Mirzə Məhəmmədəli başmaqlarını geyir getsin.) 
Z ə h r a   b ə y i m (Məhəmmədəliyə). Bala, Məhəmmədəli, bir dayan. Bala, 
bir dayan, bir getmə. 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə