Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   8   9   10   11   12   13   14   15   ...   70

_______________ Milli Kitabxana _______________ 
46 
 
Şahlar namazının qibləsi odur. 
O, taca fəxrdir, taxta da zinət, 
Üzünə möhtacdır onun səadət. 
Şahzadə, güldükcə şərəfin, şanın, 
Açıldı gövhəri şah Axsitanın. 
Sübhün iki çalan rəngidir rəngin
Səndə şah qanı var iki ölkənin. 
Şahlığın bağında əkilən budur, 
Keyqubad nəslinin bir toxumudur. 
Şirvan bəzənmişdir əzəmətinlə, 
Xozan abadlaşmış ədalətinlə. 
Yeddi dairənin mərkəzində tək, 
Durub əyləşirsən, sən bir nöqtə tək 
Tanrı sayəsində yaşayırsan sən. 
O səni saxlasın yaman gözlərdən. 
Mənim ümidim var böyük allaha, 
Öz zehnin, ağlınla səni bir daha 
Göylərə qaldırsın o gülə-gülə, 
Çatasan dünyada hər təkamülə. 
Şah kitablarını öyrən dərindən
Dərs al aqillərin dediklərindən. 
Sandıqda gizlənmiş xəzinəni sən 
Göydə on dörd günlük ay tək görəsən 
Bil ki, bu gəlinə yoxdur bir əvəz, 
Bu canı heç bir əhd yarada bilməz. 
Onun atasını görə bilməsən, 
Barı qardaşına hörmət saxla sən
55

Min bir nəvazişlə gətir yadına, 
Əbədi bir hörmət bəslə adına. 
Qoy oğlum heç kəsə möhtac olmasın, 
Heç kəsin əlində gözü qalmasın. 
Bununla qurtardım bu hekayəti, 
Olsun səadətin şahın dövləti. 
O göz, bu işıqla parlasın ancaq, 
Bu sərv o çəməndən düşməsin uzaq. 
Şaha arxalanmış sənin surətin, 
Düşmənin belini qırmış qüvvətin. 


_______________ Milli Kitabxana _______________ 
47 
 
Həyat bulağıyla Xızır yaşadı, 
Səninlə yaşasın şahlığın adı. 
Göydə nə qədər ki, səyyarələr var, 
Bu iki vücuddan işıq alsınlar. 
 
MƏNİ İNKAR EDƏNLƏRDƏN ŞİKAYƏT 
 
Coşmaq zamanıdır, coş, ey könül, sən, 
Dünyaya dil verən dinməyir nədən? 
Gəldi söz meydanı, mənəm sənətkar
Bu gün məndən gözəl söz deyənmi var? 
Əlimin muzduyla dolanıram mən, 
Calalım yaranır söz xəzinəmdən. 
Bu səhər sehrini yaradan zaman, 
Bütün yeddi fəsli dedim qurandan. 
Bu halal, bu açıq sehrə baxın siz, 
Günahdır bu sehri danmaq, şübhəsiz. 
Bu söz sənətində elə kamiləm 
Ki, qeyb ayinəsi adımdır bu dəm. 
Mənim dil qılıncım iti füsunkar, 
Isa möcüzundən onda nişan var. 
Nəzmimdə nə qədər mənim əsər var 
Lal gər eşidərsə onu, dil açar. 
Alışar göz kimi sözüm qızanda, 
Barmaq toxundurma, alov var onda. 
Arxımdan su içdi şerlə sənət, 
Mənlə şöhrət tapdı sözdəki qüvvət. 
Bu qarın otaran duzsuz şairlər 
Sayəmdə dünyanı basıb yedilər. 
Şikarı tutmağa aslan gərəkdir, 
Tülkünün işi də müftə yeməkdir. 
Mənim öz nəfsimə yeməyimdənsə, 
Qoy məndən yesinlər, verib səs-səsə. 
Paxıl! Göz yumaraq açıq nemətə, 
Saqqız çeynəyirsən, girib xəlvətə. 
Ey mənim yazımın oğrusu insan, 


_______________ Milli Kitabxana _______________ 
48 
 
Qarşımda kölgə tək çox alçalırsan. 
Mən qəzəl deməyi edəndə peşə, 
O da zurnasını çalar həmişə. 
Mən hər gün düzəndə xoş qəsidələr
O da quraşdırır boş qəlidələr. 
Hədərən-pədərən dilinə bax bir, 
Yenə də nəzm ilə hekayə deyir. 
Mən yaxşı qalıbda sikkə vururam, 
O da, döyəşdəyir, qəlp çıxır müdam. 
Meymun da yamsılar, bu deyil hünər, 
Bulanlıq suda da ulduz görünər. 
Gözlər işıqlanır hər əsərimdən, 
Lakin o incikdir kölgələrimdən. 
Bəllidir, insanı kölgə yamsılar, 
Kölgədən də betər kölgələrim var. 
Yamsılar, yamsılar utanmaz bir az, 
Çünki gözü görməz, üzü utanmaz. 
Kölgəsi olmayan peyğəmbər belə 
Təqib edilmişdir bu kölgələrlə. 
Mühit dənizində pakdırsa sular, 
Itin seliyindən nə qorxusu var. 
Sarı qulaqları düşündükcə mən 
Coşub qızıramsa bəzən hirsimdən, 
Sahili yusam da, sanki bir dəniz
Bunu acığımdan zənn etməyiniz. 
Çıraq tək aldığım sərt bir zərbədən 
Şam tək gülümsəyib sönürəm bəzən, 
Mən ki, ayna kimi dəmir deyiləm
56

Ürəyi daşlara olmaram həmdəm. 
Xəzinə qazsam da, bir kişiyəm mən, 
Düşmən can çəkişir mənim dərdimdən. 
Sənətimi danan bir də sağalmaz, 
Çarşənbə cinlisi ağıllı olmaz
57

Qapımın oğrusu haqq əvəzinə 
Mənim qeybətimi danışır yenə. 
Evin sahibini görən oğrular 
Haray qopardaraq deyir: "Oğru var". 


_______________ Milli Kitabxana _______________ 
49 
 
Malım doyursa da ac oğruları, 
Pis söz deməsinlər haqqımda barı. 
Hünəri görsə də etiraf etməz
Pis yolu buraxıb yaxşıya getməz. 
O, gözsüz yaşasın gözsüzsə əgər, 
Korsa açılmasın bir də o gözlər. 
Oğurlayan odur, utanansa mən, 
Oğurluq şöhrətdir ona əzəldən. 
Yox, yox, alçaqlığa qurşandı murdar, 
Qapını aç ona de ki: "Gəl, apar". 
Onun ki, qazancı oğurluqdur tək, 
Neylərdim, olsaydım mən də onun tək. 
Bu iki aləmin xəznəsi məndə, 
Nolar bir müflisə bir pay verəndə; 
Borcumdur gədaya sadağa vermək, 
Açıq almayanda, o çalsın gərək. 
Xəzinəm yer altı, dürrümsə ümman, 
Nə üçün inciyim lağım atandan? 
Xəzinə sandıqda saxlana bilər
Gözəl üzərliklə bəslənib gülər
58

Mənə anam verdi bu xəzinəni, 
Üzərlik üstündə mərd doğdu məni. 
Baxsan Nizaminin çizgisinə sən, 
Min bir ad sayını orda görərsən. 
Ilyasın "əlf"ini, "lam"ından kəssən. 
Yenə doxsan doqquz tamı görərsən
59

Dayanmış dövrəmdə bu minbir hasar, 
Yüzdən də bir əskik qaravulçum var. 
Zəhmətə düşməkdən azadam hər an, 
Qorxmayır xəzinəm heç bir oğrudan. 
Bir xəzinənin ki, bu hasarı var, 
Ona neyləyəcək lağım atanlar? 
Lakin, xəzinələr olmaz ilansız, 
Yoxdur bu dünyada bir gül tikansız. 
Kim ki, ad qoymuşdur qoca dünyada, 
Onu öz dostları vermişdir bada. 
Ay üzlü Yusifi yad edin barı, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə