Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə9/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   83

 
22 
 
(Zəhra bəyim qalxır ayağa, qoltuğundan bir bayaz çıxardır, gedir Məhəmmə-
dəlinin dalıyca: o da qulaq verməyib gedir. Zəhra bəyim yenə gəlib oturur yerində 
və bayazı qoyur qoltuğuna. Səməd Vahid yazıya məşğul olduqda içəridən uşaq 
ağlamağı eşidilir. Səməd Vahid, əlində qələm, durur gedir qapıya tərəf və hirsli.) 
S ə m ə d  V a h i d. Çocuq ağlamasın, bən şer yazıyorum (gəlib oturur yerində və 
Rüstəm bəyə.) Dadaş, ədəbiyyatdan lazımsa, nümunə olaraq bir şer deyim, yaz lüğətə. 
R ü s t ə m   b ə y. Nə eybi var. Amma bu şərt ilə açıq olsun. Yoxsa, doğrusu, 
mən sənin dilini qanmıram. 
S ə m ə d   V a h i d (kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur): 
Ənzari-şəbabımda pədidar olan, ey zill!  
Ey zilli-tüluat, oluyorsun yenə peyda! 
R ü s t ə m  b ə y (“eh” eləyib çönüb gedir öz stoluna tərəf). O dili  mən özüm 
qanıram ki, lüğətə də yazam?  
S ə m ə d   V a h i d  (durur ayağa və kağızlarını yığışdırır ki, getsin). Dadaş, 
mən söylədiyim “Faust”dan türk dilinə tərcümədir. Bizim müəllimlər bunu indi 
bu saat məktəblərimizdə balaca çocuqlara öyrədiyorlar. Sən ki bunu qanmıyor-
san, sənayei-nəfisədən bibəhrə olmağını müşahidə ediyorsın, zənnindəyim, 
əfəndim. (Səməd Vahid acıqlı, kağızı qəfəsənin içinə atıb, durur gedir. Rüstəm 
bəy təəccüblü baxır onun dalıyca.) 
Z ə h r a   b ə y i m  (durur ayağa, bayazını qoltuğundan çıxardır və Səməd 
Vahidin dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Səməd bala, bir dayan! 
(Rüstəm bəy də kağızlarını yığışdırır və acıqlı, hazırlaşır çıxıb getməyə. İndi də 
Zəhra bəyim bayazını buna tərəf tutub yalvarır.) Rüstəm, Rüstəm, ayaqlarının 
altında ölüm! Bir dayan! Bala, bir dayan, bir bu kitaba bax. 
R ü s t ə m   b ə y (acıqlı). Eh, ana, sən Allah, əl çək!  
(Rüstəm bəy də çıxıb gedir. Zəhra bəyim qalır ortalıqda tək, əlində kitab.) 
 
 
1. Əsərdən  müstəqil oxuduğunuz ikinci və üçüncü məclisləri nəzərdən 
keçirin. 
2.
  Hər iki məclisdə ifadə olunmuş mühüm fikirləri müəyyənləşdirməyə 
çalışın. 
3.
  Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
4.
  Mənasını aydınlaşdırdığınız sözlərin (beşdən az olmayaraq) alınma, 
yaxud dilimizə aid olduğunu əsaslandırın. 
 
Tanış olmayan 
sözlər 
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
 
5.
  Daha maraqlı hesab etdiyiniz məcazları yazın. 
Maraqlı hesab etdiyim məcazlar 
və onların növü 
Bu məcazları maraqlı hesab 
etməyimə səbəb nədir? 
6. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
• EVDƏ İŞ 
  LAYİHƏ


 
 
23 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
1. Tapşırığı  fərdi olaraq yerinə yetirin: İkinci və üçüncü məclislərdə 
ifadə olunmuş mühüm fikirləri müəyyənləşdirib cədvəldə qeyd edin. 
İkinci məclisdəki başlıca fikirlər
Üçüncü məclisdəki başlıca fikirlər
2.
  Parta yoldaşınızla birlikdə suallara cavab hazırlayın: 
a)
  Cəmiyyəti-xeyriyyənin iclasında ilk mübahisəyə səbəb nə olur? Bu 
mübahisədə hansı tərəfin mövqeyini müdafiə edərdiniz? 
b)
  İclasın gündəliyinə daxil edilmiş  məsələlər hansılardır, onları 
əhəmiyyətli saymaq olarmı? 
c)
  Cəmiyyətin illik hesabatı barədə nə danışılır, icra olunmuş işlər, 
sizcə, faydalıdırmı? 
d)
  Məktəb proqramı ilə bağlı  məsələdə diqqətinizi çəkən nə oldu, 
onun necə həll olunmasını istərdiniz? 
e)
  Ehtiyacı olan, aclıq çəkən insanların  ərizəsi ilə bağlı məsələnin 
müzakirəsi nə ilə nəticələndi, siz problemin necə həll olunmasını 
ədalətli sayardınız? 
f)
  Senzorun qardaşlarla bağlı ittihamları  və  gəldiyi nəticə sizdə 
hansı qənaətin yaranmasına səbəb oldu?  
g) Oxuduğunuz məclislər hansı  mənəvi dəyərlər barədə danışmağa 
imkan verir? 
 
3.
  Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün, fikirlərinizi də-
qiqləşdirib ümumiləşdirin. 
4.
  Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.  
5.
  Məclislərin birindən seçdiyiniz hissənin məzmununu iki formada – 
yığcam və yaradıcı danışmağı öyrənin, nümunələri dinləyib onlara 
münasibət bildirin. 
 
 
 
1. Əsərin ardını  – dördüncü  məclisi nəzərdən keçirin.
2.
 Qardaşlar haqqındakı ilkin təəssüratınızı “xarakterlər xəritəsi”ndə 
qeyd edin. Əsərdən nümunələr göstərməyi unutmayın.  
 
3.
  Tanış olmayan sözləri müəyyənləşdirin, daha maraqlı hesab etdiyiniz 
məcazları yazın. 
4.
  Mənasını aydınlaşdırdığınız sözlərin (beşdən az olmayaraq) alınma, 
yaxud dilimizə aid olduğunu əsaslandırın.  
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
 
5. Bu məclis  hansı mənəvi dəyərlər barədə danışmağa imkan verir?  
6. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
 
• II dərs 
• EVDƏ İŞ 
... 
nitqi
... 
başqalarına 
münasibəti 
... 
xarakteri
... 
əməlləri
Obrazın  
adı 
  LAYİHƏ


 
24 
 
• 
TƏHLİL  
ÜZRƏ İŞ
 
Mətni fərdi olaraq oxuyun, ardıcıllığa  əməl etməklə tapşırığı yerinə 
yetirin. Öncə tapşırıqla tanış olun. 
1. Birinci mətnkənarı sualı və onun cavabı ilə bağlı hissənin ilk cümlələ-
rini oxuyun. Düşünün: Mətn sizin üçün çətin deyil ki?  
2. Mətndəki başlıca  fikirləri oxuda anlamağa çalışın. Bunun üçün mətn-
kənarı sualların məqsədini, onlardan irəli gələn fərziyyələri müəy-
yənləşdirin. 
3.  Hər bir sualla bağlı hissənin oxusu başa çatdıqdan sonra onu necə an-
ladığınız barədə düşünün. 
4.  Oxu başa çatdıqdan sonra bütövlükdə mətndə əks olunmuş başlıca fi-
kirləri necə anladığınızı yoxlayın. Öyrəndiklərinizi fərziyyələrlə mü-
qayisə etməklə bunu aydınlaşdıra bilərsiniz. Lazım gələrsə, mətni 
yenidən nəzərdən keçirin. 
5. Vacib saydığınız fikirləri silinə bilən işarə ilə mətndə oxu zamanı qeyd 
edin və gəldiyiniz nəticələri qısaca yazın. 
6.  Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün, təqdimatlar et-
məklə müzakirə aparın. Qardaşların səciyyəvi xüsusiyyətlərini 
“xarakterlər xəritəsi”ndə əks etdirin.
 
İyirminci yüzilliyin əvvəllərində Azərbaycanda 
yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət və-
tənpərvər yazıçını  dərindən düşündürürdü.
 

Xalqın və ölkənin qarşılaşdığı problemləri necə 
həll etmək olar? Çıxış yolu nədədir?” qəbildən 
suallara C.Məmmədquluzadə  həm publisistik, həm də  bədii  əsərlərində cavab 
verməyə çalışır, müasirlərinin diqqətini taleyüklü məsələlərə cəlb edirdi. “Anamın 
kitabı”nda (1920) məhz belə bir ziddiyyətli dövrün 
 
problemləri təsvir edilmişdir. 
Araşdırma əsərin mövzusu barədə dolğun cavabın hazırlanmasına imkan yarada-
caqdır. 
İdeyaca zəngin olan “Anamın kitabı” tragiko-
mediyası  bədii həlli verilən problemlərin çoxluğu 
ilə də fərqlənir: xalqa yadlaşmış ziyalıların məslək 
ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nə-
ticələri, milli müstəqillik və milli birliyin vacib olması və s. 
Bütün bunlar, eləcə də digər ciddi problemlər əsərdə real, təbii səhnələr, orijinal 
bədii vasitələrlə  təqdim edilmişdir. Qardaşların yaşadıqları evdə baş verənlər, 
cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə  də digər təsvirlər  əsərdə qal-
dırılmış problemləri hərtərəfli əks etdirir. 
Əsərin maraqla oxunmasının bir səbəbi də konfliktin çoxcəhətli olması və real 
həyati hadisələrlə səsləşməsidir. Əsərdə obrazların arasında baş verən
 
konflikt 
mövcud cəmiyyətdəki prosesləri əks etdirir. Təhsil aldıqları ölkələrin düşüncə, 
davranış tərzini, dilini mənimsəyən qardaşlar nəinki vətənləri, həm də doğma 
adamları və bir-biri üçün yad adama çevrilmişlər.  
 Qardaşların düşüncəsinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və 
vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdir.  
Yüz illər boyu yaşadılan, bütün dövr və za-
manlarda qorunub saxlanan bir çox milli-mənəvi 
dəyərlərə etinasız münasibət əsərdə kəskin tən-
qid edilmişdir. Məsələn, milli-mənəvi 
 
dəyərlər-
dən üz çevirməyin ailə münasibətlərində doğurduğu acı  nəticələr  əsərdə daha 
qabarıq  əks etdirilmişdir. Milli-mənəvi dəyərlərə laqeydliyin yaratdığı  fəsadları 
• III dərs 
Əsər  hansı mövzuda yazılmışdır? 
Yazıçının bu mövzuya müraciət 
etməsinə səbəb nə olmuşdur?
 
Əsərdə qaldırılmış problemlər və 
konflikt  üçün  özəl olan cəhətlər 
hansılardır?     
Tragikomediyada hansı milli-mənəvi 
dəyərlər ön plana çəkilmişdir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə