Bağışla atını,
sən get piyada,
Sillələr yesən də, mərd ol dünyada.
Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir kömək.
Sən də əldən düşüb yoralsan əgər,
Sənin də yükünü bütün el çəkər.
Saqi, tünd qırmızı şərabdan gətir!
Мэпэ həyat verib, murada yetir!
Bir şərab gətir ki, camma sinsin,
Ömür təzələnsin, könül bəzənsin!
T ƏVAZÖKAR OL!
Şikayət torundan çıx buııdaıı belə,
Öz acizliyini etiraf elə!
Çıxılmaz bir dağdır-yoldaki əngəl,
Çox da öz gücünə arxalanma gəl!
Qalxam deşilmiş bir gül ilə sən
Çoxmu bülbül kimi öyünəcəksən?
Yol qanad qırandır, neyləsin qanad?
Qılınc qüwəlidir, qalxanını at,
Taki yüklü atın uçsun gülək tək,
Qoy sənin payım artırsın fələk.
Yaxşısı budur ki, atı da tərk et,
Doğru bir yol tapıb, о yol ilə get.
Bax ki, ay hilala döndüyü zaman
Camm qurtanr parçalanmaqdan.
Saqi, can boğaza dayandı, tez çat!
Şərab qətrəsiylə ağzımı islat!
Bir şərab gətir ki, içməmiş candır,
İçəndən sonrasa, cana dərmandır.
61
XƏLVƏTƏ ÇƏKİLİB SÖZ YARATMAQ
Arxayın oturma, köç vaxtıdır, qalx!
Sən bu çaş gözünlə özünə az bax!
Mənzilin çətindir, ayağın qabar,
Bəs bu iş nə olsun, de, ey sənətkar!
Ya çıx bir dəfəlik söz meydamndan,
Ya bağla qapım, gəlməsin zaman!
Söhbət ki, qılıncı qınında saxlar,
Sən də xəlvətcə tut qınında qərar.
Boş səhifələrmi oldu həmdəmin?
Çoxmu susuz yerdə üzəcək gəmin?
Nizami, bu yolda Xızır kimi dur!
Hər bulaq başında bir söz çadn qur!
Məcnun sövdasımn sər çeşməsindən
Iç, doy sədəfdəki inci kimi sən.
Dostları ilə paylaş: