Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   6   7   8   9   10   11   12   13   ...   70

_______________ Milli Kitabxana _______________ 
38 
 
Əgər başqa işlər olsaydı haram, 
Bu, on dörd gecəyə olardı tamam. 
Bu azad gəlini görən şad olsun
Ona abad deyən, qoy abad olsun. 
S. F. D. ili idi rəcəbin sonu
46

Çox gözəl şəkildə bəzədim onu. 
Əgər tarixini söyləsəm əyan, 
Dörd il keçmiş idi beş yüz həştaddan. 
Sənətin əlilə tutdum bəzəyə, 
Gətirib oturtdum bu kəcavəyə. 
Şahımın mübarək gözündən başqa
Kimsənin nəzəri dəyməsin ona. 
 
AXSİTANIN TƏRİFİ 
 
Sən şahlıq taxtının şahsüvarısan, 
Qaranın və ağın hökmdarısan. 
Tac sahiblərinin başçısısan sən, 
Şahlar ordusunun sərkərdəsisən. 
Ey şahlar içində mütləq olan şah! 
Ey dünya xaqanı, böyük padişah! 
Şöhrətin tutmuşdur bütün mahalı, 
Dinin və dövlətin sənsən calalı. 
Şahlığın taxtını sənsən saxlayan, 
Hökmünə baş əyir bu yer, bu ümman. 
Şahların tacısan, Əbülmüzəffər, 
Yeddi məmləkətə sən oldun zivər. 
Kölgən bir günəşdir, sən alov kimi, 
Keyqubad rütbəli Keyxosrov kimi. 
Adın Axsitandır, özün söz bilən, 
Göydəki günəşin ağasısan sən. 
Sən ki, padişahsan, açıq, aşikar, 
Gizli xəlifəsən, böyük hökmüdar. 
Bu Bəhram nəsəbli, ülkər üzlü sən
47

Məlik Mənuçehrin sədəf dürrüsən. 
Bu tayfa şahlığı nəsildən-nəslə, 


_______________ Milli Kitabxana _______________ 
39 
 
Gəlib keçə-keçə oldu silsilə. 
Onun şah əcdadı aransa əgər, 
Şahdan-şaha gedir Adəmə qədər, 
Istərəm, bu böyük şahda daima, 
Qılınc uzun olsun, qələmsə qısa. 
Daimi bir taxtda o bərqərardır. 
Ağıl tək nöqsansız bir hökmüdardır. 
O, yeddi göylərə boyun əyməyən 
Yeddi ərənlərə qiblədir, bilsən. 
Ruzi verən deyil, ruzi göyüdür, 
Dünyanın sərdarı, həm böyüyüdür, 
Mənalar çeşməsi gözündə qaynar
Qəlbində göylərin gizli sirri var. 
On iki elmin də sirrləri bütün 
Əlində mum kimi yumşalır hər gün. 
Bu yeddi örtüklü, altı barmaqlı, 
Bir gözlü, dörd əlli, doqquz ayaqlı
48

Onun çəmbərindən çıxmasın deyə, 
Qalıb çəmbərində dönmüş həlqəyə. 
Adı şirin sulu bir kainatdır, 
Varlığı aləmə abi-həyatdır. 
Dağılmış mədənlər onun əliylə, 
Artmış kərəmindən dənizlər belə. 
Bir yandan dünyanı tutur zəfəri, 
Bir yandan əfv edir kərəm əlləri. 
Cövhərli qılıncdan tutaraq çapar, 
Yaxından ötəni vurar, qamçılar. 
Bəxtinin burnunda kövsər suyu var, 
Onun toppuzundan alovlar qalxar. 
O, dünya mülkünə böyük işıqdır, 
Məclisə, meydana bir yaraşıqdır. 
Mərrixdə bir qılınc, Zöhrədə bir cam
Sağında, solunda durmuşlar müdam. 
Zöhrə şərab verir cam ilə ona, 
Mərrix silah alıb düşür ardına. 
Qılıncı qaldırır bir ləl dağı, 
Camından tökülür ləl bulağı. 


_______________ Milli Kitabxana _______________ 
40 
 
Bu iki qan rəngli lələ baxanda, 
Ləlin rəngindədir şərab da, qan da. 
Sübhün saqisidir onun kərəmi, 
Lütfü çox yaşasın, tutsun aləmi. 
Düşməni qəhr edən zərbələri var, 
Ondan uzaq olsun yaman baxışlar. 
Lütfü-səhər yeli, əsər hər yerə
Əsər, nəfəs verər ağciyərlərə. 
Elə bil zərbəsi odlu şimşəkdir, 
Toxunsa hər kəsə qəhr edəcəkdir. 
Sabah yeli kimi lütfü can verər, 
Hicran axşamı tək zərbi öldürər. 
Gəlsə hərəkətə şahlıq sancağı, 
Deşər polad kimi döşündən dağı. 
Bayraq qotazları titrəsə əgər, 
Zəlzələ görünər bir arpa qədər. 
Belə bir qanun da vardır dünyada: 
Od yüksəkdə durur, su aşağıda. 
Atı oda bənzər, özü suya, bax, 
Bulut od üstündə qərar tutaraq. 
Onun qapısında mehtərdir Qeysər, 
Fəğfur o qapıda gəlib dilənər
49

Nə qədər parlasa günəşin üzü, 
Şahın məclisində sönükdür, düzü. 
Ay ki, bədirlənib, nura bürünər, 
O da qapısında solğun görünər. 
Uçarmış Arəşin oxu deyirlər
Ad qəbiləsinin nizəsi qədər
50
 
O, ox şahımızla yarışsa əgər, 
Kamandan çıxmamış torpağa düşər 
Deyirlər, Pərvizin hüsnü, cəmalı 
Baxdıqca oxşarmış qəlbi, xəyalı, 
Atının tozuyla tutuşsa Pərviz. 
Qalmaz camalından zərrə qədər iz. 
Kimə şah qılıncı dəydisə bir əl, 
Qurtuluş yolunu bağladı əcəl. 
Hansı bir zirehə dəydi nizəsi, 


_______________ Milli Kitabxana _______________ 
41 
 
Parça-parça oldu bütün həlqəsi. 
Atdığı zubinin hər nişanından
51
 
Ikiyə bölündü bu iki cahan. 
Lütfü parlaq olan bir günəş kimi, 
Qəhr edər tufan tək qəzəbi, kini. 
Qılığı bir səhər yelidir, gerçək, 
Qəzəbi şir tutur göydə günəş tək. 
Altı hərfi olan adıyla bilsən, 
Dünyanı bağlamış altı tərəfdən
52

Bu altı hərf ki, şeş atdı yenə, 
Düşdü nərd oyunu şahın xeyrinə. 
Düşməni milçək tək qaynasa belə
Tab etməz qəhrindən əsən bir yelə. 
Günəşin ordusu boy versə əgər, 
Xəlvətə çəkilər qaçar kölgələr. 
Atının dırnağı dəyən yerlərdə 
Pələnglər, aslanlar görünməz bir də. 
Ölümün baratı yağsa oxundan, 
Həyat naməsini olmaz oxuyan. 
Qınından qılıncı çıxarsa bir əl, 
Daşların bağrında qana dönər ləl. 
Ağzını açarsa qılıncı bir an, 
On-on baş itirər önündə düşman. 
Düşmən qarşısında Əfrasiyabdır, 
Təkbətək döyüşdə günəşə babdır, 
Qoşun kəmərini bağlamamışdan, 
Düşməni məhv edər bu mərd Axsitan. 
Qoşunu arxadan gələnə qədər 
Düşmən ordusundan qoymaz bir nəfər. 
Onun rikabında yüz Rüstəm durar, 
Yenər qarşısında böyük ordular. 
Şahlıq məclisini açıb quranda, 
Ilk bahar bulutu görünər onda. 
Nə qədər çox olsa orda simü-zər, 
Bağışlar hamsını sonuna qədər. 
Bir günlük xərcinə qoyduğu maya 
Uzun illər boyu alınmaz saya. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə