Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   11   12   13   14   15   16   17   18   ...   70

_______________ Milli Kitabxana _______________ 
60 
 
ŞADLIQ VƏ QƏNAƏT 
 
Şadlığı bir yaşat təbiətinlə, 
Şad ol öz qismətin, öz nemətinlə. 
Insanlardan başqa bütün canlılar 
Qənaət evində tutmuşdur qərar. 
Ruzi arxasınca onlar da qoşar, 
Nə tapsa, onunla keçinib yaşar. 
Ruzi olmasa da kifayət qədər, 
Nə küsər, nə də ki, şikayət edər. 
Yalnız insan oğlu doymayan zaman 
Şikayət sədası ucalar ondan. 
Əlindən tikəsi itsə bir kərə
Naləsi, fəryadı çıxar göylərə. 
Düşəndə damına bir damcı yağış, 
Buludu töhmətlər, dilində qarğış. 
Insan daşa tutar günəşi yerdən, 
Ona arpa boyda daş dəysə birdən. 
Çalış, işıq kimi ap-ağ olasan! 
Pisdən və yaxşıdan uzaq olasan! 
Su kimi aləmə həyat ver, can ver, 
Hər rəngə uyğunlaş, dərdə dərman ver! 
Saqi! Bəhanəni ortadan götür, 
Zərdüştü, şərabı məclisə gətir. 
O mey ki, məclisə işrət bəxş edər, 
Döyüşdə silaha qüvvət bəxş edər. 
 
 
ŞADLIQLA XALQA XİDMƏT ETMƏK 
 
Bir daş deyilsənsə, donub qalma sən, 
Çolaq deyilsənsə, diribaş tərpən! 
Keçənin üstünə vur ayağını, 
Təmizlə keçənin toz-torpağını. 
Daş-kəsək olsa da, keçdiyin bu yol, 
Rəqsində oynağan fələk kimi ol! 


_______________ Milli Kitabxana _______________ 
61 
 
Bağışla atını, sən get piyada, 
Sillələr yesən də, mərd ol dünyada. 
Bacarsan hamının yükünü sən çək, 
İnsana ən böyük şərəfdir kömək. 
Sən də əldən düşüb yorulsan əgər, 
Sənin də yükünü bütün el çəkər. 
Saqi, tünd qırmızı şərabdan gətir! 
Mənə həyat verib, murada yetir! 
Bir şərab gətir ki, canıma sinsin, 
Ömür təzələnsin, könül bəzənsin! 
 
 
TƏVAZÖKAR OL! 
 
Şikayət torundan çıx bundan belə, 
Öz acizliyini etiraf elə! 
Çıxılmaz bir dağdır-yoldaki əngəl, 
Çox da öz gücünə arxalanma gəl! 
Qalxanı deşilmiş bir gül ilə sən 
Çoxmu bülbül kimi öyünəcəksən? 
Yol qanad qırandır, neyləsin qanad? 
Qılınc qüvvəlidir, qalxanını at, 
Taki yüklü atın uçsun gülək tək, 
Qoy sənin payını artırsın fələk. 
Yaxşısı budur ki, atı da tərk et, 
Doğru bir yol tapıb, o yol ilə get. 
Bax ki, ay hilala döndüyü zaman 
Canını qurtarır parçalanmaqdan. 
Saqi, can boğaza dayandı, tez çat! 
Şərab qətrəsiylə ağzımı islat! 
Bir şərab gətir ki, içməmiş candır, 
İçəndən sonrasa, cana dərmandır. 
 
 


_______________ Milli Kitabxana _______________ 
62 
 
XƏLVƏTƏ ÇƏKİLİB SÖZ YARATMAQ 
 
Arxayın oturma, köç vaxtıdır, qalx! 
Sən bu çaş gözünlə özünə az bax! 
Mənzilin çətindir, ayağın qabar, 
Bəs bu iş nə olsun, de, ey sənətkar! 
Ya çıx bir dəfəlik söz meydanından, 
Ya bağla qapını, gəlməsin zaman! 
Söhbət ki, qılıncı qınında saxlar, 
Sən də xəlvətcə tut qınında qərar. 
Boş səhifələrmi oldu həmdəmin? 
Çoxmu susuz yerdə üzəcək gəmin? 
Nizami, bu yolda Xızır kimi dur! 
Hər bulaq başında bir söz çadrı qur! 
Məcnun sövdasının sər çeşməsindən 
Iç, doy sədəfdəki inci kimi sən. 
 
 
DASTANIN BAŞLANĞICI 
 
Bu söz incisini düzən zaman mən
Böylə danışmışdı bu nəqli deyən: 
Ərəb torpağında bir kişi varmış, 
Şöhrəti, hörməti aşıb daşarmış. 
O imiş başçısı Amirilərin, 
Abadmış torpağı olduğu yerin. 
Yel kimi əsdikcə şöhrəti, sanı, 
Ətirlə yuyarmış Ərəbistanı. 
Insanlıq elmində bolmuş hünəri, 
Heyrətə salarmış o, dünyaləri. 
Ondaymış ərəbin hər ixtiyarı. 
Qaruna bənzərmiş dövləti, varı. 
Fəqirlər, qonaqlar razıydı ondan, 
Bəxti çıxmamışdı öz qabığından. 
O, bir xəlifə tək məşhur olsa da, 
Övladsız, işıqsız bir şamdı o da. 


_______________ Milli Kitabxana _______________ 
63 
 
Sədəfdən daha çox oğul arardı, 
Dənsiz sünbül kimi dən arzulardı. 
Deyərdi, bəxt gəlib imdada çatsın, 
Onun da ağacı bir budaq atsın. 
Özü sərv kimi qopsa kökündən, 
Başqa sərv boy atsın onun mülkündən. 
Laçın qanad çalıb, gəlsə çəmənə, 
O sərvin yerində sərv görsün yenə. 
Köhnə olmasa da, qoy sevə-sevə 
Otursun bu təzə, kölgəli sərvə. 
Insan bu dünyada daimi yaşar, 
Yurdunda bir övlad qalsa yadigar. 
Məcnunun atası bu xoş diləklə 
Aclar doydurardı min bir köməklə. 
Nəzirlə bir oğul istərdi tez-gec, 
Əkdiyi yasəmən göyərməzdi heç. 
Gəzdiyi incidən tapmazdı əsər, 
Yenə yaşadırdı onu ümidlər. 
Bilməzdi bu nədir, bu nə hekmətdir? 
Bu gec yaranmaq da bir məsləhətdir. 
Cahanda məqsədə nail olmasan, 
Bunda da sirr var, məna var, inan! 
Qarşıya çıxsa da hər yaxşı, hər pis, 
Işin xeyrinədir, diqqət etsəniz. 
Tapmaq istədiyin çox şeylər də var, 
Onları tapmasan, daha xoş olar! 
Ürəkdən arzular keçsə də bir-bir
Çoxunu gizləmək daha gözəldir. 
"Olsun!", "olsun!" deyir dünyada hər kəs, 
Yoxdur məsləhəti bilən bir nəfəs. 
Bu sirrin nə ilki, nə sonu vardır, 
Qıfıl zənn etdiyin özü açardır. 
Bədbəxt yaratmışdır insanı fələk, 
Onu torpaq kimi sovurar külək. 
Belə bir aləmi şadlıqla yaşat, 
Ömrün arzusunu torpaqlara qat! 
Övlad arzusuyla yanırdı qəlbi, 


_______________ Milli Kitabxana _______________ 
64 
 
Ləl üçün sıxılan bir mədən kimi. 
Onun naləsini eşitdi allah, 
Ona da bir oğul verdi bir sabah. 
O, nar kimi gülər, çiçək kimi şən, 
Min dəfə gözəldi nardan və güldən. 
Onda gövhər üzlü bir sifət vardı, 
Gecə, o sifətdən gündüz olardı. 
Ata baxan kimi oğlun üzünə, 
Açdı xəzinəni ellər üzünə. 
Belindən gələni görüb dünyada, 
Gül kimi xəzinə payladı o da
65

Bir müddət dayələr göz oldu buna
Süd verdi ərəbin bu ilk oğluna. 
Zamana, mehriban dayələr kimi, 
Məhəbbət südüylə onu bəslədi. 
Onun dodağına hər damla süddən 
Bir vəfa kəlməsi yazıldı bilsən! 
Verilən mayədən körpəcik doydu, 
Köksünə bir dostluq ürəyi qoydu. 
Üzünə nil alıb çəkdikdə onun, 
Oxundu ona bir könüldən əfsun. 
Lalə tək ağzını südlə islatdı, 
Səmən yarpağı tək südlə boy atdı. 
O, süd içindəki bala dönürdü, 
Sanasan beşikdə ay görünürdü. 
Boy atıb, ikicə həftəyə doldu
Lap on dörd gecəlik ay kimi oldu. 
Bilindi ondakı hünərlə vüqar, 
Adını hünərli Qeys qoydular. 
Güldü bir yaşında gözəl camalı, 
Camala can verdi onun kamalı. 
Suvardı körpəni eşqin əlləri, 
Üzündə parladı sövda gövhəri. 
Şadlıqla iki-üç yaşına çatdı, 
Öz könül bağında azad boy atdı. 
O, yetişən kimi yeddi yaşına, 
Düzüldü bənəfşə, lalə başına
66



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə