Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
  1   2   3   4   5   6   7   8   9   ...   70


_______________ Milli Kitabxana _______________ 

 
 


_______________ Milli Kitabxana _______________ 

 
 
NİZAMİ GƏNCƏVİ 
 
 
 
 
 
 
 
LEYLİ 
və 
MƏCNUN 
 
 
 
 
 
 
 
 
"LİDER NƏŞRİYYAT" 
BAKI-2004 


_______________ Milli Kitabxana _______________ 

 
 
Bu əsər "Nizami Gəncəvi. Leyli və Məcnun" (Bakı, Yazıçı, 1982) 
     kitabı əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
Tərcümə edəni:   Səməd Vurğun 
 
İzahların müəllifi:  
Mübariz Əlizadə 
filologiya elmləri doktoru, professor 
 
Ön sözün müəllifi 
Və elmi redaktor: 
 
Xəlil Yusifli 
filologiya elmləri doktoru, professor 
 
 
 
 
 
 
 
894.361'1-dc 21 
AZE 
Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, "Lider nəşriyyat", 2004, 
288 səh. 
 
"Leyli və  Məcnun" "Xəmsə"nin üçüncü poemasıdır.  Nizami    Gəncəvi bu qədim 
məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır. 
Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı  xəzinəsinin  ən qiymətli 
incisinə çevrilmişdir. 
 
 
 
 
 
 
ISBN 9952-417-04-5 
© "LİDER NƏŞRİYYAT", 2004. 


_______________ Milli Kitabxana _______________ 

 


_______________ Milli Kitabxana _______________ 

 
 
 
İNSAN DÜHASININ ƏLÇATMAZLIQ NÜMUNƏSİ 
 
Böyük Azərbaycan  şairi və mütəfəkkiri Nizami Gəncəvi dünya 
ədəbiyyatının nadir ədəbi simalarından biridir. Onun poeziyasında hər bir 
mövzu və hadisə mütəfəkkir şair qəlbindən keçərək, dərin ictimai və fəlsəfi 
məzmun almışdır. "Sirlər xəzinəsi", "Xosrov və Şirin" poemalarından sonra 
"Leyli və Məcnun" mövzusunda əsər yazan şair bu mövzudan istifadə edərək, 
insan və zaman, təbiət və  cəmiyyət hadisələri  ətrafında rəngarəng 
düşüncələrini əks etdirmişdir. Belə bir mövzuda əsər yazmağı ondan Şirvan 
şahı Axsitan xahiş etmişsə  də, Nizami heç də ancaq dövrün şahlarını  təmin 
edəcək əsər yaratmamış, daha çox öz narahat düşüncələrini qələmə almışdır. 
Nizami Gəncəvi 1188-ci ildə dörd ay müddətinə yazıb başa çatdırdığı 
"Leyli və Məcnun" poemasını işləyərkən bu mövzu ətrafında ciddi axtarışlar 
aparmış, mənbələrlə tanış olmuşdur. Axsitan ondan bu "gəlini" fars və ərəb 
bəzəyi ilə  bəzəməyi tələb edərkən də  məhz Leyli və  Məcnun mövzusu ilə 
əlaqədar farslar, ərəblər arasında geniş yayılan əfsanə və rəvayətləri nəzərdə 
tutmuşdur.  Əfsanələr, rəvayətlər isə  hər hansı bir hadisə, fakt əsasında 
yaradılmış bədii sözdür. 
Nizami Axsitanı düzgün başa düşərək, mənbələri diqqətlə öyrənir. 
Öyrəndiklərini sədaqətlə ümumi poetik axına yönəldir, yeni qəlibə, yeni 
formaya salır.  Şair "o farsdan doğulan  əfsanə yaradan ərəbin halından belə 
xəbər verir" və başqa bu kimi qeydlərlə Axsitanın "ərəb və fars bəzəyi" 
tələbinə riayət etdiyini nəzərə çatdırır. Burada ərəblərə  və farslara məxsus 
baxışlar, görüşlər, poetik zövq, şairanə deyimlər də  nəzərə alına bilərdi. 
Nizaminin "fars və ərəb bəzəyi" anlayışını məhz göstərilən mənada anladığını 
onun poeması  və  ərəb mənbələrinin bu əfsanə ilə  əlaqədar qeydlərinin 
müqayisəsi də təsdiq edir. 
İbn Küteybə,  Əbülfərəc  İsfahani,  Əl-Valibi kimi müəlliflərin  əsərləri ilə 
Nizami poemasını müqayisə edən alimlər bu qənaətdədirlər ki, Nizami bu 
ölməz əsərini yazarkən həmin müəlliflərin əsərlərindən faydalanmışdır. Şair 
İran və Azərbaycanda da geniş yayılan əfsanələrdən bəhrələnməmiş deyildir. 
XI  əsr Azərbaycan  şairi Qətran Təbrizinin tez-tez sadiq, nakam sevgililər 
kimi Leyli və Məcnunu xatırlaması göstərir ki, Leyli və Məcnun haqqındakı 
əfsanə ədəbi dairələrdə 
 


_______________ Milli Kitabxana _______________ 

 
Nizami  əsəri yazılandan çox-çox əvvəl məlum və  məşhur imiş. Qətranın 
özünün də  Məcnun haqqında  ərəb mənbələrindən məlumat alması 
mümkündür. Onun bu məsələdə  sərbəst hərəkət etməsi, oxucuya məlum, 
məşhur hadisə kimi Leyli və  Məcnunu xatırlaması isə  əfsanənin  ərəb 
mənbələrindən  əlavə  ədəbi ictimaiyyət arasında da geniş yayıldığını  təsdiq 
edir. XI əsr  İran  şair və nasiri Nasir Xosrov da bu əfsanənin maraqlı 
olduğunu qeyd edir, lakin onu daha çox bədəvi  ərəblərin mühiti ilə 
əlaqələndirir, Taifdə Leylinin yaşadığı  qəsrin xərabələrini göstərdiklərini, 
maraqlı hekayələr danışdıqlarını yazır. 
Nizaminin poemasında mövzunun bəlli, məşhur olması  dəqiq göstərilir. 
Onu Axsitan da, Nizaminin oğlu Məhəmməd də yaxşı bilir, anlayırlar. 
Axsitan Məcnunun böyük eşqini, bu mövzunun bütün sözlərin şahı olduğunu 
yazır.  Şairin oğlu 14 yaşlı  Məhəmmədin qeydi daha maraqlıdır. Onun 
fikrincə, "bu gözəl mövzuda böyük sənət var". Nizami özü isə onu "aləmə 
bəlli bir ayə" sayır, başqa sözlə, əfsanənin yazılı və şifahi şəkildə çox geniş 
yayıldığını etiraf edir. Nizami gah oğlu Məhəmmədin dililə, gah öz sözləri ilə 
bu məşhur əfsanənin bədii əsər kimi işlənmədiyini, çılpaq qaldığını da yazır: 
 
                          Harda ki eşq əli bir süfrə açar, 
                          Bu gözəl hekayə ona duz saçar. 
                          Bu qədər nazəndə, incə bir dilbər, 
                          Nədən çılpaq qalsın bu vaxta qədər? 
                          Onu bəzəməmiş arif əlləri
                          Odur ki, çılpaqdır o gözəl pəri. 
 
Maraqlıdır ki, həm Axsitan, həm də şairin oğlu Məhəmməd bu mövzunu 
Nizaminin hünərinə layiq, ona məhrəm hesab edirlər. Belə çıxır ki, Axsitanın 
bu mövzuda Nizamidən əsər xahiş etməsi özü də Nizami yaradıcılığına bələd 
olmağından, dahi şairin ruhən bu mövzuya yaxınlığından irəli gəlir. Sözün 
sərrafı olan Axsitan Nizami irsi ilə "Leyli və  Məcnun" mövzusu arasında 
yaxınlıq, doğmalıq hiss etdiyindən ondan məhz bu mövzuda əsər yazmağı 
istəyir. Anlaşılır ki, poema sifarişlə yazılsa da, onun məşhurluğu və  məhz 
Nizami dühasına yaxınlığı belə bir əsərin meydana çıxmasına səbəb 
olmuşdur. 
Nizaminin bu mövzunu işlərkən yerli folklor mənbələrdən başqa, yazılı 
qaynaqlardan da geniş istifadə etməsi  əsər boyu özünü aydın hiss etdirir. 
Poemanı ərəb mənbələri ilə müqayisə etdikdə görürük ki, 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə