Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   10   11   12   13   14   15   16   17   ...   70

_______________ Milli Kitabxana _______________ 
55 
 
KEÇMİŞ MÜSAHİBLƏRİN XATİRƏSİ VƏ  
BAŞQALARI İLƏ MÜSAHİBLİK 
 
Yetməzmi dostlardan vurduğum dəmlər? 
Hanı o mən deyən dostlar, həmdəmlər? 
Xurmanın şirəylə şadlanmağı var, 
Xurma yoldaşlıqla şirə yaradar
63

Bir də ipək taclı barama qurdu 
Tacını yoldaşlıq əliylə qurdu. 
Qarışqa birliklə göstərər hünər, 
Özündən çox böyük şeylər sürüyər. 
Dostluqda hər kimlə səsləşə bilsən, 
Onun pərdəsində nəğməni çal sən. 
Bu dar nəğməciyin öz pərdəsi var, 
Ahəngi bilməsən, dolaşıq çalar. 
Yalnız ipək deyil Çində toxunan
Gah qumaş, gah həsir toxuyur insan. 
Işə kömək etsə təmkinlik, əgər, 
Sonunda daima işlər düzələr. 
Bir çalğı tutmasa nəğməyə ahəng, 
Nəğmə çalınsa da tez kəsiləcək. 
Saqi! Ətir iyli şərab gətir sən, 
Gəl aç bu zənciri mən çarəsizdən. 
Bir şərab gətir ki, can şirəsidir, 
Gənclik küzəsinin yetirməsidir. 
 
 
VÜCUDU UNUTMAQ 
 
Torpaqla örtülən bir ev üçün sən 
Çoxmu qan udaraq, ah çəkəcəksən? 
Hörümçək torudur o açıq-aşkar, 
Gah yara bağlayar, gah da qanadar
64

Bəzən bir milçəyin yolunu kəsər, 
Bəzən də bir əlin qanını kəsər. 
Bağlasan bu evi baramalar tək, 


_______________ Milli Kitabxana _______________ 
56 
 
Rahatca yatarsan yatağında tək. 
Günahla doludur bu can evi, bil, 
Onun da dövranı çox sürən deyil... 
Saqi! Nə şərabdan, nə kefdən əl çək! 
Bu acı şərabla şirin kef çəkək! 
Bir şərab gətir ki, içəndə dərhal 
Bilinsin kimdədir idrakla kamal! 
 
 
ŞÖHRƏTİ UNUTMAQ 
 
İlan tək dikbaşlı gəzmə, ey insan! 
Aşacaq dünyanın seli başından. 
Yeddi başın olsa, əъdəhalar tək, 
Onun yeddisi də yerə düşəcək. 
Çox da yüksəkliyə ucalma ki, sən 
Torpağa düşəndə inciməyəsən. 
Nə qədər alçaqdan yıxılsa adam, 
O qədər ağrısı az olur müdam. 
Dünyada yer kimi ağır dolansan, 
Üç gövhər arxanda qalacaq, inan! 
Bütün gövhərlərin rəngi parlaqdır, 
Hamsından xoş gələn yenə torpaqdır, 
Torpaqda gizlidir o üç yoldaş da
Yenə də torpaq var o üç yoldaşda. 
Saqi, lalə rəngli bir şərab yetir! 
Qarşıma çəng ilə bir badə gətir! 
Onunla sabahın üzü şad olur, 
Onunla ruh evi tez abad olur. 
 
 
KEÇƏN ÖMRÜ UNUTMAQ 
 
Yenəmi dərd çəkim sabahki qəmdən? 
Görüb bildiyimi danışmayım mən? 
Keçən günlərin də adını az tut, 
Yaxşısı budur ki, bir dəfə unut! 


_______________ Milli Kitabxana _______________ 
57 
 
Bir qəlyanaltıydı keçən ömürlər. 
Indi o keçmişdən qalmamış əsər. 
Onları köhnə bir səhifə düşün, 
Dünən yazılmışlar yazılmaz bu gün. 
Tutaq ki, yeddi göy, yeddi yeri sən 
Yeddi min il qalıb, bildin əzbərdən; 
Axıra çatsa da bu yeddi min il
Dünyanın axırı görünən deyil. 
Uzun da, qısa da olsa qəddimiz, 
Yenə də ölməyə yaranmışıq biz. 
Saqi, piyaləni ver səhər-səhər! 
İçməmiş məst olum, mən üzügülər. 
O şərab gün kimi şölələr salsın, 
Qurumuş çeşmələr ondan su alsın. 
 
 
ALÇAQLIĞI VƏ YALTAQLIĞI RƏDD ETMƏK 
 
Buz kimi donmaqdan gəl götür sən əl, 
Ölü siçan kimi suda axma gəl. 
Gül kimi yumşaqlıq göstərmə, gerçək, 
Olma ikiüzlü, bənəfşələr tək. 
Tikan olmağın da öz məqamı var,  
Yerli dəlilik də işə yarayar. 
Bir kürdün eşşəyi Kəbədə itdi
Kürd haray qoparıb bir sual etdi: 
"Bura ki, insansız boş səhralardır, 
Eşşək yoxa çıxdı, nə hekmət vardır?" 
Deyib, arxasına baxdığı zaman 
Gördü eşşəyini, güldü şadlıqdan. 
Dedi: "Ortalıqda itmişdi eşşək, 
Mənim hay-küyümdən tapıldı bişək!" 
Kürd qoparmasaydı hay-haray, əgər, 
Nə eşşək qalardı, nə yükdən əsər. 
Huşsuzlar qalası dünyaya bax bir, 
Daima zalıma mükafat verir. 


_______________ Milli Kitabxana _______________ 
58 
 
Ömrü başa vurar şir ürəklilər, 
Öküz ürəklidə olmaz bir hünər. 
Saqi, şərabı ver, sən ol köməyim! 
Bir su tök, od tutub yansın ürəyim! 
Ver o şərabı ki, yuduqca daşı 
Parladıb eyləsin bir yaqut qaşı. 
 
ZÜLMƏ QATLAŞMAMAQ 
 
Neçin alçaqlara boyun əyirsən? 
Oyuncaq olursan namərdlərə sən? 
Nə üçün boynuna min yük alırsan? 
Zalımın zülmündən razı qalırsan?  
Qəlbi yumşaqlığı bir dəfə unut, 
Çiynini dağ kimi ucalıqda tut! 
Sən də süsən kimi ipəkdən olsan, 
Səni saf torpaq da yaralar, inan! 
Zəlillik ürəyə ağrılar salar, 
Zülmə dözənlərin sonu olar xar. 
Tikan tək çiynində tut yarağını, 
O vaxt qucaqlarsan gül budağını. 
İnsanı sarsıdar göz yaşı, nalə, 
Ah çəkib, of deyən yetməz kəmalə! 
Saqi, zaman keçir, durma, qardaşım! 
Şərab ver, doludur fikirlə başım! 
O, bir çıraq olsun yolçu keçəndə, 
Gəncləşsin qocalar onu içəndə. 
 
 
PAHŞAHLARIN QULLUĞUNU TƏRK ETMƏK 
 
Bir-iki rind ilə get müsahib ol, 
Axtar bu dünyada qürursuz bir yol. 
Zərrəylə dur otur, gün işığı tək, 
Cəmşid sarayının fikrindən əl çək! 
Padişah puluna tikmə gözünü, 


_______________ Milli Kitabxana _______________ 
59 
 
Qanun kəməndinə salma özünü! 
Şahlar məclisindən kənar ol, kənar! 
Pambıq od görəndə alışıb yanar. 
O od doludursa işıqla əgər, 
Ondan uzaq olan asudə gəzər. 
Işıq alırdısa pərvanə şamdan
Yandı məclisinə düşdüyü zaman. 
Saqi! Şərab gətir, könüldə qəm var, 
Şərabla qəmləri dağıtmaq olar. 
Ver o şərabı ki, safdır gümüş tək, 
Onunla qəmlərdən qurtarır ürək. 
 
 
İNSANLARIN İŞİNƏ VƏ RUZİSİNƏ ƏL 
UZATMAMAQ 
 
Razı qal cahanda öz qismətindən, 
Özgənin haqqını çeynəmə gəl sən. 
Bir də ayağını öz yorğanından 
Artıq uzadanlar bədbəxtdir, inan. 
Bir quş ki, həddindən artıq ucalar, 
Özünü fəlakət yoluna salar. 
Ilan düz getməsə yoluyla əgər, 
Özünə sarılıb, dolaşıq düşər. 
Silaha sarılsa bir zahid axmaq. 
Onun qazandığı sillə olacaq. 
Aslanla döyüşə çıxsa tülkülər, 
Bilinər kimdədir qılıncla hünər. 
Saqi! Baş qızdıran şərab ver görək. 
Piyalən hər zövqü oxşasın gərək! 
Bir şərab gətir ki, qəlb açsın yenə, 
Can versin Keyqubad xəzinəsinə. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə