Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   9   10   11   12   13   14   15   16   ...   70

_______________ Milli Kitabxana _______________ 
50 
 
Ona quyu qazdı öz qardaşları. 
İsa ki, insanlıq elmində təkdi
Hər bir yəhudidən cəfalar çəkdi. 
Əhməd ki, rəhbəri oldu ərəbin 
Gördü cəfasını Əbüləhəbin
60
 
Əzəldən dünyanın bir qaydası var: 
Bal tutan barmağı arılar sancar. 
 
ŞİKAYƏTİN ÜZRÜ 
 
Mən, mən olan gündən, şahiddir aləm, 
Bir qarışqanı da incitməmişəm. 
Dürrümü çəkmədim özgə suyuna
61

Pislik yaratmadım, düşmənəm buna. 
Təmizdir vicdanım, ucadır adım, 
Itin də haqqında pis danışmadım. 
Şir kimi qızdırsa məni köpəklər, 
"Eyb etməz" deyərəm, basılmaz hünər. 
Yaxşıydı hirsimi gizləsəydim mən, 
Bu dediklərimi deməsəydim mən. 
Lakin, ariflərin zəndinə bax bir
Dilsizlik, dünyada qeyrətsizlikdir. 
Bir insan şəhərdən olsa xəbərdar, 
Bilər ki, hardandır bizim mətahlar. 
Kim ki, mənə qarşı bir əl qaldırar, 
Onun məndən başqa düşməni də var. 
Ey könül! Bu kəskin sözlərdən əl çək, 
Qəm piyaləsini öz başına çək! 
Gül kimi, köçməyin təblini vur sən, 
Kim qoparsa səni, öp əllərindən. 
Qanını çörəynə yavanlıq elə, 
Papağı dik saxla, baş getsə belə. 
Zülmə döz, incitmə heç də özgəni, 
Ellər qəm çəkincə, dərd alsın səni. 
 
 


_______________ Milli Kitabxana _______________ 
51 
 
OĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT 
 
Sən, ey on dörd yaşlım, hər elmə yetkin! 
Gözündə əksi var iki aləmin! 
Yeddi yaşar oldun o zaman ki, sən, 
Açıldın gül kimi, güləndə çəmən. 
Indi ki, çatmışdır yaşın on dördə, 
Başın sərv kimi durur göylərdə. 
Qəflətdə oynama, qeyrət vaxtıdır, 
Indi hünər vaxtı, şöhrət vaxtıdır. 
Ucalmaq istəsən, bir kamala çat, 
Kamala ehtiram göstərər həyat. 
Uşaqkən əslini sorsalar bir az, 
Ağac bar verəndə cinsi sorulmaz! 
Elə ki, böyüdün, belədir qayda
Atanın adından sənə nə fayda? 
Sən, aslanlar kimi, keç cəbhələrdən 
Yalnız hünərinin balası ol sən! 
Səadət kamalla yetişir başa, 
Xalqa hörmət elə, ədəblə yaşa. 
Başına əfsanə düşdüyü zaman 
Allah qorxusunu unutma bir an. 
Öz adına layiq işlər gör ki, sən 
Axırda utanma xəcalətindən. 
Oğul, sözlərimə yaxşı qulaq as! 
Ata nəsihəti faydasız olmaz. 
Görürəm, şöhrətdə ləyaqətin var, 
Şerdə, sənətdə məharətin var. 
Şairlik eləmə! Dövrə bax ki, bir, 
Tərif əvəzinə pislənir şer. 
Şerdən ucalıq umma dünyada, 
Çünki Nizamiylə qurtardı o da. 
Hərçəndi sənətin çox rütbəsi var, 
Həyata faydalı bir elim axtar. 
Bu əyri çizgilər cədvəlində sən 
Özünü şərh edib, özünü öyrən! 


_______________ Milli Kitabxana _______________ 
52 
 
Ol öz vicdanının sirrinə açar, 
Çünki bu mərifət qəlbə nur saçar. 
Elmlər elmidir demiş peyğəmbər 
Din elmi, təbabət elmi müxtəsər. 
Göbəkdəki ətri bu iki elmin 
Fəqihlə təbibdir bunu bil yəqin. 
Fəqih olsan əgər itaətkar ol, 
Hiylədən, riyadan daim kənar ol. 
İsa mərifətli həkim ol, amma, 
İnsanı öldürən bir həkim olma. 
Həm həkim, həm fəqih olsan sən, əgər, 
Hamının yanında adın yüksələr. 
Həyat da, ölüm də qul olar sana
Səadət və şöhrət düşər payına. 
Bir elim öyrənmək istədikdə sən 
Çalış ki, hər şeyi kamil biləsən. 
Kamil bir palançı olsa da insan, 
Yaxşıdır yarımçıq papaqçılıqdan. 
Məndən söyləməkdir, səndən eşitmək, 
Bir insan əliboş gəzməsin gərək. 
 
 
AZ DANIŞMAĞIN GÖZƏLLİYİ 
 
Sözün də su kimi lətafəti var, 
Hər sözü az demək daha xoş olar. 
Bir inci saflığı varsa da suda, 
Artıq içiləndə dərd verir su da. 
Inci tək sözlər seç, az danış, az din, 
Qoy az sözlərinlə dünya bəzənsin. 
Az sözün inci tək mənası solmaz, 
Çox sözün kərpic tək qiyməti olmaz. 
Əsli təmiz olan saf mirvarılar 
Suya və torpağa min bəzək vurar. 
Mədənlə dolsa da hər bir xəzinə, 
Hər kiçik zərrəsi dərmandır yenə. 
Ürəyi oxşayan bir dəstə çiçək 


_______________ Milli Kitabxana _______________ 
53 
 
Yüz xırman otundan yaxşıdır gerçək! 
Yüz ulduz yansa da göylərdə, inan, 
Bir günə baş əymək xoşdur onlardan. 
Göydə parlasa da nə qədər ıldız, 
Günəşdir nur verən aləmə yalnız. 
 
 
ÖLƏN QOHUMLARIMDAN XATİRƏLƏR 
 
Saqi, harda qaldın? Mən meypərəstəm! 
Doldur piyaləni, onsuz da məstəm! 
O, göz yaşım kimi saf olan şərab 
Aşiq məzhəbində sayılır səvab! 
Onu bu umudla içirəm ki, mən, 
Qurtara könlümü dərddən, ələmdən. 
Yolumun üstündə duran şirə bax, 
O şir-qəm şiridir, onu azdıraq. 
Əzəllər həmdəmim olardı şadlıq, 
O adam deyiləm, deyiləm artıq. 
Bu gün də əlimdən çıxsa o dildar, 
Daha da pis günlər qismətim olar. 
Saqi, ver şərabı, dərdimə bir qal! 
Söz mənim oduma nal atmışdır, nal
62

Ver o şərabı ki, açardır, işə, 
Ruh ilə ruh kimi girir sazişə! 
 
 
ATAMIN XATİRƏSİ 
 
Atam Yusif ibni Zəki Müəyyid 
Babam tək dünyanı tərk edib getdi. 
Dövranın işidir nə etməliyəm 
Nə üçün ağlayım, deyildir sitəm. 
Atalar yolunu çox gördüyümdən, 
Öz ata qəlbimi qopardım ki, mən, 
Ölüm tikanından süzülən zəhər 
Canıma yerisin, ərisin qəmlər. 


_______________ Milli Kitabxana _______________ 
54 
 
Saqi! Şərab ver ki, şirindir candan, 
Xıltı təmizləsin, çıxarsın qandan. 
Bir şərab gətir ki, onu içsə lal, 
O da nitqə gəlsin, dil açsın dərhal. 
 
ANAM RƏİSƏNİN XATİRƏSİ 
 
Kürd qızı anam da bizi tərk etdi, 
Bir ana qəlbiylə dünyadan getdi. 
Nə qədər ağlayıb, yansa da ürək, 
Anama dil verən varmıdır, görək? 
Çəkməklə qurtarmaz bu dərdi insan, 
Bu girdab dərindir insan boyundan. 
Daşmışdır ələmin, qəmin kasası, 
Bu qəm min nəfəsə içilər, azı. 
Bu ucsuz, bucaqsız dərd ölkəsinə 
Dərdi unutmaqdır bir əlac yenə. 
Saqi! Şərab ver ki, mənzil uzaqdır, 
Xəyalım bu yolda yorulacaqdır. 
Bir şərab gətir ki, başa şur gəlsin
Hər addım başında min baş yüksəlsin. 
 
 
DAYIM XACƏ ÖMƏRİN XATİRƏSİ 
 
Xacə Ömər dayım ölüb gedəndə, 
Düşdüm müsibətə, bəlaya mən də. 
Bu acı tikənin acılığından 
Ahım boğazımda qurudu, inan. 
Ağlamam, fələkdən qorxum var, deyə, 
Qorxuram, dayımın ruhu inciyə. 
Saqi! Meyxananın şərab küpündən 
Nargilə rəngində şərab ver ki, sən, 
Onda dəniz boyda səxavət olsun, 
Behişt şərbəti tək bir şərbət olsun. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə